Tək inci kimi parlayan Xan qızı Xurşidbanu Natəvan



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/13
tarix01.08.2018
ölçüsü0,8 Mb.
#60452
1   2   3   4   5   6   7   8   9   ...   13

18 

 

 



 

 

                                 Bənövşə 

   II oxucu: 

 

     Fələk rənginə bənzər bu bənövşə, 



                                         Tutub səhraları hərsu, bənövşə! 

                                         Neçün gülşənlərin tərkin qılıbsan?   

                                         Düşübsən çöllərə dilcu, bənövşə! 

                                         Belə qəddin bükülmüş, pirlər tək, 

      Deyirsən sübhü şam “yahu”, bənövşə! 

                                         Səni şövqü bahar aşüftə qılmış, 

                                         Çəkər aşiq olan qayğü, bənövşə! 

                                         Dilər ətrin könül badi-səbadan

                                         O zülfi – yar tək xoşbu, bənövşə! 

                           

 

                        Səfası gülün 

III oxucu:              Əgərçi xoşdu mənə ətri, həm səfası gülün, 

                              Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün. 

                              Cəfayi- xari görüb, köçdü bağdan bülbül 

                              Görən kim oldu bu gülşəndə aşinası gülün? 

                              Xəzanə meyl elədi, almadı vəfa nəzərə

                              Yetişdi bülbülə çox-çox qəmu cəfası gülün. 

                              Tökür sirişk əvəzinə, gözün üzrə al qan, 

                               Olubdu çünki könül zaru mübtəlası gülün. 

                               Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhər 

                               Qurtarmaz həşrə qədər hali-məcarası gülün 

 

                     Pərvanə 

IV oxucu:       Özün eşq atəşinə vurmağa dilşad pərvanə, 

   


           Bəli, bir dəfə yanmaqdan olur azad pərvanə 

                       Görür məclislər içrə şəmi hər şəb yari - əğyarə

                       Onunçun yanmağın tərhin qılır bunyad pərvanə 

                       Sənə ey şəm, töhmətlər qalır məşuqələr içrə, 




19 

 

                       Əgərçi xirməni – ömrün qılır bərbad pərvanə 



                       Demə məşuqi - bipərvadır şəmə kim, məlamətdən 

                       Verib can sübhətək, oldu vəfadan şad pərvanə. 

                       Bilib şəmin vəfasın, cismi-canın atəşə yaxdı, 

                       Qəmi-hicri-dəmi – vəslində etdi şad pərvanə 

                       Cəfayi- hicrdən canə yetib şövqi-vüsal ilə, 

                       Yanıb şəmin oduna, etmədi fəryad pərvanə. 

                      Yanar gün Natəvan xəstə müdam ol atəşi-qəmdən, 

                       Səbur ol, eylə adət, şiveyi – ustad, pərvanə! 

 

Şeir  müsabiqəsi  ilə  yanaşı  rəsm  müsabiqələrinin  də 



təşkili  mümkündür.  Müsabiqədə  həmin  bu  şeirlərə  uşaqlar 

tərəfindən 

şəkillər  çəkilməsi  tapşırılmalıdır.  Rəsmlərin 

çəkilməsi üçün oxuculara iki həftə vaxt verilir. Bu vaxt ərzində 

oxucular həm Natəvanın əsərlərini oxuyub, həm də oxuduqları 

və ən çox bəyəndikləri təbiət şeirlərinə rəsmlər çəkə bilərlər. Ən 

gözəl məna kəsb edən rəsm işləri də kitabxananın müdiriyyəti 

tərəfindən mükafatlandırılır. 

Kitabxanalarda  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə 

“Xurşidbanu Natəvanın yaradıcılığı müasir gəncliyin gözü ilə” 

adlı  oxucular  konfransı  da  təşkil  etmək  mümkündür. 

Konfransdan  öncə  onun  proqramı  tərtib  olunmalı,  konfransın 

keçiriləcəyi  dəqiq  vaxt  müəyyən  olunmalıdır.  Proqramda 

konfransda  çıxış  edəcək  qonaqların,  ədəbiyyatşünasların  və 

şagirdlərin  adları,  onların  çıxış  edəcəkləri  mövzular,  tədbirin 

keçiriləcəyi  məkan  və  zaman  qeyd  olunur.  Konfrans  zamanı 

Xurşidbanu  Natəvan  yaradıcılığına  yaxından  bələd  olan 

jurnalist, yazıçı və şairlərin çıxışları dinlənilir.  

Oxucu konfransının planını sizə təqdim edirik: 

1. Giriş hissə (Natəvanın həyat və yaradıcılığı haqqında məruzə)  

2.  Xurşidbanu  Natəvanın  yaradıcılığı  haqqında  kitabxana 

rəhbərliyinin, jurnalist, yazıçı və şairlərin çıxışları.  




20 

 

3.Yuxarı sinif  şagirdlərindən ibarət olan oxucuların Natəvanın 



müxtəlif  əsərləri  ətrafında  müzakirələri.    Şairin  əsərlərinə 

yazılmış mahnılar dinlənilir, şeirləri, qəzəlləri söylənilir. 

4. Konfransın yekunu.  

 

Kitabxanada  yuxarı  sinif  şagirdləri  ilə    “Füzuli  məktəbinin 



layiqli  davamçısı  Natəvan”  adlı  sərgi  ətrafında  oxucularla 

söhbət də, keçirmək olar.  



Bunun üçün kitabxanaçı bir həftə əvvəl oxuculara Xurşidbanu 

Natəvanın  kitablarını  oxumağı  məsləhət  görür.  Kitabxanada 

şairənin  yaradıcılığını  əhatə  edən  sərgi  təşkil  edilir,  slayd 

hazırlanır. Kitabxanaçı şairənin həyat və yaradıcılığı haqqında 

konkret şəkildə oxuculara məlumat verir. Sonra isə isə şairənin 

yaradıcılığında  dahi  şairimiz  M.Füzulinin  ədəbi  təsirinin 

olmasından  söhbət  açır  və  oxuculara  şeirlərindən  nümunələr 

gətirir.    

 

Kitabxanaçı: 

Xurşidbanu 

Natəvan 

bədii 


əsərlərinin 

əksəriyyətini  klassik  sənətkarların,  xüsusilə  Məhəmməd 

Füzulinin ədəbi təsiri ilə yazmışdır. Şairin qəmli, kədərli həyatı, 

çəkdiyi  möhnətlər,  keçirdiyi  iztirablar,  könül  narahatlığı  onu 

ruhən Füzuliyə yaxınlaşdırmışdır. Ustadın qəzəllərində Natəvan 

özünün  ürək  tərcümanını,  qəlb  duyğularının  ifadəsini  görmüş, 

buna  görə  əsərlərində  həmişə  Füzuli  şeirinin  poetik 

xüsusiyyətlərindən,  bədii  leksikasından,  təsvir  və  ifadə 

vasitələrindən  gen-bol  bəhrələnmiş,  bəzən  hətta  müəyyən 

hissələri  təkrar  etmişdi.

 

Füzulinin  ədəbi  təsiri  Natəvanın  



məhəbbət şeirlərində daha güclüdür. Dahi sələfinin ənənələrini 

davam  etdirən  Natəvan  məhəbbəti  yüksək  bəşəri    hiss,  insanı 

ucaldan əxlaqi keyfiyyət kimi qiymətləndirir. Onun vəsf etdiyi 

məhəbbət  insanlara  sədaqət,  vəfa,  etbar,  inam  hissləri  aşılayır. 

Dahi  Füzulidə  olduğu  kimi,  Natəvanın  qəzəllərində  də,  eşqin 

mənası  və  mahiyyəti  insanı  ucaldan,  onu  təbiətin  nadir  incisi, 

kamal və mərifət sahibi edən keyfiyyətdir. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə