Fəsil 4. stehsalin təmərküzləşdirilməsi və müəssisənin optimal ölçüsü
111
icarə haqqı deyil, texnikanın amortizasiya ayırmalarının tam məblə-
ğini ödəyir və elə bu səbəbdən də onun istismarına qayğı ilə yanaşır.
Lizinqi adi icarə
darlıqdan fə
rqlə
ndirə
n baş
qa bir cə
hə
t də
odur
ki, icarə müddəti qurtardıqdan sonra – tərəflərin razılığı ilə – icarəçi
həmin istehsal-texniki təyinatlı əmlakı, daha dəqiq desək, əmək vasi-
tələrini ala bilər. Bununla da, iqtisadi gücü o qədər də çox olmayan
kiçik müəssisələr üçün belə alqı-satqı sövdələşməsi daha sərfəlidir.
Bütün bunlara onu da əlavə etmək lazımdır ki, ümumiyyətlə, lizinq
şirkətləri kiçik və orta ölçülü müəssisələrin iqtisadi təhlükəsizliyinin
təminatçısı olmaqla yanaşı, icarəyə verdikləri əmək vasitələri üzrə
elmi-texniki tərəqqinin daşıyıcısı rolunu da oynayırlar.
ri və kiçik müəssisələrin icarə münasibətləri – lizinq və françayzinq –
haqqında daha geniş məlumat XVI fəslin sonunda veriləcəkdir.
Nəhayət, müəssisələrin optimal ölçüsü də istehsalın təmərküzləş-
məsi həddi qədər dəqiq hesablamalara əsasən müəyyən olunmalıdır.
Problemin hər iki tərəfi, həm təmərküzləşmənin yuxarı sərhədinin və
həm də müəssisənin optimal ölçüsünün düzgün tapılması, nəticə eti-
barilə, istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinə müsbət
planda təsir göstərə bilərlər.
4. stehsalın tə
mə
rküzləş
dirilmə
sinin iqtisadi sə
mə
rə
liliyi
stehsalın təmərküzləşdirilməsinin iqtisadi səmərəliliyi öz əksini fir-
ma və ya müəssisənin ölçülərinin artması nəticəsində istehsalın texniki-
iqtisadi göstəricilərinin yaxşılaşmasında tapır. Təmərküzləşmənin
səmərəliliyinin əsas göstəricilərinə əmək məhsuldarlığının səviyyə-
sinin yüksəlməsini, məhsul vahidinin maya dəyərinin aşağı düşməsini,
fondveriminin artmasını səciyyələndirən göstəricilər aiddir.
Böyük həcmdə istehsal güclərinin, material və əmək resurslarının bir
müəssisədə toplanması, başqa sözlə, təmərküzləşdirmə, istehsalın bütün
ünsürlərindən səmərəli istifadə olunmasına şərait yaradır; əmək məh-
suldarlığı yüksəlir, maya dəyəri aşağı düşür, fondverimi artır və nəticə
etibarilə, həmin müəssisədə istehsalın səmərəliliyi təmin edilmiş olur.
ri müə
ssisə
lə
r sə
mə
rə
lilik baxımından bir çox üstünlüklə
rə
malik olur ki, bunları şə
rtlə
ndirə
n amillə
r aş
ağ
ıdakılardır:
1. ri müəssisələrdə daha güclü və məhsuldarlığı yüksək olan ava-
danlıqlar tətbiq etmək mümkündür. Avadanlığın fərdi gücünün artırıl-
Telman Huseynov
112
ması həmişə texnoloji proseslərin intensivləşdirilməsi ilə müşayiət olu-
nur, çünki avadanlığın çəkisi və qabariti onun gücünə nisbətən az artır
(«gücdə tərəqqi – çəkidə tənəzzül!»). Bu baxımdan, daha güclü ava-
danlığın güc vahidi nisbətən ucuz başa gəlir. Digər tərəfdən, avadan-
lıqların güclərinin artırılması binalara əlavə ehtiyacı azaldır, istehsal sa-
həsindən istifadə səmərəliliyini artırır və nəticədə kapital qoyuluşlarına
qənaətə səbəb olur. Bir qayda olaraq, avadanlığın fərdi gücü artırılarkən
xidmətedici heyətin sayı dəyişməz qalır və ya cüzi artır, bu da əmək
məhsuldarlığının artmasına səbəb olur. Beləliklə, qeyd edilənlər nəticə-
sində güc vahidinə düşən məhsul istehsalının həcmi artır, avadanlığın
dəyərinə nisbətən istehsal edilən məhsulun dəyəri çox olur.
2. ri istehsallarda istehsalın və əməyin mütərəqqi təşkili formala-
rına keçmək daha asan olur. ri istehsallarda məhsul buraxılışının küt-
ləvilik səviyyəsi yüksək olduğundan, burada ixtisaslaşmış (xüsusi)
avadanlıqların, axın xətlərinin tətbiqinə, avtomatlaşdırma və komp-
leks mexanikləşdirmə işinin həyata keçirilməsinə şərait yaranır;
müəssisənin bütün texniki-iqtisadi və iqtisadi göstəriciləri yaxşılaşır.
3. stehsalın həcmcə artımına nisbətən qeyri-mütənasib artan xərclər –
binaların qızdırılması və işıqlandırılmasına enerji sərfi, inzibati-idarə he-
yətinin əmək haqqı və s. azaldığından iri istehsalda hazırlanan məhsulun
maya dəyəri kiçik istehsallara nisbətən aşağı səviyyədə olur.
4.Təmərküzləşmə səviyyəsi yüksək olan istehsallarda xammal və
materiallardan, yanacaqdan qənaətlə istifadə üçün yeni, daha mü-
kəmməl texnika, mütərəqqi texnoloji istehsal üsulunun tətbiqinə əl-
verişli şərait yaranır. ri istehsallarda tullantıların köməyilə, müəssi-
sənin profilinə uyğun olmasa da, başqa məhsulların istehsalının təş-
kilinə geniş imkanlar açılır.
5. ri istehsallarda elmi-tədqiqat və sınaq laboratoriyaları, güclü
konstruktor büroları yaratmaq mümkün olur ki, bunlar da öz növbəsində
elmi-texniki tərəqqinin inkişafına əsas yaradır və istehsal ünsürlərindən
daha səmərəli istifadə üçün elmi tövsiyələr hazırlamaq mümkün olur.
Qeyd etmək lazımdır ki, təmərküzləşmənin iqtisadi üstünlükləri
aqreqat təmərküzləşmə forması üçün daha səciyyəvidir.
stehsalın ekstensiv yolla təmərküzləşdirilməsi zamanı istehsal
meydançalarının genişləndirilməsi – əlavə sexlərin tikilməsi, müəs-
sisədaxili nəqliyyat xərcləri, binaların qızdırılması, işıqlandırılması,