poetikadan qaynaqlanan əsərlərin mövcud olmasıyla bağlıdır.Belə ki,
Ə.B.Haqverdiyevin dramaturji yaradıcılığında həm “ seyr” poetikasının parlaq
təzahürü olan “ Ağa Məhəmməd şah qacar”, həm “ sehr”- ekzistensional
poetikanın ifadə vasitələriylə yaradılan “ Pəri Cadu” , həm də “ siyası –
publisist” forma və məzmunlu “ Yoldaş və Koroğlu” və maarifçi poetikanı
realizə edən “ Dağılan tifaq “ və “ Bəxtsiz cavan” kimi dram əsərləri
mövcuddur.Bu mənada Ə.B.Haqverdiyev dram yaradıcılığını “teatr düşüncəsi və
tarixi ictimai proseslər “ aspektində araşdırmaq daha səmərəli olardı.Bu və
başqa inkişaf tendensiyalarını sonrakı fəsillərdə təhlil obyektinə çevirib teatr
prosesimizin geniş mənzərəsini göstərməyə səy edəcəyik .Cavid yaradıcılığına
müraciətimizn ən mühüm səbəbi isə teatr prosesimizin M.F.Axundovdan aldığı
təkandan tam yeni mərhələyə yüksəlmişdir: heç şübhəsiz ki, bu zirvə birbaşa
Cavid poetikasıyla səciyyələnr.Qeyd etdiyimiz kimi , burada dövrün siyasi-
ictimai konjukturasından asılı olmayan , bitkin , tam həcmdə işlənilmiş , bütün
tələb olunan səciyyələrə malik və bədii formalarda əks etdirilmiş “ ekzistensional
konfliktli” poetikanı təhlil etmək niyyətindəyik.Heç şübhə yox ki, bu mənada
Hüseyn Cavidin dramaturji irsi danılmaz və obyektivləşdirilmiş
materialdır.Konkret siyasi-ictimai, cari proseslərdən azad və daha dərin , daha
yüksək qnesoloji və ontoloji proseslərlə sıx bağlılıqda düşünən H.Cavid teatr
düşüncəmizi də o səviyyəyə qaldırmağa müyəssər olmuşdu, teatr poetikamızı
mürəkkəb fəlsəfi konfliktlərlə zənginləçdirmişdir.İdealistliyinə görə ittiham
olunan sənətçi teatr sənətimizin “ uzaq proqnozunu”- İdealını özünəməxsus
forma və məzmun parametrlərində gerçəkləşdirdi və bu gün teatr düşüncəmizin
keyfiyyətlərindən danışanda biz onun ekzistensional qatını da nəzərdə tuta
bilirik.
Ekzistensional poetikanı araşdıranda biz məlum səbəblərdən onun səhnə
təcəssümlərinə toxunmayacağıq , bizi maraqlandıran bu məsələnin nəzəri –
konseptual səciyyələri və ənənəvi sənət təfəkkürünə bağlılığıdır..Qısa replika
formasında qeyd edə bilərik ki, Cavid əfəndi dramturji yaradıcılığına başlayanda
bu tipli poetikaya teatr sənətinin ehtiyacı var idi., sonrakı tarixi hadisələr bu
ehtiyacı , tələbatı hakimideologiyanın basqısıyla qadağan elədi və süni şəkildə
onu sənət təfəkkürünə yadlaşdırıb uzaqlaşdırdı.Tarix felin lazımi formasını
tanımır .Əgər bolşevizm , onun son dərəcə ideologiyalaşdırılmış və
siyasətləşdirilmiş, təcavüzkar bədii-estetik doktrinaları öz sərt işini görməsəydi
,Azərbaycan milli teatr prosesində “ Cavid poetikası”nın inkişafı Dünya teatr
prosesinin bir çox tendensiyalarıyla (ekspressionizm, modernizm, absurdizm ,
posmoderinizm və s... və i.a.) uzlaşaraq teatr prosesimizin sərbəst, üzvi şəkildə
inkişafını təmin edə bilərdi.”Seyr” poetikasıyla dialektik mübarizə və vəhdətli
qarşılıqlı münasibətində həll olunacaq teatr sənətinin bir çox janr, forma ,
mövzu və ideyaları ( ideologiyaları) yetmiş il ərzində olduğu kimi teatr
düşüncəmizdən kənarda qalmazdı və teatrımızı dünya teatr prosesindən təcrid
etməzdi.İndi aydın anladığımız kimi , “ümumsovet teatr məkanı və prosesləri” nə
qədər geniş olsa da , yenə də Dünya teatr məkanından kiçikdir...
H.Cavidin pyeslərinin təşkil etdiyi bədii-estetik sistemdən
ümumiləşdirilən “ sehr poetikasının” səciyyə və təzahürlərinin araşdırılmasına
keçməzdən əvvəl “ sehr “- “ magiya” termin anlayışının təhlilimizdən ötrü önəmli
teatr göstəricilərini açıqlayaq.
Magik , sehrli ritual-mərasimlərdən qaynaqlanan, amma inkişaf
prosesində tətbiqi, praktiki, funksya və məqsədlərindən uzaqlaşan bu xassəli
düşüncə insanların sehrə olan ehtiyacını epik yaradıcılıqda , folklorda ( sehrli
nağıllar) və yazılı ədəbiyyatın müəyyən tipli janrlarında ( detektiv , fantastika ,
sehrli macəralar, mistik povest və romanlar , “oxumaq üçün dramlar” və s.. və i.a)
öyrənirdi.Bir kökü arxetip ( ilkin anlayışlar) qatında, biri sokral ( ilahi) qatda
olan bu tipli mövzular ali və bəsit formalarda təcəssüm olunurdu.Ali formalı
əsərlər bir qayda olaraq dövrün mövcud fəlsəfi düşüncəsiylə bağlı olduğundan
onları fəlsəfi təmayüllü bədii əsərlər tipologiyasında cəmləşdirmək
mümkündür.Bəsit , “aşağı” janrlar tipologiyasında cəmləşdirmək mümkündür
.Bəsit , “ aşağı” janrlar tipologiyasında birləşən bədii əsərlərdə isə bir qayda
olaraq kriminal, macəra və magiya sujetləri “ istismar “ olunurdu.Bu ədəbi
tendensiya məhz bu iki başlanğıcın yaradıcı formada uzlaşması , birləşdirilməsi
nəticəsində öz teatr təcəssümünü əldə etdi, yəni ali , mürəkkəb fəlsəfi problem
və konfliktlər aşağı janrların stilistika və estetikası kontekstində həll
olunurdu.Bu mülahizəni tam aydın anlamaqdan ötrü Şekspir , Şiller ,Höte
,Meterlink , Hofman , Strindberq, Durrenmantt və bu kimi dramaturqların
yaradıcı irsini göz qabağına gətirmək kifayətdir .Bu mənada H.Cavidin
drmaturji yaradıcılığının Dünya teatr prosesiylə üzvi bağlılığı danılmazdır və
məhz bu bağlılıq milli sənət təfəkkürümüzün bəşəri əlaqələrindən xəbər
verir.Çağdaş dünya teatrının mənzərəsini araşdıran mütəxəssislər ən çox
avanqard meyl və janrların genetik , tipoloji və antoloji mənşəyini məhz bu
ənənədə görürlər və universal səciyyələrini açıqlayarkən hər hansı milli teatrın
bu ənənəni inkişaf etdirmək özünəməxsusluğunu mütləq şərt kimi
dəyərləndirirlər.Sovet mədəni- ictimai
məkanında baş vermiş proseslər milli
teatr düşüncəmizin üzvi inkişafına kobud təsir etdiyindən onu təhrif etmişdi və
bu gün tədqiqatçıdan ötrü müəyyən mənada bərpası işini görmək
vacibdir:faliassiyayanı ( tarixin içində mədəni və yaradıcı faktların , hadisələrin,
proseslərin birbaşa qırılmazlığı, ardıcıllığı...)bərpa etmədən vahid mənzərəni
görmək , tendensiyaları seçmək və dəyərləndirmək elmi nöqteyi- nəzərdən
dürüst sayıla bilməz.
Araşdırmamızın predmeti teatr prosesini aktuallaşdıran poetika
problemləri olduğundan biz məcburi olaraq bir çox problem və məsələlərin
müfəssəl , bütün təfsilatıyla , xronoloji və sənədli dəqiqliklə açıqlanmasından
yan keçməli oluruq .Ümidvarıq ki, bu mürəkkəb və müəyyən mənada ağır elmi
işi də sənətşünaslığımızın yeni nəsli görəcəkdir.Bu işdə onlara heç bir ideoloji
maneə olmayacaqdır və əlimizdə olan sənədləşdirilmiş mənəvi və mədəni
tariximiz müstəqil Azərbaycanın yeni çağlarda üz-üzə gəldiyi ciddi elmi- fəlsəfi ,
bədii-estetik məqsəd və vəzifələri mövqeyindən təhlil olunub dəyərləndiriləcək.
Odur ki.,milli teatr prosesimizin növbəti mərhələsini nişanlayan “sehr”
poetikasının bazisli səciyyələrini biz böyük filosof və sənətkarlarımız Hüseyn
Cavidin əsərləri sistemliyində araşdırmaq məcburiyyətindəyik.
Dostları ilə paylaş: |