TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə102/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   98   99   100   101   102   103   104   105   ...   171

240

olunmalıdır. Əks halda, kütləvi kommunikasiya vasitəsi olan tele­

viziyanın kommunikativ gücü, ictimai rolu tədqiqatdan kənar qala 

bilər ki, bu da gündəlik yayımlanan, təsir gücünə malik bir vasitənin 

diqqətdənkənarda qalması və onun əsas hərəkətlərinin vaxtında 

müəyyən  olunub  mənfiliklərin  üzə  çıxarılması  işində  maneələr 

yarada bilər. Televiziyanın sosial əhəmiyyətini müəyyənləşdirmək 

üçün onun funksiyalarını əsas götürərək, kontent analizdə funksi­

yanın icraolunma mexanizmi, keyfiyyəti və bütünlüklə mənzərəsi 

nəzərə  alınmalıdır.  Televiziya  təhlilinin  metodologiyasının  əsas 

istiqamətlərindən  biri  olan  ictimai  çözüm  bütün  cəmiyyətlər  və 

dövrlər üçün qaçılmazdır. 




241

Televiziyanın  ictimai  vəzifələrindən  bi­

ri  kimi  onun  sosial­siyasi  həyatda  mü­

hüm  yerini  müəyyən  edən,  cəmiyyətin 

inkişafında, onun məhsuldar qüvvələrinin 

istəklərinə cavab verməklə dünyagörüşü­

nün  biçimlənməsində  iştirak  etməyə  im­

kan  verən  sosial­pedaqoji  və  ya  başqa 

söz  lə deyilsə, idarəçilik funksiyası əhaliyə 

inzibati təsir sisteminə daxil olmağa imkan 

verir, siyasi və mənəvi dəyərlərə söykənən 

həyat  tərzini  aşılayır.  Televiziya  mənsub 

ol duğu  dövlətin,  cəmiyyətin  idarəçilik 

sis   temindən,  quruluşundan  asılı  olaraq, 

özünün bu funksiyasının icrasını təcəssüm 

etdirir.  Demokratik  cəmiyyətlərdə  televi­

ziya dövlətçilik və vətənpərvərlik təbliğatı 

kontekstində  əhaliyə  təsir  imkanlarından 

istifadə  etməklə,  əslində  dövlətin,  avtori­

tar rejimdə isə bir şəxsin – dövlət başçısı­

nın təbliği ilə məşğul olur. 

Televiziya demokratik dövlətlərdə döv­

lət  siyasətinin  geniş  xalq  kütlələrinə  çat­

dırılmasında,  onun  siyasi  maarifçiliyində 

fəal  iştirak  etməklə  hər  bir  vətəndaşda 

siyasi  şüurun,  dünyagörüşünün  biçim­

lənməsində  fəal  iştirak  edir.  Totalitar 

rejimdə  isə  bütün  növ  təbliğat  rəhbərin 

və  ya  hakim  diktatura  rejiminin  ideoloji 

istiqamətləri nin  vəsfinə  yönəldiyindən, 

vətəndaşlarda rəh  bərə və ya ideyalara sa­

diqlik fikri aşılanır. Təbliğat işində televi­

ziyanın  güclü  silah  olmasından  insanlara 

Televiziya 

təhlilinin sosioloji­

kulturoloji əsasları



IV FƏSİL 

4.1 

Televiziyanın sosial 

funksiyalarının ictimai 

şüura təsirində rolu. 

Televiziyanın sosial-pe-

daqoji fəaliyyəti


242

təsir baxımından məharətlə istifadə olunur. “Təbliğat, xidmət et­

diyi siyasətə münasibətdə ikinci də rəcəlidir” (237, səh. 47) siyasət 

əxlaqlıdırsa və cəmiyyətin rifahına yönəlibdirsə, o zaman televizi­

yanın təbliğatı xeyirli, lazımlı və vacibdir. 

Televiziya  sosial­pedaqoji  funksiyası  çərçivəsində  əhalinin  si­

yasi proseslərlə bağlı maariflənməsinə diqqət ayıraraq, gündəlik 

informasiyaların,  baş  verən  hadisələrin  təhlilini  yayımlamaqla 

in sanlarda  aydın  mənzərənin  yaranmasına  çalışır.  Hər  bir  insan 

baş verən hadisələrin, siyasi proseslərin, iqtisadi­sosial durumun 

izahını  axtarmaq,  təhlilini  öyrənmək  üçün  düşünmək  və  analiz 

etmək imkanına malik deyil. Bu zaman kütləvi yayım vasitəsi kimi 

televiziya  bu  vəzifəni  öz  üzərinə  götürməklə  tamaşaçının  siyasi 

maarifçiliyini,  məlumatlılığını  zənginləşdirmək,  mütəxəssis  rəyi 

əsasında düzgün fikrin biçimlənməsinə çalışmaq kimi əhəmiyyətli 

işi görmüş olur. Demokratik cəmiyyətlərdə televiziya tamaşaçıda 

daha düzgün mövqeyin yaranması üçün ona şərhi sırımaq, diktə 

etmək məqsədindən uzaqda duraraq, fərqli fikirli mütəxəssislərin 

dialoqu  vasitəsilə  düzgün  rəyin  tamaşaçının  özü  tərəfindən 

müəyyən  olunmasına  şərait  yaratmış  olur. Avtoritar  rejimdə  isə 

sosial­pedaqoji iş, baş verənlərin şərhi mərkəzləşmiş təbliğat quru­

mu tərəfindən hazırlanaraq, yalnız teleaparıcının və ya şərhçinin 

deyilənləri təkrarlaması ilə tamaşaçıya yeridilən təbliğat üzərində 

qurulur. 

Baş verənlərə gətirilən aydınlıq, verilən şərh tamaşaçı üçün ol­

duqca vacib, onun həyat tərzini, fəaliyyətini, siyasi dünyagörüşü­

nü biçimləndirən amildir. Burada televiziya, proqramların for  ma 

və janrına görə müxtəlif tərzdə sosial təbliğatla məşğul ol duğun­

dan, aparıcı, uğurlu veriliş, baxımlı proqram, ən başlıcası isə obyek­

tivlik və qərəzsizlik əsas amil kimi həlledici rol oynayır. Tamaşaçı 

özünün diqqətini yalnız inandığı, etibar etdiyi kanala, proqrama və 

aparıcıya kökləyərək, məhz buradan şərh və təhlili eşitmək istəyir. 

Burada bilavasitə psixoloji amil həlledici rol oynayır. Tamaşaçı eti­

barı və inamı önə keçərək onun çoxsaylı telekanallar arasında məhz 

hansınınsa proqramını seçməsini diktə edir. Mətbuat azadlığı və 

seçim imkanı şəraitində yaranan sağlam rəqabətdə yalnız tamaşa­

çıya hesablanan, obyektiv və yaradıcı cəhətdən zövqlə, istedadla 

hazırlanmış, mükəmməl nitqə, davranışa, intellektə sahib aparıcısı 

olan proqram önə çıxa və reytinq cədvəllərində liderlik edə bilər. 

Tamaşaçının analitik təhlil mövzularına olan böyük marağı kanal 

tərəfindən düzgün dəyərləndirilərək, onun cəlb olunması məqsədi 

ilə  maraqlı,  baxımlı,  ziddiyyətli,  diqqət  çəkən  verilişlərin  yaran­




243

masına  yönəldilir.  Kanal  auditoriyanın  ziddiyyətli  tematikalara, 

siyasi qarşıdurmalara olan marağını anlayaraq bu tipli verilişlərin 

efirdə  daha  çox  yer  almasına  çalışır,  bununla  dolayısı  ilə  dövlət 

ideyalarının təbliği ilə məşğul olmaqla özünə reytinq qazanır və 

kommersiya maraqlarını reklamvericilərin axını ilə həyata keçirir. 

Televiziya  özünün  sosial­pedaqoji  funksiyasını,  həmçinin  de­

mokratik  cəmiyyətlərdə  seçkilər  vaxtı  təzahür  etdirməklə  siyasi 

qüvvələrin  mövqelərinin  üzə  çıxması  və  əhalinin  seçim  etməsi 

üçün  iddialıların  siyasi  fikirlərinin  açılması  kimi  olduqca  vacib 

məsələdə  də  əhəmiyyətli  rol  oynayır.  Televiziya  müxtəlif  fikirli 

siyasi  qüvvələrə  yer  ayırmaqla  bərabər,  tamaşaçının  bu  sahədə 

bilgilərinin  və  məlumatının  artmasına,  onun  siyasi  fikirlərlə  ta­

nış olmasına şərait yaradır. Prezident, parlament seçkiləri və yer­

li seçkilər prosesində seçicilərin verəcəyi yekun qərara televiziya 

təbliğatı olduqca güclü təsir edir.

Televiziya təkcə siyasi proseslərdə iştirak etməklə özünün sosial­

pedaqoji vəzifəsini icra etmir, o, həmçinin əhalinin ətraf mühitə, 

yaşam tərzinə, quruluşa uyğunlaşmasında əhəmiyyətli rol oyna­

yır.  Televiziya  verilişləri  tamaşaçılarla  ünsiyyətə  girərək  onların 

tələblərini, psixoloji əhvallarını, istəklərini və ümumiləşmiş tərzdə 

desək,  sosial  sifarişi  düzgün  dəyərləndirərək  onların  zövqlərinə 

və istəklərinə uyğun şəkildə altşüurlarına təsir etməklə lazım olan 

təbliğatı icra edə bilərlər. Televiziyanın bu gücü və imkanı hər bir 

jurnalist, veriliş və bütövlükdə kanal qarşısında olduqca böyük si­

yasi, mənəvi məsuliyyət qoyur. Kanal və verilişin yaradıcı heyəti 

özlərinin şəxsi maraqları və ya mənsub olduqları siyasi qüvvələrin 

maraqlarına qulluq etməklə təbliğat aparmamalı, dövləti və onun 

başlıca  dəyərlərini  təbliğ  etməlidirlər.  “Bu  sahədə  çalışan  jurna­

list  ilk  növbədə  nəyəsə  inandırmaq  istədiyi  insanların  real  psi­

xologiyasını,  vərdişlərini,  dəyərlər  sistemini,  ikincisi  isə  ictimai 

rəydə arzu olunan dəyişmə istiqamətini təsəvvür etməlidir” (237, 

səh. 48) və inteqrativ funksiyada deyildiyi kimi insanları qrupla­

ra bölmədən, yalnız humanist dəyərlərin və teleyayımın mənsub 

olduğu dövlətin, həmin dövlətin sərhədi çərçivəsində təbliğatını 

qurmalıdır. 

Peyk  televiziyalarının  cəmiyyətdə  özünə  yer  alması  bir  çox 

hal  larda bir dövlətin təbliğat sisteminin başqa dövlətlərin və tən­

daş ları  arasında  da  aparılmasına  gətirib  çıxarır.  Ötən  əsrin  90­cı 

il lərində peyk televiziyasının yaranış və sürətli artımını Qərbi Av­

ropa  ölkələrində  mədəniyyət  sisteminə  olduqca  ciddi  müdaxilə 



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə