mənada modernləşdirilmiş bu sistem mövcud dövlətçilik ideyasına qulluq
edərək onun anlaşıqlı , emosional , doğma olmasına xidmət edirdi.” Hekayəti-
xırs quldurbasan” pyesinin finalı buna briz nümunədir :
”
Divanbəyi.Ey camaat sizdən ötrü indi ibrət olsun ! Dəxi vaxtdır iananasınız
ki, siz vəhşi tayfa deyilsiniz ! Sizə eyibdir yaman işlərə qoşulmaq .Bəsdir
,oğurluğa ,tülkülüyə həris olmaq! Heç bilirsiniz ki,rus dövləti sizə nə yaxşılıqlar
edir və sizi nə bəlalardan saxlayır ?Lazımdır ki, böyüyünüzü tanıyıb həmişə
əmrinə itaət edəsiniz ..
Tamam olur.”
Burada böyük sənətkarın çağdaş opponentlərinə xatırlatmaq istərdik ki ,
dövlətçilik ideyasının müqəddəsliyi hələ “ Kitabi –dədə Qorqud “ dastanında
xüsusi vurğulanır və məhz dövlətçilik ideyasının dağılması oğuzların oğuzların
ən böyük fəlakəti kimi təsvir olunur. Tarixi gerçəkliyi nəzərə almayanda çox
qərəzli qənaətlərə gəlmək olar : bu mövqedən mədəniyyətimizin tarixinə
yanaşsaq yetmiş illik dövrümüzdən birmənalı imtina etməliyik.Başqa məsələ ki,
elmi obyektivlik naminə deməliyik ki, məhz M.F.Axundovun teatr poetikası
sonrakı mərhələlərdə hər hansı rejimə uyğunlaşmaq üsullarının parlaq örnəyi
oldu.
Bununla yanaşı , yenə orada obyektivlik naminə qeyd etməliyik ki,
Molyer poetikasında faydalanan M.F.Axundov fransız həmkarından “ yamaq
final” priyomunu da mənimsəmişdi və əslində M.F.Axundov komediyalarını final
monoqrafiyalarını asanlıqla, kompozisiya quruluşuna
zərrə qədər ziyan vermədən
, mənəvi dəyərlər sistemini təhrif etmədən ixtisar etmək mümkündür.Hərçənd ki,
bəzi finallar konkret tarixi- siyasi səciyyələrdən azad olduğundan onları ənənəvi
nəsihət kimi də qəbul etmək mümkündür.” Sərgüzəşti – mərdi –xəsis” ( “ Hacı
Qara”) komediyasının final monoloqunu bu mənada misal göstərmək olar :
“ Naçalnik . ...Padşahın əmrindən çıxan - Allahın əmrindən çıxan
kimidir.Allahın əmrindən çıxana o dünyada qəzəb yetişər, padşahın əmrindən
çıxana bu dünyada ;Allahın əmrin bitirənə behişt var , padşahın əmrini bitirənə
poetikalı əsərlər “ uzun” olsa təlqin gücü azalır , əsəri böyütmək istəyi isə mütləq
əyləncəli “ güldürməli” elemtlərin artırılması məcburiyyəti ilə bağlıdır.Bu halda
isə əsərin tərbiyəvi ,didaktik gücü azalır – komediya didaktik mənada amorf (
yöndəmsiz) olur, “ gülüşün” artması nəsihəti yüngülləşdirir .Yeri gəlmişkən ,
sovet dövrünün komediyaları məhz bu hal isə səciyyəlidir : didaktik başlanğıc (
satirik hədəf , mənəvi dəyərlər
sistemi, konflikin sərbəst üzvi inkişafı və həlli ,
fərdi subyektlərin , konfliktin sərbəst üzvi inkişafı və həlli , fərdi subyektlərin (
personajların) məhdudiyyəti və s.) zəif olduğundan daha çox gülüşün zahiri
formalarına üstünlük verilirdi.
“ Seyr “ başlanğıcının poetikaya bir təsiri də ondan ibarətdir ki, o,
yaradıcı , bədii təxəyyülün forma yaradıcılığını məhdudlaşdırır , əvəzində isə
maarifləndirici funksyasını artırır : bu poetika vasitəsilə ənənəvi teatr
düşüncəsində yer almayan konkret bilgi, bilik vermək imkanı son dərəcə
genişlənir .Bu imkandan sonradan , teatr prosesinin növbəti mərhələsində milli
maarifçilərimiz gen- bol istifadə edib, müvafiq teatr poetikasını yaratmağa
müyəssər oldular.
M.F.Axundovun komediyalarını vahid bir sistem kimi götürsək , onun
çərçivəsində sosial düşüncəmizin başlıca mövzularının əhatə olunduğunu
görərik.Bu mövzuları ümumiləşdirsək universal bir sitem yaranır :a) hiyləgərlik
və hərislik ; b) elm və mövhumat; v)igidlik və qorxaqlıq ; q) idarəçilik və
intriqabazlıq ; ğ) ticarət və mənəviyyat ; d) hüquq və riyakarlıq .Mövzuların
həllini stimullaşdıran “ məkr və məhəbbət “ motivləri bir qayda olaraq ornament
fuksyasını yerinə yetirir və həlledici amil olmur .Ənənəvi teatr düşüncəsiylə
müqayisədə “ eşq” , “ehtiras” , “ eşq yolunda fədailik “ motivləri son dərəcə
yumşaldılmış , “ abır –həya” kontektində realizə olunur. Məhəbbət səhnələrində
sevənlərin hisslərindən dah çox qayğıları ön plana çəkilir , münasibətləri platonik
xarakter daşıyır, seksual başlanğıc isə demək olar ki, heç nəzərdə tutulmur
.Aydın məsələdir ki, “ seyr” tələbatı ənənəvi sənət təfəkkürünü eotik , şəhvətli ,
son dərəcə çılğın ehtirasları təsvir etməkdən imtina etməyə məcbur edir , odur
ki, çoəsirlik ənənəylə müqayisədə göstərilən poetikada dediyimiz məqam sönük