Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   ...   5   6   7   8   9   10   11   12   13

25 

 

Əvvəlcə  iştirakçılara  Xurşidbanu  Natəvanın  həyat  və 



yaradıcılığından bəhs edən “Xalq yolunda ürəyini məşəl edən 

el anası” adlı slayd təqdim olunur. Sonra isə aparıcılar səhnəyə 

daxil olurlar. 

I  Aparıcı:  Salam    hörmətli  qonaqlar,  əziz  dostlar.  Bu  il 

Azərbaycan  mədəniyyətində  və  ictimai  həyatında  dərin  izlər 

qoymuş, parlaq istedada və qabaqcıl ideyalara  malik şəxsiyyət, 

sənət 


və 

ədəbiyyat  aləmində  Azərbaycanın  klassik 

ənənələrindən  bəhrələnmiş,  bunları  öz  poeziyasında  uğurla 

davam etdirmiş, Qarabağ xanlarının vərəsəsi sayılan Xurşidbanu 

Natəvanın 185 illik yubileyi qeyd olunur. Həzin, səmimi lirika, 

təbiət  gözəlliklərınin  və  insanın  könül  dünyasının  bəzən  real, 

bəzən  isə  romantik,  təsirli  poetik  vasitələrlə  təsviri  şairənin 

yaradıcılığının başlıca keyfiyyətləridir.

  

 

II  Aparıcı:  Xurşidbanu  Natəvan  adı  çoxdan,  el  arasında 



hörmətlə  yad  edilən,  sevilən,  əzbərlənən  və  haqqında  gözəl 

hörmətlə  yad  edilən,  sevilən,  əzbərlənən  və  haqqında  gözəl 

rəvayətlər yaranan həssas şairə, vətənpərvər şəxsiyyət və taleyi 

kəm, bədbəxt qadın - ana olaraq duyan könüllərə silinməz izlər 

buraxmışdır.  O,  ötən  əsrdə  şairlər,  müğənnilər  və  sənətkarlar 

oylağı  kimi  şöhrət  qazanan  Qarabağda,  Azərbaycanın  bu 

məlahətli,  könül  açan  diyarında  doğulub-böyümüş,  kamala 

çatmışdır.  Natəvanın  qəzəlləri,  düşündürücü  və  müdrik 

kəlamları,  həmçinin  əsl  vətəndaşa  layiq  bir  hünərlə  xalq  işi 

uğrundakı əməllərinə görə ədəbiyyat və mənəviyyat tariximizdə 

fəxri bir yer tutmuşdur. 

 

I  Aparıcı:  Xurşidbanu  Natəvanın  şəxsi  həyatı  ilə  bədii 

yaradıcılığı  və  ictimai  fəaliyyəti    ilə  düşüncə  -  fikir  aləmi 

arasında  mənalı  bir  ahəngdarlıq  vardır.  Şairə  adlı-sanlı  bir 

zadəgan  nəslinə  mənsub  olsa  da,  nəcabəti,  yüksək  insani 

ləyaqəti, həlim, humanist təbiəti və yoxsullara, əzilənlərə həyan 

olması sayəsində geniş xalq kütləsinin, camaatın dərin hörmətini 



26 

 

qazana  bilmişdir.  Nəinki  şairənin  doğulub-böyüdüyü 



Qarabağda, ümumən, bütün Azərbaycanda “Xan qızı Natəvan” 

haqq  tərəfdarı,  insaf  mücəssəməsi,  xeyirxahlıq  və  rəhmdillik 

simvolu olaraq tanınır, sevilir və təqdir olunur. Xalq işi uğrunda 

çalışan vətəndaş olaraq da onun adı həmişə minnətdarlıqla yad 

olunur.Onun,  mühüm  bir  abadlıq  işlərindən  biri  də,  Şuşanın 

yeddi kilometrliyindən şəhərə su kəməri çəkdirməsidir.  



Söhbət X.Natəvanın xeyirxah əməllərindən düşmüşkən gəlin,  

görkəmli ədib, xalq yazıçısı İlyas Əfəndiyevin yazdığı  

“Xurşudbanu Natəvan” pyesindən oxucularımızın ifasında 

 səhnələşdirilmiş parçaya tamaşa edək.  

 

Xurşidbanu, Mirzə Ruhullah, Nəvvab, Seyid Hüseyn, Mamayınin 

sözlərini səsləndirən 5 oxucu səhnəyə daxil olur.   

 

Nəvvab:      Banu bəyim! Gur meşələrin, sərt qayaların arasından 

                        çəkdirib, bu uca qalaya çıxartdığınız o bulaq gələcək 

                    nəsillərə sizdən unudulmaz yadigardır. 

 

Səslər:        Təbrik edirik! 

 

Xurşidbanu: Sağ olun ağalar! Lakin mən əminəm ki, gələcək 

                      nəsillər elə kiçik bulaqlarla kifayətlənməyəcək! 

 

         Nəvvab:          Varını  verən  utanmaz,  Banu  bəyim.  Siz  əlinizdən 

gələni əsirgəmirsiniz. 

 

Mamayı:        O kiçik bulaq gecə-gündüz sizin şəninizə nəğmələr  

                      oxuyacaq. 

 

Səslər.           Sağ olsun Xurşidbanu! Ömrü uzun olsun şairənin! 

 

Xurşidbanu:  Mirzə Ruhulla, tapşırın xəbər versinlər ki, bulağın  



                          açılışı münasibətilə sabah bütün şəhər əhli mənim 


27 

 

                        qonağımdır. Bu axşam isə, siyahı üzrə bütün 



                        kasıblara şirniyyat, düyü və yağ paylansın. 

 

     Nəvvab:      Sağ olun, Banu bəyim. Sizi bir daha təbrik edirik. 

Gedək  ağalar.  Şairəyə  dincəlmək  lazımdır. 

Şəhərdən ayaq üstündədir. 



 

Natəvandan  başqa  bütün  iştirakçılar  səhnəni  tərk  edirlər. 

Canişin obrazında oxucu səhnəyə çıxır. 

 

Canişin:    Əlbəttə, Fərəc bəy sizin sarayınıza gəlməkdə qəbahət iş 

              tutmuşdur. Siz də onu pis cəzalandırmamısınız. Lakin, 

              Banu bəyim, bəla orasındadır ki, həmin həbs olunan 

                            adamlar 

haqqında  bütün  məlumatı  sizin  öz 

millətinizdən,  hətta  öz  zadəgan  sinfinizdən  olan 

adamlar vermişdir. 

 

        Xurşidbanu: Ah, knyaz, bilirsiniz ki, namuslu adam heç vaxt bu 



                          dərəcədə alçaqlıq eləməz! 

 

   Canişin:       Doğrudur. Mən sizə inanmaya bilmərəm. Lakin o 



               məlumatların yalan olduğuna əlahəzrət imperatoru  

               inandırmaq çətindir. Axı, bizdə məxfi şöbə də var...  

               Vəliəhdin öldürülməsinin siyasi nəticəsi biz gözləyən 

               kimi də oldu. İran şahı bizi ittiham edir. 

 

Xurşidbanu:    Əlahəzrət  hökumətinin  bi  işdə  əli  olmadığını  sübut 

üçün günahsız adamları  badi-fənaya vermək olarmı, 

knyaz?  

 

 Canişin:          Hər şey diqqətlə öyrəniləcəkdir. Həbs edilən şəxslər, 



                         hətta, siz özünüz də əlahəzrət hökumətinə qarşı  

                düşmənçilikdə təqsirləndirilirsiniz. 

 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə