TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə32/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   28   29   30   31   32   33   34   35   ...   171

72

isə köklü əsaslar üzərində deyil, köçürmə sistemi ilə qurulduğun­

dan zövqü oxşasa da, dəyərlərin alt­üst olmasına təkan veririrdi.  

İyirminci  əsrin  sonunda  telesənayedə  bir  neçə  cəbhə  üz­üzə 

durmağa  və  maraq  mövqelərini  aralarında  bölməyə  nail  olmuş­

dular. CNN–informasiya, MTV–musiqi, E–əyləncə və Discovery–

mədəni­maarif. Bu nəhəng kanalların, 1990–2000­ci illərdə hakim 

olan  qüvvəti,  gücü  XXI  əsrin  ilk  onilliyində  zəifləməyə  başladı. 

İnternetin  və  kinonun  “3d”  imkanları  ab­havanı  yenilədi.  İnter­

netin  inkişafı  sosial,  video  şəbəkələrin  meydana  çıxması,  vaxtilə 

telesənayenin  kinematoqrafiyadan  üstünlüklərini  onun  əlindən 

almağa başladı. Bu gün “Facebook”, “My spage”, “Youtube” kimi 

şəbəkələr tamam fərqli yanaşmanı, azad seçim imkanını yaradır. 

Postmodernizmdən sonrakı mərhələ – post­postmodernizmin işə 

düşməsi daha açıq dramaturji model qurmağa imkan verir. Klas­

sik model yeni libasda internet vasitəsilə üzə çıxır.

Teatrda obrazlı deyilsə, müəllif hər bir anlamı daşıyan gücdürsə, 

kinoda daha həlledici qüvvədir. Televiziya anlamında məhz rejis­

sor ən əsas idarəedən insan, həlledici və formalaşdırandır. Teatrda 

hər detal funksionaldırsa, TV­də kinodakı kimi, ab­havanı yarat­

maq üçündür. Skip Press telesənayeni təhlil edərək kriminal, tibbi 

və  ailəvi  komediyaların  televiziya  üçün  əbədi  olduğu  qənaətinə 

gəlir. Bu mövzular, qəribə də olsa, hər zaman aktualdır. Bu, birba­

şa insani istəklər, maraqlarla bağlıdır. “Açar deşiyindən baxmaq” 

hissi,  digərinin  başına  gələn  faciəni  izləmək  istəyi  insanın  əzəl 

təbiətindədir. Reytinqin idarə olunmasında məhz insanların gizli 

istəkləri, yaşantıları əsas götürülür. Bəzən açıq şəkildə hər kəs bu 

tipli və ya açıq­saçıq məqamları olan verilişləri tənqid etsələr də, 

gizli şəkildə hisslərinə uyğun məqamları izləyərək ictimai həyatda 

hisslərini  gizlətməyə  üstünlük  verirlər.  Bu  mənada  Azərbay can 

teleməkanında  dünyada  tanınmış,  yer  tutmuş  layihələrin  tək­

rarlanmasından, qeyri­müəyyən, kor­koranə eksperimentlərdənsə, 

artıq yerini tutmuş layihənin uyğunlaşdırılması dəbi özünü  doğ­

ruldur.  Reytinqi,  bazarda  yerini  müəyyən  etmədən  bir  layihəyə 

başlamaq TV üçün yersiz riskdir. Lakin dünyada özünün seyrçi or­

dusunu  toplamış  layihənin  canlandırılması  düşünülmüş,  gərəkli 

addımdır.  Telekanalları  bunda  qınamaq  bəsit  yanaşmadır.  Eyni 

uğurla bütün istehsal və yaradıcı sahələri tənqid hədəfinə almaq 

olur.  “Niyə  bizdə  balet,  opera  və  ya  xor  var?”  deməklə  “TV­də 

ni yə  bu  layihələr  təkrarlanır?”  fikri  eyni  cür  səslənir.  Rusiya  və 

Türkiyənin timsalında telefilmlərə nəzər yetirsək, hətta serialların 

belə  adaptasiyasına  rast  gələrik.  O  cümlədən,  televerilişlər  hansı­




73

sa kanallardan götürülüb uyğunlaşdırılır. Televiziyada yaradıcılıq 

bəşəri  əhəmiyyət  kəsb  etməklə  milli,  ölkədaxili  dəyərlərə  uyğun­

laşdırılmalıdır. Əks halda bu yaradıcılıq gözübağlı döyüşə getməyə 

bənzəyər.

Çağdaş  kinematoqrafiya  mürəkkəb  yaradıcılıq  yolu  keçərərk 

teatr pyeslərinin bəlli janrları çərçivəsindən çıxıb yeni janrlar ya­

rada bilmişdir. Bu gün kinematoqrafiyada mövcud olan janrlara 

nəzər yetirək:  ekşn, macəra, animasiya, komediya, pritça, detek­

tiv, dram, dramediya, ansambl kinosu, fentezi, qara film, dəhşət, 

indi,  müzikl,  mistika,  canlı  təbiət,  melodrama,  romkom,  elmi 

fantastika,  triller,  hərbi  film,  vestern.  Televiziya  dramaturgiya­

sı  da  özünün  istər  oyun,  sənədli,  informativ,  istərsə  də  analitik 

janrlarında  tamam  ye ni  sərhədlər  yaradıb.    Qovuşuqda  yaranan 

yeniliklər  TV­nin  təbiəti,  dəyişkənliyi,  dinamikası  ilə  bağlıdır. 

İstənilən telelayihənin ərsəyə gəlməsi oun ümumi konsepsiyasının 

müəyyənləşməsindən  başlayır.  Konsepsiyanın  müəyyənləşməsi 

isə bilavasitə ideyanın mahiyyəti ilə baş verir. Məhz dəqiq ideya 

konsepsiya doğura bilər. Konsepsiyanın çatdırılması üçün forma, 

daha dəqiq ifadə etsək, struktur müəyyənləşir. 

Görkəmli  mütəfəkkir  Aristotel  dramaturgiyanın  strukturunu 

öyrənərək onun hərtərəfli təhlilini vermişdir. “Poetika” əsərində 

hadisəni və fabulanı tragediyanın əsas məqsədi hesab edən müəllif 

onun  keyfiyyətini  yox,  hadisəni  tamlıqla  göstərməsini,  əhatə 

etməsini vacib sayır. Fabulanın strukturunu əvvəl, orta, axır böl­

güsü ilə təqdim edən Aristotel əvvəlin və sonun təsadüfliyini inkar 

edərək onların məqsədli, ardıcıl olmasının vacibliyini qeyd edir. 

Dram nəzəriyyəçiləri bu fikirləri davam etdirərək kino və TV dra­

maturgiyasının yeni strukturları barədə mülahizələr irəli sürdülər. 

Sild Fild, Loyoş Eqri, Cozef Compel, Con Trebi, Kris Xartli, Melani 

Fillips, Robert Maktli, A. Mitta və digər müəllifləri bu mövzu ma­

raqlandırmış, onlar nəzəri cəhətləri müəyyən etməklə yeni struk­

tur dəyişikliklərini təklif etmişlər. 

Burada  söhbət  daha  çox  kinematoqrafiyadan  gedirsə,  bəs  tele­

yaradıcılığın  dramaturji  nəzəriyyəsi  hansı  ölçü  və  sxemlə  mü­

əyyənləşməlidir?  Bu  vacib  və  həllini  gözləyən  sualın  cavabını 

tapmaq  istiqamətində  televiziya  nəzəriyyəçilərinin  tutarlı  elmi 

araşdırmalarına,  demək  olar  ki,  rast  gəlinmir. Aşağıda  teleproq­

ramın  strukturunu  kinossenarinin  strukturu  ilə  müqayisəli  şə­

kildə göstərməyə çalışacağıq. Ancaq öncədən deyək ki, teleserial 

sənayesində  yeddi  aktlıq  struktur  anlayışı  var  ki,  bu  da  klassik 

strukturdan mahiyyətcə fərqlənmir. Sadəcə olaraq iki saat davam 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə