Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə36/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   32   33   34   35   36   37   38   39   ...   214

Telman Huseynov 

 

98



larla təchiz edilir və belə müəssisələrdə avtomatlaşdırılmış axın xət-

lərinin tətbiqi geniş yayılmışdır. Kütləvi istehsal şəraitində mexani-

ki  emalın  texnoloji  prosesləri  üzrə  keçidləri  daha  dəqiq  hazırlanır. 

Hər  bir  dəzgaha  az  miqdarda  əməliyyat  təhkim  edilir  ki,  bu  da  iş 

yerlərinin nisbətən tam yüklənməsini təmin edir. Avadanlıqlar ayrı-

ayrı  detalların  emalı  texnologiyasının  gedişinə  uyğun  yerləşdirilir, 

fəhlələr bir və ya iki əməliyyatın yerinə yetirilməsi üzrə ixtisaslaşır-

lar, detallar isə əməliyyatdan əməliyyata tək-tək verilir.  

 Kütləvi  istehsal  şəraitində  əməliyyatlararası  nəqletmənin  və  iş 

yerlərinə texniki xidmətin təşkilinin əhəmiyyəti artır. Maşın, avadan-

lıq və alətlərin vəziyyətinə mütəmadi nəzarət istehsal prosesinin fasi-

ləsizliyini  təmin  etməyin  əsas  şərtlərindən  birinə  çevrilir.  stehsalın 

bütün  həlqələrində  müəyyən  edilmiş  ahəngdarlığın  təmin  olunması 

zəruriliyi kütləvi istehsalın təşkilinin fərqləndirici cəhətlərindəndir. 

Kütləvi istehsal avadanlıqlardan tam istifadəni, əmək məhsuldar-

lığı səviyyəsinin yüksək və hazırlanan məhsulun maya dəyərinin di-

gər istehsal tiplərilə müqayisədə aşağı olmasını təmin edir. 

 

 



 

F   K   R L Ə Ş   N 

 

1.  stehsal prosesinin mahiyyəti – istehsal prosesi nədir? 

2. Əməliyyat, keçid, fənd və əməl haqqında nə bilirsiniz? 

3. Əsas, köməkçi və xidmətedici prosesləri şərh edə bilərsinizmi? 

4. Fərdi, seriyalı və kütləvi istehsalları fərqləndirə bilərsinizmi? 

5.  stehsalın təşkilinin axınlı, dəstəli və fərdi növlərinin hansı əla-

mətləri vardır? 

6.  stehsalın təşkili və tərkibini izah edin. 

7.  stehsal tsiklinin qısaldılmasının əsas istiqamətlərini şərh edin. 

8.  stehsalın təşkilinin əsas prinsipləri haqqında nə kimi məluma-

tınız vardır? 

9.  stehsalın  təşkili  formaları  (texnoloji,  predmet,  düzxətli,  fərdi 

və qarışıq)  haqqında nə bilirsiniz? 



 

 

99



 

 

 



 

 

 

Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin 

optimal ölçüsü 

1.  stehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları 

2.  stehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri  

3.  stehsal firmasının optimal ölçüsü və onu müəyyən edən amillər  

4.  stehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi 

1.  stehsalın təmərküzləşdirilməsinin mahiyyəti və formaları 

ctimai istehsalın intensivləşdirilməsi və səmərəliliyinin yüksəldil-

məsinin  çoxsaylı  amilləri  içərisində  onun  (istehsalın)  ictimai  təşkili 

və idarə olunmasının elmi cəhətdən əsaslandırılmış forma və metod-

larının özünəməxsus yeri və rolu vardır.  stehsalın ictimai təşkili for-

maları, öz təzahürünü təmərküzləşmə, ixtisaslaşma, kooperativləşmə 

və kombinələşmə proseslərində tapan əməyin bölgüsü və ictimailəş-

məsi ilə sıx surətdə əlaqədardır. 



stehsalın ictimailəşməsi və əməyin bölgüsü öz əksini müəssi-

sələrin iriləşməsində – istehsalın təmərküzləşməsindəəmək böl-

güsünün  dərinləşməsində  –  ixtisaslaşma  və  kooperativləşmədə

texnoloji  cəhətdən  müxtəlif  istehsalların  bir  müəssisədə  uzlaşdı-

rılmasında – kombinələşmədə tapır. 

stehsalın  təmərküzləşməsi  –  məhsul  istehsalının  daha  iri  müəs-

sisələrdə toplanması prosesidir. 

stehsalın təmərküzləşməsi, ixtisaslaşması, kooperativləşməsi və 

kombinələşməsi arasında sıx qarşılıqlı əlaqələr vardır.  stehsalın tə-

mərküzləşməsi istehsalın ictimai təşkili formaları içərisində ən mü-

rəkkəbidir,  onun  inkişafı  digər  formalarda  da  dəyişikliklərə  səbəb 

olur.  O,  istehsalın  ixtisaslaşması  üçün  əsas  yaradır,  onun  inkişaf 

tempini və səviyyəsini müəyyən edir.  xtisaslaşma isə öz növbəsin-

də əmək məhsuldarlığının artımı ilə nəticələnir, müəssisələrin ölçü-




Telman Huseynov 

 

100



lərinin  artımına  səbəb  olur,  həmçinin  kooperativləşmənin  inkişafı-

nın  şərti  kimi  çıxış  edir.  Kooperativləşmə  ixtisaslaşmanın  inkişafı 

üçün əlverişli şərait, istehsalın ölçüsünün artması üçün isə əlavə im-

kanlar yaradır. Nəhayət, əmək bölgüsünün dərinləşməsi və müxtəlif 

texnoloji  proseslərin  bir  müəssisədə  uzlaşdırılaraq  təmərküzləşməsi 

əsasında istehsalın kombinələşməsi yaranır. 

Təmərküzləşmə, istehsalın ictimai təşkili formalarından biri kimi, 

texnikanın  inkişafı  və  səmərəli  istifadəsinə,  müəssisələrin  iqtisadi 

göstəricilərinin yaxşılaşdırılmasına təminat verir. 

Təmərküzləşmə  prosesinin  mahiyyəti  iqtisadiyyatın  sahələrində 

məhsul  istehsalı  üzrə  iri  müəssisələrin  xüsusi  çəkilərinin  mütəmadi 

artması ilə səciyyələnir. 

Sahənin  ümumi  istehsalında  iri  müəssisələrin  payının  artmasına 

nisbi təmərküzləşmə deyilir. 

Təmərküzləşmə  mütləq  mənada  da  arta  bilər.  Belə  halda  sahəyə 

daxil olan müəssisələrin ölçüləri artır. 



Təmərküzləşmə  prosesinin  birinci  cəhəti  (nisbi)  müəssisələ

arasında ümumi məhsul istehsalının bölüşdürülməsi ilə əlaqədar-

dırsa, ikincisi – istehsal müəssisələrinin özlərinin ölçülərinin (müt-

ləq) dəyişməsilə bağlıdır. 

Mütləq təmərküzləşmə nisbi təmərküzləşməni doğurur və əməyin 

ictimailəşməsi dərəcəsinin yüksəlməsində ilkin şərt kimi çıxış edir. 

stehsalın  təmərküzləşməsi  və  onun  müxtəlif  formaları  müəyyən 

məhsul  növlərinə  tələbatın  artması  və  elmi-texniki  tərəqqinin  təsiri 

nəticəsində  inkişaf  edir.  Buna  görə  də,  hər  bir  inkişaf  səviyyəsində 

istehsalın  təmərküzləşməsi  istehsalın  optimal  ölçüsünə  və  avadan-

lıqların məhsuldarlığına uyğun olmalıdır.  

Təmərküzləşmə  prosesinin  təməlində  dayanan  elmi-texniki  tə-

rəqqi həmin prosesin mürəkkəbliyindən asılı olaraq, onların müxtəlif 

formada getməsi üçün həlledici təsir gücünə malik olur. 

Təmərküzləşmənin aqreqat, istehsal-texniki və texnoloji formaları 

mövcuddur ki, bunlar da intensiv və ekstensiv yolla inkişaf etmiş və 

formalaşmışlar.  



Aqreqat  təmərküzləşməsi elmi-texniki tərəqqinin mövcud inki-

şaf  səviyyəsi,  aqreqat  və  avadanlıqların  texnoloji  strukturunda  daha 

güclülərin, məhsuldarlığı yüksək olanların payının artması və onların 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə