Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə30/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   26   27   28   29   30   31   32   33   ...   214

Telman Huseynov 

 

82



sesləri  zamanı  əmək  predmetinin  forma  və  ölçüsünün  dəyişməsi 

mexaniki  güc  vasitəsilə,  fiziki  və  kimyəvi  proseslər  zamanı  isə 

əmək  predmetinin  daxili  quruluşundakı  dəyişikliklər  isə  istiliyin, 

kimyəvi  reaksiyaların  və  elektrik  enerjisinin  təsirləri  altında  baş 

verir. 

Fəhlələrin  istehsal  prosesində  iştirakı  miqyasından  asılı  olaraq 



onlar sırf əl əməyinə əsaslanan, qismən və tam mexanikləşdirilmiş və 

avtomatlaşdırılmış  proseslərə  ayrılır.  Əl  əməyinə  əsaslanan  isteh-



salda işlər maşın və mexanizmlərin köməyi olmadan yerinə yeti-

rilir;  qismən  mexanikləşdirilmiş  istehsallarda  ayrı-ayrı  əməliy-

yatlar, xüsusilə əsas istehsal proseslərində əəməyi maşın və me-

xanizmlərlə  əvəz  olunur;  tam  mexanikləşdirilmiş  istehsallarda  – 

maşın  və  mexanizmlərin  idarə  edilməsi  istisna  olunmaqla  –  bü-

tün istehsal əməliyyatlırı qarşılıqlı şəkildə əlaqələndirilmiş maşın 

və  mexanizmlər  vasitəsilə  yerinə  yetirilir;  avtomatlaşdırılmış  is-

tehsallarda  isə  bütün  istehsal  prosesinin,  o  cümlədən  maşın  və 

mexanizmlərinin idarə edilməsi işçilərin bilavasitə iştirakı olma-

dan, lakin onların nəzarətilə maşınlar tərəfindən yerinə yetirilir. 

Burada maşınları maşınlar idarə edir. 

Vaxtaşırı  təkrarlanmaq  baxımından  istehsal  prosesləri  fasiləli  və 

fasiləsiz istehsallar kimi də qruplaşdırılır. Fasiləli istehsal prosesləri-

nə maşınqayırma müəssisələrindəki istehsal prosesini, fasiləsiz isteh-

sal prosesinə isə neft emalını misal göstərmək olar.  

stehsalın  təşkili  tipinə  görə  istehsal  prosesləri  fərdi,  seriyalı  və 

kütləvi  istehsal  proseslərinə  bölünürlər.  stehsal  proseslərinin  bu  və 

ya  digər  tipə  aid  olunması  məhsul  buraxılışının  kütləvilik  dərəcəsi 

göstəricisi vasitəsilə müəyyən edilir. 

stehsalın  tipi  məhsulun  nomenklaturasının  genişliyi,  buraxılışın 

müntəzəmliyi, stabilliyi və həcmi ilə şərtlənən istehsalın texniki, təş-

kilati və iqtisadi xüsusiyyətləri ilə müəyyən olunur.  stehsalın tipini 



xarakterizə  edən  əsas  göstərici  əməliyyatların  təhkim  olunma 

ə

msalıdır. Bu göstərici müəyyən vaxt vahidi ərzində yerinə yetiri-



lən və ya yetirilməli olan müxtəlif texnoloji əməliyyatların iş yer-

lərinin sayına nisbəti kimi müəyyən edilir. 

Fərdi istehsal təkrar istehsalı, əsasən, nəzərdə tutulmayan bircinsli 

məmulatların  buraxılışının  kiçik  həcmi  ilə  xarakterizə  olunur.  Fərdi 




Fəsil 3. Firmada istehsal prosesi və onun təşkili 

 

83



istehsalda təhkimetmə əmsalı adətən 40-dan yüksək olur, iş yerləri az 

əməliyatlar isə çox olurlar.  



Seriyalı istehsal dövri olaraq istehsalı vaxtaşırı təkrar edilən, fər-

di deyil, müəyyən partiyalarla məhsul istehsalı ilə xarakterizə olunur. 

Partiyadakı, məmulatların sayından və təhkimetmə əmsalının qiymə-

tindən asılı olaraq seriyalı istehsal özü də kiçik, orta və iri seriyalı is-

tehsallara bölünür.  

Kiçik  seriyalı  istehsallar  üçün  təhkimetmə  əmsalı  21  –  40,  orta 

seriyalı üçün 11 – 20, iri seriyalı üçün isə 1 – 10 arasında olur.  

Kütləvi  istehsal  uzun  müddət  ərzində  fasiləsiz  istehsal  edilən 

məmulat buraxılışının böyük həcmi ilə xarakterizə olunur ki, bu za-

man hər bir iş yerində yalnız bir əməliyyat yerinə yetirilir və elə buna 

görə  də  kütləvi  istehsal  üçün  əməliyyatların  təhkimetmə  əmsalı  1  - 

dən çox olmur. 

Fərdi və ona yaxın olan kiçik seriyalı istehsallarda hər bir iş yerin-

də geniş nomenklaturalı məmulatların hazırlanması ilə əlaqədar olaraq 

ixtisaslaşdırma aparmaq, demək olar ki, qeyri-mümkündür. Belə isteh-

sallar  kifayət  qədər  çevik,  «tez  dönəbilən»  və  bazarın  tələbatını  ödə-

mək məqsədilə, müxtəlif məhsulların istehsalı sifarişlərinin yerinə ye-

tirilməsinə hazır olmalı, uyğunlaşmalıdır.  

Fərdi  istehsal  şəraitində  texnoloji  proseslər  hər  bir  sifariş  üzrə 

detalların  hazırlanmasının  marşrut xəritəsi üzrə  iriləşdirilmiş şəkil-

də  hazırlanır,  geniş  nomenklaturalı  məmulatlar  hazırlanmasını  tə-

min etmək üçün istehsal sahələri universal əmək vasitələrilə təchiz 

olunur. Fəhlələr tərəfindən yerinə yetirilən işlər öz xarakterinə görə 

çox  müxtəlif  olduğundan  onlardan  müxtəlif  peşələr  üzrə  zəruri  bi-

lik, vərdiş və bacarıq tələb edildiyindən fərdi istehsalda əməliyyat-

ların  yerinə  yetirilməsi  üçün  buraya  (istehsalata)  həm  yüksək  ixti-

saslı və həm də geniş profilli fəhlələr cəlb olunurlar. 

Seriyalı  istehsal,  müəyyən  vaxtaşırılılıqla  (müəyyən  müddətdən 

bir) təkrar olunan, qismən məhdud nomenklaturalı məhsulların parti-

yalarla hazırlanması ilə xarakterizə olunur. Bu vəziyyət universal ava-

danlıqlarla  yanaşı  xüsusi  və  aqreqat  (xüsusi  və  universal  avadanlığın 

«kombinələşmiş»  –  «xüsusi»liyi  «universal»laşdıran,  «universal»lığı 

«xüsusi»ləşdirən – modeli) avadanlıqlardan da istifadə etməyə imkan 

verir. Seriyalı istehsallar üçün texnoloji proseslərin layihələndirilmə-



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə