Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə12/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   ...   5   6   7   8   9   10   11   12   13

37 

 

II  Aparıcı:   Natəvanın  məhəbbət  mövzusunda  yazdığı 

qəzəllərində 

həyatdan 

şikayət, 

peşmançılıq, 

yalvarış, 

nigarançılıq, təəssüf hissləri, zəmanədən, dövrandan  narazılıq  

motivlərinə    də    gen-bol    yer  verilmişdir.    İnsan    taleyinə  

həssaslıqla    yanaşan    şair    ictimai  ədalətsizliyə,    mənəvi  

buxovlara 

qarşı 


çıxaraq, 

oxucusuna 

zülmkarlıqdan, 

xudpəsəndlikdən uzaq olub, eşqi, məhəbbəti əziz tutmağı, şərəf 

və  ləyaqətlə  yaşamağı  tövsiyə  edir.  Arzuladıqlarını  həyatda 

görməyən şair lirik qəhrəmanın dili ilə dünyaya gəldiyinə

sevib-sevildiyinə təəssüf edir. Bu ruh “Olaydı” rədifli qəzəlində  

          özünü aydın büruzə verir. İlahiyə müraciətlə deyilən bu qəzəldə 

şairin  lirik  qəhrəmanı  maddi  və  mənəvi  aləmdə  qarşılaşdığı 

ziddiyyətlərə  -  “eşq  içrə”  şadlıqdan  sonra  axan  göz  yaşlarına, 

sərv  boylu  gözəl  qamətin  əlçatmaz  olmasına,  bülbülün  güldən 

kənarda, gülün isə xar əlində qalmasına etiraz edir. O, həyatdakı 

ziddiyyətlərin  səbəbini  göylərin  iradəsində  görür,  hicranla 

vüsalın,  gülşənlə  bülbülün  möhnətinin,  şadlıq  və  sevinclə 

bəlanın bir yerdə olmasına təəssüflənir. Yar vüsalından, gülşən 

seyrindən sonra gələn həsrət iztirablarını, ayrılıq dözülməzliyini, 

həyatın  insana  zindan  kəsildiyini  görəndə  aşiq  bədbinləşir, 

rəhmsiz dövranın alt-üst olmasını, ədalətsiz cəmiyyətin  

dağılmasını istəyir: 

Oxucu səhnəyə çıxıb X.Natəvanın “Olaydı” rədifini söyləyir.  

  

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı! 

Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı!

 

Nə Misr olaydı, nə Kənan, nə həsrəti-Yəqub, 

Nə xar olub qəmi-hicranda, qərqi-matəm olaydı! 

 Nə çah olaydı, nə zindan, nə karvan güzəri, 

Nə Yusifi bu bəlada görən bir adəm olaydı! 



38 

 

Nə bəzm olaydı, nə bazari-Yusif əhvalı, 



Nə rəhgüzərdə Züleyxa qəmlə həmdəm olaydı! 

 Nə ah olaydı, nə əfsus, nə parə-parə könül

Nə Natəvanın, ilahi, həvəsi dərhəm olaydı! 

II Aparıcı: Natəvan sözü bütöv və sədaqətli şərqli-azərbaycanlı  

    qadını olmuş, eləcə də ailəsinə, xüsusilə də övladlarına son dərəcə 

  bağlı, qayğıkeş ana olaraq şəxsi həyatında daim iztirab duymuş,  

    sevincin, şadlığın mahiyyət etibarlə nədən ibarət olduğunu, demək 

olar ki, dadmışdır. Sevimli oğlunun qəflətən, cavan yaşında vəfat 

etməsi çox təbii olaraq onun şeirlərinə bir hüzn, sarsıdıcı, küskün 

bir əhvali-ruhiyyə gətirmişdir. 

 

Oxucumuzun ifasında Natəvanın “Sənsiz” qəzəli  səslənir. 



 

           Bahar əyyamıdır, açıldı güllər, ey cavan sənsiz! 

           Təəccübdür nədən divanə olmaz Natəvan sənsiz? 

           Şəmadət eyləyir düşmən mənə hər dəm və hər saət

           Mərəz artır dəmadəm, varə - varə, hər zaman sənsiz. 

           Nə ümidim visalə, nə vəraqə tabü taqət həm, 

           Gözümdə tirəvü tar oldu, billah, bu cahan sənsiz 

           Sən əyləş hurilə, eylə həmişə eyşü işrət kim, 

           Dəmadəm mən çəkim dildən, edim ahü – fəğan sənsiz. 

          Yetişməz başə, Abbas, ömrüm axır bir tamam olsun, 

           Keçər hər bir dəqiqə ildən artıq, əlaman sənsiz. 

           Bu gün eydi – şərif oldu, məgər sən bixəbərsənmi? 

           Güman etmə ki, işrət içrə əylənsin anan sənsiz. 

           Güli – ruyindən ayrı neylərəm mən gülüstan seyrin? 

           Edən bülbül kimi nalə bu zarü Natəvan sənsiz! 

 

 

 



 


39 

 

I Aparıcı:  Natəvanın dünyagörüşünün, bədii zövqünün 

        fоrmalaşmasında  yaxın  və  uzaq  qоhumlarının  əməyi  az 

оlmamışdır.  Qasım  bəy  Zakir,  Mirzə  Cavan,  Mirzə  Adıgözəl, 

Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz 

yaradıcılıqları,  ədəbi  söhbət  və  mübahisələri,  eləcə  də  ağıllı 

məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi 

qüvvətləndirmişlər.  Xurşidbanu  Natəvanın  qəzəllərində  aşiqanə 

motivlər birinci dərəcəli əhəmiyyət kəsb edir. Eşq, ümumiyyətlə, 

qəzəl janrının mərkəzi mövzusudur. Dahi Füzulidə olduğu kimi, 

Natəvanın  qəzəllərində  də,  eşqin  mənası  və  mahiyyəti  insanı 

ucaldan,  onu  təbiətin  nadir  incisi,  kamal  və  mərifət  sahibi  edən 

keyfiyyətdir.  Xurşidbanu  Natəvanın  insana  məhəbbət,  həqiqətə 

inam  və  xeyirxah  əməllərə  ümid  dolu  poeziyası  həmişə  təzədir. 

Bu şeir öz mayasını, qaynaqlarını təbiətin munis gözəlliklərindən, 

baharın həyat qoxulu nəfəsindən, torpağın ətrindən götürmüşdür. 

Şairənin həyatı, yaradıcılığı, şəxsiyyəti gözəlliyə doğru üz tutmuş, 

gözəlliyi  sevmiş  və  gözəl  insan,  məğrur  insan  uğrunda 

çarpışmışdır.  Gözəllik  və  saflıq  Natəvan  şeirinin  başlıca  bədii- 

poetik xüsusiyyəti kimi meydana çıxmışdır. 

 

Oxucularımızın ifasında Xalq şairi Səməd Vurğunun “Natəvan” 

şeiri dinlənilir. 

 

I oxucu:    



 

Üzündə son bahar, ağzında yaşmaq, 

                         

Sənin gözəlliyin solğun görünür. 

                         

Gəl yaxın əyləşək, yaxın danışaq, 

                         

Mənalı gözlərin dolğun görünür... 

                         

Söylə, şeirlərin can verir nədən? 

                         

Ağlayır dediyin  dərdli qəzəllər. 

                         

Bir çiək qopardı hər gəlib gedən

                         

Sənin də payına düşdü xəzəllər... 

 

 

 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə