Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə38/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   34   35   36   37   38   39   40   41   ...   214

Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

 

103



getika  sahələrində  istehsalın  təmərküzləşməsi  əsas  aqreqatların  orta 

gücü ilə; dağ-mədən və toxuculuq sahəsində istehsal alətlərinin kom-

pleksi ilə; kütləvi və iriseriyalı istehsal tipinə əsaslanan maşınqayır-

ma  müəssisələrində,  elektrotexnika,  radiotexnika  sənayesində  isteh-

salın texnologiyası və təşkili xarakteri ilə müəyyən olunur.  

2.  stehsalın təmərküzləşdirilmə səviyyəsinin göstəriciləri 

stehsalın  təmərküzləşməsinin  inkişafı  səviyyəsini  və  dinamika-

sını öyrənmək üçün 2 qrup göstəricilərdən istifadə olunur. 

Birinci qrup göstəricilərin köməyilə təmərküzləşmə səviyyəsini 

sahəyə  daxil  olan  müəssisələrin  orta  ölçüsü  kimi  öyrənir,  təhlil  edir 

və qiymətləndirirlər.  

kinci qrup göstəricilər təmərküzləşmə səviyyəsini sahənin ümu-

mi məhsulunun müxtəlif ölçülü müəssisələr arasında bölgüsü və hər 

ölçü qrupu müəssisələrinin ümumi istehsaldakı payı vasitəsilə müəy-

yən olunur. 

Birinci  qrup  göstəricilər  əsasən  mütləq  təmərküzləşməni,  ikinci 

qrup göstəricilər isə nisbi təmərküzləşməni səciyyələndirirlər. Mütləq 

təmərküzləşmənin səviyyəsi aqreqatların, istehsalların və müəssisələ-

rin maksimal və orta ölçülərini, nisbi təmərküzləşmənin səviyyəsi isə 

müxtəlif  ölçülü  aqreqat,  istehsallar  və  müəssisə  qrupları  arasında 

sahənin ümümi həcminin bölgüsünü əks etdirir. 

Təmərküzləşmənin vəziyyətini və dinamikasını öyrənmək üçün na-

tural və dəyər ölçüsündə məhsul istehsalının həcmi, sənaye-istehsal he-

yətinin orta illik sayı, istehsal əsas fondlarının orta illik dəyəri, energe-

tika avadanlıqlarının orta illik gücü və s. göstəricilərdən istifadə olunur. 

Təmərküzləşmə  prosesinin  tədqiqi  zamanı  daha  düzgün  nəticəyə 

gəlmək  üçün  qeyd  edilən  göstəricilərin  hamısından  eyni  vaxtda  – 

əmək tutumlu olsa da – istifadə olunması elmi və metodiki cəhətdən 

daha məqsədəuyğundur. Lakin bu o demək deyildir ki, göstəricilərin 

təklikdə tətbiqilə bütün hallarda düzgün nəticəyə gəlmək olmur. Tə-

mərküzləşmə formaları və yollarının müxtəlifliyi onun ölçülməsində 

tətbiq edilən göstəricilərin də müxtəlifliyini şərtləndirir. 

Təmərküzləşmənin  aqreqat  formasında  natural  göstəricilərin  tət-

biqi  real  vəziyyəti  və  dinamikanı  öyrənmək  üçün  daha  məqsədəuy-

ğundur. Natural göstərici vasitəsilə, məsələn, hər hansı aqreqat növü-




Telman Huseynov 

 

104



nün gücə görə təkamülü dinamikasını və habelə müxtəlif güc qrupu-

na daxil edilən aqreqatların ümumi istehsaldakı payını öyrənmək da-

ha düzgündür. Natural göstəricilərin köməyilə yalnız yekcins məhsul 

buraxan və müəssisənin sadə strukturu ilə fərqlənən sahələrdə istehsa-

lın təmərküzləşmə səviyyəsini öyrənmək mümkündür. 

Geniş nomenklaturada məhsul buraxan istehsallarda, məsələn, ma-

şınqayırmada natural göstəricilərin tətbiqi nəinki mövcud reallığı daha 

düzgün aşkar edə bilər, əksinə, hətta onların tətbiqi belə mümkün ol-

mur. Belə halda dəyər göstəricilərinin tətbiqi məqsədəuyğundur. 

Məhsulun həcm göstəricisi istehsalın təmərküzləşməsini daha 

düzgün  əks  etdirir. Lakin bu zaman məhsulun həcmini xarakterizə 

edən göstəricilərdən birinin düzgün seçilməsi çox vacibdir. Çünki bə-

zən  ümumi,  əmtəəlik  və  reallaşdırılan  məhsulun  həcm  göstəriciləri 

müəssisədə istehsalın təmərküzləşməsi haqqında düzgün təsəvvür ya-

ratmır,  dəqiq  informasiya  vermir.  Məsələn,  müəssisənin  əmtəəlik 

məhsulunda kənardan alınmış xammal, material və dəstləşdirici mə-

mulatların  xüsusi  çəkisi  yüksəkdirsə,  belə  müəssisənin  iri  müəssisə 

kimi qəbul edilməsi düzgün olmazdı. Buna görə də, müəssisənin öl-

çüsünü  və  ya  mütləq  təmərküzləşməni  qiymətləndirərkən  müəssisə-

nin kənardan alınan (kooperativləşmə yolu ilə) deyil, daxilində yara-

dılan dəyərin nəzərə alınması daha düzgün və məqsədəuyğun olardı. 

Belə göstəricilərə şərti-xalis məhsulu, normativ emal dəyərini, əlavə 

olunmuş dəyərin həcmini və s. aid etmək olar. 

Təmərküzləşmə  səviyyəsini  öyrənmək  üçün  istifadə  edilə

göstəricilərdən  biri  də  «sənaye-istehsal  heyətinin  orta  illik  sayı» 

göstəricisidir.  Lakin  bu  göstərici  ilə  təmərküzləşmənin  səviyyəsini 

qiymətləndirmək əməyin texnika ilə silahlılığı səviyyəsindən asılıdır 

və  həmin  göstəricinin  səviyyəsi  də  ayrı-ayrı  müəssisələrdə  müxtəlif 

olur. Buna görə də istehsal prosesinin mexanikləşdirmə və avtomat-

laşdırılma dərəcəsi yüksək olan iri müəssisənin, əməyin texniki silah-

lılığı aşağı olan nisbətən kiçik müəssisə ilə müqayisədə təmərküzləş-

mə səviyyəsi aşağı qiymətləndirilə bilər. Digər tərəfdən, elmi-texniki 

tərəqqinin  təsiri  nəticəsində  istehsalda  məşğul  olan  işçilərin  sayının 

artımına nisbətən məhsul istehsalı həcmi və istehsal əsas fondlarının 

dəyəri daha yüksək templə artır, bu da işçilərin sayına görə istehsalın 

təmərküzləşməsi səviyyəsini qiymətləndirərkən  müəssisənin orta öl-



Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

 

105



çüsünün və iri müəssisələrin xüsusi çəkisinin artımı haqqında düzgün 

nəticəyə gəlməyə imkan vermir. 

Əməyin texniki silahlılığının yüksək olduğu sahələrdə (qara metal-

lurgiya,  energetika,  kimya  sənayesi  və  s.)  məhsul  buraxılışı,  əsasən, 

müəssisənin  istehsal  əsas  fondlarından  asılı  olur.  Bu  sahələrdə  təmər-

küzləşmənin səviyyəsini müəyyən etmək üçün istehsal əsas fondla-

rının orta illik dəyərindən, maşın və avadanlıqların, əsas aqreqatla-

rın sayı və gücü göstəricilərindən istifadə etmək məqsədəuyğundur. 

stehsal  əsas  fondlarının  orta  illik  dəyər  göstəricisi  təmərküzləş-

mənin səviyyəsini və dinamikasını daha düzgün əks etdirir.  stehsalın 

maddi-texniki bazası genişləndikcə və elmi-texniki tərəqqinin tempi 

yüksəldikcə bu göstəricinin rolu da artır. Lakin bu göstəricinin də ça-

tışmayan cəhətləri mövcuddur. Belə ki, müəssisədə əsas fondlar ilkin 

dəyərləri  ilə  uçota  alınır.  Zaman  keçdikcə  iqtisadi  vəziyyətin  dəyiş-

məsi (məsələn, inflyasiya) nəticəsində ayrı-ayrı dövrlərdə alınmış, la-

kin  eyni  texniki  xarakteristikaya  malik  istehsal  əsas  fondları  dəyər-

lərinə görə bir-birindən fərqlənir. Bu da istehsalın təmərküzləşməsini 

qiymətləndirərkən kənarlaşmalara gətirib çıxarır. 

Bəzən  təmərküzləşmənin  səviyyəsini  xarakterizə  etmək  üçün 

texnoloji prosesə sərf edilən enerji gücünün kəmiyyətindən istifa-

də edirlər. Lakin bu göstərici sahələr üzrə enerji tutumundakı fərqlə-

ri nəzərə almır və bu da onun analitik təhlil üçün dəyərini, mötəbərli-

lik səviyyəsini aşağı salır. 

Bir sözlə, təmərküzləşmə formaları və təmərküzləşmənin texniki-

iqtisadi və təşkilati amillərinin müxtəlifliyi onların səviyyələrini öy-

rənmək  üçün  tətbiq  olunacaq  göstəricilərin  də  mahiyyətcə  müxtəlif 

olmalarını tələb edir. 

3. Müəssisənin optimal ölçüsü və onu müəyyən edən amillə

Firmaların böyüməsinin başlıca mənbəyini istehsalın miqyasca ar-

tımından əldə olunan qənaət təşkil edir. Lakin istehsal proseslərinin xü-

susiyyətlərindən,  istehsal  olunan  məhsulun  həcmindən,  müasir  elmi-

texniki tərəqqinin tələblərindən və s.-dən asılı olaraq, ayrı-ayrı sahə-

lərin bu qənaəti reallaşdırmaq imkanları müxtəlif olur. Buna görə də 

müxtəlif  sənaye  sahələrində  firma  və  müəssisələrin  müxtəlif  ölçü 

strukturları formalaşır. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə