Telman Huseynov
106
Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq iqtisadiyyatda inten-
siv amillərin rolu kəskin surətdə artacaqdır. Həm istehsala cəlb olunan
müxtəlif resursların (maddi, əmək, maliyyə, informasiya) məhdudluğu,
həm də onların qiymətlərinin yüksək olması istehsal xərclərinin artması
ilə baş verir. Məhz buna görə də, mövcud istehsal güclərindən daha tam
istifadə olunması, istehsalın material, enerji və əmək tutumunun azaldıl-
ması təsərrüfatçılıqda prioritetə çevrilir. Ümumiyyətlə, intensivləşdirmə –
məhsulun, istehsal vasitələrinin və iş qüvvəsinin təkrar istehsaldakı key-
fiyyət dəyişiklikləri – yeni texnoloji istehsal üsullarının orta və kiçik
müəssisələr qrupuna uyğunlaşdırılmasına gətirib çıxarır, bütün bunlar isə
firma və müəssisələrin səmərəli ölçüsünün seçilməsi ilə əlaqədar olur.
Beləliklə, yeni iqtisadi sistemə keçidlə əlaqədar olaraq istehsal
firmaları və müəssisələrin optimal ölçüsü problemi yenidən, həm
də daha aktual məzmunda meydana çıxır. Başqa sözlə, bu proble-
min həlli əvvəlkindən fərqli, yeni yanaşma tərzi tələb edir. Məsələ-
nin bir-biri ilə sıx qarş ılıqlı ə laqə də olan iki tə rə fi ön plana keçir:
a) firmanın daha yüksək son nəticə əldə etməyinə imkan verən
ölçüsünün seçilməsi üçün əsas götürüləcək texniki, iqtisadi, sosial və
s. amillərin müəyyənləşdirilməsi;
b) sənayedə, onun ayrı-ayrı sahələrində, hətta ayrı-ayrı bölgələrdə
firma və müəssisələrin optimal təsərrüfat əlaqələrinin müəyyənləşdi-
rilməsi. Bu cür optimallaşdırma meyli bütün inkişaf etmiş ölkələr, o
cümlədən elmi-texniki tərəqqinin ən yüksək templərinə malik ölkələr
üçün səciyyəvidir.
Bu və ya digər firmanın yaradılması zamanı sahibkar bazar
konyunkturasını, məhsula olan tələbatı və onun dəyişməsini, baza-
rın miqyasını, rəqabət səviyyəsini və s. amilləri əsas götürür. Bu-
nunla yanaşı, hər bir istehsal firması üçün istehsalın texnoloji cə-
hətdən yol verilə bilən minimal ölçüsü mövcuddur və firmanın hə-
min ölçüdən kiçik yaradılması texnoloji tələblər baxımından müm-
kün, iqtisadi baxımdan məqsədəuyğun olmur. Firmanın ölçüsünün
yuxarı həddi isə bazarda mövcud olan konyunktura vasitəsilə
müəyyənləşir. Bütün bunlar isə, nəticə etibarilə, firma və müəssi-
sənin optimal ölçüsünün müəyyənləşdirilməsi zərurətini yaradır.
Yəni sahibkar öz vəsaitlərini daha səmərəli istehsala yönəltməklə
daha çox gəlir əldə etməyə üstünlük verir.
Fəsil 4. stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü
107
Tə mə rküzləş mə nin iqtisadi baxımdan mə qsə də uyğ unluq sə rhə di-
ni müə yyə n etmə k üçün firma və müə ssisə nin elmi-texniki cə hə tdə n
ə
saslandırılmış optimal ölçüsü tam dəqiqliklə müəyyən olunmalıdır.
Müəssisədə istehsalın təmərküzləşdirilməsinin müəyyən səviyyə-
sində zavoddaxili xərclərin artması, istehsalın təşkili və idarə edil-
məsinin mürəkkəbləşməsi ilə əlaqədar təmərküzləşmənin iqtisadi
səmərəsi tamamilə tükənir və onun sonrakı artımı səmərəsiz olur.
Buna görə də, müəssisələrin – səmərəlilik baxımından – yol verilən
maksimum ölçüsü vardır. Müəssisənin maksimum ölçüsü bütün
analoji müəssisələr üçün eyni olur, etalon kimi qəbul edilir.
Ümumi-nəzəri baxımdan firma və ya müəssisənin optimal ölçüsü
az xərclə daha yüksək təsərrüfat nəticələrinə nail olunan həddir.
Firmanın optimal ölçüsü müəyyən edilərkən həm onun daxili mü-
hitinin və həm də xarici mühitinin yaratdığı amillərin təsiri nəzərə
alınmalıdır.
Müəssisə və firmanın ölçüsünə istehsaldaxili amil kimi texnika-
nın inkişaf səviyyəsi, tətbiq olunan texnoloji istehsal üsulunun oriji-
nallığı, istehsalın təşkili vəziyyəti, fəhlələrin mədəni-texniki səviyyə-
si və s. təsir göstərir.
Müəssisənin istər maksimum yol verilə bilən və istərsə də opti-
mal ölçüsünə, başqa sözlə, təmərküzləşmə səviyyəsinə bir sıra xarici
amillər də təsir göstərirlər. Bunlara xammal və nəqliyyat amillərini,
demoqrafik vəziyyəti (əmək ehtiyatlarının mövcudluğu), iqtisadi-
coğrafi amilləri (su təchizatı), regionun mənimsənilmə vəziyyəti, so-
sial infrastrukturun inkişaf səviyyəsi, ekoloji vəziyyət, vaxt amili,
digər bu qəbildən olan amillər aiddir.
stehsal firmasının optimal ölçüsü bütün sahə üçün vahid deyildir
və maksimum yol verilə bilən ölçüdən fərqli olaraq müxtəlif şəraitdə
müxtəlif ola bilər. Maksimal ölçü yalnız istehsaldaxili amillərin təsiri
altında formalaşır və buna görə bütün sahə üçün vahiddir. Firma və
müəssisənin optimal ölçüsü təmərküzləşmənin səmərəsini xarici amil-
lər azaltmadıqda maksimum ölçüyə bərabər olur, məhdudlaşdırdıqda
isə maksimum ölçüdən az olur.
Artıq qeyd olunduğu kimi, bir qayda olaraq, müəssisənin ölçüsünün
böyüməsi ilə məhsul vahidinin buraxılışına xərclərin azalması baş
verir, yəni müəyyən qənaət əldə olunur. Lakin istehsal xərclərinin
Telman Huseynov
108
aş ağ ı düş mə si müə ssisə nin ölçüsünün müə yyə n hə dlə rinə qə də r
baş verir. Bu hə dd keçildikdə xə rclə rin azalması meyli tə dricə n
lə ngiyir, daha sonra tamamilə dayanır. Bundan sonra müəssisənin
ölçüsünün böyüməsi xərclərin də səmərəsiz artımına səbəb olur. Bu
cür qütbləşmə hədləri sənayenin ayrı-ayrı sahələrində (müəssisənin
ölçüsünə təsir göstərən müxtəlif amillərin təsiri nəticəsində) bir-bi-
rindən açıq-aşkar fərqli olur və hər bir konkret sahənin strukturunun
müəyyən edilməsində mühüm rol oynayır. Həmin məsələnin aydın-
laşdırılması üçün minimal səmərəli ölçü konsepsiyasından istifadə et-
mək daha məqsədəuyğundur. Minimal səmərəli ölçü dedikdə, müəs-
sisənin uzunmüddətli orta istehsal xərclərini minimuma endirə bilə-
cək ən aşağı istehsal həcmi başa düşülür. Bu konsepsiyaya uyğun
olaraq, sə naye sahə lə ri 3 qrupa bölünür:
– bir qrup sənaye sahələrində istehsal həcminin artması ilə məhsul
vahidinə çəkilən xərclərin azalması prosesi (bu, miqyasın müsbət effekti
adlanır) tez başa çatır və bundan sonra müəssisənin böyüməsi məhsul
vahidinə xərclərin də artmasına (bu, miqyasın mənfi effekti adlanır) sə-
bəb olur. Belə sahələrdə minimal səmərəli ölçü istehsalın böyük olma-
yan həcmi ilə müəyyən edilir. Bu, həmin sahələrdə çoxlu sayda, nisbə-
tən kiçik istehsalçıların yanaşı mövcudluğuna imkan verir və rəqabətə sə-
bəb olur. Belə sahələrə: yeyinti sənayesində – ət-süd; yüngül sənayedə –
tikiş, gön-dəri və ayaqqabı sənayesi; metal emalı sənayesi (metal məmu-
latları istehsalı); kombinələşdirilmiş yem istehsalı; sənayenin başqa
sahələrində – bədii məmulatlar istehsalı, musiqi alətlərinin hazırlanması,
oyuncaq istehsalı, kimyəvi təmizləmə və boyama, dəftərxana ləvazimatı
istehsalı və s. aiddir. Xarici ölkələrin (məsələn, ABŞ, Yaponiya, taliya
və başqalarının) təcrübəsi göstərir ki, qeyd olunan sahələrdə başlıca
olaraq kiçik və orta ölçülü müəssisələr üstünlük təşkil edir;
– bəzi sənaye sahələrində miqyasın müsbət effekti kifayət qədər
tez başa çatır, mənfi effekt isə istehsalın daha böyük miqyaslarında
yaranır. Belə sahələrdə həm kiçik, həm orta, həm də iri müəssisələr,
demək olar ki, eyni dərəcədə səmərəlidir. Belə sahələrə: ağac emalı
və mebel, sellüloz – kağız, poliqrafiya, tikinti materialları (sement is-
tehsalı istisna olmaqla), toxuculuq, balıq, konserv sənaye sahələri və
s. aiddir. Məsələn, poliqrafiya sənayesində qəzet buraxılışı ilə tama-
milə iri müəssisələr məşğul olurlar. Kitab nəşri həm iri, həm orta
Dostları ilə paylaş: |