Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə5/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   2   3   4   5   6   7   8   9   ...   13

15 

 

Cavab: Fransız yazıçısı Aleksandr Düma ilə görüşmüşdür. 

13. “Natəvan” poemasının müəllifi kimdir? 

Cavab:  “Natəvan”  poemasının  müəllifi  görkəmli  Azərbaycan 

şairi Məmməd Rahimdir. 

14.  Xurşidbanu  Natəvan  haqqında  hansı  xalq  şairimiz  şeir 

yazmışdır? 



Cavab: Xalq şairi Səməd Vurğun 1935-ci ildə şairənin xatirəsini 

əbədiləşdirmək üçün Natəvan şeirini yazmışdır.  

 

Hamımıza  məlumdur  ki,  Əzizə  Cəfərzadə  1963-cü  ildə 



“Natavan  haqqında  hekayələr”  yazmışdır.  Bu  hekayələrdə  o, 

Xurşudbanu Natəvanın həyatını dolğun ifadələrlə qələmə alıb. 

Kitabxanaçı  Xurşidbanu  Natəvanın  yubileyi  münasibətilə 

kitabxananın kiçik oxu zalında oxuculara bu hekayələr haqqında 

məlumat verə bilər.  Həmçinin Kamran Məmmədovun qələmə 

aldığı  “Azərbaycan  yazıçılarının  həyatından  dəqiqələr” 

kitabından  Xurşidbanu  Natəvanın  həyat  və  yaradıcılığından 

bəhs edən  (85səh -91səh) qeyri-adi və qəribə hadisələr, maraqlı 

anlar, məlumatlar  oxucular üçün çox maraqlı olar. Ümidvarıq 

oxucular  bu  nümunələri  maraqla  qarşılayacaq,  bədii  zövq 

alacaqlar.  

Kitabxanada  Natəvan  irsinin  oxucular  arasında  təbliği 

üçün    şeir  müsabiqəsinin  keçirilməsi  maraqlı  olar.  Şeir 

müsabiqəsi  oxucuların  ən  çox  sevdiyi  tədbirlərdən  biridir. 

Çünki,  bu  tədbir  uşaqlarda  şeiri  daha  dərindən  duymaq,  başa 

düşmək  haqqında  təssəvvür  oyadır.  Müsabiqəni  şairin  təbiətlə 

bağlı  şeirlərinə  həsr  etmək  olar.  Çünki  təbiət  gözəlliklərinin 

təsviri mövzusuna yazdığı şeirlərdə şairin təbiətdən aldığı zövq 

və  fərəh  hissiləri  məhəbbət  motivləri  ilə  birləşərək  yüksək 

şeriyyətlə səslənir.  



Şeir  müsabiqəsinin  giriş  hissəsində  kitabxanaçı  bu  şeirlərin 

məzmunu, yazılma səbəbi haqqında ətraflı məlumat verir.  

 


16 

 

Kitabxanaçı:Natəvanın 

təbiət 

gözəlliyinə, 



bənövşəyə, 

qərənfilə, bülbülə həsr etdiyi şeirləri də vardır. Doğma təbiətin 

gözəlliklərindən  ilham  alan  şair  düşüncələrinin  bədii  inikası 

kimi  yaradılan  bu  əsərlərdən  həyat  ətri,  gülün,  çiçəyin  xoş 

rayihəsi  gəlir.  Şair  təbiət  gözəlliklərini  sevən  aşiqin  mənəvi 

dünyası,  qayğıları  ilə  təmasda,  möhkəm  əlaqədə  təsvir  edir. 

Təbiət 

gözəlliklərinin 



tərənnümünə 

həsr 


edilməsinə 

baxmayaraq,  bu  şeirlərdə  həm  də  güclü  bir  insan  əhval-

ruhuyyəsi  vardır.  Onlarda  insana  və  təbiətə  məxsus 

xüsusiyyətlər, əyilməyən, məğrur mənəviyyat, nəcib duyğular, 

incə  hisslər,  ehtiras  və  məhəbbətlə  dolu  həyat,  hicran,  vüsal, 

etiraf, narazılıq, göz yaşları, yalvarış, ümid, nisgil, səadət həsrəti 

görmək  mümkündür.  Bu  şeirlərin  mərkəzində  insan  əhval-

ruhiyyəsi,  onun könül  dünyası,  mənəvi  tələbatı  dayanır. Şairin 

təbiət  gözəlliklərinin  təsvir  və  tərənnümünə  həsr  edilmiş 

əsərlərində çöl, çəmən, gül, çiçəklə bağlı təsvirlər çox vaxt sevən 

aşiqin  ürək  çırpıntıları,  keçirdiyi  hiss  və  duyğularla 

əlaqələndirilir; bu şeirlərin mərkəzində insan, onun böyüklüyü 

və  əvəzsizliyi  ideyası  dayanır.          Bildiyimiz  kimi  Natəvan, 

istedadlı  şair  olduğu  qədər  də  ustad  bir  nəqqaş  idi.  Şair  öz 

albomunda  çəkdiyi  şəkillərin  məzmununa  uyğun  şeirlər 

yazmaqla  təsviri  sənətlə  poeziya  arasında  qarşılıqlı  rabitə  və 

daxili bir vəhdət yaratmışdır. Onun “Bənövşə”, “Qərənfil”, “Gül 

və Süsən”,”Səfası gülün” “Pərvanə”, “Bülbül” tabloları altında 

yazmış olduğu şeirləri buna gözəl misaldır.  

Təbiətə  ilk  bahar  müşdəsi  gətirən  bənövşə  həmişə  öz 

incə  gözəlliyi  və  xoş  ətri  ilə  şairlərin,  rəssamların  və 

bəstəkarların mövzusu olmuşdur. Ona həsr edilmiş bir sıra lirik 

mənzumələr  içərisində  Natəvanın  şeiri  xüsusilə  seçilir.  Onun 

şeirində bənövşə yeni səpgidə, yeni bədii formada canlanır. Şair 

özünün  “Bənövşə”  rədifli  qəzəlində  təbiət  gözəlliyinə 

məftunluğunu  poeziyanın  sehrkar  dili  ilə  tərənnüm  edir. 

Qərənfilə  həsr  etdiyi  şeirində  də  şair  təbiət  gözəlliyinə 

münasibətini  daha  hərarətli  bir  məhəbbətlə  bildirir. 




17 

 

Ümumiyyətlə, bu şeir həyat eşqilə  yaşayıb yaradan, real təbiət 



gözəlliklərindən təsirlənən bir ürəyin nəğməsidir.  

Natəvanın  doqquz  beytdən  ibarət  olan  “Səfası  gülün” 

rədifli qəzəlində el arasında gözəlliyin, zərifliyin və vəfasızlığın 

timsalı  olan  gül  təsvir  və  tərənnüm  edilir.  Biz,  burada  bahar 

güllərinin,  çiçəklərinin  qoxusunu  alır,  eləcə  də  şair  qəlbinin 

çırpıntılarını  eşidirik.  Müəllifin  ürəyindən  qopan  bu  lirik  və 

mənalı  sətirlər  təbiət  gözəlliklərinin  şair  üçün  əsas  ilham 

mənbəyi  olduğunu  sübuta  yetirir.  Xurşidbanu  Natəvan  şeiri, 

incəsənəti  varlığın  bədii  inikası  hesab  etdiyi  üçün  gülə  həsr 

etdiyi  şeirində  gül  çöhrəsindəki  zərifliyi,  nəzakəti  sənatkarı 

yazmağa sövq edən bir qüvvə kimi tanıyır, təbiətdə şair qəlbinə 

yaxın, sənətkar ruhuna oxşar cəhətlər tapdığına sevinir, güldəki 

zahiri  gözəlliyin  mahiyyətcə  də  gözəl  olmasına  inanır.  Həzin, 

səmimi lirika, təbiət gözəlliklərnin və insanın könül dünyasının 

bəzən real, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri 

onun  yaradıcılığının  başlıca  keyfiyyətləridir.  Bütün  bu 

keyfiyyətləri nəzərə alaraq müsabiqədə oxucular şairin “Səfası 

gülün”,  “Qərənfil”,  “Pərvanə”  və  “Bənövşə”  və  s.  şeirlərini  

söyləyə  bilərlər.  Şeiri  gözəl  intonasiya  ilə  söyləyən  oxucu 

kitabxana 

müdiriyyəti 

tərəfindən 

mükafatlandırılacaq. 

Xurşidbanu  Natəvanın  “Qərənfil”,  “Bənövşə”,  “Şəfası  gülün”, 

“Pərvanə” şeirlərini  təqdim edirik. 

                                 Qərənfil 

I oxucu: 

 

         Səni kimdir sevən bica, qərənfil? 



                                             Sənə mən aşiqi – şeyda qərənfil! 

                                             Səni gülşən əra asüftə gördüm

         Yəqin bildim dutub sevda, qərənfil! 

                                             Belə pəjmürdə hal ilə durubsan

                                             Düşər güllər əra qovğa, qərənfil! 

                                             Driğa kim, vəfasızdır bu gülşən, 

                                             Gedər bu tələti - ziba, qərənfil! 

                                             Üzündən pərdəyi – nazın kənar et! 

                                             Unutma aşiqi, haşa, qərənfil! 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə