TeleviZİya nəZƏRİYYƏSİNİN Əsaslari



Yüklə 3,52 Mb.
Pdf görüntüsü
səhifə104/171
tarix29.09.2017
ölçüsü3,52 Mb.
#2400
1   ...   100   101   102   103   104   105   106   107   ...   171

246

fəaliyyətdə  mühüm  yer  tutmaqla,  xalqın  idarəçilik  sistemindən 

xəbərdar olmasında böyük rol oynayır.

Danışıq  tamaşası  mənasını  bildirən  aktual  mövzuları  çözüm 

ob yektinə  çevirən  tok­şoular  da  sosial­pedaqoji  funksiyanın  tə­

cəssümündə əhəmiyyətli yer tutur. Ekspertlərin və tamaşaçıların 

canlı ünsiyyəti ilə müəyyən mövzu ətrafında bilgilərin verilməsi 

və  gerçəyin  ortaya  çıxarılması,  tərəflərin  ziddiyyətli  fikirləri  he­

sabına  tamaşaçı  marağının  cəmləşdirilməsi  tok­şounu  digər 

analitik  proqramlardan  fərqləndirən  cəhətdir.  “TV­də  də  janrın 

birinci  əlaməti  kimi  yüngül  danışıq,  aparıcının  artistizmi  və  ta­

maşaçıların  mütləq  iştirakı”  (238,  səh.  117)  nəzərdə  tutulur.  Ta­

maşaçı  tok­şouda,  əslində,  xalqın  bir  hissəsi  kimi  iştirak  edərək 

mövzu ilə bağlı fəal müdaxilə, münasibət hesabına şounun gedi­

şatını tənzimləyir. Məhz tamaşaçı iştirakı mövzu seçiminin aktual 

olmasını tələb edir. Dəvət olunan qonaqların da, məhz bu möv­

zu ilə bağlılığı vacib bir şərtdir, “əks halda problemə aid olmayan 

lüzumsuz nəsihətlər və iddialı əxlaq dərsləri tamaşaçıya əks­təsir 

göstərərək onu hövsələdən çıxarar” (23, səh. 138).  Tok­şouda apa­

rıcının mövzuya bələd olması, zaldakı əhvalı düzgün yönəltməsi 

olduqca mühüm şərtdir. Əyləncəli tok­şoulardan fərqli olaraq ana­

litik,  siyasi  şouların  aparıcısı  –  moderator  mövzunun  itməməsi, 

danışanların mübahisə predmetindən uzaqlaşmasının qarşısını al­

maqla hamıya bərabər sözün verilməsini tənzimləyir, mövzunun 

genişlənməsinə, emosiyaların qızışmasına çalışır və heç bir tərəfin 

mövqeyini müdafiə etmədən cəld reaksiya, itizəkalılıq, xoş məram 

nümayiş etdirir. Bir çox hallarda canlı yayımlanan tok­şoular stu­

diya rejissurasının tələbləri çərçivəsində  qarşıya düzgün canlı ke­

çid­montaj, bir neçə kamera ilə iş, işıq və rəng tərtibatının şounun 

konsepsiyasına uyuşarlığını təmin etmə kimi vəzifələr qoyur.

Azərbaycan teleməkanında “Ən yeni tarix”, “Ötən həftə” (ANS), 

“Bu  bizik”  (“Space”)  kimi  tok­şoular  mühüm  əhəmiyyət  kəsb 

edə rək tarixi faktların, siyasi situasiyaların çözülməsi yolu ilə ta ­

ma şaçıların  siyasi  maariflənməsində  mühüm  rol  oynamışlar. 

Təəssüflə  de məliyik  ki,  bu  tipli  tok­şoular  ölkə  teleməkanında 

bir o qədər də çox deyil və onun əhəmiyyətini nəzərə alsaq, geniş 

təcəssüm olunmasının vacib bir şərt kimi telekanalların qarşısında 

durduğunu xüsusilə vurğulamalıyıq.

Azərbaycan  televiziyasında  sosial­pedaqoji  funksiyanın  tə cəs­

sümündən danışarkən 1956–1991­ci illəri əhatə edən dönə m də bu 

fəaliyyətin kommunist ideologiyasının təbliği isti qamə tin də qurul­

duğu və totalitar rejimlərə xas üsullarla aparılması ger çək   liyi üzə 




247

çıxır. Müstəqillik əldə edən dövlətimizin telekanalla rı tərəfindən 

sosial­pedaqoji funksiyanın sərbəst, demokratik cə miyyətlərə xas 

tərzdə aparılması olduqca əhəmiyyətli, ictimai şüurun yüksəlməsi, 

hakimiyyətə  xalq  nəzarətinin  həyata  keçirilməsi,  ictimai  rəyin 

verilməsi baxımından vacib hadisədir. Tabeçilik formasından ası­

lı olmayaraq dövlət, ictimai və kommersiya kanalları bu məsələni 

fəaliyyətlərinin prioritet istiqaməti kimi müəyyən etməlidirlər. 

Televiziyanın  sosial­pedaqoji  fəaliyyəti  analitik  şərh,  icmal  ve­

rilişləri,  hərbi­vətənpərvərlik  proqramları,  analitik  mahiyyət  da­

şıyan tok­şou və ölkənin siyasi həyatının işıqlandırılması ilə bit­

məyərək, müəyyən ideoloji əhəmiyyət daşıyan təbliğat verilişləri, 

sosial reklamlarla davam etdirilir. 

Televiziyada  analitik  proqramlar  da  mühüm  yer  tutur.  Anali­

tik  proqramlar  televiziya  jurnalistikasının  janrı  olaraq  müxtəlif 

sahələri  əhatə  etməklə  cəmiyyətin  maraq  dairəsinə  aid  olan  in­

sanları narahat edən məsələlər ətrafında peşəkarlıqla verilən iza­

hat, bir və ya bir neçə mütəxəssisin iştirakı ilə diskussiya, söhbət, 

həmçinin  fərqli  düşünənlərlə  qurulan  söhbət­oyun  formasında 

olan veriliş, şou şəklində təzahür edir. Analitik publisistika jurna­

listikanın sahəsi olmaqla, televiziyanın sosial­pedaqoji funksiyası­

nın icrasında olduqca əhəmiyyətli və başlıca yeri tutur.

Analitik publisistikanın şərh, icmal, analitik söhbət, diskussiya 

kimi  müxtəlif  janrlarında  çalışan  peşəkar  jurnalistlər,  şərhçilər, 

icmalçılar, moderatorlar, aparıcılar, şoumenlər – tamaşaçılar ara­

sında özünün sözü, fikirləri ilə seçilən, inam qazanan, hadisələrə 

münasibətdə obyetkiv mövqedən çıxış edən insanlar, cəmiyyətin 

siyasi cəhətdən ma ariflənməsində əhəmiyyətli işlər görüblər. Janr­

lar  və  jurnalistikanın  peşəkar  tələbləri  jurnalistikanın  tədqiqat 

predmeti olduğundan, biz analitik proqramların ekran təcəssümü, 

oradakı  yaradıcı  iş,  rejissor,  operator,  rəssam  və  digər  peşə 

sahiblərinin  sənətkarlıq  imkanları  hesabına  tamaşaçıda  görünüş 

zövqü yaradan, onun siyasi maariflənməsinə stimul verən görüntü 

kamilliyi və digər televiziya yaradıcılığı problemlərini açıqlamaq­

la, kanalların sosial­pedaqoji funksiyasının tərkib hissəsi kimi ana­

litik məlumatlandırma işinin icra mənzərəsinə nəzər yetirəcəyik.

Azərbaycan  televiziyasının  sovet  dönəmində  analitik  verilişlər 

partiyanın  irəli  sürdüyü  proqrama  uyğun  şəkildə  hazırlanır  və 

ideoloji yük daşıyaraq, sovet vətəndaşının siyasi ayıqlığını artır­

maq məqsədini qarşıya qoyurdu. Azərbaycan televiziyasında “Pla­

netimizin mən zərəsi”, “Dünyada bu gün”, “Qitələr və hadisələr”, 

“Mən, sən və zaman”, “Sovet həyat tərzi”, “Kommunistlərin su­




Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə