Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə34/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   30   31   32   33   34   35   36   37   ...   214

Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

93



rın  axınına  paralel  yerləşdirlməsinə  əsaslanan  istehsal  sahələrinin 

yaradılması  ilə  xarakterizə  olunur.  Bu  halda  istehsal  sahəsinə  daxil 

olan detallar sərbəst iş yerlərindən birinə yönəldilir və burada da zəruri 

emal tsiklindən keçəndən sonra digər istehsal sahəsinə (sexə) verilir.  

Xətti  struktura  malik  sexlərdə  isə  avadanlıqlar  (iş  yerləri) 

texnoloji proses üzrə yerləşdirilir və detallar partiyası istehsal sa-

həsində bir iş yerindən digərinə ardıcıl verilərək emal olunurlar. 

stehsalın  təşkilinin  qarışıq  strukturu  isə  xətti  və  sex  struktur-

larının əlamətlərini özündə birləşdirir. 

əssisədə istehsalın səmərəli təşkilini müəyyən edən amillə

ərisində prioritet göstəricilərdən biri də iş yerinin təşkilinin ne-

cəliyidir. 

Fəhlənin iş yeri elə təşkil olunmalıdır ki, o, (fəhlə) özünün əqli və 

fiziki  imkanlarını  tam  gerçəkləşdirə  bilsin.  Bunun  üçün,  ilk  əvvəl, 

fəhlənin  növbə  ərzində  istifadə  edəcəyi  texniki  vasitələr  onun  "əlinin 

altında" olmalıdır; fəhlənin işlədiyi mühit komfort səviyyəsinə çatdırıl-

malıdır, onun ətrafında səs, toz, isti, buxar, işıq, rütubət, qaz və s. bu 

kimi  orqanizm  üçün  ziyanlı  olan  xarici  təsirlər  normanı  keçməməli, 

minimum səviyyədə olmalıdır. Fəhlənin istismar etdiyi texnika təhlü-

kəsiz olmalıdır, başqa halda onun iş yeri təhlükəsizlik texnikası ilə tə-

min  edilməlidir;  zahirən  əhəmiyyətsiz  görünən  bir  amil  də  maşın  və 

avadanlığın, sex divarının rəngidir (qara rəng bədbinlik, palıd rəng yu-

xu gətirir, qırmızı rəng isə fəhləni əsəbiləşdirir). Bütün bunların müs-

bət həlli fəhlənin fəallığını artırır, onun saatlıq və növbəlik işinin nəti-

cələrini yaxşılaşdırır. 

Müəssisədə  fəhlənin  iş  yerinin  mükəmməl  təşkili,  iş  prosesinin 

gedişatına  nəzarət  etmək  və  aşkar  olunan  nöqsanları  aradan  qaldır-

maq  üçün  vaxtaşırı  olaraq  iş  vaxtının  fotoqrafiyası  və  xronometraj-

dan istifadə edilir.  



4. Firmada istehsalın təşkili formaları 

stehsalın təşkili formaları istehsal prosesinin elementlərinin ara-

sında zaman və məkan baxımından yaranan sabit əlaqələr sisteminin 

müxtəlifliyini ifadə edir. Müxtəlif zaman və məkan strukturuna malik 

sistemlər istehsalın müxtəlif təşkili formalarını əmələ gətirir. Bunlara 

texnoloji, predmet, düzxətli, fərdi və qarışıq formalar aiddirlər.  




Telman Huseynov 

 

94



stehsal prosesinin təşkilinin texnoloji forması əmək predmet-

lərinin  ardıcıl  verilməsinə  əsaslanan  sex  strukturları  ilə  xarakterizə 

olunur. Bu forma texnoloji prosesdə dəyişikliklərin baş verdiyi xırda 

seriyalı istehsallarda daha səmərəlidir. Eyni zamanda bu formanın bir 

sıra çatışmazlıqları da vardır. Belə ki, istehsalın təşkilinin bu forma-

sında  detalların  say  çoxluğu  və  onların  emal  prosesində  hərəkətinin 

təkrar olunması bitməmiş istehsalın həcminin və emal ediləcək detal-

ların  saxlanma  məntəqələrinin  sayının  artmasına  gətirib  çıxarır.  s-

tehsal  tsiklinin  xeyli  hissəsini  istehsal  sahələri  arasındakı  əlaqələrin 

mürəkkəbliyi ilə bağlı olan vaxt itkisi təşkil edir. 



stehsalın təşkilinin predmet forması xammal və materialın is-

tehsala verilməsinin paralel-ardıcıl ötürülməsi ilə qarışıq məkan struk-

turuna əsaslanır. Predmet strukturuna əsaslanan istehsal sahəsində tex-

noloji prosesin əvvəlindən axırına qədər detallar qrupunun emalı üçün 

zəruri olan bütün avadanlıqlar quraşdırılır.  stehsal sahələrinin pred-

met üzrə qurulması düzxətliliyi təmin edir və detalların hazırlanması-

nın istehsal tsiklini qısaldır.  stehsalın təşkilinin texnoloji formasına 

nisbətən bu forma detalların nəqli xərclərini və məhsul vahidinə dü-

şən istehsal sahələrinə tələbatı  azaltmağa imkan verir. Bununla belə, 

bəzən  istehsalın  təşkilinin  bu  formasında  avadanlıqların  tam  yüklən-

məsi təmin edilmir. Bundan başqa, buraxılan məhsulun nomenklatura-

sının genişləndirilməsi və ya yeniləşdirilməsi istehsal sahələrinin dövri 

olaraq  yenidən  planlaşdırılmasını,  avadanlıqlar  parkının  texnoloji 

strukturunun dəyişdirilməsini tələb edir. 



stehsalın  təşkilinin  düzxətli  forması əmək predmetlərinin tex-

noloji  prosesə  ardıcıl  verilməsi  əsasında  xətti  strukturla  xarakterizə 

olunur.  stehsalın təşkilinin bu forması ixtisaslaşma, düzxətlilik, fasi-

ləsizlik,  paralellik  kimi  prinsiplərə  riayət  olunmasını  təmin  etməyə 

imkan verir.  stehsalın təşkilinin bu formasının tətbiqi istehsal tsiklini 

qısaltmağa,  əməyin  ixtisaslaşması  hesabına  iş  qüvvəsindən  daha  sə-

mərəli istifadə etməyə, bitməmiş istehsalın həcmini azaltmağa şərait 

yaradır. 



stehsalın  təşkilinin  fərdi  formasında  əməliyyatlar  bütövlükdə 

bir iş yerində yernə yetirilir. Məmulat onun istehsalı ilə əlaqədar olan 

əməliyyatların  əsas  hissəsi  toplandığı  yerdə  hazırlanır.  Bu  formaya 

misal  olaraq,  məmulatın  fəhlələr  tərəfindən  onun  ətrafında  hərəkəti 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə