Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə202/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   198   199   200   201   202   203   204   205   ...   214

Telman Huseynov 

 

540



nin  istehlakçıya  çatdırılması  ilə  əlaqədar  xərclərin  (yükləmə-boşalt-

ma, nəqliyyat və hətta, bəzən yükün sığortalanma xərcləri) kimin tə-

rəfindən  ödənilməsinin  əvvəlcədən  şərtləndirilməsindən  gedir  (bax: 

cədvəl 21.2.) 

 Cədvəl 21.2 

Franko qiymətlərinin yaranması 

Məhsul göndərmə üsulundan 

asılı olaraq qiymətlərin növləri 

Qiymətə daxil edilən nəqliyyat xərcləri 

Məhsul göndərənin franko-

anbar qiyməti 

Məhsulgöndərənin anbarına qədərki nəqliyyat 

xərcləri 

Yola salmanın franko-

stansiya qiyməti 

Məhsulgöndərənin franko-anbar qiyməti üstəgəl 

məhsulun göndəriləcəyi stansiyaya çatdırılması ilə 

bağlı xərclər  

Yola salmanın franko-vaqon 

stansiya qiyməti 

Yolasalmanın franko-stansiya qiyməti üstəgəl 

məhsulun vaqona yüklənməsi ilə bağlı xərclər 

Franko-vaqon stansiya 

təyinatlı qiymət 

Yolasalmanın franko-vaqon stansiya qiyməti 

üstəgəl məhsulun təyinat aldığı stansiyaya 

çatdırılması ilə bağlı xərclər 

Franko-stansiya təyinatlı 

qiymət 

Franko-vaqon stansiya təyinatlı qiymət üstəgəl 



məhsulun təyinat almış olduğu stansiyada 

vaqondan boşaldılması ilə bağlı xərclər. 

stehlakçının franko-anbar 

qiyməti 


Franko-vaqon stansiya təyinatlı qiymət üstəgəl 

məhsulun təyinat aldığı stansiyadan istehlakçının 

anbarına çatdırılması ilə bağlı xərclər 

Frankolardan bəzilərinin tərkibinə nəzər salaq.  Məsələn, əgər is-

tehsalçı  öz  məhsulunu  istehlakçının  "məskunlaşdığı"  məkanda  onun 

anbarına təhvil verirsə, bu halda bütün xərclər – yükləmə, nəqletmə, 

boşaltma,  məhsulun  korlanması  riski  ilə  əlaqədar  xərclər  əmtəənin 

qiymətinə  əlavə  edilir.  Frankonun  bu  növü  «istehlakçının  franko-



anbar qiyməti» adlanır. 

Frankonun  başqa  bir  növü  «məhsul  göndərənin  franko-anbar 



qiyməti» adlanır. Bu halda, müqaviləyə  görə məhsulgöndərən məh-

sulunu öz anbarından istehlakçı müəssisəyə təhvil verir. Əmtəələr is-

tehlakçının göndərdiyi vaqona yükləndikdən sonra alıcı müəssisənin 

mülkiyyətinə  çevrilir.  Yükün  istehlakçıya  çatdırılması  ilə  əlaqədar 

bundan sonrakı bütün xərclər onun (istehlakçının) üzərinə düşür.  

Frankonun digər bir növü də "franko-vaqon stansiya" qiyməti-

dır.  Bu  halda,  məhsulgöndərmənin  şərtinə  görə,  yük  istehlakçının 



Fəsil 21. Firmanın xarici iqtisadi fəaliyyəti 

 

541



"məskunlaşdığı"  dəmiryolu  stansiyasının  ünvanına  istehsalçı  müəs-

sisə  tərəfindən  göndərilir.  Yükü  təhvil  aldıqdan  sonra  məhsulun  ba-

zara və ya istehlakçılara çatdırılması ilə əlaqədar məsuliyyət və bütün 

qalan xərclər alıcı firmanın öhdəsinə düşür. 



 4. Firmanın xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi vasitələri 

Ölkənin iqtisadi inkişaf strategiyasından və mövcud vəziyyətdən ası-

lı olaraq xarici iqtisadi əlaqələrin dövlət tərəfindən tənzimlənməsi həya-

ta  keçirilir.  Bu  əlaqələrin  tənzimlənməsini  zəruri  edən  amillərə,  birin-



cisi,  ölkədə  iqtisadi  artıma  nail  olmaq  və  məşğulluğun  təmin  edilməsi 

aiddir. Çünki idxalın həddən artıq liberallaşdırılması nisbətən aşağı rə-

qabətqabiliyyətinə malik sahələrin müflisləşməsinə gətirib çıxara bilər. 

kinci amil iqtisadiyyatın strukturunun dəyişdirilməsi və yeni sahələrin 

qorunması ilə bağlıdır. Bu, əsasən, ayrı-ayrı sənaye sahələrinin prioritet 

inkişafı ilə əlaqədar olur. Həm yerli bazar, həm də xarici bazar üçün sə-

naye məhsullarının istehsalı iqtisadi cəhətdən stimullaşdırıla bilər. Belə 

ki,  yeni  sahələrin  inkişafının  ilk  dövrlərində  bu  sahədəki  firma  və 

müəssisələrin rəqabətqabiliyyəti nisbətən aşağı olur. Üçüncüsü, ölkəyə 

xarici  investisiyanın  cəlb  edilməsi  məqsədilə  idxalın  məhdudlaşdırıl-

ması, investisiya idxalının stimullaşdırılması həyata keçirilə bilər. 

Bütövlükdə, xarici iqtisadi əlaqələrin tənzimlənməsi ölkənin iqti-

sadi  və  siyasi  mövqeyinin  möhkəmləndirilməsi  ilə  əlaqədardır.  Bu 

baxımdan tədiyə balansının tənzimlənməsinin böyük əhəmiyyəti var-

dır. Çünki tədiyyə balansının vəziyyəti valyuta kursuna, ölkənin iqti-

sadi  inkişafına  ciddi  təsir  göstərən  bir  amildir.  Bazarda  qiymətləri 

tənzimləmək, yerli istehsalçıların müəyyən məhsul istehsalı üzrə sti-

mullarını  azaltmaq,  onların  müəyyən  məhsul  istehsalını  və  satışını 

xaricdən  ölkəyə  keçirməsi  məqsədilə  ixracın  həddi  məhdudlaşdırıla 

bilər.  dxalın məhdudlaşdırılması isəəsasən, yerli istehsalçıların 

daxili  bazardan  sıxışdırılmasının  qarşısını  almaq,  digər  ölkənin 

bu ölkənin istehsalçılarına münasibətdə tətbiq edilmiş məhdudiy-

yətləri aradan qaldırması və s. məqsədi güdə bilər. 

Yuxarıda  qeyd  olunan  məqsədlərə  nail  olmaq  üçün  firmaların 

xarici iqtisadi fəaliyyətinin tənzimlənməsi müxtəlif vasitələrlə həyata 

keçirilir. Həmin vasitələrin bir hissəsi yalnız məhsulların qiymətinə, 

bir hissəsi isə, həm də onların həcminə təsir göstərirlər.  



Telman Huseynov 

 

542



Ölkədə  xarici  iqtisadi  fəaliyyətin  tənzimlənməsi  vasitələrini 

aşağıdakı kimi qruplaşdırmaq olar.  

Birincisi,  iqtisadi  proseslərə  təsir  istiqamətləri  baxımından 

tənzimləmə tədbirləri proteksionist və liberal tədbirlərə bölünür. 

Proteksionist  tədbirlər  daxili  bazarın  xarici  rəqabətdən  qorunmasına 

yönəlir.  Liberal  tədbirlər  isə  əksinə,  xarici  ticarətdə  maneələrin  ara-

dan qaldırılmasına istiqamətlənir ki, bu da daxili bazarda xarici firma 

və müəssisələr tərəfindən rəqabəti gücləndirir.  

kincisi,  iqtisadi  proseslərə  təsir  xarakterindən  asılı  olaraq 

tənzimləmə  tədbirləri  inzibati  və  iqtisadi  tədbirlərə  bölünür.  n-

zibati üsullara xarici iqtisadi fəaliyyətin lisenziyalaşdırılması, kvota-

laşdırılması,  valyuta  tənzimlənməsi  və  s.-ni  aid  etmək  olar.  qtisadi 

tənzimləmə  üsulları  iqtisadi  proseslərə  onun  iştirakçılarının  iqtisadi 

maraqları  vasitəsilə  təsirə  əsaslanır.  Bunlara  gömrük  rüsumlarını, 

standartların tətbiq edilməsini, inzibati maneələrin aradan qaldırılma-

sını, xidmətlərin  məhdudlaşdırılmasını,  valyuta  kursunun  idarə  edil-

məsini, vergi mexanizmini və s.-ni aid etmək olar.  

xrac-idxal  əməliyyatlarının  məhdudlaşdırılmasının  ən  geniş 

yayılmış  formalarından  biri  kvotaların  müəyyən  olunmasıdır. 



Kvota  –  müəyyən  müddət  ərzində  konkret  əmtəənin  idxal  və 

ixracına tətbiq olunan dəyər və natural ifadədə yol verilə bilə

məhdudiyyətləri  əks  etdirir.  Onun  tətbiqi  yerli  istehsalçıların 

yerli bazarda təmin edilmiş paya sahib olmaları ilə nəticələnir.  d-

xal kvotalarının tətbiqi nəticəsində adətən ixracatçı-firmalar məh-

sul  vahidinə  daha  çox  gəlir  əldə  edirlər.  Qeyd  etmək  lazımdır  ki, 

idxal  kvotaları  heç  də  həmişə  yerli  istehsalçıları  müdafiə  etmək 

məqsədi güdmür, onlardan, bəzən, xarici iqtisadi siyasətin vasitəsi 

kimi  də  istifadə  edirlər.  dxal  kvotaları  müxtəlif  ölkələr  üzrə 

müəyyən edilir və bununla da idxalın bir və ya məhdud sayda öl-

kədən asılılığı aradan qaldırılır. Digər tərəfdən, kvotalar müəyyən 

edilərkən  ölkə  öz  məhsulunu  kvota  verdiyi  ölkəyə  ixracı ilə  bağlı 

danışıqlarda  ondan  (kvotadan)  bir  vasitə  kimi  istifadə  edir.  Qeyd 

edilənlərlə yanaşı, idxal kvotasının mənfi tərəfi onunla əlaqədardır 

ki, bir ölkədə istehsal olunmuş məhsulun digər ölkənin kvotası da-

xilində üçüncü ölkəyə gətirilməsi hallarının müəyyən olunması və 

bunun qarşısının alınması işi nibətən çətin olur. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə