Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə9/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   ...   5   6   7   8   9   10   11   12   13

28 

 

Xurşidbanu: Vətən, millət xainləri sizə dürüst məlumat verməyiblər, 

knyaz! 

 

Canişin:        Bəs, dürüstü nədən ibarətdir, Banu bəyim? 



 

Xurşidbanu: Biz istəyirik ki, Cənubi azərbaycanlılar qəddar İran 

                       şahlarının  zülmündən  azad  olsun.  Biz  öz  qan  

qardaşlarımızla birləşmək istəyirik.  Biz onu da bilirik 

ki,  tək-tək  caniləri  qətlə  yetirməklə  bu  böyük  amala 

yetə  bilmərik,  böyük  döyüşə  isə,  gücümüz  çatmır... 

Bizə kömək eləyən yoxdur... 

 

  Canişin:     Mən sizi başa düşürəm, Banu bəyim. Çox təəssüf ki, 



              beynəlxalq 

vəziyyətin 

indiki  halında  imperator   

həzrətləri  sizə  heç  bir  kömək  eləyə  bilməz.  Arzular 

müxtəlif  olduğu  qədər  də  ziddiyyətlidir;  deyirlər  sizin 

yazıçılar, ziyalılar hər cürə mütləqiyyət əleyhinədirlər. 

 

Xurşidbanu: Şəxsiyyyət, vicdan azadlığı olmayan yerdə hansı 

                      həyatdan danışmaq olar? Əgər, xalq öz müqəddaratının  

                      sahibi deyilsə, onun dühası, cəsurluğu neyləyə bilər? 

 

Canişin: Siz zərif bir şairəsiniz. Banu bəyim, həyatın sərt üzünü  



                    görməmisiniz.  Xalq  sizə  əlvan  buludlar  üzərində 

uçuşan mələklər kimi görünür. 

 

Xurşidbanu: Knyaz, mən xan qızı, əminəm ki, əgər, şeytanlar

                       mənsəb düşkünləri olmasaydı, zəhmətkeş xalqın, 

                       doğrudan da, mələk olduğuna siz də inanardınız!  

                       Satqınların, rəzil ikiüzlülərin qurduqları hiylə- 

                       fəsadların istedadlı, namuslu, mərd insanlara güc  

                       gəlməsi məni yandırır, knyaz! 

 



29 

 

         Canişin:        Etiraf edirəm ki, sizin sözlərinizdə həqiqət vardır. 

Lakin  insanlar  bu  həqiqətin  təntənəsini  nə  vaxt 

görəcək? O barədə bir söz deməkdə acizəm. Mən 

çalışaram,  heç  olmasa,  sizin  rəfiqiniz  Seyid 

Hüseyni  azad  etdirim.  İmperator  sizin  xətrinizi 

istəyir. 

Xurşidbanu: (qalxaraq) Knyaz! Mən yalnız ərimin təvəqqəsi 

                       üçün gəlməmişəm.Mən istəyirəm ki, şahzadənin  

                       öldürülməsi Azərbaycanın üzərinə qara kölgə 

                       salmasın! 



Canişin: Mənim hər şeyin ədalətlə həll olunmasına çalışacağıma  

              əmin ola bilərsiniz, Banu bəyim. 

Səhnəcik bitdikdən sonra iştirakçıların yerini aparıcılar alır.  

 

II  Aparıcı:  Natəvanın  əsərləri  bədii  sənətkarlıq  baxımından 

kamil şeir nümunələridir. İncə mətləbləri, dərin hissləri qüvvətli 

lirika,  poetik  coşqunluqla  cana  gətirmək,  şeirdə  ifadə 

yığcamlığı,  fikir  əlvanlığı  və  məna  dərinliyi  yaratmaq  onun 

sənətkarlığının əsas məziyyətləridir. Şifahi xalq ədəbiyyatından 

və  klassik  irsdən  ustalıqla  bəhrələnən  şair,  yeri  gəldikcə  bədii 

sual, xitab və nidalar işlətməklə, lirik qəhrəmanın daxili aləmini, 

onun  hiss  və  duyğularını,  heyrət,  həyəcan,  yalvarış  və 

təəssüflərini canlı, təsirli əks etdirə bilmişdir. Şeirlərindəki bədii 

ifadə  vasitələri,  xüsusilə  təkrirlər,  qoşa  qafiyələr,  rədiflər, 

metafora və təşbehlər onun əsərlərinin şeiriyyətini, bədii-estetik 

təsirini  daha  da  qüvvətləndirir.  Bütün  bu  keyfiyyətlərinə  görə, 

Xurşidbanu  Natəvanın  poeziyası  bu  gün  də  bəşəri  arzularla, 

təmiz  və  pak  hisslərlə,  yüksək  əməllərlə  yaşayan  insanların 

qəlbini, 

ruhunu 


oxşayır, 

onların 


mənəvi 

dünyasını 

zənginləşdirir. 

 

 




30 

 

I Aparıcı: Həyatın çox incə tərəflərini duyan, hiss edən, insan 

 mənəviyyatının dərinliklərinə baş vuran, kövrək xarakterə və  

xasiyyətə malik şairə şəxsi həyatında daim fəlakətlərə uğramış, 

kimsə  tərəfindən  mənəvi  təsəlli,  ruhi  yaxınlıq  və  qayğıkeş 

münasibət  görməmişdir.  Üstəlik  sevgili  oğlu  Mir  Abbasın 

vaxtsız  ölümü  şairənin  ana  qəlbinə  sarsıdıcı,  sitəmli  və  heç 

zaman  unudulmayacaq  yara  vurmuşdur.  Natəvan  bütün  ömrü 

boyu dərdli olmuş, qüssə içərisində gün keçirmiş və ömrünü bu 

minvalla başa vurmuşdur. Lakin şəxsi həyatında ona üz verən 

kədərlər, taleyinin bədbəxtliklər girdabından qurtula bilməməsi 

şairənin  insanın  işıqlı,  xeyirxah  əməllərinə  inamını  sarsıda 

bilməmişdir.  Natəvan  böyük  təbiətli  insanlara  məxsus  bir 

qətiyyətlə,  sarsılmaz  iradə  gücünə  və  hünərə  arxalanaraq  öz 

həyatını əzablar və mübarizələr içərisində keçirsə də, insanlara 

sevinc və səadət mahnısı oxumuşdur. Bununla yanaşı, Natəvan 

şeirinin  cövhərini  və  mayasını  təşkil  edən  kədər  motivlərinin 

mənbəyini  araşdırmaq,  onun  hansı  formalarda  təzahür  etdiyini 

görmək üçün onun qəzəllərinə müraciət etmək kifayətdir. 

 

II Aparıcı: Natəvan şeirinə həyatdan gələn kədəri iki mühüm 

amillə izah etmək lazımdır. Birincisi, şairənin şəxsi yaşayışında 

ona üz verən təbii bədbəxtliklərdən, qadınlıq taleyinin uğursuz 

hadisələrlə rastlaşmasından irəli gələn fərdi-subyektiv kədərdir. 

İkincisi,  dövrünün  haqsızlıqlarına  mərdliklə  sinə  gərən,  qadın 

hüququnun  müdafiə  edilməsi  uğrunda  tərəqqi  və  azadlıq 

düşmənləri  ilə  ardıcıl  mübarizə  aparan  vətənpərvər  bir 

sənətkarın  həyatda  duyduğu  təklikdən  irəli  gələn  ictimai 

kədərdir. 

Şairə 

Azərbaycan 



ədəbiyyatının 

müstəsna 

insanlarından  biri  olmuşdur.  Çünki  onun  yaradıcılıq  fəaliyyəti 

təkcə  şeirlə  bitmir.  Natəvan  rəssamlıqla  da  məşğul  olmuş,  o, 

nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı ilə seçilmişdir.  

     Natəvanın  fitri  istedadının  üzə  çıxması  və  çiçəklənməsində 

Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti də mühüm 

rol oynamışdır. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə