Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   2   3   4   5   6   7   8   9   ...   13

 

canatma,  ülviyyətə  qovuşma  meyli  olduqca  güclü  və  təsirli 



çıxmışdır.  Nikbinlik,  həyatilik  kimi  məziyyətlərə  Natəvanın 

təbiət  gözəlliklərinə  həsr  etdiyi  şeirlərində  də  rast  gəlirik. 

Natəvanın  mənalı  ömrü,  hadisələr,  ziddiyyətlər  və  sarsıntılarla 

dolu həyatı ona zəngin ədəbi material vermişdir. Onun qəzəlləri 

əsasən ya baş vermiş hər hansı bir əhvalatla əlaqədar yaranmış, 

ya  da  unudulmaz  təəssüratların,  xoş  təsadüflərin  və  ya  poetik 

müşahidələrin  məhsulu  olmuşdur.  Xurşudbanunun  şeirlərini 

məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür: 

aşiqanə  şeirlər,  təbiət  gözəlliklərinə  həsr  edilmiş  şeirlər, 

müasirlərinə yazdığı mənzumələr, hüzünlü şeirlər. 

Xurşidbanu  Natəvan  1832-ci  il  avqustun  15-də 

musiqiçilər  və  şairlər  vətəni  Şuşada,  Qarabağın  son  hakimi 

Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə 

“Dürrü  yekta”,  xalq  arasında  isə  “Xan  qızı”  ləqəbi  ilə 

çağırılmışdır. Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış 

alim və sənətkarlarından dərs almışdır. Müstəsna hafizəyə malik 

olan Xurşidbanu mütaliə yolu ilə məlumatını dərinləşdirmişdir. 

Bir sənətkar kimi yetişməsində Natəvanın mənsub olduğu ədəbi 

mühitin rolu az olmamışdır. Həyat yoldaşı Xasay xanın qulluğu 

ilə  əlaqədar olaraq, Xurşidbanunun dörd-beş  ilə  yaxın  Tiflisdə 

yaşaması, onun şair və rəssam kimi formalaşmasına böyük təsir 

göstərmişdir.  Tiflis  mühiti  Xan  qızına  Qafqazın  çoxmillətli 

mədəniyyəti  ilə  tanış  olmaq  və  ondan  bəhrələnmək  imkanı 

yaratmışdır.  Natəvan  bu  şəhərdə  rus,  gürcü  mədəni 

cəmiyyətlərinə  qoşulmuş,  özü  də  milli  ənənəsi,  kubarlara 

məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə 

maraq oyatmışdır. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması 

Xurşidbanunun 

təfəkkür 

dairəsinin 

genişlənməsinə, 

dünyagörüşünün  artmasına  təkan  vermişdir.  Vladiqafqaza, 

Dağıstana,  Şirvana,  Bakıya,  Gəncəyə  və  Naxçıvana  səfəri 

zamanı  o,  yüksək  rütbəli  dövlət  qulluqçuları,  yazıçı,  alim  və 

səyyahlarla görüşmüşdr. 1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda 

məşhur 


fransız  yazıçısı  A.Düma  ilə  Xurşidbanunu 


 

rastlaşdırmışdır.  Natəvanın  həyat  yoldaşı  Xasay  xanın  fransız 



dilində  “əsl  parisli  kimi”  danışması  qonaqların  heyrət  və 

sevincinə  səbəb  olmuş,  aralarında  dostluq  telləri  yaratmışdır. 

Onlar  Abşeronda  birgə  gəzintiyə  çıxmış,  ayrılarkən  bir-birinə 

qiymətli  hədiyyələr  təqdim  etmişlər.  Natəvanın  Bakıdan  Şıx 

kəndinə  daş  yol  çəkdirməsi  haqqında  ilk  məlumatı  da  A. 

Dümanın  “Qafqaza səyahət” kitabında öz əksini tapmışdır.  

Təbiidir ki, Natəvan kimi istedad və bacarıq sahibi yalnız 

bir sahədə inkişaf edib qala bilməzdi. Artıq 1870-1880-cı illərdə 

onun  həyatında  və  yaradıcılığında  yeni  mərhələ  başlamışdır. 

Şair  maarifin,  mədəniyyətin  yayılmasına  kömək  göstərmiş, 

ictimai-mədəni  tədbirlərdə  fəal  işirak  etmişdir.  Natəvan  yollar 

çəkilməsinə,  körpülər  salınmasına,  məktəb  binası  tikilməsinə 

illik  gəlirdən  xüsusi  fond  ayırmışdır.  İncəsənətin  bütün 

növlərinə bələd olması Natəvanı dövrünün görkəmli sənətkarları 

ilə  yaxınlaşdırmışdır.  Onun  düzəltdiyi  ziyafətlərin,  söhbət 

məclislərinin iştirakçıları çox vaxt müxtəlif sənəti təmsil  edən 

ziyalılar  olmuşdur.  Uzaq  şəhərlərdə  oxuyan  azərbaycanlı 

tələbələr, yoxsul alim, şair və sənətkarlar Xurşidbanudan yardım 

almışlar.  Qarabağla  birlikdə  bütün  Zaqafqaziyanın  sənət 

sahibləri onun himayəsinə sığınırdılar. 

Həyatını  dövrün  tələbləri  səviyyəsində  qurmağa  adət 

edən Natəvanın vətənində yaratdığı yeniliklərin, zövq və həvəslə 

gördüyü  işlərin  sədası  uzaq  ellərə  yayılmışdır.  Natəvanı 

Qarabağın  abadlaşdırılması,  Şuşanın  mədəni  görkəm  alması 

məsələsi ciddi düşündürmüşdür. O, 1873-cü ildə yüz min manat 

sərf edərək, yeddi kilometrlik məsafədən sıldırım qayaların döşü 

ilə  Şuşaya  içməli  su  çəkdirmişdir.  Şəhər  əhalisi  bunu  əsl 

fədakarlıq, vətənpərvərlik nümunəsi kimi alqışlamışdır. Yüksək 

ideyalarla,  pak  niyyətlərlə  yaşayan  bu  qeyrətli  qadın,  şəhər 

sakinlərinin yüz illik arzusunu həyata keçirdikdən sonra bulaq 

çəkdirmiş, su ambarı, hamam, buzxana tikdirmiş və park saldırıb 

camaatın  istifadəsinə  vermişdir.  Əsl  mənada  Natəvan  vətənin 




 

rifahı naminə canını, varını əsirgəməyən, xalq yolunda ürəyini 



məşəl edən el anası olmuşdur. 

Natəvanın yaradıcılığının coşqun çağları Qarabağ ədəbi 

məclislərinin fəaliyyət göstərdiyi dövrlə sıx bağlıdır. F.Köçərli 

bu  dövrü  “XIX  əsr  ədəbiyyatının  xoşbəxt  zamanı” 

adlandırmışdır. 1872-ci ildə Xurşidbanunun təşəbbüsü və maddi 

yardımı ilə əsası qoyulan “Məclisi-üns” ədəbi məclisi öz ətrafına 

otuza yaxın şair toplamışdır. “Məclisi-üns” üzvlərinin sayına və 

tərkibinə görə sonradan təşkil edilən “Beyti-Fəramuşan” (Şuşa), 

“Məcməüşşüara” (Bakı), “Beytüssəfa” (Şamaxı) məclislərindən 

fərqlənmişdir.  F.Köçərli  Şuşa  ədəbi  məclislərinin  ümumən 

şeirimizin    inkişafındakı  rolundan  danışarkən  qeyd  etmişdir: 

“Xüsusən Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının 

poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton 

vermişlər”. 

Natəvanın 20 ilə qədər rəhbərlik etdiyi “Məclisi-üns” də 

Azərbaycan, fars dilləri  ilə  yanaşı,  çığatay dilində də qiymətli 

mənzumələr  yaranmışdır.  Məclisdə  klassiklərdən  tərcümələr 

edilmiş,  Xaqani,  Nizami  və  Füzuli  kimi  qüdrətli  qələm 

sahiblərinin əsərlərinə nəzirələr yazılmışdır. Şeirlərin bir qismi 

də  məşğələ  zamanı  məclis  üzvlərinin  bədahətən  söylədikləri 

beyt  və  ya  misralardan  düzəlmişdir.  Qarabağ  şairləri 

Azərbaycanın  bir  çox  şəhərləri  ilə  birlikdə,  Tiflis,  Orenburq, 

Həştərxan, Buxara, Mərv, Bombey, Kəlkətə və Bağdad şəhərləri 

ilə  də  ədəbi  əlaqə  saxlamışlar.  Bu  məclislərdə  adlı-sanlı  şair, 

musiqiçi və rəssamların sənətkarlığı izlənmiş, onların incəsənətə 

gətirdikləri  yenilik  müzakirə  edilmişdir.  Bu  zaman 

Xurşidbanunun ilhamla qələmə aldığı “Eylər”, “Gətirir”, “Mən 

idim”, “Sən idin”, “Bənzətdim” və “Ölürəm” rədifli ürəyəyatan 

qəzəlləri  Azərbaycan  şairləri  arasında  şövqünü  artırmışdır. 

Qarabağ, Şəki, Şirvan, Bakı, Quba, Gəncə, Naxçıvan, Ordubad 

şairləri 

Natəvan 


əsərlərindəki 

yüksək 


sənətkarlıqdan 

təsirlənərək, onlarca nəzirə və təxmis yazmışlar. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə