Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında


III hissə 3.1. Sistern-vaqonlarda və bunker-yarımvaqonlarda təhlükəli maye yüklərin daşınması qaydaları



Yüklə 0,55 Mb.
səhifə17/95
tarix03.08.2023
ölçüsü0,55 Mb.
#120292
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   95
207 Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

III hissə
3.1. Sistern-vaqonlarda və bunker-yarımvaqonlarda təhlükəli maye yüklərin daşınması qaydaları
3.1.1. Dəmir Yolu nəqliyyatı ilə sisternlərdə, bunker-yarımvaqonlarda daşınan maye yüklərin adları Yüklərin daşınma Qaydalarının 41-ci bölməsinin 1 nömrəli əlavəsində göstərilmişdir. Digər yüklərin sisternlərdə daşınmasına yol rəhbərliyi icazə verir (3 nömrəli əlavə).
3.1.2. Sisternlərdə, bunker-yarımvaqonlarda daşınan maye yüklərin bu Qaydaya uyğun olaraq düzgün yüklənməsinə, boşaldılmasına, sənədləşdirilməsinə, adlarının, dərəcələrinin düzgün göstərilməsinə, vaqonun təmizlənməsinə yükgöndərən və yükalan məsuliyyət daşıyır.
3.1.3. Maye yüklər dəmir yolunun ixtisaslaşdırılmış, eləcə də icarəyə verilmiş sisternlərində daşınır. İxtisaslaşdırılmış və icarəyə verilmiş vaqonlar göndərmə və yaxud təyinat stansiyalarına təhkim olunmalıdır.
İcarəyə verilmiş sisternləri istismar etmək üçün icarəçi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə ümumi qayda əsasında müqavilə bağlamalıdır.
3.1.4. Dəmir yolu nəqliyyatındakı sisternalar iki hissəyə bölünürlər:
a) neft məhsulları daşıyan yükboşaltma cihazları universal olan (trafaretlər «neft-benzin») sisternlər;
b) yükboşaltma cihazları olmayan və yuxarıdakı lyuk qapağından boşaldılan (trafaret «benzin») sisternalar.
3.1.5. Yuxarıdan və yaxud aşağıdan boşalan sisternlərə Yüklərin daşınma Qaydalarının 41-ci bölməsinin 1 nömrəli əlavəsində göstərilən adda yüklər yüklənə bilər.
4-oxlu yük tutumu 60 ton, çənin həcmi 72,7 m trafareti «Benzin» (kalibr tipi 53a) olan sisternalara yalnız benzin, ağ neft, dizel yanacağı və başqa duru neft məhsulları yüklənib daşına bilər. Həmin vaqonlarda xam neft, mazut, mühərrik yağlarının daşınmasına yol verilmir.
Kimyəvi yükləri, ancaq onlar üçün ixtisaslaşdırılmış sisternlərdə daşınmasına yol verilir.
3.1.6. Sisternlərin üzərində kalibr tiplərindən əlavə neft məhsulları üçün nəzərdə tutulmuş, o cümlədən «benzin-neft», «benzin», «neft», «mazut» sözləri trafaretlə göstərilməlidir.
İxtisaslaşdırılmış sisternlərin rəngləri digərlərindən fərqlənməlidir.
3.1.7. Texniki yoxlanış keçirildikdən sonra xüsusi sisternalar ümumi istifadədə olan yollara Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırıldıqdan sonra, dəmir yolu rəhbərliyinin icazəsi ilə buraxılır.
İxtisaslaşdırılmış vaqonları ümumi istifadədə olan yollara buraxmazdan əvvəl vaqon deposu rəisinin, stansiya rəisinin, vaqon sahibinin iştirakı ilə vaqonun texniki, kommersiya cəhətdən sazlığı yoxlanılaraq 3 nüsxədən ibarət akt tərtib edilir, aktın 1-ci nüsxəsi vaqon deposunun rəisinə, 2-ci nüsxəsi stansiya rəisinə, 3-cü nüsxəsi isə vaqonun sahibinə verilir.
3.1.8. İxtisaslaşdırılmış və icarəyə verilmiş vaqonlar, sisternalar sahiblərinin və icarədarların dalan yollarında saxlanılmalıdır.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə