256
larını qətiyyətli tənqid üzərində quran digər namizədlərdən fərqli
olaraq S. Rüstəmxanlı namizəd kimi özünün səmimi bir tərzdə
üstüörtülü təqdimatına və təbliğatına yer verdi. Ziyalı və yazıçı
kimi cəmiyyətdə tanındığını bilən namizəd məhz bu obrazı ziyalı
prezident obrazı ilə birləşdirmək üçün simvoldan da istifadə etdi.
Bütün çıxış boyunca əlində olan qələm onun bu obrazını tamamla
dı. Həmçinin arxa fonda kitab rəfi də bu obrazın təsdiqinə xidmət
etmiş oldu. Kifayət qədər özünə inamlı görünən namizədin sərt
ifadələri və onu tamamlayan jestləri “qələmi süngüyə çevirmək”
obrazı ilə daha da qüvvətləndi. Bu fakt bir daha AzTVnin studiya
sında canlı çıxışın heç bir effekt vermədiyini göstərmiş oldu. Digər
namizədlər də peşəkar çəkiliş heyəti tərəfindən çıxışı öncədən
çəkdirsəydilər, daha ifadəli görünərdi və namizədin bütün diqqəti
və baxışı saata yönəlməzdi.
Əli Kərimlinin teleçıxışında da dinamika və özünə inam dərhal
duyulurdu. Jestlərdən və mimikadan ümumiyyətlə istifadə
etməməsi onun çıxışını yorucu edirdi. Lakin rəvan nitqi və
titrəməyən səsi onun imicini tamamlayırdı.
Digər namizəd İlyas İsmayılov isə ümumiyyətlə, təşviqat işi
ni tamam fərqli müstəvidə qurub ki, bu da siyasi mübarizədə o
qədər də uğurlu metod sayılmır. Divar rəsmlərində və teleçıxışla
rında nisgilli və bədbin obraz alan namizəd liriksentimental bir
təəssürat yaradır. Onun danışıq tempində sentimentallıq, kədər
notlarının və avazın olması, həmçinin çıxışın mahnılar, şeirlərlə
müşayiət olunması onu siyasətçidən çox uzaqlaşdırırdı. İlyas İs
mayılovun çıxışlarını, ümumiyyətlə, orta səviyyəli publisistik
verilişdən başqa heç nə adlandırmaq olmazdı. Namizəd çıxışın
dan daha çox kədərli jurnalistin dərdləşməsinə bənzəyən bu 10
dəqiqəlik efir vaxtı İlyas İsmayılovun “stendup”ları, kadrarxası
mətni ilə gərəksiz bir biçim aldı. Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsinin, Cavid heykəlinin önündə “stendup” edən
namizəd, daha çox, kədərli və çoxdanışan aparıcı imicindən başqa
heç bir xoş təəssürat yarada bilmədi. Bu çıxışda ən böyük uğursuz
luqsa operatorun namizədi “altdan” çəkməyi oldu. Aşağıdanyu
xarı baxış, daha çox, əyləncəli verilişlərdə bir gülüş metodu kimi
və bir də Mussolini vaxtı diktator imici yaratmaq məqsədi ilə edi
lirdi. Çıxışda istifadə olunan, görüntü baxımdan savadsız sayılan
rakursun hansı məqsəd daşıdığını təyin etmək isə çətindir.
Yunus Oğuz teleekranlarda ən az görünən siyasətçilərdən ol
masına baxmayaraq, kifayət qədər sərbəst və inamla danışma
sı ona qarşı maraq yaradır. Lakin çıxışın başlamasından əvvəl
257
uzunuzadı titrlə və kadrarxası səslə platformanın oxunması
tempi öldürməklə bərabər teleeffekti də azaldaraq, onu qəzet və
radionun eybəcər sintezinə yaxınlaşdırırdı. Namizədin nitqində
görəcəyi işlərdən daha çox məktublara və şikayətlərə yer ayırması,
bu çıxışı şikayətlər mövzusunda olan verilişə, namizədi isə uğur
suz aparıcıya çevirirdi.
Namizədlərin 2003cü il prezident seçkilərində teleçıxışlarını
müzakirə etdikdən sonra belə bir qənaətə gəldik ki, namizədin
teleçıxışı vacib olduqca təsirli olmalı və təsir gücünü artırmaq
üçün insan şüuruna təsir edəcək elementlərdən istifadə etməlidir.
Seçki prosesində Azərbaycan praktikasında bütün bunları təhlil
edərək kifayət qədər qüsurların olması yekunda önə çıxdı. Bu
nun qarşısının alınması üçün siyasətçilərin peşəkarlarla görkün
biçimlənməsinə daha effektiv nail olmaqdan ötrü ciddi iş aparıl
malıdır.
4.2 İnformasiyanın cəmiyyətdə yeri
Televiziyanın ictimai funksiyaları arasında informasiya funksi
yasının önə çıxması bu vasitənin məlumatlandırma işində böyük
yeri və elə ilk çağlardan bu məqsədlə yaradılmasından irəli gəlir.
Televiziya xəbərverici kimi bugünkü cəmiyyətdə böyük rol oy
nayır və onun informasiyaları insanların gündəlik həyat tərzini,
məlumatlanmağını təmin edir. Heç bir evi və ya idarəni televizor
suz təsəvvür etmək mümkün deyil, bu qutu insanların məişətində
ayrılmaz bir aksesuara çevrilməklə, onun gündəlik informasiya
tələbatını ödəyir.
İnformasiya – kütləvi kommunikasiyalar vasitələri ilə yayılan
ictimai məzmunlu xəbər, məlumatlar məcmusudur. Nəzəri ədə
biyyatda informasiya sözünün müxtəlif yozumları verilir, in
diki halda isə “informasiya” sözü ən dar və konkret mənada
iş lənir: İnformasiya – insanların baş verən hadisələrlə bağlı mə
lu matlandırılmasıdır. Burada və başqa yerlərdə işlətdiyimiz digər
anlayış – “proqram”, “veriliş” və ya “film”in sinonimi kimi çı xış
edir və xarakterinə görə dövri və ya birdəfəlik – “xüsusi” ola bi lər,
te leviziyada yayım vahididir.
Televiziyanın informasiya funksiyası onun dünyada və ölkə da
xilində baş verən gündəlik (hər saatlıq) hadisələri – siyasi, iqtisadi,
sosial, mədəniyyət, idman və hava haqqında xəbərləri tamaşaçıya
ye tirmək, bu barədə onda ilkin və ətraflı təsəvvür yaratmaq, bununla
da çağdaş insanın gündəmlə ayaqlaşmasını audiovizual tərzdə təmin
258
etməyi əhatə edir. Televiziyadan verilən məlumatın, xəbərin digər in
formasiya daşıyıcı vasitələrdən daha çox maraqlılığı və cəmiyyətdə
rezonans yaratması onun vizuallığı ilə bağlıdır: insan baş vermiş
hadisə ilə bağlı məlumatı eşitməkdən (radio) və oxumaqdan (qəzet,
jurnal, kitab, internet) çox, görməyə üstünlük verir. Televiziyanın baş
vermiş hadisəni operativliklə təqdimetmə imkanı onu informasiya
sahəsinin liderinə elə ilk günlərdən çevirə bilib. Məhz bu cəhət onun
funksiyaları arasında informasiyanı önə çıxarıb və fəaliyyətində baş
lıca istiqamət kimi müəyyənləşdirib. Başlıca istiqamət statusu alması
informasiya verilişlərini – xəbərlər buraxılışlarını hər bir televiziya
üçün (təyinatlı kanallar – idman, moda, musiqi və s. kanalları istisna
olmaqla) vacib bir iş halına gətirib: bütün kanallarda xəbərlər buraxı
lışı və onun stabil efirə çıxma vaxtı var.
Britaniyada Müstəqil Televiziyaları üzrə komissiyanın telekanal
lar qarşısında həftə ərzində 1,5 saat həcmində informasiya proqra
mı verməyi mütləq şərt kimi qoymasının başlıca səbəbi dövlətin
özünün informasiyalaşdırma işində maraqlı olması və əhalinin
dürüst xəbərləri vaxtında öyrənməsi zərurətidir. Rusiyanın
peşəkar jurnalisti və televiziya tənqidçisi Q. Kuznetsov xəbərlərin
televiziyada yerini və oynadığı əhəmiyyətli rolu dəyərləndirərək,
onu “…istənilən telekampaniyanın “siması”, yayım gününün da
yaq nöqtələri” adlandırır: “Onlar çağdaş insanın başlıca tələbatını
ödə yirlər – ölkədə və dünyada baş verən hadisələrindən xəbərdar
olmaq” (237, səh. 115). Məhz xəbərlərin kanalın sifəti olması fikri
onun fəaliyyətində də öz əməli əksini tapır. Dünya praktikasında
kanallar verilişlərin istehsalından çox, onların prodakşnlaristeh
sal şirkətləri tərəfindən sifariş əsasında hazırlanaraq alınmasına
üstünlük verirlər. Xəbərlər buraxılışları isə birmənalı şəkildə tele
kanalın özü tərəfindən istehsal olunur və heç bir halda istehsalçı
şirkətlərin öhdəsinə buraxılmır.
Xəbər buraxılışları, adətən, bütün reytinq cədvəllərində li
derlik edirlər. Bu, onun ideoloji, siyasi, iqtisadi və təşkilati
əhəmiyyətindən asılıdır. Ona görə də “İstənilən yayım teleşirkəti
özünün informasiya buraxılışlarının problemi ilə məşğul olmağa
məcbur idi” (437, səh. 98).
Televiziyanın informasiya funksiyası cəmiyyətin siyasi, mə də
ni, sosial və iqtisadi həyatında kifayət qədər vacib, həlledici, rəy
yaradıcı rol oynamaqla KİVdən məlumat alan insanların son
rakı addımlarının istiqamətlənməsində, onların düşüncə tər zinin
biçimlənməsində və həyat fəaliyyətlərində, həmçinin siyasi möv
qelərinin ortaya qoyulmasında fəal iştirak edir və bir çox hallarda
Dostları ilə paylaş: |