Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə37/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   33   34   35   36   37   38   39   40   ...   214

Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

 

101



daha böyük xüsusi çəkiyə malik olmaları ilə xarakterizə edilir. Bu tə-

mərküzləşmə  forması  bilavasitə  elmi-texniki  tərəqqini  əks  etdirir  və 

yalnız intensiv yolla inkişaf edir. 

Təmərküzləşdirmənin istehsal-texniki forması qurulmuş avadan-

lıqların sayca çoxaldılması yolu ilə baş verir. Bu o deməkdir ki, təmər-

küzləşdirmənin bu forması yalnız ekstensiv yolla həyata keçirilir. 

Texnoloji  təmərküzləşdirmə  aqreqat  və  istehsal-texniki  təmər-

küzləşdirmə  formalarını  özündə  birləşdirir.  Başqa  sözlə,  təmərküz-

ləşdirmənin  bu  formasında  qurulmuş  avadanlıqların  sayca  çoxaldıl-

ması  onlardan  hər  birinin  gücünün  artırılması  ilə  eyni  zamanda  baş 

verir. Daha dəqiq desək, təmərküzləşdirmənin bu formasında həmin 

proses  aqreqat  və  istehsal-texniki  təmərküzləşdirmə  formalarının 

vəhdətdə inkişafı nəticəsində yaranır. 

Təmərküzləşdirmənin  formaları  içərisində  onun  istehsal-texniki, 

başqa sözlə, müəssisədə istehsalların (sex, sahə və s.) çoxalması for-

ması nisbətən mürəkkəbdir və bunun istiqamətləri aşağıdakı kimidir: 

a)  konstruktiv  quruluşu,  hazırlanma  texnologiyası,  iqtisadi  təyi-

natı və istismar şəraiti oxşar olan məhsullar istehsalının bir müəssisə-

də  təmərküzləşməsi;  belə  təmərküzləşmə  istehsalın  ixtisaslaşması 

ilə nəticələnir; 

b) xammalın kompleks emalı və ya texnoloji ardıcıllıqla işlənilmə-

sinə əsaslanan təmərküzləşmə; belə təmərküzləşmə istehsalın kom-

binələşməsi ilə nəticələnir; 

c) son məhsulun hazırlanması prosesində texnoloji baxımdan əla-

qəli,  lakin  məkanca  bir-birindən  aralı  olan  müxtəlif  istehsalların  tə-

mərküzləşməsi; belə təmərküzləşmə istehsalın kooperativləşməsilə 



nəticələnir; 

d) təşkilati-təsərrüfat təmərküzləşməsi; belə təmərküzləşmə isteh-

salın  təşkilində  hər  hansı  dəyişiklik  olmadan  xırda  müəssisələrin 

inzibati-idarə cəhətdən birləşdirilməsinə, onların təsərrüfatçılıq müs-

təqilliyini itirmək prinsipinə əsaslanır. Belə təmərküzləşmə müəssi-

sələrin idarə olunmasının mərkəzləşdirilməsi və sonradan isə is-

tehsalın yenidən təşkilinə ilkin şərtlər yaradılması ilə nəticələnir. 

Təmərküzləşdirmənin  istehsal-texniki  forması,  habelə,  ümumiy-

yətlə, təmərküzləşmə özünün çalarlıq müxtəlifliyinə baxmayaraq, nə-

ticə etibarilə, istehsalın daha böyük müəssisələrdə birləşməsi ilə nəti-




Telman Huseynov 

 

102



cələnir  və  ictimai  istehsalın  təşkili  formalarının  –  ixtisaslaşdırma, 

kooperativləşdirmə və kombinələşdirmə proseslərinin ilkin şərti kimi 

çıxış  edir.  Başqa  sözlə,  təmərküzləşmə  istehsalın  ictimai  təşkilinin 

əsasıdırsa, qalanları onun törəmələridir. 

Nəhayət,  təmərküzləşmənin  fasiləsiz  bir  proses  olduğu  xüsusi 

qeyd edilməlidir, buna səbəb isə elmi-texniki tərəqqinin fasiləsiz bir 

ictimai-iqtisadi proses olmasıdır. 

Müəssisədə istehsalın təmərküzləşdirilməsi aşağıdakı istiqamətdə 

həyata keçirilə bilər: 

– ixtisaslaşdırılmış istehsalın təmərküzləşməsi; 

– kombinələşmiş istehsalların təmərküzləşməsi; 

– universal müəssisələrin ölçülərinin artması. 

Bu istiqamətlər içərisində ən səmərəlisi birincisidir. Həmcins məh-

sullar istehsalının daha iri müəssisələrdə cəmləşməsi yüksək məhsuldar 

və ixtisaslaşmış avadanlıqlardan, avtomatlaşdırılmış axın xətlərindən, is-

tehsalın təşkilinin mütərəqqi metodlarından istifadə etməyə imkan verir. 

Təmərküzləşmənin ikinci istiqaməti də səmərəlidir. Bu istiqamət 

texnoloji  proseslərin  yerinə  yetirilməsinin  ardıcıllığını,  xammalın 

kompleks emalını, aralıq məhsul və tullantılardan istifadə etməyi, ət-

raf mühitin çirklənməsinin azalmasını təmin edir. 

Ən  səmərəsiz  variant  üçüncü  istiqamətdir.  Bu  istiqamətdə  isteh-

salın təmərküzləşməsi nə istehsal proseslərinin oxşarlığına və ardıcıl-

lığına,  nə  də  xammalın  kompleks  emalına  əsaslanır.  Universal  tipli 

müəssisələr bir-birilə az əlaqəli istehsalları birləşdirir. 



stehsalın təmərküzləşdirilməsini təhlil edərkən istehsalın ölçüsü 

ilə  müəssisənin  ölçüsü  anlayışlarını  fərqləndirmək  zəruridir.  steh-

salın ölçüsü istehsal prosesinin nəticəsini ifadə edir və natural, əmək və 

ya  dəyər  göstəricilərində  məhsulun  kəmiyyəti  ilə  müəyyən  olunur. 

Müəssisənin  ölçüsü,  istehsal  prosesinin  təşkili  formalarının  kəmiyyət 

xarakteristikasıdır və müəssisədə toplanmış maddi və əmək resurslarının 

məcmusu ilə, həmçinin istehsalın ölçüsü ilə müəyyən olunur. Bu baxım-

dan müəssisənin ölçüsünün artırılması və ya mütləq təmərküzləşməsini 

iki yolla: müəssisənin tərkibində olan istehsalların ölçülərini artırmaqla 

və müəssisədə istehsalların sayını çoxaltmaqla həyata keçirmək olar.  

Ayrı-ayrı sahələrdə istehsalın təmərküzləşməsi məhsulun və onun 

hazırlanması texnologiyasından asılıdır: metallurgiya və elektroener-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə