34
I Aparıcı: Məlum olduğu kimi, Natəvanın yaratdığı ana
surətinin prototipi şairin özüdür. Qəzəllərində xatırlanan övlad-
oğul isə ikidir. Onlardan biri ömrünün bahar çağında,
yeniyetməlik
dövründə həyata əlvida demiş, torpağa
qovuşmuşdur. Ikincisi isə, ananı həsrətdə qoyaraq, uzaq bir
diyara getmişdir. Bu övladlardan birincisi Mir Abbas, ikincisi
isə Mehdiqulu xandır. Şairin “Əfsus”, “Sənsiz”, “Getmə” rədifli
qəzəlləri Mir Abbasın ölümü münasibətilə yazılmışdır. Bu
şeirlərin birincisində ananın bahar fəslində, təbiətin canlandığı,
gözəlləşdiyi bir vaxtdakı əhvalı-ruhiyyəsi təsvir olunmuş,
təbiətin şadlığı ilə ana qəlbinin kədəri arasında qüvvətli bədii
təzad yaradılmışdır.
II Aparıcı: Natəvan öz kədərini bilavasitə dünyanın, cahanın və
insanların vəfasızlığı ilə əlaqələndirir. Həyatın gedişatından,
mövcud şəraitdən narazı qalan kədərli ana gördüklərinə təəssüf
edir. Şair klassik ədəbiyyatda geniş yayılmış bədii təsvir və ifadə
vasitələrindən
istifadə
edərək
oğlunun ölümünü gül
mövsümünün keçməsi, baharın solub getməsi, bülbülün xəstə
halda tək-tənha qalması ilə müqayisə edir. Ana oğlunu əzəmət
və şərafət bağında açılmış, lakin dövranın bağbanı tərəfindən
çox tez qopardılmış gülə bənzədir. Oğlunu həzin, kədərli bir
dillə ağlayan ana torpağa yalvararaq bu “gülbədən” cavanı əziz
saxlamağı xahiş edir:
Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus!
Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!
II Aparıcı: Natəvanın yaradıcılığı ilə XIX əsr Azərbaycan
şeirinin lirik qəhrəmanı bədii struktur baxımından daha da
zənginləşir. Romantik hiss və duyğularla yaşayan, səmimi və
odlu məhəbbətlə sevən aşiq kimi ana surəti də kədərli və
dərdlidir. Onların ikisini də hicran ağrıdır, ikisi də ayrılıqdan
iztirab çəkir, qovrulur. Lakin kimin hicrinə ağrımaq, kimin
həsrətini çəkmək məsələsində bu surətlər bir-birindən seçilirlər.
35
Aşiqi sevgilisinin, ananı isə, dünyadan cavan köçmüş övladının
ayrılığı yandırır. Onun sinəsinə çalın-çarpaz bir oğul dağı
çəkilmişdir ki, yarası gecə-gündüz göynəyib sızıldayaraq, ana
qəlbinin fəryadlarına çevrilir. Bu şeirlərin hər misrasında
müsibət içində olan ananın odlu qəlbi çırpınır.
I Aparıcı: Xurşidbanu Natəvanın qəzəllərinin mərkəzində
insanpərvərlik, xeyirxahlıq, səmimi ülfət, dostluq ideyalarının
tərənnümü dayanır. “Ey dost”, “Xudahafiz” rədifli qəzəllərində
o, bir-birini sevən insanlar arasına təfriqə, ayrılıq salmağa cəhd
edən rəqibin xain, yaramaz əməlini pisləyir. Müasirlərinə
riyakar, ikiüzlü, aravuran adamlardan uzaq gəzməyi təkidlə
tövsiyə edir. Şair, eyni zamanda, dostluq ülfətini tutan kəsləri
ehtiyatlı olmağa, rəqib fitnəsinə uymamağa çağırır. “Xudahafiz”
qəzəlində ayrılıq vaxtının çatdığını duyaraq, vidalaşmaq üçün
yar-yoldaşını başına toplamış xəstə, gücsüz bir aşiqin əhvalı
təsvir edilir. Həyatdan “getmək növbəti” çatmış bu aşiqin
dilindən söylənən qəzəl dünyada qalanlara vəsiyyət kimi
səslənir. Şair başa salır ki, sevən kəslər həmişə bir-birinə vəfa
göstərməli, dostluğun, məhəbbətin qədrini bilməlidirlər.
Insanlar xudbin hisslərdən çəkinməli, mehriban olmalı, bir-
birinin qədrini bilməlidirlər.
I Aparıcı: XIX əsr Azərbaycan lirikasının gözəl
nümunələrindən biri olan “Olaydı” qəzəlinin dərin ictimai
məzmunu vardır. XX əsrin görkəmli söz ustadı Səməd Vurğun
“Xurşidbanu Natəvan” məqaləsində bu şeiri “böyük insanın
qüssə və kədəri” kimi mənalandıraraq demişdir: “Şairəmizin bu
acı sətirlərində feodal dünyasının düşüncə və hiss adamlarına nə
qədər darlıq etdiyini görürük. Onların kədəri ictimai
ədalətsizliyə qarşı, insanın köləliliyinə və onun ləyaqətinin
alçaldılmasına qarşı olan protest formalarından biridir”.
36
II Aparıcı: Natəvanın poetik irsini oxuduqca ürək dağlayan,
tükürpədici bir fəryad eşidir, yandırıcı göz yaşları görür, qadın
fəryadı duyuruq. Bu köməksiz bir qəlbdən doğan ictimai etiraz
idi. Xan qızının xeyriyyəçiliyi və maarifçilik fəaliyyəti
Qarabağın ictimai həyatında bahəm şəkildə təzahür etmişdir.
Bir yandan öz obasına bulaq çəkdirən, digər xeyriyyə
tədbirlərinin öncülü olan şair bölgədə maarifçiliyin təşəkkülünə
də xüsusi diqqət yetirmiş, qızı Xanbikənin evində məktəb
açmışdır. Günümüzədək təxminən 150-160 qəzəli gəlib çatmış
Natəvanın dövrünün sayılıb seçilən simalarından olmasını
sübutlayan faktlardan biri də Nəcəf bəy Vəzirov, Kərim bəy
Mehmandarov, Mirzə Cəlil, Həmidə xanım Cavanşir,
Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov və Seyid
Əzim Şirvani kimi böyük şəxsiyyətlərlə yaxın yaradıcılıq
ünsiyyətində bulunmasıdır.
I Aparıcı: Şairə xalq kütlələri içərisində bilik yayır, elə bir
zamanın gəlib çatmasını arzulayırdı ki, mənsubiyyətlərindən
asılı olmayaraq, bütün adamlar maariflənmək imkanı
qazansınlar. Natəvan hər yerdə yoxsulların, kimsəsizlərin
müdafiəçisi idi. Deyirlər ki, Xurşidbanu Natəvan hansı kasıb
evin qonağı olarmışsa, oturduğu döşəyin altına 100 manat pul
qoyarmış, səbəbini soruşanda deyərmiş ki, hər kasıbı
sevindirəndə aldığım həzzin dərəcəsi ölçüyə gəlmir. Natəvan
neçə-neçə romana, poemaya mövzu olası bir dastan - ömür
yaşayıb. Sovet hakimiyyəti illərində Natəvanın yaradıcılığı xalq
kütlələri içərisində geniş yayılmışdır. Aşıqlarımız onun gözəl
şeirlərini hər yerdə oxuyub, onun sözləri üzrə yeni-yeni
nəğmələr yaradırdılar.
Bu arada iştirakçılar əllərində saz, aşıq paltarlarında səhnəyə
çıxaraq Natəvanın sözlərinə bəstələdikləri mahnıları oxuyurlar.
Dostları ilə paylaş: |