Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə26/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   22   23   24   25   26   27   28   29   ...   214

Telman Huseynov 

 

70



–  firmanın  (müəssisənin)  yaradılması  və  nizamnaməsinin  təsdiq 

edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar; 

– “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”nin 

təsisçilər  barədə  əlavəsi.  Firmanın  (müəssisənin)  təsisçiləri  həm  hü-

quqi  şəxs,  həm  də  fiziki  şəxs  olduqda  onların  hər  biri  üçün  tələb 

olununan  xüsusi  əlavə  formaları  doldurulur.  Təsisçi  fiziki  şəxsə  aid 

əlavə formada göstərilən pasport rekvizitləri Daxili  şlər Nazirliyinin 

pasport  qeydiyyatı  məlumatlarında  təsdiqini  tapmadıqda,  müvafiq 

təsisçilərin  səxsiyyət  vəsiqəsinin  surətlərinin  ərizəyə  əlavə  edilməsi 

tələb oluna bilər;  

– dövlət qeydiyyatı ərizəsi vergi orqanına təqdim edilən tarixə cə-

miyyətin  müşahidə  şurası  seçilmişdirsə  onun  üzvləri  barədə  məlu-

matlar  “Kommersiya  hüquqi  şəxsin  dövlət  qeydiyyatı  haqqında  əri-

zə”sinin  müvafiq  əlavəsi  ilə  təqdim  olunur.  Əlavədə  göstərilən  pas-

port rekvizitləri Daxili  şlər Nazirliyinin pasport qeydiyyatı məlumat-

larında təsdiqini tapmadıqda, müşahidə şurasının müvafiq üzvlərinin 

səxsiyyətini  təsdiq  edən  sənədin  surətlərinin  ərizəyə  əlavə  edilməsi 

tələb oluna bilər; 

–  təsisçilər  tərəfindən  icraedici  və  sərəncamverici  səlahiyyətlərə 

malik  olan  qanuni  təmsilçinin  və  ya  rəhbərin  təyin  edilməsi  barədə 

qərarın surəti. Qanuni təmsilçinin və ya rəhbərin ərizədə göstərilmiş 

pasport rekvizitləri Daxili  şlər Nazirliyinin pasport qeydiyyatı məlu-

matlarında təsdiqini tapmadıqda, onun şəxsiyyət vəsiqəsinin surətinin 

ərizəyə əlavə edilməsi tələb oluna bilər; 

–  hüquqi  şəxs  statusu  almaq  istəyən  qurumun  hüquqi  ünvanını 

təsdiq edən sənəd; 

– məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və 

ya  sığorta  təşkilatı  yaradıldıqda  nizamnamə  kapitalının  ödənilməsini 

təsdiq edən sənəd (bank qəbzi, daşınmaz əmlakın ipotekası və sair); 

– firma (müəssisə) xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəksə, 

bu  barədə  məlumat  “Kommersiya  hüquqi  şəxsin  dövlət  qeydiyyatı 

haqqında ərizə”sinin müvafiq əlavəsi ilə təqdim olunur; 

–  ərizə  təsisçinin  (təsisçilərin)  müvafiq  qaydada  vəkil  etdiyi  şəxs 

tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim edilir. 

Yenidən  təşkil  nəticəsində  yaradılan  firma  (müəssisə)  tərəfindən 

“Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat” forması təq-




Fəsil 2.  stehsal firmalarının təsnifatı, quruluşu və formaları 

 

71



dim olunmalıdır. Bu formaya müəssisənin yenidən təşkil nəticəsində 

yaranan hüquqi varisliyi barədə məlumatlar daxil edilir. 

Firma (müəssisə) bank, sığorta, maliyyə-sənaye qrupudursa, mü-

vafiq  olaraq  Mərkəzi  Bankın,  Maliyyə  Nazirliyinin  və  qtisadi  n-

kişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinin ilkin razılığını 

təsdiq edən sənəd təqdim olunur.  

Ərizəyə  nizamnamə  kapitalının  ödənilməsini  təsdiq  edən  sənəd 

(bank  qəbzi,  daşınmaz  əmlakın  ipotekası  və  s.),  habelə,  nizamnamə 

kapitalına  pul  formasında  ödənilməyən  əmlakın  qiymətləndirilməsi 

haqqında müstəqil auditor rəyi əlavə edilməlidir. 

Firmanın  (müəssisənin)  qeydiyyata  alınması  üçün  ərizə  ilə  mü-

raciət  edən,  bu  ərizə  ilə  birlikdə  öz  şəxsiyyət  vəsiqəsini  Vergilər 

Nazirliyində qeydiyyat  yerində xüsusi kabinədə sənədlərin qəbulu-

nu həyata keçirən hüquqşünasa təqdim edir və hüquqşünas müraciət 

edənin  ərizə  təqdim  etmək  səlahiyyəti  olduğunu  müəyyənləşdirir. 

Daha sonra, hüquqşünas firmanın (müəssisənin) təsisçi fiziki şəxs-

lərinin,  rəhbər  və  qanuni  təmsilçinin,  müşahidə  şurası  yaradılmış-

dırsa, onun üzvlərinin ərizə və onun əlavələrində göstərilən şəxsiy-

yət  vəsiqəsi  rekvizitlərinin  Daxili  şlər  Nazirliyinin  məlumat  baza-

sına  uyğunluğunu  yoxlayır  və  kənarlaşma  aşkar  etdiyi  vəsiqələrin 

(pasportların) surətini tələb edir. Hüquqşünas qəbul etdiyi sənədlə-

rin  yerində  olub-olmamasını  və  tam  dəstliyini,  ərizə  və  əlavələrdə 

göstərilən  məlumatların  sənədlərə  tam  uyğunluğunu  müraciət  edə-

nin iştirakı ilə yoxlayır. Ərizə və onun əlavələrinin doldurulması za-

manı buraxılmış hərf və ya rəqəm səhvləri üzrə hər bir səhvin qarşı-

sında müvafiq qeyd edilməklə düzəliş aparılmalıdır. Dövlət qeydiy-

yatına  alınması  üçün  imtinaya  səbəb  olmayan  çatışmazlıqlar  eyni 

vaxtda  aşkar  edilməli  və  aradan  qaldırılması  üçün  müraciət  edənə 

bildirilməlidir. Ərizənin qəbul edilməsi zamanı hüquqşünas tərəfin-

dən qanunvericiliklə nəzərdə tutulmayan digər sənədlərin tələb edil-

məsinə yol verilmir. 

Bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda, ərizəyə əlavə 

edilmiş  sənədlər  arasında  həmçinin  müvafiq  olaraq  Milli  Bankın, 

Maliyyə Nazirliyinin və  qtisadi  nkişaf Nazirliyi yanında Antiinhi-

sar  Dövlət  Xidmətinin  qurumun  yaradılması  barədə  ilkin  razılığını 

təsdiq edən sənədin olub-olmaması müəyyən edilməlidir. 




Telman Huseynov 

 

72



Sənədlər  təqdim  edilərkən  onlar  yoxlanılır  və  qəbul  edildikdən 

sonra üç gün ərzində firma (müəssisə)  qeydiyyatdan keçirilir.   

Müəssisə aşağıdakı hallarda ləğv edilə bilər: 

– onun təsisçilərinin (iştirakçılarının) və  ya müəssisəin nizamna-

mə  ilə  vəkil  edilmiş  orqanının  qərarı  ilə,  o  cümlədən  müəssisənin 

mövcudluğu  üçün  nəzərdə  tutulan  müddətin  qurtarması  və  ya  yara-

dılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə əlaqədar 

olaraq; 


–  müəssisənin  yaradılması  zamanı  yol  verilmiş  qanunvericilik 

pozuntuları  ilə  əlaqədar  onun  qeydiyyatının  məhkəmə  tərəfindən 

etibarsız sayıldığı halda; 

– lazımi xüsusi icazə (lisenziya) olmadan fəaliyyət və ya qanunla 

qadağan  edilmiş  fəaliyyət  həyata  keçirildikdə  və  ya  qanunvericilik 

digər  şəkildə  dəfələrlə  və  ya  kobudcasına  pozulduqda  və  ya  ictimai 

birlik  və  ya  fond  onun  nizamnamə  məqsədlərinə  zidd  fəaliyyətlə 

müntəzəm məşğul olduqda məhkəmənin qərarı ilə. 

Müəssisə müflis olma nəticəsində də ləğv edilir. Əgər ləğv edilən 

müəssisənin  əmlakının  dəyəri  kreditorların  tələblərinin  ödənilməsi 

üçün  yetərli  deyildirsə,  o  yalnız  müflis  olma  nəticəsində  ləğv  edilə 

bilər. 


Müəssisəin  ləğvi  haqqında  qərar  qəbul  etmiş  təsisçilər  (iştirak-

çılar) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı bu barədə döv-

lət qeydiyyatını həyata keçirən orqana ləngimədən məlumat verməyə 

borcludurlar.  Həmin  orqan  isə  müəssisənin  ləğv  prosesində  olduğu 

barədə məlumatları müəssisələrin dövlət reyestrinə daxil edir. 

Müəssisəin ləğvi haqqında qərar qəbul etmiş müəssisənin təsisçi-

ləri (iştirakçıları) və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğ-

vetmə  komissiyasını  (təsviyəçini)  təyin  edir,  ləğvetmə  qaydasını  və 

müddətlərini müəyyənləşdirirlər. 

Ləğvetmə  komissiyasının  təyin  edildiyi  andan  müəssisənin  iş-

lərini  idarə  etmək  səlahiyyətləri  ona  (komissiyaya)  keçir.  Ləğvetmə 

komissiyası ləğv edilən müəssisəin adından məhkəmədə çıxış edir. 

Müəssisənin ləğvi qaydaları aşağıdakı kimidir: 

1.  Ləğvetmə  komissiyası  müəssisəin  dövlət  qeydiyyatı  haqqında 

məlumatın dərc edildiyi mətbuat orqanlarında onun ləğv edilməsi və 

kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə