Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   ...   5   6   7   8   9   10   11   12   13

40 

 

II oxucu:           



Baxıb qərənfilin solğun rənginə,   

                         

O şəhla gözlərin incilər tökdü. 

                         

Bir qadın ruhunun dərinliyinə 

                         

Hər axşam yeni bir qaranlıq çökdü. 

                         

Əzəldən belədir eşqi – məhəbbət, 

                         

Səni də ağladan sevdamı, nədir? 

                         

Dərdin tarixlərin dərdidir, əvət! 

                         

Hicran göz yaşına bir bəhanədir... 

 

III oxucu:          



Aşanda dağları çarın ordusu, 

                         

İncidin dünyadan, küsdün vətəndən. 

                         

Bir söylə, şairim! Nə sirdir bu – 

                         

Könüllər ayrıla bilməyir səndən. 

                         

Həyata ilk dəfə açıldı gözün 

                         

Tarixin doğduğu o qara gündə. 

                         

Oğlunun, qızının dönük ömürü 

                         

Keçdi ayrılıqda, keçdi sürgündə... 

 

I oxucu:            



Sən söhbət açanda meydən, məzədən 

                                    O murdar ağzını büzdü şəriət... 

                         

Dönüb qövr elədi yaran təzədən, 

                         

Bir zindan kəsildi sənə təbiət. 

                         

O qəlbə, ilhama sığındıqca sən 

                         

Qaldırdın qədrini şerin, sənətin. 

                         

Sən bizim tarixə hədiyyəsisən 

                         

Əziz bir torpağın, bir məmləkətin. 

 

II oxucu:            



Yırtıldı günəşin qara pərdəsi, 

                          

Qızlar qanad çalır ağ buludlara. 

                          

Gəzir dodaqlarda şeirinin səsi

                          

Oyan! Saçlarını təzədən dara! 

                           

İndi nə örtü var, nə örtünən var, 

                           

Nə həyat insanın belində yükdür. 

                           

Dəyişmiş gördüyün aciz qadınlar, 



41 

 

                           



Onların şərəfi, qədri böyükdür.   

                      



I Aparıcı: Natəvan əsas etibarilə lirik şairədir. Natəvanın bütün  

yaradıcılığı  XVI  əsrin  dahi  Azərbaycan  şairi  Füzulinin  təsiri 

altında  olmuşdur.  Talantlı  və  həsas  şairə,  nəcib  insan  olan 

Natəvan  islamın  və  şəriətin  zəncirini  daşıyan  feodal 

Azərbaycanında  hüquqsuz  qadının  və  ananın  ağır  vəziyyətini 

dərindən duyurdu. Natəvanın şeirlərində böyük insanın qüssə və 

kədəri var: 

   


 

Zəmanə saldı əcəb möhnətü məlalə məni, 

   

 

O mahrudan iraq verdi qəm zavalə məni 



                        Başqa bir şeirində o belə yazırdı: 

                        Nə mən olaydım ilahi, nə də bu aləm olaydı! 

                        Nə də bu aləməra dil müqəyyədi – qəm olaydı! 

Şairəmizin bu acı sətirlərində feodal dünyasının düşüncə və hiss 

adamlarına  nə  qədər  darlıq  etdiyini  görürük.  Onların  kədəri 

ictimai  ədalətsizliyə  qarşı,  insanın  köləliyinə  və  onun 

ləyaqətinin alçaldılmasına qarşıdır.  

 

I  Aparıcı:  XIX  əsrin  bütün  böyük  Azərbaycan  şairləri 

Natəvanın  təşkil  etdiyi  “Məclisi-üns” ədəbi  dərnəyinin üzvləri 

idi. Bir çoxları Natəvanı təqlid etmiş, öz şeirlərində onun adını 

tərifləmişlər. Q.Zakir, S.Ə.Şirvani, M.F.Axundov öz şeirlərində 

dəfələrlə Natəvanı tərənnüm etmişlər. Öz ömrü və qələmi bitkin 

bir  “dünya  fərağı”  yaratmış  Xurşidbanu  Natəvan  bütün 

müasirlərinin  -  müxtəlif  sənət  adamlarının,  folklor  müəllifi 

xalqın daimi marağında olmuşdur. Deyilənlərə görə, Xurşidbanu 

Natəvan  gözəl  şahmat  oyunu  ilə  fransız  yazıçısı  Aleksandr 

Dumanı  təəccübləndirmişdir.  Yazıçı  şairəyə  şahmat  taxtası 

hədiyyə vermiş, Şərq qadınının bu cür yüksək intellektə malik 

olmasını  yüksək  qiymətləndirmişdir.  Ədəbiyyat  tariximizdə 

dərin  iz  qoymuş  şairlərdən  olan  Xurşidbanu  Natəvanın  adı 

gələndə  bu  gün  gözlərimiz  önündə  düşmən  tapdağı  altında 

inləyən  gözəl  Qarabağımız  canlanır.  Qarabağ  ədəbi  mühitinin 




42 

 

formalaşmasına,  inkişafına  mühüm  təsir  göstərən  Natəvan 



xalqımızın  milli  -  mədəni  irsinin  zənginləşməsinə  də  böyük 

töhfələr vermişdir. 



II Aparıcı:   Natəvanın zəngin, dolğun və mənalı yaradıcılığı ilə  

yanaşı,  həyatı  da  başdan-başa  poeziyadır.  Bu  həyatın  məna, 

fikir,  doğruluq  və  gözəllik  dolu  mərhələlərinə  baş  vurduqca, 

insan  qəlbən  zənginləşir.  Natəvan  şeirlərində  şəxsi  şikayətdən 

ictimai 

şikayətə 

keçərək 

Azərbaycan 

qadınlığının 

hüquqsuzluğunu  göstərmiş,  onların  dərdini,  kədərini  öz  şəxsi 

dərdi kimi qəbul etmişdir. Ömrü boyu kimsəsizlərə pənah olan, 

yoxsullara əl tutan, doğma şəhəri Şuşada abadlıq aparan, şəhərə 

su çəkdirən, hətta Bibiheybət məscidinə ilk yol salan Natəvanı 

Azərbaycan xalqı daim xatırlayır, onun xatirəsini əziz tutur. Xan 

qızı  Natəvanın  şəxsiyyətini,  ictimai  fəaliyyətini  xalqımız  və 

dövlətimiz 

yüksək 

qiymətləndirmiş, 



onun 

adı 


əbədiləşdirilmişdir.   

 

II  Aparıcı:  Ədəbiyyatımızda  ağı,  ağrı-acı  mövzusunu 

mükəmməl  sənət  səviyyəsində  təqdim  edən  “Ağlaram”, 

“Ölurəm”, “Sənsiz”, “Getdi” kimi yüksək ədəbi-bədii lövhələr 

yaradan  bu  xanım  özündən  sonrakı  sənətkarlara  özüylə  bağlı 

yüksək  yaradıcılıq  ovqatı  təlqin  etmiş  və  etməkdədir.  Hələ 

sağlığında  böyük  xanəndələri  qəzəlləri  ilə  cəlb  edən  şair, 

sonralar  öz  irsi  ilə  tədqiqatçıları,  rəssamları,  heykəltaraşları, 

bəstəkarları da öz “qəmü-didar”ı üstə kökləmiş, bir sıra əsərlərin 

qəhrəmanına  çevrilmişdir.  1897-ci  ilin  oktyabrında  dünyasını 

dəyişib  Ağdamın  “İmarət”  qəbristanlığında  dəfn  olunmuş  Xan 

qızı o gündən sonra qəlblərdə böyük Azərbaycan qızı kimi  

yaşamaqdadır. 

 

 



 


43 

 

Ədəbi bədii gecənin sonunda kitabxananın müdriyyətinə 



söz verilir. Kitabxananın direktoru söhbətində  bildirir ki, bu gün 

Natəvanın böyüyüb boya-başa çatdığı torpaqlar işğal altındadır. 

Şairənin büstü düşmən gülləsindən deşik-deşik olmuşdur. Yəqin 

ki, onun narahat ruhu bu torpaqlarda dolaşır, düşmən gülləsinə 

tuş  gələn  büstü  bu  mənzərəni  seyr  edir.  İnanırıq  ki,  hörmətli 

Prezidentimiz  cənab  İlham  Əliyevin  apardığı  məqsədyönlü 

siyasət nəticəsində Qarabağ torpaqları işğaldan azad olunacaq, 

Xurşidbanu  Natəvanın  növbəti  yubileyi  doğma  vətəni  olan 

Şuşada  qeyd  olunacaq,  Natəvan  nəslinin  bu  gün  yaşayan 

nümayəndələri  bunun  şahidi  olacaq  və  rahatlıq  tapacaqlar. 

Kitabxana işçiləri olaraq  bizim borcumuz Natəvanın həyat və 

yaradıcılığına,  ictimai  fəaliyyətinə  dair  bütün  materialları 

toplayaraq  daha  ətraflı  tədqiq  etməkdən,  onun  şəxsiyyətinin 

təkraredilməzliyini, 

unikallığını  xalqımıza  çatdırmaqdan 

ibarətdir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




44 

 

                          Ədəbiyyat siyahısı: 



Əsərləri 

Əsərləri. - Bakı : Lider, 2004. - 88 s.  - (Klassik Azərbaycan 

Ədəbiyyatı). - Kitab Azərbaycan Respublikası Prezidenti İlham 

Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi 

nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il 

tarixli Sərəncamı ilə nəşr olunub.

 

 

Seçilmiş əsərləri. - Bakı : Çaşıoğlu, 2006. – S.245-312. - 



(Azərbaycan Ədəbiyyatı).  

 

Qəzəllər // Azərbaycan qadın şairləri antologiyası. – Bakı : 



Avrasiya press, 2005. – S.68-83. 

 

Dövri mətbuatda 

Natəvan X. Şuri - eşqin başıma axırı sövda gətirir : şeir  // 

Ədəbiyyat qəzeti. - 2012. - 1 sentyabr. - № 32. - S. 3.  



Haqqında  (Kitablarda) 

Əlioğlu M. Natəvan kədəri : məqalə // Darıxan adamlar. 2 

cilddə. - Bakı : Təhsil, 2009. – C.1. - S. 94-101.  

Qacar Ç. Xan qızı - şairə : Xurşudbanu Natəvan // Azərbaycan 

qədim və orta əsrlərdə. Görkəmli şəxsiyyətlər. - Bakı : OKA 

ofset, 2012. - S. 412-421.  

Rəfibəyli N. İşıqlı həyat həsrətində : Azərbaycan qadın 

yazarları və bədii ədəbiyyatda qadın obrazları haqqında  // 

Seçilmiş əsərləri. - Bakı : Şərq-Qərb, 2004. - S. 308-315.  

Dövri mətbuatda 

Abbaslı T. Xan qızı-böyük Azərbaycan qızı : Xurşidbanu 

Natəvan haqqında // Mədəniyyət. - 2011. - 17. avqust. -№ 60. - 

S. 12.  



45 

 

Abbaslı T. Natəvan təntənəsi : Şuşanın "Məclisi-üns" yaradıcısı 



Beynəlxalq Muğam Mərkəzində // Mədəniyyət. - 2012. - 19 

sentyabr. - № 67. - S. 6.  

Abbaslı T. "Sevirəm" ."Yanıram"." Gedirəm"... : Xan qızı 

bütün bunlara əməl etdı, "Ölürəm"indən isə... nakam getdi  // 

Mədəniyyət. - 2012. - 15 avqust. - № 59. - S. 13. 

Abdullayeva K. Xurşudbanu Natəvan // Savalan. - 2014. - 19-

22 sentyabr. - № 70. - S. 3.  

Azəri L. Xurşudbanu Natəvanın qəzəlləri uşaqların dilində : 

F.B.Köçərli adına Respublika Uşaq Kitabxanasında tədbir // 

Mədəniyyət. - 2012. - 30 noyabr. - № 87. - S. 5.  

Bayramova Z. Şuşanın Xan qızı : Bu gün Azərbaycanın 

görkəmli şairəsi Xurşidbanu Natəvanın dogum günüdür // Səs. 

- 2015. - 6 avqust. - № 142. - S. 12.  

Bədəlov N. Xurşidbanu Natəvan // El. - 2009. - № 9. - S. 64-

71.  

Çəmənli M. Xan qızı : Xurşudbanu Natəvan - 180 // 



Azərbaycan. - 2012. - 15 avqust. - № 181. - S. 7.  

Əhmədalılar T. Xan qızı : şah dərdlər içrə mərd xanım - 

Xurşudbanu Natəvan! // Mədəniyyət. - 2013. - 4 oktyabr. - № 

71. - S. 13.  

Əlioğlu P. Onun ədəbi həyatı : Xürşidbanu Natəvan // Mədəni 

həyat. - 2012. - № 9. - S. 36-39.  

Əliyev Z. Xurşudbanu Natəvanın bədii irsi : Xurşidbanu 

Natəvan - 180 // Qobustan. - 2012. - № 4. - S. 24-27.  

Fərzəlibəyov M. "Xurşidbanu Natəvan" səhnəyə necə gəldi : 

[rejissor Mərahim Fərzəlibəyov ilə söhbət / yazdı 

A.İsmayıloğlu] // Ədəbiyyat qəzeti. - 2012. - 29 sentyabr. - № 

36. - S. 2.  




46 

 

Fərzullayev A. Xurşudbanu Natəvanın həyat yoldaşı Xasay xan 



Usmiyev kimdir? // Azərbaycan dili və ədəbiyyat tədrisi. - 

2011. - № 3. - S. 70-74.  

Hacıxalıl H. Dərdin adı Natəvan... : şairə Xurşidbanu Natəvan 

haqqında // Kaspi. - 2012. - 21 sentyabr. - № 388. - S. 12. ; 

Paritet. - 2012. - 18-19 sentyabr. - № 98. - S. 15.  

Hacıyev Q. Təhsil, elm və mədəniyyətin beşiyi : tarix olduğu 

kimi // Azərbaycan. - 2015. - 12 fevral. - № 33. - S. 11.  

Hüseynli İ. Xurşidbanu Natəvan - 180 // Təhsil problemləri. - 

2013. - 01-07 fevral. - № 9/10. - S. 10.  

Xan qızı Xurşidbanu Natəvanın öz əli ilə tikdiyi əşyalar tapılıb 

// Paritet. - 2012. - 11-13 avqust. - № 83. - S. 15.  

Xəlilzadə F. Xan qızının övladları : Xurşudbanu Natəvan - 180 

// Azərbaycan. - 2012. - 15 avqust. - № 181. - S. 7.  

Xəlilzadə  F. Natəvanın qəzəli, Xanlıq Şükürün avazı : 

mədəniyyət tariximizdən  // Kaspi. - 2012. - 24-26 noyabr. - № 

431. - S. 23.  

Xəlilzadə F. Sinəsi dağlı diyarın unudulmaz simaları : Şuşanın 

işğalından 20 il ötür // Azərbaycan. - 2012. - 15 aprel. - № 81. - 

S. 6. ; 17 aprel. - № 82. - S.9.  

Xəlilzadə F. Tək inci kimi parlayan Xan qızı : zəmanə 

Xurşudbanu Natəvana zərif qəlbinə sığmayan dərdlər çəkdirib 

// Kaspi. - 2015. - 11 aprel. - № 63. - S. 22. 

Xurşidbanu Natəvan : görkəmli şəxsiyyətlər // Savalan. - 2008. 

- 15-17 aprel. - S. 2.  

Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi 

haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (3 

aprel 2012-ci il) // Azərbaycan. - 2012. - 4 aprel. - № 71. - S. 3. 

; Ədəbiyyat qəzeti. - 2012. - 6 aprel. - № 12. - S. 1. ; 

Azərbaycan dili və ədəbiyyatı tədrisi. - 2012. - № 2. - S. 2.   



47 

 

Qasımova E. Azərbaycanın tarixi mədəniyyət incisi : Şuşa : 



Xurşud Banu Natəvan (1830 -1997) : Mir Möhsün Nəvvab 

(1833 -1913) // Füyuzat. - 2007. - № 5 (37). - S.48-55.  

Mehparə. Cəsarət və incəlik rəmzləri : Qarabağın Gövhər 

ağası, Ağabəyim ağası, Xurşidbanu Natəvan  // Mədəniyyət. - 

2010. - 26 fevral. - № 15. - S. 9.  

Məmmədli R. Tariximizin fəxri - Xurşidbanu Natəvan // 

Mədəni Həyat. - 2013. - № 11. - S. 76-78.  

Məmmədov X. Yaddaqalan görüş : Xurşidbanu Natəvan - 180 

// Mədəniyyət. - 2012. - 2 noyabr. - № 79. - S. 15.  

Məmmədova Z. Xurşidbanu Natəvan - incə qəlbli şair, böyük 

xeyriyyəçi // Azərbaycan Müəllimi. - 2012. - 19 oktyabr. - № 

41. - S. 11.  

Natəvana məhəbbətlə : Xurşidbanu Natəvanın abidəsi haqqında 

// Ədəbiyyat qəzeti. -  2012. - № 28. - "Ədəbiyyat qəzeti"nin 6 

avqust 1982-ci il tarixli sayında Şuşada Xurşidbanu Natəvana 

abidə qoyulması və həmçinin poeziya bayramı keçirilməsini 

əks etdirən materallar dərc olunmuşdur.  

Nəsrəddinov N. Xan qızı Natəvanın kasıb vaxtı miras istəyi // 

Kaspi. - 2014. - 12 iyun. - № 101. - S. 12.  

Nizamiqızı H. Xan qızının rənglər dünyası : Azərbaycan 

ədəbiyyatının görkəmli nümayəndəsi Xan qızı Natəvanın əl 

işləri indi də bəzi muzeylərimizdə qorunub saxlanılır // 

Mədəniyyət. - 2008. - 3 iyul. - S. 14.  

Novruzov T. Məhsətidən sonra ən böyük qadın şairəmiz : 

Xurşidbanu Natəvan // Kaspi. - 2014. - 10 iyun. - № 99. - S. 15. 

; 11 iyun. - № 100. - S.15.  

Nuriyev A. Xürşidbanu Natəvan - parlaq istedada və qabaqcıl 

ideyalara malik şəxsiyyət : Azərbaycan mədəniyyətində və 

ictimaii həyatında dərin izlər qoyan şairə qadının fəaliyyəti tək 



48 

 

şeirlə bitmir // Kaspi. - 2011. - 7 aprel. - № 58. - S. 11.  



Rahim C. Dümanın Xan qızına bağışladığı şahmat fiquru bu 

muzeydədir : İncəsnət muzeyindən reportaj // Planet. - 2007. - 

09 oktyabr. - S. 1,6.  

Rüstəmli N. Görkəmli Azərbaycan qadınları // Respublika. - 

2009. - 24 iyun. - S. 4.  

Rüstəmov S. Xan qızı - şairə-qadın : Xurşidbanu Natəvan // 

Təhsil problemləri. - 2013. - 24-30 aprel. - № 31/32. - S. 12.  

Şuşa milli mədəniyyətimizin beşiyi // Mədəniyyət. - 2011. - 6 

may. - № 32. - S. 14.  

Yaralı heykəl, yaralı yaddaş : XIX əsr şairəsi Xurşid Banu 

Natəvan haqqında // Pəncərə. - 2010. - № 22. - S. 36-41.  

 

Şairəyə həsr olunmuş bədii əsərlər 

 

Dəmirçi Z. Natəvana : Xurşid Banu Natəvana həsr olunmuş 



şeir // Qayalı. - Bakı : UniPrint, 2008. - S. 67.  

Dəmirçi Z. Güllələnmişlər : poema // Qayalı. - Bakı : UniPrint, 

2008. - S. 297-301.  

Əfəndiyev İ. Xurşidbanu Natəvan : dram // Seçilmiş əsərləri. 

Üç cilddə. – Bakı: Avrasiya Press, 2005. – C.2. – S. 183-242. 

Kürçaylı Ə. Natəvan : şeir // Seçilmiş əsərləri. - Bakı : Şərq-

Qərb, 2004. - S. 379-380.  

Qızılağaclı T. Şuşadan məktub. – Bakı: Qanun, 2005. – 51 s.  

Rahim M. Natəvan : poema // Seçilmiş əsərləri. – Bakı : 

Avrasiya Press, 2006. – S.150-200. 

Vurğun S. Natəvana : şeir // Seçilmiş əsərləri. Beş cilddə. – 

Bakı : Şərq-Qərb, 2005. – C.1. – S.205-206. 

 



49 

 

Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan 



                                       (metodik vəsait) 

 

 

 

   

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 26 

Çapa imzalanmışdır:08.02.2017 

 Tirajı:100 

Pulsuz 


 

 

 

 



 

 

 



 

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə