Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə40/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   36   37   38   39   40   41   42   43   ...   214

Fəsil 4.  stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü 

 

109



müəssisələrdə eyni dərəcədə səmərəlidir; cildlənmə və fotoqrafiya işi 

isə əsasən kiçik müəssisələrdə cəmlənir;  

– nəhayət, sonuncu qrup sənaye sahələrində iri firmalar tam üs-

tünlüyə  malikdirlər:  bu  sahələrdə  miqyas  artımından  qənaət  əldə 

olunması daha sabit xarakter daşıyır və buna görə də iri müəssisələr 

daha səmərəli olurlar. Bu qrupa aşağıdakı sahələri daxil etmək olar: 

elektroenergetika, neft emalı, qara və əlvan metallurgiya, kimya və 

neft-kimya  sənayesi,  sement  istehsalı,  maşınqayırma,  şüşə  və  çini-

saxsı  sənayesi,  tibb  sənayesi.  Belə  sahələrdə  kiçik  müəssisələr  is-

tehsalın  minimal  səmərəli  ölçüsünü  təmin  edə  bilmirlər.  Bu  isə  o 

deməkdir  ki,  hər  hansı məhsula  tələbatın  müəyyən  həcmində  onun 

istehsalının kifayət qədər səmərəliliyinə az sayda iri müəssisələr he-

sabına  nail  olmaq  mümkündür.  Əlbəttə,  bu,  həmin  sahələrdə  kiçik 

müəssisələrin  fəaliyyət  imkanlarını  məhdudlaşdırır,  lakin  tam  ara-

dan  qaldırmır.  Belə  ki,  həmin  sahələrdən  bəzilərində  kiçik  ölçülü 

müəssisələr  əsasən  köməkçi  və  xidmətedici  istehsallarla,  habelə 

müəyyən  yarımfabrikatlarla  və  hissələrin  hazırlanması  ilə  məşğul 

ola bilərlər. Son məhsul buraxılışı isə yalnız iri müəssisələrdə cəm-

lənir.  Məsələn,  maşınqayırma  sənayesində  ixtisaslaşdırılmış  kiçik 

müəssisələr  ümumi  maşınqayırma  təyinatlı  xüsusi  və  kisici  alətlər, 

ştamp  və  tərtibatlar,  habelə  sahələrarası  və  sahədaxili  eyniləşdiril-

miş və standart hissələrin kütləvi istehsalı ilə məşğul ola bilirlər. 

Müxtəlif  ölçülü  müəssisələr  arasında  əlaqə  formalarının  müəy-

yənləşdirilməsində yuxarıdakı qruplaşdırma mühüm rol oynayır. Be-

lə  ki,  hər  bir  konkret  sahədə  kiçik  müəssisələrin  yerinə  yetirdikləri 

funksiyalardan asılı olaraq onların başqa müəssisələrlə əlaqələri for-

malaşır. Müxtəlif ölçülü müəssisələrin səmərəli uzlaşdırılması iki 

formada təşkil oluna bilər:  

1.Şaquli  əlaqələr.  Bu, üçüncü qrup sənaye sahələri, xüsusilə ma-

şınqayırma üçün daha xarakterikdir. Yəni burada kiçik müəssisələr iri 

müəssisələrin  sifarişlərini  yerinə  yetirərək  onlar  üçün  aralıq  məhsul-

ları, hissələr, tərtibatlar, alətlər və s. istehsal edirlər.  ri müəssisələr isə 

son hazır məhsulun yığılması və buraxılışı əməliyyatlarını həyata keçi-

rirlər. Bu halda kiçik müəssisələrin istehsal proqramı həmin iri müəs-

sisələrin sifariş portfeli əsasında formalaşır. Belə kiçik müəssisələr həm 

sərbəst,  həm  də  baş  müəssisənin  tərkibində  fəaliyyət  göstərə  bilərlər. 




Telman Huseynov 

 

110



Lakin  bazar  iqtisadiyyatı  şəraitində  bunların  sərbəstləşdirilməsi  daha 

məqsədəuyğundur. Çünki bu halda rəqabət üçün geniş meydan yaranır. 



2.Üfiqi əlaqələr. Bu, son hazır məhsulun istehsalı ilə məşğul olan 

müxtəlif ölçülü müstəqil müəssisələr arasında yaranır. Belə əlaqələrə 

daxil olmaqda hər bir müəssisə sərbəstdir və bu, həmin müəssisələrin 

təsərrüfat  müstəqilliklərinə  ciddi  ziyan  gətirmir.  Belə  əlaqələr,  adə-

tən, bu və ya digər istiqamətdə həmin qrup müəssisələr üçün daha əl-

verişli  xarici  iqtisadi  münasibətlər  mühiti  yaratmaq  üçün  qurulur. 

Məsələn,  sərbəst  müəssisələr  birləşib  bank,  elmi-tədqiqat  institutu, 

informasiya-xidmət  təşkilatları,  sınaq-təcrübə  laboratoriyaları,  müş-

tərək  tələblərə  xidmət  edən  istehsal  firmaları  və  sahibkarlığın  digər 

təşkilati-iqtisadi formalarını yarada bilirlər. 

Sənaye sahələrinin bu cür qruplaşdırılmasının və ayrı-ayrı sahələr-

də müxtəlif ölçülü müəssisələr arasında əlaqə formalarının müəyyən-

ləşdirilməsinin,  kiçik  müəssisələrin  yaranması  və  inkişafı  perspektiv-

ləri  baxımından  müstəsna  əhəmiyyəti  vardır.  Lakin  iri,  orta  və  kiçik 

firma  və  müəssisələrin  təsərrüfat  fəaliyyətlərinin  səmərəli  uzlaşdırıl-

ması problemi həmin müəssisələr arasında mütərəqqi əlaqə formaları-

nın seçilməsi ilə öz-özünə həll olunmur. Düzgün əlaqə formalarının 

seçilməsi məsələnin yalnız bir tərəfidir. Müxtəlif ölçülü müəssisələ-

rin səmərəli (perspektivdə isə optimal) uzlaşdırılması probleminin 

daha mühüm və fundamental tərəfi isə iqtisadi inkişafın müasir və 

perspektiv tələblərinə cavab verən mütərəqqi sahə (habelə sənaye, 

ə

razi) quruluşunun formalaşdırılmasıdır. 

Bazar iqtisadiyyatı sisteminə keçmiş ölkələrdə istehsalın təmərküz-

ləşdirilməsi prosesi (xüsusilə, aqreqat forması üzrə) ilə yanaşı onun di-

versifikasiyası, başqa sözlə, kiçik müəssisələrin və istehsalların yaran-

ması prosesi də baş verir. Lakin iri müəssisələrin kiçik müəssisələrlə 

mövcudluğu  «autsayder»lər  üçün  nəinki  təhlükəlidir,  əksinə,  hətta 

faydalıdır. Buna səbəb həmin ölkələrdə fəaliyyət göstərən lizinq şir-

kətləri kiçik müəssisələr üçün bir növ "mühafizəçi" kimi çıxış etmə-

ləridir. Onlar lizinqin köməyilə, yəni maşın, avadanlıq, nəqliyyat va-

sitələri, istehsal qurğuları və s.-ni icarəyə verməklə bunların istehsal-

çıları ilə istehlakçıları – kiçik müəssisələr arasında vasitəçilik edirlər. 



Lizinq icarədarlığın xüsusi növüdür, adi icarədarlıqdan onu fərq-

ləndlirən  budur  ki,  lizinq  alan,  adi  icarədardan  fərqli  olaraq,  aylıq 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə