Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti
537
Sərhədyanı ticarət, müstəsna olaraq, müvafiq sərhədyanı ərazi
çərçivəsində istehsal olunan, eləcə də müvafiq sərhədyanı ərazi miq-
yasında istehlakı nəzərdə tutulan məhsullara yerli ehtiyacların ödənil-
məsi üçün ölkənin sərhədyanı bölgəsində məskunlaşmış bütün şəxs-
lər tərəfindən, ölkə ilə sərhəd dövlətləri arasında bağlanmış beynəl-
xalq müqavilələrdə müəyyən olunmuş müvafiq sərhədyanı ərazidə
əcnəbi vətəndaşlarla həyata keçirilə bilər.
Azərbaycan Respublikasında məhsulların ixracı, bir qayda olaraq,
onların haqlarının qabaqcadan ödənilməsi, yaxud geri çağrılmayan
akkreditiv açılması yolu ilə və birinci dərəcəli bankların zəmanəti
əsasında həyata keçirilir. Bankların birinci dərəcəlilik əlamətləri bey-
nəlxalq reytinq agentliklərinin təminatlarına əsasən Mərkəzi Bank
tərəfindən müəyyən edilir. Müəssisə öz məhsullarını ixrac etmək
üçün onların haqqının əvvəlcədən ödənilməsi, akkreditivin açılması
və ya zəmanətin verilməsini təsdiq edən müvafiq sənədləri gömrük
orqanlarına təqdim etməlidir.
Firmanın idxal əməliyyatlarına nəzarəti isə ona xidmət göstərən
müvəkkil bank həyata keçirir.
Firma ixrac ə mə liyyatlarını hə yata keçirə rkə n gömrük or-
qanlarına aş ağ ıdakı sə nə dlə ri tə qdim edir:
– hüquqi şəxsin Dövlət Statistika Komitəsi tərəfindən müəyyən
edilmiş kodu;
– xarici şəxslərlə bağlanmış müqavilə;
– ixrac olunan məhsulların mənşəyi haqqında sənəd;
– ixrac olunan məhsulların haqqının əvvəlcədən ödənilməsi və ya
akkreditivin açılması barədə müvəkkil bankın sənədi;
– gömrük yük bəyamnaməsi.
Firma idxal ə mə liyyatlarını hə yata keçirə rkə n gömrük or-
qanlarına aş ağ ıdakı sə nə dlə ri tə qdim edir:
– bağlanmış müqavilə;
– gömrük yük bəyannaməsi;
– idxal olunan məhsulların əmtəə dəyərini müəyyən edən sənəd;
– yol-nəqliyyat sənədləri;
– əmtəənin mənşəyini təsdiq edən sənəd;
– əmtəənin keyfiyyət sertifikatı;
– əmtəənin uyğunluq sertifikatı.
Telman Huseynov
538
Firma idxal-ixrac ə mə liyyatlarını hə yata keçirmə zdə n qabaq
tə rə fdaş ı ilə özü arasında qarş ılıqlı münasibə tlə ri tə nzimlə yə n
geniş ə hatə li alqı-satqı müqavilə si bağ layır.
Xarici ticarət müqaviləsində idxalçı və ixracatçı arasında alqı-satqı-
nın bütün şərtləri ətraflı və tam dəqiqliklə öz əksini tapmalıdır.
Müqavilənin mətni, tərəflərin hüquqi adları, bağlandığı vaxt və
yerini göstərməklə tərtib edilir.
Müqavilə aşağıdakı bölmələrdən ibarət olur:
Bölmə I. «Müqavilənin predmeti».
Burada xarici ticarətin növü, məhsul göndərmənin təməl şərtləri –
əmtəənin adı, miqdarı, kəmiyyəti və mənşəyi – göstərilir.
Bölmə II. «Əmtəənin keyfiyyəti».
Müqavilənin bu bölməsində əmtəənin keyfiyyət xarakteristikası,
onun keyfiyyətini təsdiq edən sənəd göstərilir və həmin əmtəənin
keyfiyyətinin müəyyən olunması qaydası öz əksini tapır.
Bölmə III. «Müqavilənin qiyməti və ümumi məbləği».
Bu bölmədə müqavilənin valyuta qiyməti qeyd edilir, başqa
sözlə, tərəflərin təmsil etdikləri ölkələrin valyutaları və bunlardan
əlavə üçüncü bir ölkənin valyutası göstərilir. Burada habelə alqı-
satqı aktının predmeti olan əmtəənin bir ədədinin (litr, metr, ton)
qiyməti göstərilməklə müqavilənin ümumi məbləği müəyyən edi-
lir.
Bölmə IV . «Mə hsulgöndə rmə vaxtı».
Xarici ticarət üzrə bağlanan müqavilənin bu bölməsində əmtəəni
satıcı müəssisənin alıcı müəssisəyə öz əmtəəsini neçə təqvim günü
ərzində göndəriləcəyi göstərilir, onun satıcıdan alıcıya çatdırılması-
nın vaxt intervalı qeyd olunur. Bundan əlavə bu bölmədə məhsulun
yola salınma vaxtı ayrıca göstərilir.
Bölmə V. «Məhsulgöndərmənin şərtləri».
Müqavilənin bu bölməsində tərəflərin hesablaşmaları hansı
valyuta ilə həyata keçirilmələri göstərilməlidir. Bundan əlavə burada
habelə ödənişin yeri, vaxtı və usuluda qeyd olunur.
Bölmə VI. «Təhvilalma, təhvilvermə».
Burada əmtəələrin müqavilədə nəzərdə tutulmuş kəmiyyətdə və
keyfiyyətdə təhvilalma və təhvilvermə vaxtları qeyd olunur.
Bölmə VII. «Əmtəənin qablaşdırılması və nişanələnməsi».
Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti
539
Bu bölmədə əmtəələrin qablaşdırılması ilə əlaqədar tələbləri haq-
qında – əmtəənin qablaşdırılması qarşısında qoyulan tələblər, qablaş-
dırmanın növləri, qablaşdırma şərtləri və s. – tərəflərin razılaşmaları
öz əksini tapır.
Bölmə VIII. «Sanksiyalar».
Müqavilənin bu bölməsində müqavilə öhdəliklərinə düzgün əməl
etməyən tərəflər üçün müxtəlif sanksiyalar nəzərdə tutulur.
Hansı sanksiyaların tətbiqi üçün hansı sənədlərin zəruriliyi də
müqavilənin bu bölməsində mütləq qeyd olunur.
Bölmə IX. «Arbitraj».
Tərəflər arasında yarana biləcək mübahisələrin həlli yolları
müqavilənin bu bölməsində öz əksini tapır.
Mübahisələrin yaranması ilə əlaqədar onların (mübahisələrin) həl-
linin arbitraja veriləcəyi haqqında tərəflərin razılaşması və arbitrajın
qərarının qətiliyi də öz əksini məhz bu bölmədə tapır.
Bölmə X. «Fors–major».
Baş verəcəyi əvvəlcədən məlum olmayan fövqəladə hadisələrdən –
təbii fəlakətlər (yanğın, zəlzələ, tufan, və s.), müharibə, blokada, epi-
demiya, tətil və.s.-dən – hansının tərəfləri öz öhdəliklərini yerinə ye-
tirə bilməyəcəkləri bu bölmədə qeyd olunur.
Bölmə XI. «Sair şərtlər».
Müqavilənin əsas şərtlərindən əlavə tərəflər arasındakı razı-
laşmalar əsasında onlar özlərinin qarşılıqlı hüquq və vəzifələri haq-
qında gəldikləri qərar bu bölmədə göstərilir.
Bölmə XII. «Tərəflərin hüquqi ünvanları».
Xarici ticarət müqaviləsinin bölmələrinin sonuncusu olan bu
bölməsində tərəflərin hüquqi ünvanları - tam məxsusi adı, yerləşdiyi
konkret coğrafi məkan, poçt rekvizitləri və s. göstərilir.
Firma və müəssisələrin xarici-iqtisadi əlaqələrindən biri olan əc-
nəbi ölkəyə əmtəə ixracı üzrə bağladığı müqavilə onun bu istiqamət
üzrə fəaliyyətini nizamlayan mühüm hüquqi sənəddir.
Xarici ticarət üzrə kontrakt bağlayarkən tərəflər məhsulun isteh-
salçıdan istehlakçıya çatdırılması zamanı üzərlərinə düşən vəzifələri
dəqiq şəkildə müəyyən etməlidirlər. Bu zaman müxtəlif frankolardan
istifadə olunur. "Franko" italiyan sözü olub əmtəənin satışı (kommer-
siya) şərtləri mənasında işlənir. Daha doğrusu, burada söhbət əmtəə-
Dostları ilə paylaş: |