Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə11/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   ...   5   6   7   8   9   10   11   12   13

34 

 

I  Aparıcı:  Məlum  olduğu  kimi,  Natəvanın  yaratdığı  ana 

surətinin prototipi şairin özüdür. Qəzəllərində xatırlanan övlad-

oğul  isə  ikidir.  Onlardan  biri  ömrünün  bahar  çağında, 

yeniyetməlik 

dövründə  həyata  əlvida  demiş,  torpağa 

qovuşmuşdur.  Ikincisi  isə,  ananı  həsrətdə  qoyaraq,  uzaq  bir 

diyara  getmişdir.  Bu  övladlardan  birincisi  Mir  Abbas,  ikincisi 

isə Mehdiqulu xandır. Şairin “Əfsus”, “Sənsiz”, “Getmə” rədifli 

qəzəlləri  Mir  Abbasın  ölümü  münasibətilə  yazılmışdır.  Bu 

şeirlərin birincisində ananın bahar fəslində, təbiətin canlandığı, 

gözəlləşdiyi  bir  vaxtdakı  əhvalı-ruhiyyəsi  təsvir  olunmuş, 

təbiətin  şadlığı  ilə  ana  qəlbinin  kədəri  arasında  qüvvətli  bədii 

təzad yaradılmışdır.  



II Aparıcı: Natəvan öz kədərini bilavasitə dünyanın, cahanın və 

insanların  vəfasızlığı  ilə  əlaqələndirir.  Həyatın  gedişatından, 

mövcud şəraitdən narazı qalan kədərli ana gördüklərinə təəssüf 

edir. Şair klassik ədəbiyyatda geniş yayılmış bədii təsvir və ifadə 

vasitələrindən 

istifadə 

edərək 

oğlunun  ölümünü  gül 



mövsümünün  keçməsi,  baharın  solub  getməsi,  bülbülün  xəstə 

halda tək-tənha qalması ilə müqayisə edir. Ana oğlunu əzəmət 

və  şərafət  bağında  açılmış,  lakin  dövranın  bağbanı  tərəfindən 

çox  tez  qopardılmış  gülə  bənzədir.  Oğlunu  həzin,  kədərli  bir 

dillə ağlayan ana torpağa yalvararaq bu “gülbədən” cavanı əziz 

saxlamağı xahiş edir: 

Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus! 

Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus! 



II  Aparıcı:  Natəvanın  yaradıcılığı  ilə  XIX  əsr  Azərbaycan 

şeirinin  lirik  qəhrəmanı  bədii  struktur  baxımından  daha  da 

zənginləşir.  Romantik  hiss  və  duyğularla  yaşayan,  səmimi  və 

odlu  məhəbbətlə  sevən  aşiq  kimi  ana  surəti  də  kədərli  və 

dərdlidir.  Onların  ikisini  də  hicran  ağrıdır,  ikisi  də  ayrılıqdan 

iztirab  çəkir,  qovrulur.  Lakin  kimin  hicrinə  ağrımaq,  kimin 

həsrətini çəkmək məsələsində bu surətlər bir-birindən seçilirlər. 



35 

 

Aşiqi sevgilisinin, ananı isə, dünyadan cavan köçmüş övladının 



ayrılığı  yandırır.  Onun  sinəsinə  çalın-çarpaz  bir  oğul  dağı 

çəkilmişdir  ki,  yarası  gecə-gündüz  göynəyib  sızıldayaraq,  ana 

qəlbinin  fəryadlarına  çevrilir.  Bu  şeirlərin  hər  misrasında 

müsibət içində olan ananın odlu qəlbi çırpınır. 

 I  Aparıcı:  Xurşidbanu  Natəvanın  qəzəllərinin  mərkəzində 

insanpərvərlik,  xeyirxahlıq,  səmimi  ülfət,  dostluq  ideyalarının 

tərənnümü dayanır. “Ey dost”, “Xudahafiz” rədifli qəzəllərində 

o, bir-birini sevən insanlar arasına təfriqə, ayrılıq salmağa cəhd 

edən  rəqibin  xain,  yaramaz  əməlini  pisləyir.  Müasirlərinə 

riyakar,  ikiüzlü,  aravuran  adamlardan  uzaq  gəzməyi  təkidlə 

tövsiyə  edir.  Şair,  eyni  zamanda,  dostluq  ülfətini  tutan  kəsləri 

ehtiyatlı olmağa, rəqib fitnəsinə uymamağa çağırır. “Xudahafiz” 

qəzəlində ayrılıq vaxtının çatdığını duyaraq,  vidalaşmaq üçün 

yar-yoldaşını  başına  toplamış  xəstə,  gücsüz  bir  aşiqin  əhvalı 

təsvir  edilir.  Həyatdan  “getmək  növbəti”  çatmış  bu  aşiqin 

dilindən  söylənən  qəzəl  dünyada  qalanlara  vəsiyyət  kimi 

səslənir. Şair başa salır ki, sevən kəslər həmişə bir-birinə vəfa 

göstərməli,  dostluğun,  məhəbbətin  qədrini  bilməlidirlər. 

Insanlar  xudbin  hisslərdən  çəkinməli,  mehriban  olmalı,  bir-

birinin qədrini bilməlidirlər. 



I  Aparıcı:   XIX  əsr  Azərbaycan  lirikasının  gözəl 

nümunələrindən  biri  olan  “Olaydı”  qəzəlinin  dərin  ictimai 

məzmunu vardır. XX əsrin görkəmli söz ustadı Səməd Vurğun 

“Xurşidbanu  Natəvan”  məqaləsində  bu  şeiri  “böyük  insanın 

qüssə və kədəri” kimi mənalandıraraq demişdir: “Şairəmizin bu 

acı sətirlərində feodal dünyasının düşüncə və hiss adamlarına nə 

qədər  darlıq  etdiyini  görürük.  Onların  kədəri  ictimai 

ədalətsizliyə  qarşı,  insanın  köləliliyinə  və  onun  ləyaqətinin 

alçaldılmasına qarşı olan protest formalarından biridir”.  

 



36 

 

II  Aparıcı:  Natəvanın  poetik  irsini  oxuduqca  ürək  dağlayan, 

tükürpədici bir fəryad eşidir, yandırıcı göz yaşları görür, qadın 

fəryadı duyuruq. Bu köməksiz bir qəlbdən doğan ictimai etiraz 

idi.  Xan  qızının  xeyriyyəçiliyi  və  maarifçilik  fəaliyyəti 

Qarabağın  ictimai  həyatında    bahəm  şəkildə  təzahür  etmişdir. 

Bir  yandan  öz  obasına  bulaq  çəkdirən,  digər  xeyriyyə 

tədbirlərinin öncülü olan şair bölgədə maarifçiliyin təşəkkülünə 

də  xüsusi  diqqət  yetirmiş,  qızı  Xanbikənin  evində  məktəb 

açmışdır. Günümüzədək təxminən 150-160 qəzəli gəlib çatmış 

Natəvanın  dövrünün  sayılıb  seçilən  simalarından  olmasını 

sübutlayan  faktlardan  biri  də  Nəcəf  bəy  Vəzirov,  Kərim  bəy 

Mehmandarov,  Mirzə  Cəlil,  Həmidə  xanım  Cavanşir, 

Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyov və Seyid 

Əzim  Şirvani  kimi  böyük  şəxsiyyətlərlə  yaxın  yaradıcılıq 

ünsiyyətində bulunmasıdır. 

 

I  Aparıcı:  Şairə  xalq  kütlələri  içərisində  bilik  yayır,  elə  bir 

zamanın  gəlib  çatmasını  arzulayırdı  ki,  mənsubiyyətlərindən 

asılı  olmayaraq,  bütün  adamlar  maariflənmək  imkanı 

qazansınlar.    Natəvan  hər  yerdə  yoxsulların,  kimsəsizlərin 

müdafiəçisi  idi.  Deyirlər  ki,  Xurşidbanu  Natəvan  hansı  kasıb 

evin qonağı olarmışsa, oturduğu döşəyin altına 100 manat pul 

qoyarmış,  səbəbini  soruşanda  deyərmiş  ki,  hər  kasıbı 

sevindirəndə  aldığım  həzzin  dərəcəsi  ölçüyə  gəlmir.  Natəvan 

neçə-neçə  romana,  poemaya  mövzu  olası  bir  dastan  -  ömür 

yaşayıb. Sovet hakimiyyəti illərində Natəvanın yaradıcılığı xalq 

kütlələri  içərisində  geniş  yayılmışdır.  Aşıqlarımız  onun  gözəl 

şeirlərini  hər  yerdə  oxuyub,  onun  sözləri  üzrə  yeni-yeni 

nəğmələr yaradırdılar. 

 

                  Bu  arada  iştirakçılar  əllərində  saz,  aşıq  paltarlarında  səhnəyə 



çıxaraq Natəvanın sözlərinə bəstələdikləri mahnıları oxuyurlar. 

 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə