Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə29/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   25   26   27   28   29   30   31   32   ...   214

Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

79



Texnoloji baxımdan əməliyyatlar keçidlərə (fazalara) bölünürlər.  

Keçidlər  (fazalar) – istehsal prosesinin texnoloji baxımdan həm-

cins, təşkilati baxımdan ayrılmaz hissəsi olub, əmək predmetinin emalı 

üçün  istifadə  olunan  istehsal  komponentlərinin  və  avadanlıqların  tər-

kibcə və habelə sonuncuların iş rejimlərinin sabitliyi ilə səciyyələnir.  

Əməliyyatlar fəhlə əməyinin strukturu baxımından həm də fənd-

lərə və əməllərə bölünür. 

Məsələn, tornaçı fəhlənin pəstahı qaldırıb torna dəzgahının başlı-

ğına qoyması, açarla onu başlığa bərkitməsi, dəzgahı işə salması, kə-

sici  aləti  –  pəstahı  yonmaq  üçün  –  ona  yaxınlaşdırması,  yonması, 

yonmadan  sonra  qismən  emal  olunmuş  pəstahı  başlıqdan  açarla  aç-

ması,  pəstahı  başlıqdan  çıxarıb  yerə  qoyması  –  bütün  bunların  hər 

biri ayrı-ayrılıqda əməliyyatlardır. 



Fənd, fəhlənin əmək fəndi – müəyyən məqsədli təyinatı olan və 

fəhlə  tərəfindən  yerinə  yetirilən  bitkin,  tamamlanmış  hərəkətlərin 

məcmusudur. 

Ə

məl – fəndin bir hissəsi olmaqla fəhlənin özünün bir neçə fiziki 

hərəkətinin  (bədən, əl, barmaq və s.) və  ya hərəkətlər kompleksinin 

hər hansı predmetin götürülməsi və ya onun yerinin dəyişdirilməsi ilə 

bağlı görülən işdir.  

Fasiləsiz  istehsallarda  əməliyyatın  uzunluğu,  şərti  olaraq,  bir  iş 

növbəsinin müddəti qədər qəbul olunmuşdur.  Texnoloji (əsas) pro-

ses əmək predmetlərində müəyyən dəyişikliklərin (fiziki, mexaniki, 

kimyəvi və s.) baş verməsinə səbəb olan əməliyyatlar məcmusudur. 

Köməkçi  əməliyyatlar  isə  texnoloji  əməliyyatların  yerinə  yetiril-

məsi  üçün  şəraitin  yaradılmasına  istiqamətlənən  (məsələn,  əmək 

predmetlərinin bir iş  yerindən digərinə hərəkəti, emal edilən detal-

ların ölçülərinə nəzarət və s.) hərəkətlərin məcmusudur. 

Məhsulun istehsalında əmək (texnoloji və köməkçi) prosesləri ilə 

yanaşı,  təbii  proseslərdən  də  (məsələn,  xəmirin  qıcqırması,  ağacın, 

rənglənmiş maşınların boyasının quruması və s.) istifadə zərurəti ya-

ranır. Əgər əmək prosesi bilavasitə işçilər tərəfindən yerinə yetirilir-

sə, təbii proseslər işçilərin müdaxiləsi olmadan, təbii yolla, öz-özünə 

baş  verir.  Təbii  prosesin  vaxt  reqlamentinə  düzgün  əməl  olunması 

çox vacibdir; onu süni şəkildə sürətləndirmək prosesin əhəmiyyətini 

azalda, işin keyfiyyətini pisləşdirə bilər. 



Telman Huseynov 

 

80



Beləliklə,  məhsulun  hazırlanması  üzrə  istehsal  prosesi  texnoloji 

(əsas)  və  köməkçi  əməliyyatların  və  təbii  proseslərin  məcmusundan 

ibarətdir. 

Ə

məliyyatların  tempi  və  taktı  istehsal  prosesinin  əsas  para-



metrlərindəndir.  Əməliyyatın  tempi  vaxt  vahidi  ərzində  əməliy-

yata daxil olan (və ya əməliyyatdan çıxan) detalların sayını, takt 

isə materialın və ya materiallar partiyasının əməliyyatda qaldığı 

vaxtı özündə əks etdirir. 

Məhsulun  hazırlanmasındakı  roluna  görə  də  istehsal  özü  də  əsas, 

köməkçi və xidmətedici istehsal proseslərinə ayrılır. Lakin xammal və 

materialın hazır məhsula çevrilməsi işində onların rolu eyni olmur. 

Əsas (texnoloji) istehsal prosesi emal edilən məmulatın forması-

nın,  ölçülərinin  və  daxili  strukturunun  dəyişdirilməsi  ilə  bilavasitə 

əlaqədardır. Əsas istehsal prosesini bəzən texnoloji proses də adlan-

dırırlar və burada elmi cəhətdən heç bir qəbahətə yol verilmir. Tex-

noloji prosesin xarakterini, bir qayda olaraq, istehsalın təşkilati şərt-

ləri  –  texnoloji  ardıcıllığa  görə  avadanlıqların  istehsal  meydançala-

rında  düzgün  quraşdırılması,  anbarların  təyinatı  və  onların  məkanca 

düzgün  yerləşdirilməsi,  nəqliyyat  marşrutlarının  istiqaməti  və  uzun-

luğu müəyyən edir. Əsas istehsal proseslərinə, məsələn, maşınqayır-

ma müəssisələrində detalların mexaniki (yonma, pardaxlama, cilala-

ma və s.) və termiki (qızdırmaq və s.) emalını, onların (detalların) yı-

ğılmasını (quraşdırılmasını) və s. misal göstərmək olar. 

Köməkçi  və  xidmətedici  istehsal  prosesləri  məhsulun  hazırlan-

masında  bilavasitə  iştirak  etmirlər,  lakin  əsas  (texnoloji)  prosesin 

yerinə yetirilməsinə şəraitin yaradılması onlar tərəfindən həyata ke-

çirilir. Əsas istehsal köməkçi və xidmətedici proseslərsiz keçinə bil-

məzlər.  Köməkçi  sexlərin  istehsal  etdikləri  məmulatlar  əsas  isteh-

salda istifadə olunmaqla son məhsulun istehsalına  yardım göstərir-

lər.  Köməkçi  istehsalın  məhsullarına  alət,  ştamp,  tərtibat,  bütün 

enerji növlərini və tara istehsalını misal gətirmək olar. 

 Maşınqayırma müəssisəsində xidmətedici proseslərə nəqletməni, 

hazır məhsulun anbarlaşdırılmasını, müəssisədaxili təchizatı, labora-

toriya sınaqlarını və s. aid etmək olar. Bu proseslər də məhsul isteh-

salında dolayı yolla iştirak edirlər, başqa sözlə əsas istehsala xidmət 

göstərirlər. 



Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

81



Əgər  köməkçi  proseslər  yalnız  əsas  istehsala  köməkçi  olurlarsa, 

xidmətedici proseslər həm əsas və həm də köməkçi istehsallara xid-

mət  göstərirlər;  köməkçi  proseslər  əsas  istehsala  «maddi  cəhətdən» 

köməklik göstərirlərsə (alət, tərtibat və s. verməklə), xidmət təsərrü-

fatının «xidməti» qeyri-maddidir. Sırf xidmət mahiyyətlidir. 

Maşınqayırma  müəssisəsində  istehsal  prosesinin  strukturu 

aşağıdakı kimidir (bax: şəkil.3.1) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 3.1. Maşınqayırma müəssisəsində istehsal prosesinin quruluşu 

stehsal prosesləri sadə və mürəkkəb proseslər kimi də fərqləndirilir. 

Sintez  və  analizə  əsaslanan  istehsal  prosesləri  mürəkkəb  hesab 

olunurlar, çünki onlardan hər biri bir neçə sadə istehsallardan ibarət 

olurlar. 

 Sadə istehsal prosesində bir növ xammal və materialdan bir növ 

məhsul, sintetik istehsal prosesində bir neçə növ xammal və mate-

rialdan bir növ məhsul, analizə (tərkib hissələrinə ayırmağa) əsasla-

nan istehsal prosesində bir növ xammal və materialdan bir neçə növ 

məhsul hazırlanır. Sadə istehsal proseslərinə kərpic istehsalını, sin-

tezə  (birləşdirməyə)  əsaslanan  prosesə  çuqun  istehsalını,  analizə 

əsaslanana isə neft emalını misal göstərmək olar. 

stehsal prosesləri əmək predmetlərinə edilən təsirə görə mexa-

niki,  fiziki,  kimyəvi  proseslərə  bölünürlər.  Mexaniki  istehsal  pro-

T

əm



ir

 s

ex



stehsal prosesi 

Əsas istehsal 

Xidmət təsərrüfatı 

Köməkçi istehsal 

A



se

xi



 

E

ne



rj

se



xi

 

M



od

el

 s



ex

T



ök

m

ə 



se

xi

 



D

əm

ir



çi

-p

re



se

xi



 

M

ex



an

ik



em

al

 s



ex

Y



ığ

m



se

xi

 



N

əq

li



yy

at

 



A

nb

ar



 

D

is



pe

er



 

T

əc



hi

za




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə