və solğun görünür.Əvəzndə isə məhz bu poetika çərçivəsində “ qadın0 kişi”
münasibətləri demək olar ki, eyni hüquqlu şəxslərin “ mübarizə- işbirliyi “ kimi
təqdim olunur. Münasibətlər cinsiyyətlə təyin olunmur , müəyyənləşdirilmir və
dəyərləndirilmir.Qadın və kişi arasındakı münasibətlərin meyarı sağlam
düşüncə şərtləridir ki, burada heç kimə əvvəldən güzəştli şərait yaradılmır,
hadisələrin gedişatı və məntiqi əsas dəyərləndirici meyar kimi çıxış edir .
Məsələn : “ Eh, xanım, kişilərin əgər ağlı var , niyə biz onları hər qədəmdə
min yol aldadırıq . öz bildiyimizi edirik ?”( “ Müsyo- Jordan”) “... biçarənin heç
təqsiri yoxdur.O, neyləsin ki bu viranolmuş ölkənin qızları quldurluq, oğurluq
bacarmayanı sevmirlər .Divanbəyinə deyən gərək ki, biçarə gədələri niyə
oğurluqdan , quldurluqdan ötrü incidirsən? Bacarırsan ölkəmizin qızlarına
qadağan elə ki, quldur olmayan oğlanlardan zəhlələri getməsin “ ( “ Xırs
quldurbasan” ) ; “ Bir qız ki, onun bacısının haqqında bədgüman olalar , xana
layiq olmaz .Bu üzüyü anar, xana layiq bir qız tap, onun barmağına tax!” (“
Lənkəran xanının vəziri “) ; “ Yəni sən bu yaraqları qurşanıb olar ilə adam
qorxudacaqsan? Bu tüfəng – tapancanın iyirmisini üstünə götürsən , mən bu
arvadlığımla səndən qormaram...”(“Hacı Qara”).
Misalları artırmaq olar , amma məsələ aydındır : “ seyr” poetikası bu və
ya başqa mövzularda demokratik dəyərlərdən çıxış edərək hər cür
bərabərsizliyə qarşı çıxır ..
Yuxarıda göstərdiyimiz mövzular konkret pyeslərdə parlaq və əyani
şəkildə həll olunduğundan teatr prosesimizin yeni ənənəsinə həyat verdi :
M.F.Axundovun “ seyr “ poetikasında inkişaf edən dramaturgiya demək olar ki,
prinsipial yeni mövzular açmadı, təqdim olunan mövzular tipologiyasından kənara
çıxmayıb , mövzuların kofiqurasiyalarıyla məşğul old.Aydın məsələdir ki, xalqın
mədəni- mənəvi tərbiyəsi işində bu hal nə qədər təqdirə layiqdirsə , teatr
düşüncəsinin özəl inkişafı baxımından qənaətbəxş sayıla bilməz , çünki irəli
getməkdənsə epiqonçuluq ( kor –koranə təkararçılıq ) üçün əlverişli şərait
yaradır.
M.F.Axundovun “ seyr” poetikasının peşəkar sənət düşüncəmiz üçün
örnək olması bir vacib amilə də toxunmalıyıq.İlk baxışdan bu amil paradoksal
görünə bilər.Amma M.F.Axundovun fəlsəfi və elmi düşüncəsi kontekstində
göstərəcəyimiz amil paradoksionallığını itirib dialektik mənasını açıqlayır
.Söhbət M.F.Axundov əsərlərinin janrının komediya olmasından gedir.məlum
olduğu kimi dünya teatr tarixində birincilik “ ciddi” mövzulu əsərlərə
məxsusudur : qədim Yunan teatrında öncə Esxil, Sofokl , Evripidin faciələri ,
daha sonra Aristofanın komediyaları səhnə üzü gördü .Bəs nədən M.F.axundov “
ciddi” ədəbi şair və üslublarda usta ola ola teatr örnəyini , poetikasını yaradanda
komediya janrına üstünlük verdi?
Bizcə bu halın bir neçə səbəbi var ki, onları açıqlamazdan öncə qeyd edək
ki, tarixi saələflərindən fərqli olaraq M.F.Axundovun vəziyyəti daha çətin və
mürəkkəb idi.Dünya teatrının böyük sənətkarları bir qayda olaraq ictimai-
psixoloji prosesləri həssaalıqla duyub , onları “ ərz və tələbat “ qanununa uyğun
sənət meydanına çıxarırdılarr.Başqa sözlə , misal üçün, dövrün Şekspirə ehtiyacı
var idi və Şekspir dövrünün tələlərinə cavab olaraq əsərlərini “ ərz”
etdi.M.F.Axundov isə dövrünün inkişaf istiqamətlərini” ər etdi” ( onun başqa
sahələr də təşəbbüslərini xatırlayaraq) və bu istiqamətləri o, Qərbin rassional
dünya görüşündən, tarixi və elmi ənənəsindən mənimsədi.Təbii olaraq , teatr
tarixinin qaynaqlarını M.F.Axundov Qədim Yunan teatr anlayışlarında
görürdü.Bu anlayışların ən parlaq və aydın olanı komediya – “ komos oda “ ( “
keçi nəğməsi”) janrıdır ki, onun tərbiyəvi əhəmiyyətini , Qərbi Avropa sənət
təfəkkürü yarandığı gündən dəərləndirmişdi.Daxili strukturunda əski ritual –
mərasimlərin rudimentləri olan( kokret: Dionis oyunlarını mifo- epik
sistemliyini elementləri) komediya gülüş vasitəsi ilə təmizlənmək, dəyişmək, “
ölüb- dirilmək” ideyasını yeni çağın formalarında bərpa edib, onu yaradıcı tərzdə
yaşatmaq iddiasındadı.Buradaca qeyd eləyək ki, M.F.Axundov “ karnaval
estetikasının “ bir çox parlaq kateqoriyalarından şüurlu tərzdə istifadə
etmədi.Bunların içində xalq gülüş mədəniyyətinə doğma olan biədəb (“ maddi –
bədən , aşağı hissə”) vəziyyət və anlayışlar , dolaşıq situasiyalar, qetyri normativ
leksika və ya onlara eyhamlar böyük əhəmiyyətə malikdirlər.Aydın məsələdir ki,
didaktik, tərbiyəvi məqsədləri önə çıxaran M.F.Axundov bu “ riskli” vasitələr əl
atmadı .O, çox gözəl anlayırdı ki, azad gülüş stixiyası idərəolunmaz , ləzzətlə
gülən insan bu ləzzətlə kifayətlənməyib mənəvi dəyərləri əxz etməkdən
yayınacaq .Bildiyimiz kimi hər hansı “ karnaval estetkasının “ gülüş
kateqoriyaları ambivalent ( ikili xassə) xarakterə malikdir, yəni eyni zamanda
mənfi və müsbət dəyərləri özündə cəm edir və klassik komediyaların ideya
qayəsi də birmənalı omur .Məhz teatr prosesinin obyektiv qanunu olan bu hal
mənəvi- əxlaqi, tərbiyəvi məqsədlərə köklənmiş hər hansı institut( təsisat) üçün
təhlükəli entropik( dağıdıcı ) amildir , çünki mənəvi nəsihətlərin danılmazlığını
mütləq xarakterini zəiflədir, nisbiləşdirir.Bu cür ehtiyatla davranan M.F.Axundov
yenə də “ gülüş stixiyasını “ əbədi qanunlarının təsirinə məruz qaldı :
komediyalarının situasiya və personajları iki xassəli oldular, eyni zamanda mənfi
- müsbət dəyərləndirilmək üçün əsas verdilər . Hacı Qara xəsisdir.Bu təbii ki,
mənfi insan keyfiyyətidir, amma taciri qaçaqmalçılığa sövq edən yalnız onun
naqisliyi deyil : qeyri-normal siyasi- iqtisadi vəziyyətidir ki, yaxşı mal əvəzinə
zay mal satmağa məcbur edir .Tanrıverdi qorxaqdır , gənc oğlan üçün bu mənfi
xasiyyətdir, amma quldurluğa, soyğunçuluğa məcbur edən səbəblər obyektiv
gerçəkliyin şərtləridir.Bütün komediyalarda müəllifin birbaşa müdaxiləsinə, açıq
bəyənatlarına baxmayaraq baş qəhəmanlar birmənalı mənfi kimi qavranılmır ,
onlara qarşı yaranan oxucu- tamaşaçı simpatiyası nəsihətin ali məqsədi, mənəvi -
əxlaqi təsir gücünü də azaldır .Nəticədə mövzunu da xarakterləri də , yozum
imkanlarını da xeyli genişləndirib, bəsit, məhdudu mənada anlaşılan komediyanı
daha yüksək qata qaldırmış olur.
Bundan beləbir qənaətə gələ bilərik ki, komediya janrına müraciət
M.F.Axundov üçün konseptual poetika yaratmaq işində ən səmərəli, hər məada
əlverişli üsul və bəhanə oldu.Azərbaycan milli teatr düşüncəsi üçün klassik
(Yunanca- örnək) olan altı komediya yalnız komediya janrının deyil, vahid teatr
potikasının örnəyi, nümunəsi konsepsiyası oldu..Sonrakı inkişaf mərhələlərində
yaradılan dram, faciə və s.. janrlı səhnə əsərlərində M.F Axundov poetikasının
Dostları ilə paylaş: |