238
kinonun və teatrın imkanlarından geniş isifadə olunmağa baş
landı. Bu proses SSRİ məkanında televiziyanın ideoloji təbliğatçı
kimi əhalinin asudə vaxt probleminin həllində də məqsədyönlü
fəaliyyətinin təşkili tələb kimi qoyulduğu yerdə daha qabarıq du
yuldu. 22 mart 1951ci ildə SSRİ Nazirlər Sovetinin “Radioinfor
masiya Ümumittifaq Komitəsinin nəzdində Televiziyanın Mərkəzi
Studiyasının yaradılması haqqında” qərarı ilə kinoprokata verilən
filmlərin premyeradan sonra on gündən gec olmayaraq, teatrların
premyerasından 1 ay gec olmayaraq, konsert proqramlarının isə
dərhal yayımlanması tələb kimi qoyuldu (237, səh. 62). Kino və
teatr tamaşalarının yayımı elə bir səviyyəyə çatmışdı ki, Z. Məm
mədov bunu “TVnin ev kinosu olduğunu” və publisistikanın
gəlişi ilə “kinojurnal+bədii film+konsert” məzmunundan arıtlan
mağa başladığını” qeyd edir. Mavi ekran qarşısında istirahətin qu
rulması – bunun müasir insanı düşündürən və ona maraqlı gələn
bir cəhət kimi təcəssüm etməsi televiziya tərəfindən dəqiqliklə
öyrənildi və bu sahədə ardıcıl fəaliyyət aparıldı. Hər bir insanın
asudə vaxtının 2040%ni əyləncəli vasitələrlə keçirmək istəyi (42,
səh. 296) televiziya verilişi yaradıcılığında prioritet mövzu olmağa
başladı. Artıq televiziya ekranlarından təkcə bədii filmlərin nüma
yişi deyil, həmçinin əyləncəli verilişlər, musiqili proqramlar da ya
yımlanmağa başlayırdı.
Bazar iqtisadiyyatı olan ölkələrdə filmlərin nümayişi üçün isteh
salçı şirkətlərə çoxlu məbləğdə pulun ödənilməsi reallığı televizi
yalara bu sahədə yaradıcılıq imkanlarını itiləmək və çoxseriyalı
bədii televiziya filmlərinin yaradılmasının əsasını qoymaq la həm
rekreativliyi icra etmək, həm də TVnin kommersiya ehtiyacları
nın ödənilməsi üçün reklamvericilərin cəlb olunmasına şərait ya
ratmaq imkanı verdi. Mədəniyyətin bütün sahələrinin mərkəzdən
idarə olunduğu Sovet İttifaqından fərqli olaraq, bu ölkələrdə te
leviziya hər bir tamaşa və ya konsert üçün yüksək məbləğdə pul
ödənildiyi üçün daha ucuz yolların axtarışına başlanıldı. Yumo
ristik verilişlər, musiqi nömrələri, çarxları və müxtəlif mövzuları
əhatə edən seriallar efir vaxtını doldurmaqla, həm kanala reytinq
və məntiqi olaraq reklam gətirmiş oldu, həm də tamaşaçıların
asudə vaxtının səmərəliliyi həyata keçdi. Lakin bir çox hallarda
reytinq ardınca qaçan TVlərdə bu cür verilişlər bayağı məzmun
və heç bir ideya yükü daşımayan tərzdə təcəssüm olunurdu ki,
bunu da bir çox tənqidçilər ucuz gülüş adlandırırdılar.
Azərbaycan televiziyasının yaranış və sonrakı inkişaf tarixinə
nəzər yetirincə, Sovet vətəndaşlarının səmərəli əyləncəsinə ünvan
239
lanmış veriliş, konsert proqramı, film, televiziya tamaşası nüma
yişinin böyük pərvəriş tapdığının şahidi ola bilərik. “Komediya
lar aləminə səyahət”, “Yarızarafat, yarıgerçək” yumoristik, “Gəl,
ey səhər”, “Söyüdlü bağ” musiqi proqramları, teletamaşalar və
filmlər tamaşaçıların yadında qalan və sevərək xatırladıqları ekran
nümunələri kimi teletariximizdə əhəmiyyətli yerini tuta bilmişdir.
Böyük yaradıcı ənənələr yaratmış müəllif, rejissor və operator
ların rekreativ fəaliyyətə yönəlmiş işləri dövrün ideoloji tələbləri
çərçivəsində qurulan əyləncə kimi tərifəlayiqdir.
“Çağdaş dünya televiziya aləmində əyləncə işi başlıca fəaliyyət
istiqaməti olmaqla, televiziya yaradıcılığının püxtələşmiş forma
larında təcəssüm olunur” fikrini kanalları izləməklə görmək olar.
Ədəbi materialın hazırlanması, onun ekran həllində ən müasir me
todlardan istifadə edərək yeniliklərin tətbiq olunması peşəkarların
əyləncəli veriliş yaradıcılığında iştirakından xəbər verir. Tama
şaçıların əyləncəli verilişlərə olan xüsusi maraqları və adətən,
asudə vaxtlarını bu cür verilişləri izləməklə keçirmək arzuları
kanalların reytinq yığmaq arzuları ilə üstüstə düşdüyündən, bu
sahə xüsusilə diqqətdə saxlanılır. Təsadüfi deyil ki, baxımlı, di
namik, müxtəlif janrda və formada hazırlanan verilişlər kanallar
tərəfindən hazırlanmır ixtisaslaşmış istehsalçı şirkətlərdən alınır.
Bu, çoxkanallı televiziya məkanında rəqabətə dözə biləcək ekran
əsərinin görünməsi istəyi ilə bağlı qurulan sistemdir ki, tezliklə
SSRİnin dağılmasından sonra müstəqil ölkələrin TV təcrübəsində
tətbiq olunmağa başladı. 1990cı illərin əvvəlindən ORT, RTR kimi
Rusiya kanallarının efirində görünən baxımlı verilişlər istehsalçı
şirkətlər olan “Vid”, “Ast”, “Klass”, ATVdən alınırdı. Həmçinin
AzTVdə də ilk illər bu təcrübə tətbiq olunmağa başladı və
gənclərin yaradıcı birliyi “Virtuoze” şirkətinin istehsalı olan veriliş
ekranlarda göründü. Fərqli estetik duyumla, yeni biçimlə təqdim
olunan əyləncəli veriliş tamaşaçıların böyük marağına səbəb
ola bilmişdi. Təəssüf ki, bu ənənə dövlət televiziyası tərəfindən
genişləndirilmək əvəzinə, ümumiyyətlə aradan qaldırıldı. Hazır
da ölkə teleməkanında özünün əyləncəli verilişləri ilə tamaşaçıla
rın marağına səbəb olan istehsalçı şirkətlər arasında “SOY produc
tion”, “Planet “Parni iz Baku” studiyası, “M Grup”u xüsusi qeyd
etmək yerinə düşərdi.
Televiziyanın sosial əhəmiyyətini, onun cəmiyyətdə apardığı ro
lun insanın davranışına, şüuruna təsirini araşdıraraq belə bir elmi
nəticəyə gəldik ki, ictimaisosial təhlil televiziya təhlili metodolo
giyasında yuxarıda göstərdiyimiz prinsip və istiqamətlərlə tətbiq