31
I Aparıcı: Şairənin 1872-ci ildə Şuşada yaratdığı “Məclisi-üns”
(dostluq, ülfət məclisi) o dövrdə Azərbaycanın müxtəlif
yerlərində təşkil edilmiş ədəbi məclislərin müstəqil bir qanadı
idi. Xan qızı məclisə rəhbərliyi və onun bütün xərclərini öz
üzərinə götürmüşdür. “Məclisi-üns” də tanınmış Qarabağ
şairələri ilə yanaşı, məşhur xanəndə və sazəndələr də iştirak
etmişlər. Natəvanın poeziyası Azərbaycan xanəndələrini də
ruhlandırmış,
onun poeziyası professional Azərbaycan
bəstəkarlarının əsərlərində öz əksini tapmışdır. Xurşidbanu
Natəvanın həyat və yaradıcılığı şair və yazıçılarımızı da
ilhamlandırmış, xalq şairləri Səməd Vurğun, Məmməd Rahim,
Hüseyn Arif və başqaları onun haqqında şeirlər, poemalar,
xalq yazıçıları Əzizə Cəfərzadə hekayələr, İlyas Əfəndiyev
“Xurşidbanu Natəvan”, şairə Fəridə Əliyarbəyli “Xan qızı”,
yazıçı Şövkət Məmmədova “Natəvan” pyeslərini, xalq artisti
Vasif Adıgözəlov “Natəvan” operasını yazmışlar. Görkəmli
heykəltaraş Eldar Ömərov şairin heykəlini yaratmış, bir çox
rəssamlar, xüsusilə Altay Hacıyev, Mikayıl Abdullayev və
Oqtay
Sadıqzadə
onun
bədii
obrazını
tablolarda
əbədiləşdirmişlər.
Oxucular
Məmməd
Rahimin “Natəvan” poemasından
səhnələşdirilmiş parçanı təqdim edirlər. Səhnəyə Natəvanın,
Aleksandr Dumanın rolunu ifa edən oxucular çıxırlar. Natəvan
yadigar olaraq yazıçıya Qarabağ xalçası və əl işini hədiyyə edir.
Natəvan: Dünyada məşhurdur bizim Qarabağ
İncə xalısıyla, qoy məndən sizə,
Firəng ədibinə yadigar olsun
Bu Şuşa xalçası, bir də əl işim.
32
Aleksandr Düma: Təşəkkür edirəm hörmətinizə...
Getməliyəm...
Xanım, bağışlayınız,
Nə yazdırır sizə bu qəzəlləri?
Oxuduqca bayaq hey bağça-bağda
Susdu bülbüllər də yaşıl budaqda.
Başa düşməsəm də mənasını mən
Duydum o ahənglə dərindən-dərin
Ayrılmaq istərəm mən bu həyatla
Ən gözəl, ən şirin təəssüratla.
Təsiri altında xoş sətirlərin.
Natəvan:
Qarabağın söyüdləri
Salxım-salxım budaqlar,
Anamın öyüdləri,
Zirvəsi qarlı dağlar,
Babamın nəsihəti,
Ellərimin qüdrəti,
Mən şeri, şeriyyəti
Ancaq sizdən almışam.
Sevincin ilk camını,
Şerimin ilhamını,
O düzdən, bu ağacdan,
Yanan şamdan, çıraqdan,
Axar, büllur bulaqdan,
Göy dənizdən almışam,
Zümrüd göl, gümüş ləpə!
Ətir yayan göy təpə!
Dumanlı, çənli dərə!
Rəngi əlvan mənzərə,
Ağunu şərbət kimi
Yolunuzda içmişəm.
Sizdən ötrü min kərə
Oddan, Sudan keçmişəm.
33
Qanlı dövran
mənimlə
Eləməyir müdara;
Qəm tutub boğazımdan,
İstəyir çəksin dara.
Odlar yurdunu sevdim
Deyil yalnız Şuşanı.
Fələk möhrünü basmış,
Bir gün mən pərişanı
Ah, bu fani aləmə
Nakam doğmuşdur anam.
Ümidinin çırağı
Qırılmış Natəvanam.
Aleksandr Düma:
Mersi, mersi, madam.
II Aparıcı: Natəvanın yaradıcılığında böyük ana məhəbbəti tez-
tez tərənnüm edilir. Şairə vaxtsız ölmüş oğlunun taleyi üçün acı
göz yaşları axıdır:
Yanar canım oğul, daim sənin nari - fərağında,
Neçə pərvanələr hərdəm yanar şəmin ayağında.
Güli – ruyin havasilə çıxır əflaka əfğanım,
Olur bülbül nəvası gül fəraqü iştiyaqında.
Sənin vəslin xəyaliylə gözü könlüm gəzər daim
Ki, çün, Məcnuni sərgəştə, gəzər Leyla sorağında.
Nə hali - qamətin zikri məim virdi - zəbanımdır,
Dəmadəm naleyi – qumri olur sərvin budağında.
O şirin ləblərin şövqi, günü – gündən olub əfzun,
Əgər Fərhad tək yüz il dolansam hicr dağında.
Hərisəm bəs ki, ol Şirin zəbanın zikrinə, hərdəm
Olur xoş nitqi tuti şəkər olsa dəmağında.