TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə107/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   103   104   105   106   107   108   109   110   ...   171

253

əməl etməklə, namizədin yuxarıda olan cəhətlərə cavab verməyən 

nöqsanlarını gizlətmək olar.

Üçüncü  cəhət,  professor  Qoldhaberin  fikrincə,  namizədin  au­

ditoriya ilə, tamaşaçı ilə fikir, məqsəd yaxınlığıdır. Bu, sözsüz ki, 

cəmiyyətin qəbul etdiyi prinsiplərə sadiqlik və yeniliyi nəsə qeyri­

müəyyən  sahələrdə  tətbiq  təklifi  deməkdir.  Bu  zaman  namizəd, 

tamaşaçının  onunla  həmfikir  olmasını  düşünməsi  üçün  kamera 

qarşısında  qətiyyətlə,  nitqini  qırmamaqla,  sərrast  danışmalıdır. 

İstənilən  mızıldama  və  göz  yayınması,  “ilişmələr”,  oynayan  ba­

xışlar, əsəbiliyi, inamsızlığı göstərən jestlər və qabarıq mimikalar 

tamaşaçını namizəddən, eləcə də onun fikirlərindən uzaqlaşdırar. 

Canlı yayım vaxtı namizədin nümayəndəsi bu məsələyə xüsusi fi­

kir verməlidir ki, onun lazımsız hərəkətini tamaşaçılar görməsin.

Dördüncü cəhət kimi təqdim olunan hərəkət – qətiyyət, cəsarət 

və iradə yuxarıda qeyd etdiyimiz keyfiyyətlərdə göstərilib. Ekran 

qarşısında namizədin inamlı görünməsi vacibdir. Bir çox hallarda 

siyasətçilər kamera qarşısında, böyük işıqların altında gərginliyə 

düşür və nəticədə özlərini itirirlər ki, bu da namizədin cəsarətsiz 

nitqinə və inamsız hərəkətlərinə rəvac verir. Belə bir imic isə na­

mizəd üçün böyük uğursuzluqdur. Əksinə, namizəd kameraya se­

çici kimi baxmaqla, iradəni və cəsarəti əks etdirən jestlərdən daha 

çox istifadə etməlidir. 

Sonuncu,  beşinci  cəhət  özlüyündə  yuxarıdakıların  məntiqi  nə­

ticəsi  kimi  ustalıq  –  televiziya  ifadə  vasitələrindən  effektiv  isti­

fadəni əks etdirir. “Namizəd hər zaman göz önündə olmağı ba­

carmalıdır”  məntiqi  ilə  baxsaq,  televiziya  bunun  üçün  ən  gö   zəl 

vasitədir.  Na mizəd  eyni  bir  vaxtda  milyonlarla  insana  mü ra ciət 

etmək imkanı qazanır. Lakin bu müraciət təkcə sözlərlə kifa yət­

lənməməli, eyni zamanda, müvafiq görüntü, yəni vizual effekt ya­

ratmaqla, onu tamamlamalıdır. Ən xırda mimikanı belə göstərmək 

iqtidarında  olan  kameranın  bu  imkanından  məharətlə  istifadə 

edərək, “nur” bəxş etməklə seçiciyə təsir etməyi bacarmaq lazım­

dır. Yalnız bundan sonra teleçıxışın uğurundan danışmaq olar. 

2003­cü  il  prezident  seçkilərində  namizədlərin  teleçıxışlarını 

təhlil  etdikdə  bir  sıra  sırf  televiziya  peşəkarlığından  irəli  gələn 

və  həmçinin  namizədlərin  təcrübəsizliyindən  doğan  ciddi  nöq­

sanlar  qeyd  olunmalıdır.  Məsələn,  prezidentliyə  namizəd  Ha­

fiz  Hacıyevin  teleçıxışında  olduqca  böyük  qüsurlar  nəzərə  çar­

pırdı:  düzgün  fonun  seçilməməsi  nəticəsində  namizədin  arxa 

tərəfində  olan  divardakı  qüsurlar  nəzərdən  qaçmırdı;  işıqların 

düzgün  qurulmaması  nəticəsində  sifətində  və  başında  lazımsız 




254

kölgələr və qaranlıq kadrı “çirkli” edirdi; kameranın düzgün ra­

kurs  seçməməsi  və  “yaxınagetmənin”  olduqca  yaxın  məsafədən 

olması namizədin sifətini daha dolu, özünü isə olduğundan kök 

göstərirdi;  oturarkən  kostyumunun  əzilməsi  və  lazımsız  qırışlar 

cazibəli  görkəmi  dağıdaraq,  tamaşaçını  ekran  qarşısından  itə­

ləyirdi; namizədin danışarkən əlini bir­birinə sıxaraq barmaqlarını 

bir­birinə  keçirməsi  “müdafiə”  mövqeyi  yaratmaqla  tamaşaçıda 

onun özünə qarşı olan inamsızlığını, qətiyyətsizliyini aydın tərzdə 

göstərirdi; aramsız telefon zənginin səsi isə, ümumiyyətlə, tama­

şaçının fikrini yayındırırdı. Bununla da Hafiz Hacıyev Amerikalı 

professor Qoldhaberin müəyyən etdiyi beş əsas cəhətləri pozmuş 

oldu. Sonrakı çıxışlarında deyilən qüsurların qismən aradan qalx­

ması və daha çox radikal müstəvidə çıxışını quran Hafiz Hacıyev 

konkretləşmiş  hadisələri  dəfələrlə  təkrarlaması  ilə  tamaşaçıların 

yadında qala bildi.

Prezidentliyə digər namizəd Lalə Şövkət studiya çıxışından im­

tina edərək görüşlərin video çarxını göstərməklə, əslində, uğurlu 

tapıntı  etmiş  oldu.  Lakin  çəkilişlərin  qeyri­peşəkarlığı,  operato­

run düzgün olmayan rakursları təsir effektini azaldırdı. Həmçinin 

həddən ziyadə bahalı və nəzərə çarpan geyimlə, zinət əşyalarını 

taxaraq  qaçqınlarla  görüşə  gedən  Lalə  Şövkət  lazımsız  təzadın 

ekrana gəlməsinə imkan verdi. Yuxarıda qeyd olunan “bizlərdən 

biri” obrazının əksinə olaraq “qəhrəman” obrazını seçən namizəd 

olduqca  böyük  səhv  addım  atdı.  Çünki  qadın  siyasətçi  daha 

çox  gözəlliyi,  ailəcanlılığı  və  mərhəməti  ilə  nüfuz  qazana  bilər. 

Qəhrəmanlıq obrazı sadə tamaşaçıda heç vaxt qadınla assosiasi­

ya etmir. Ona görə də namizədin bu cür imici tamaşaçıda yalnız 

təbəssüm yaratmış olur. Bütün bu amillər onun reytinqinə öldü­

rücü təsir etdi. 

Lalə  Şövkətin  studiya  çıxışlarında  saysız  “yanıb­sönmə”lərin 

olması  10  dəqiqəlik  nitqin  bir  neçə  dəfə  montaj  olunduğunu 

göstərən amildir. Bu cür çıxışlarda montajın yolverilməzliyini və 

onun tamaşaçıda namizədin natiqlik qabiliyyətinə şübhə yaratdı­

ğını  nəzərə  alıb  deməliyik  ki  bu,  Lalə  Şövkətin  teletəşviqat  işini 

zəiflətmiş oldu. 

Qüdrət  Həsənquliyev  siyasi  səhnəyə  yenicə  qədəm  qoysa  da, 

onun iddiaları maraq doğurub. Lakin prezident seçkilərində onun 

teleçıxışlarında yaranan obraz tam fərqli fikir söyləməyə imkan ve­

rir. Kamera qarşısında həddən artıq həyəcanlanan Q. Həsənquliyev 

gərgin idi və bu gərginlikdə olduqca sıxılmış vəziyyətdə durmuş­



255

du.  Onun  baxışlarında  və  mimikasında  duyulan  gərginlik  qə­

tiyyətsizlik və inamsızlıq rəyini yaratdı. 

Ümumiyyətlə, AzTV  namizədlərə  qarşı  olduqca  qeyri­peşəkar 

və bir az da qeyri­ciddi yanaşmanı göstərmiş oldu. Belə ki, seçilmiş 

göy  fon  göz  yorğunluğu  və  soyuq,  yorucu  atmosfer  yaratmaqla 

bərabər, namizədlərin görkəminə də mənfi təsir edirdi. Üstəgəl də 

işıq quruluşunun qeyri­peşəkar olması olduqca cansıxıcı bir əhval 

yaratmış olurdu. Bu isə namizədin çıxış təsirini yarıbayarı azaltmış 

olurdu. Bu baxımdan istər rejissor işi, istər işıq işi, istərsə də opera­

tor işi ciddi tənqid olunmalıdır. Bir çox hallarda fərdin siyasətçiyə 

münasibəti kadrın quruluşuna təsir edir ki, bu da yekunda tele­

çıxışın uğursuzluğuna və ya namizədin uğursuz telegörünüşünə 

yol açır. Bəzən adicə kamera hündürlüyünün düzgün seçilməməsi 

insanın çirkin görüntüsünə imkan verir. Ona görə də quruluşçu 

operator  və  efir  rejissoru  özlərinin  peşə  məsuliyyətini  dəqiq  an­

lamalı,  bu  cür  neqativ  məqamlara  yol  verməməlidirlər.  Lakin 

2003­cü il prezident seçkiləri deyilənin əksini göstərdi. Namizəd 

Etibar Məmmədovun teleçıxışında kameranın olduqca yuxarıdan 

(kameranın boyu insan boyundan hündür olduqda görünüş bu­

cağı dəyişir və real görünüşlə obyektiv görünüşü mənfiyə doğru 

dəyişir)  qoyuluşu  onun  şişkin  və  kiçilmiş  tərzdə  görünməsinə 

səbəb  oldu  ki,  bu  da  nə  peşə  etikasına,  nə  də  prezidentliyə 

namizədə qarşı münasibətə uyğun gəlirdi. Digər tərəfdən, işığın 

düzgün  qurulmaması  həm  namizədə  mane  olur,  həm  də  onun 

üzündə lazımsız kölgə – çöküntülərin yaranmasına səbəb olurdu. 

E.  Məmmədovun  üzünə  tuşlanan  işıq  onun  danışarkən  gözünü 

qıymasına  səbəb  olurdu.  Bu  isə  siyasətçinin  seçici  ilə  “göz­gözə 

rabitə”sini dağıdır və onun nitqini maraqsız edir. Həmçinin Eti­

bar  Məmmədovun  özündə  olan  daxili  gərginlik  və  həyəcandan 

doğan  təngnəfəslik  nitqi  yorucu,  maraqsız  edirdi.  Bir  neçə  seç­

ki  və  teleçıxış  təcrübəsi  qazanmış  E.  Məmmədovun  jestlərinə 

gəldikdə, onların ifadəli olmasını və nitqlə uzlaşmış tərzdə yerinə 

yetirilməsini qeyd etmək lazımdır. Onun ən böyük uğursuzluğu 

nitqlərin birində ən elementar rəqəmləri tələffüz edə bilməyərək, 

ölçü vahidlərini çaş­baş salması oldu. 

İsa Qəmbərin teleçıxışında da çəkilişlə bağlı problemlər nəzərə 

çarpsa da, onun nitqindəki temp bu qüsurları bir o qədər də qa­

bartmadı. 

Teleçıxışda  videoçəkilişdən  istifadə  edən  Sabir  Rüstəmxanlı 

da ha  inamlı  görünürdü.  İşıq  və  görüntü  həllinin  kifayət  qədər 

peşəkarlıqla  qurulması  çıxışın  plastik  həllini  effektiv  etdi.  Çıxış­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə