TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə105/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   101   102   103   104   105   106   107   108   ...   171

248

allarına cavab veririk”, “Aktual söhbət” və digər bu səpkili proq­

ramlar partiya təbliğatı funksiyasını yerinə yetirirdi. Elşad Quli­

yev sovet televiziyasının spesifikasından danışıraq onun sosialist 

həyat tərzini, sovet həqiqətlərini açıqladığını, məhsuldar qüvvələri 

kommunist quruculuğuna yönəltdiyini və “geniş kütlələrə dünya­

da baş verən hadisələrin gedişini izah etdiyini”, “…bu verilişlərin 

yaradıcı kollektivin partiyanın qoyduğu tələblərə cavabı olduğu­

nu”  söyləyir  (52, səh. 29).  

Müstəqillik  qazandıqdan  sonra  demokratikləşmə  Azərbaycan 

cəmiyyəti üçün yeni standartlar irəli sürdüyündən dövlət televi­

ziyası və sonrakı illər kommersiya telekanalları analitik proqram­

lara partiyanın ideoloji zəminindən deyil, məhz sosial­pedaqoji və 

peşəkar tələblərlə yanaşaraq sərbəst fikir, söz azadlığı prinsipləri 

ilə qurulan proqramların yaranması üçün çalışmağa başladılar.

  Belə  addımlardan  biri  tanınmış  jurnalist  və  televiziya  nəzə­

riyyəçisi Qulu Məhərrəmlinin rəhbərliyi ilə 1993­cü ildə yaranan 

“7  gün”  informasiya  proqramı  oldu.  Bu, Azərbaycan  televiziya­

sında  özünün  ictimai  əhəmiyyətinə,  siyasi  analizlərinə,  analitik 

süjetlərinə  görə  ən  cəsarətli  proqram  kimi  yeni  bir  mərhələnin 

başlanğıcı oldu. Peşəkar jurnalistlərin proqramın işinə cəlb olun­

ması hesabına ölkənin ictimai və siyasi həyatına nüfuz edən, baş 

verənlərə aydınlıq gətirən, obyektivliyi ilə seçilən “7 gün”  Dövlət 

televiziyasının  informasiya  məkanında  yerini  möhkəmlətməklə 

bərabər,  sosial­pedaqoji  fəaliyyəti  tənzimləyən,  müasir  biçimli 

proqram oldu. 

XX əsrin 90­cı illərinin əvvəlində kommersiya kanallarının ya­

ranışı  ilə  ekranlarda  analitik  proqramların  artması  baş  vermədi. 

Ölkə  telejurnalistikası  bunun  üçün  müəyyən  bir  mərhələ,  hazır­

lıq keçməli oldu. Burada yeni təfəkkürlü jurnalistlərin yetişməsi, 

cəmiyyətin  analitik  proqramlara  vərdişi  və  bir  də  təcrübənin 

öyrənilməsi belə verilişlərin ekrana gəlməsinə zəmin ola bilərdi. 

Bu  məsələdə  Rusiya  kanallarında  analitik  proqramların  artması, 

yeni  baxış  bucağının  ekranda  görünməsi  başlıca  stimul  rolu  oy­

namaqla,  Azərbaycan  tamaşaçısını  da  sosial­maarifləndirici  işə, 

konkret desək, analitik ekrana yaxınlaşdırdı.

Seçkilər  vaxtı  televiziyanın  rolu  olduqca  əhəmiyyətlidir.  Seçki 

hər  bir  demokratik  cəmiyyətdə  həlledici,  mühüm  bir  aksiyadır 

və televiziya ondan kənarda qala bilməz. Çünki o, “adi insanlar 

üçün  seçkilərin  mübahisəli  məsələləri  və  namizədlər  haqqında 

əsas  informasiya  mənbəyidir”  (27,  səh.  5).  Kütləvi  informasiya 

vasitələrinin cəmiyyətdə rolu və xüsusən də, televiziyanın aparı­




249

cı  mövqeyi  siyasi  proseslərin  içində  olmaqla,  təkcə  informasiya­

nı və siyasi maarifləndirməni həyata keçirməsinə deyil, həmçinin  

ölkənin  ictimai­siyasi  həyatında  böyük  yer  tutan  və  demokratik 

cəmiyyətlərin ayrılmaz tərkib hissəsini təşkil edən seçkilərdə ol­

duqca mühüm təbliğatçı rolunu oynamasına imkan verir. Televi­

ziyanın istifadəçi tərəfindən daha tez əldə olunması şərti və onun 

vizuallığı, həmçinin çap mətbuatından fərqli olaraq yüksək ope­

rativliyi tamaşaçının seçim etməsi və yekun qərarın verilməsində 

təsiredici  element  kimi  seçkilərdə  daha  effektiv  rol  oynamasına 

imkan verir. 

Ekran qarşısında oturan tamaşaçı siyasətçinin nitqini dinləmək­

lə  bərabər,  onun  görünüşünü,  özünü  aparmaq  qaydalarını  izlə­

yir  və  həmin  siyasətçi  haqqında  özündə  müəyyən  təsəvvürü 

biçimləndirir.  Əgər  radio  çıxışında  namizəd  özünün  rəvan  və 

qətiyyətli nitqi ilə seçicini riqqətə gətirə bilirsə, televizorda bunu 

etmək daha çətindir. Yəni təkcə inamlı nitq köməyə yetmir. Bu­

rada mimika, jestikulyasiya, artikulyasiya və bir sıra digər şərtlər 

önə çıxır. Bu şərtləri yüksək peşəkarlıqla yerinə yetirən siyasətçi 

şəriksiz qələbənin sahibi olur.

İndiki  demokratik  cəmiyyətdə  natiqdən  eyni  vaxtda  bütün 

əhaliyə üz tutub danışması tələb olunur. Televiziyasız və radiosuz 

bunu etmək, sadəcə, mümkün deyil. Vətəndaşların isə namizədlə 

ünsiyyəti Qədim Yunanıstanda olduğu kimi mümkün olmasa da, 

“interaktiv sorğular”, “azad mikrofonlar” və “studiya zəngləri” bu 

canlı ünsiyyəti əvəz edir.

Çağdaş həyatda televiziya həm də siyasətçinin obrazını yarada­

raq, onu tamaşaçıya “istədiyi” kimi təqdim edir. Namizədin oxu­

nuş yorğunluğu gətirən kifayət qədər rəsmi yazılan və cansıxıcı 

platformasını  divarlarda  asmaqla  seçicilərin  ona  səs  verməsinə 

nail olmaq olmaz. Hər bir tamaşaçı seçəcəyi adamı tanımaq istəyir: 

ailədə, iş başında, xalqla ünsiyyətdə və s. Məhz bu cür yerlərdə dav­

ranış, qətiyyətli nitq tamaşaçıda müsbət reaksiya yarada bilər. Ona 

görə də televiziyanın cəmiyyətdə rolunun artması ilə siyasətçilərin 

kamerayla  “oynamaq”  vərdişi  də  onların  fəaliyyətinin  ayrılmaz 

tərkib hissəsi oldu.

Televizorun  məişətin  ayrılmaz  hissəsinə  çevrilməyə  başlama­

sı və insanların informasiya, bilgi almaq obyekti kimi şəriksizliyi 

siyasətçilər  üçün  yeni  üfüqlər  açmış  oldu. Artıq  ötən  əsrin  50­ci 

illərindən siyasətçilər televiziya qanunlarına öyrəşməyə başladılar. 

ABŞ prezidenti Eyzenhauerin okeanın hər iki tayındakı tələbələrlə 

telekörpüsü  bu  sahədə  atılmış  cəsarətli  addımlardan  idi.  1977­ci 




250

ildə Si­bi­es televiziyasının təşəbbüsü ilə Misir prezidenti Sədat və 

İsrailin baş naziri Begin arasında olan telekörpü isə sülh danışıqla­

rının əsasını qoydu (238, səh. 53). 

Demokratik  cəmiyyətlərdə  siyasi  qruplar  arasında  taleyüklü 

məsələlər ətrafında ciddi fikir ayrılığının olmaması və onların plat­

formalarının bir­birinə bənzəməsi siyasi mübarizədə daha çox ide­

yalarla deyil, görünüş, davranma yolu ilə tamaşaçıları – seçiciləri 

cəlb etmək formasında kəskinləşir. Namizədin telegörünüşü, onun 

çıxış tərzi, davranışı və digər əlamətləri ciddi müzakirə obyektinə 

çevrilərək, seçkilərin nəticəsinə təsir edir. 

Siyasətçi tamaşaçının bu marağından məharətlə istifadə etməli 

və  ekran  qarşısında  müəyyən  müsbət  obrazın  yaranması  üçün 

çalışmalıdır.  Siyasi  lider  eyni  zamanda  hamıdan  fərqlənməli  və 

hamıya bənzər olmalıdır. Yəni namizəd, əslində, bizim hamımıza 

bənzəməli, eyni zamanda, bir neçə mühüm keyfiyyəti ilə bizlərdən 

seçilməlidir. Hamıdan fərqlənmək üçün ilkin əlamət güclü, iradəli 

görünməkdir.  Baltasar  Qrasianın  təbirincə  deyilsə:  “Hökmdarın 

comərd olması vacib deyil, əsas odur ki. bu cür görünsün” (164, 

səh. 11). Yəni siyasətçi iradəli və kəskin obraz yaratmağı bacarma­

lıdır. Azərbaycan  təcrübəsində  bunu  prezident  Heydər  Əliyevin 

şəxsində müşahidə etmək olar. 1993­cü ildə xalqın ağır günlərdə 

böyük inamla ona bağlanması və etibar etməsi, məhz onun şəxsi 

iradə və qətiyyəti ilə bağlıdır. Ən çətin məqamlarda və çıxışlarda 

iradəlilik və güclülük ona qarşı bütün vasitələrlə aparılan təbliğata 

rəğmən qələbə çalmasını, xalqın inamını qazanmasını zəruri etdi. 

Televiziyada  siyasətçinin  çıxışının  qurulması  və  debatlarda  iş­

tirakı  cəmiyyətin  siyasi  maariflənməsində  mühüm  əhəmiyyət 

daşıyan  məsələdir.  Peşəkar  jurnalistlərin  tok­şou  və  ya  analitik 

söhbət  janrında  qurulan  verilişləri  şəxsiyyətin  açılması  baxımın­

dan əhəmiyyətli məsələdir. Burada yaradıcı heyətin üzərinə düşən 

vəzifələrdən biri özünün siyasi maraqlarını bir kənara qoyub de­

mokratik mühitin və hər bir namizədə bərabər şəraitin yaradılma­

sıdır. İstər rejissor işində, istərsə də montaj vaxtı siyasi maraqlar 

televiziya etikasını və yaradıcılıq prinsiplərini üstələməməli, tama­

şaçı və onun informasiya almaq hüququ hör mətlə qarşılanmalıdır. 

Prezidentliyə namizədlərin televiziya çıxışlarının başlıca cə hət­

lərini təhlil edərək araşdırmışıq. Müxtəlif ölkələrin təcrübəsi tele­

viziya çıxışlarının həlledici olmasını və yekun qələbəyə böyük təsir 

göstərdiyini sübut edir. “Lakin namizəd daha çox studiyada deyil, 

verilişin mətbuatda və qruplar arasında müzakirəsində qazanır” 




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə