Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə49/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   45   46   47   48   49   50   51   52   ...   214

Telman Huseynov 

 

132



(«müştərək») istehsalın ictimai təşkilinin, haqqında bəhs olunan for-

ması çox geniş yayılmışdır. Buna misal olaraq metallurgiya zavodla-

rının (emal sənayesi) filiz mədənlərilə (hasiledici sənaye), koks-kimya 

zavodlarının (emal sənayesi) kömür şaxtaları ilə (hasiledici sənaye), 

neft emalı zavodlarının (emal sənayesi) neft-mədən sənaye müəssisə-

lərilə (hasiledici sənaye) kombinələşməsini göstərmək olar. Hasiledici 



sənaye  müəssisələri  ilə  emaledici  sənaye  müəssisələri  arasındakı 

istehsal  əlaqələrinin  qurulması  əmək  predmetlərinin  ardıcıl  və 

kompleks  emalına  əsaslanan  kombinatların  yaradılması  və 

fəaliyyəti üçün həlledici şərt olur. 

Emaledici  sənaye  müəssisəsinin  hasiledici  sənaye  müəssisəsinə 

yaxınlaşdırılmasına  –  kombinasiya  olunmasına  əsaslanan  kombinat-

lar əmək predmetinin alınması xərclərini ciddi surətdə azaldır, başqa 

sözlə, ixtisara salır, daşınan əmək predmeti deyil, artıq bir dəfə emala 

məruz qalan əmək «predmeti» – məhsul olur. 

Hasiledici  və  emaledici  sənaye  müəssisələrinin  kombinələşdiril-

məsi,  əmək  predmetinə  təsirin  kimyəvi  üsullarının  tətbiqinə  əsas-

lanan istehsal üçün (neft-kimya, koks-kimya və s.) daha səciyyəvidir. 

Mexaniki  üsulla  əmək  predmetlərinə  təsirə  əsaslanan  istehsallar, 

məlum  olduğu  kimi,  emal  olunan  xammalın  kimiyəvi  məzmununa 

müdaxilə etmir, yalnız onun formasını dəyişdirə bilir. Buna görə də 

burada xammalın kompleks emalından söhbət gedə bilməz, mexaniki 

təsirlərlə əmək predmetinin formaca dəyişdirilməsi şəraitində  yalnız 

xammalın ardıcıl emalına əsaslanan kombinatlar yaratmaq olar. 

Xammalın mexaniki üsulla ardıcıl emalına, başqa sözlə, bu prin-

sipə əsaslanaraq maşınqayırma və yüngül sənaye sahələrində kombi-

natlar yaratmaq mümkündür. Lakin mövcud obyektiv texniki və təş-

kilati  məhdudiyyətlər  buna  o  qədər  də  imkan  vermir.  Məsələn,  ma-

şınqayırma,  əsasən,  metal  istehlakçısı  olduğundan  təbiidir  ki,  onun 

(metalın) burada kompleks emalı istisnalıq təşkil etdiyi kimi, maşın-

qayırmanın məhsullarını istehlak edən müəssisələrlə də kombinələş-

mə işi mümkün deyildir. 

Əmək predmetinin mexaniki  yolla işlənməsinə əsaslanan maşın-

qayırmada  kombinələşmənin  əsas  forması  xammalın  ardıcıl  emalı 

forması ola bilər. Bu halda «metallurgiya-maşınqayırma-metallurgiya» 

sxemi  üzrə  maşınqayırma  və  metallurgiya  istehsalları  uzlaşdırılma-



Fəsil 6. Firmada kombinələşdirmə  

 

133



dır. Əvvəlki «metallurgiya» dəmir filizinin emalına aiddirsə, sonuncu 

«metallurgiya» maşınqayırmada  yaranan texnoloji tullantının – yon-

qarın şixtə materialının tərkib hissəsi kimi marten istehsalına aiddir. 

Azərbaycan  Respublikasının  maşınqayırması  üçün  belə  kombinat 

formasından istifadə etmək mümkün deyil, çünki maşınqayırmanı nə 

dəmir  filizi  mədəninə  yaxınlaşdırmaq  mümkündür,  nə  də  böyük 

həcmdə yonqar «istehsal edən» maşınqayırma müəssisələri yoxdur. 

Nəzəri  və  həm  də  praktiki  baxımdan  metallurgiya  və  maşın-

qayırma  müəssisələrini  xammalın  ardıcıl  emalına  əsaslanan 

kombinatda  birləşdirmək  olar.  Vaxtı  ilə  belə  kombinatlar  yara-

dılmış və indi də mövcuddur. Lakin bu, iqtisadi məqsədəuyğunluq 

baxımından  –  «kombinat  yaratmaq  xatirinə  kombinat  yaratmaq»  – 

səhv olardı, çünki belə olduğu şəraitdə bütün maşınqayırma zavodları 

nəzdində  orta  ölçülü  və  ya  kiçik  metallurgiya  zavodları  inşa  etmək 

lazım gələrdi. 

Mexaniki  emal  üsuluna  əsaslanan  yüngül  sənayedə  də  kombinə-

ləşmənin inkişafına təsir göstərən amillər vardır. Əsas amil isə səna-

yenin bu sahəsində təmərküzləşmə səviyyəsinin aşağı olmasıdır. La-

kin buna baxmayaraq dünya ölkələrində olduğu kimi, Azərbaycanın 

da  yüngül sənayesində bir çox kombinatlar  yaradılmışdı. Belə kom-

binatlara  Bakı  komvol,  Bakı  zərif  mahud,  Mingəçevir  toxuculuq 

kombinatlarını və başqalarını misal göstərmək olar. 

Elmi-texniki  tərəqqi  əsasında  əmək  predmetlərinin  daxili  struk-

turuna  tam  nüfuz  etmək  qabiliyyətinə  nail  olmuş  kimyaya  əsaslanan 

istehsallarda kombinələşmənin imkanları daha genişdir. 

Kimyəvi üsulla emala əsaslanan istehsallarda kombinələşmənin hər 

3  şərti  –  xammalın  ardıcıl  və  kompleks  emalı,  tullantılardan  istifadə 

üçün obyektiv texniki-texnoloji və digər şərait yaranır.  

Elmi-texniki  tərəqqi  kimya  sənaye  texnikası  və  texnologiyasını 

inkişaf etdirmək və təkmilləşdirməklə əmək predmetini öz tərkib his-

sələrinə parçalamaq və hər bir faydalı komponentin iqtisadiyyatlaşdı-

rılması imkanını genişləndirir. 

Əmək predmetinə təsir etməyin kimyəvi üsulları  vasitəsilə metal-

lurgiya, kimya sənayesinin özündə, ağac emalı, yeyinti sənayesi və sə-

nayenin digər sahələrində kombinələşmə kimi istehsalın ictimai təşkili 

formasından iqtisadi inkişaf üçün istifadəyə geniş meydan açılır. 




Telman Huseynov 

 

134



Kombinələşdirmə  əmək  predmetinin  emalında,  mexaniki  və  kim-

yəvi  üsullara  əsaslanan  sənaye  sahələrində  eyni  tərzdə  baş  vermir, 

fərqlənirlər. Kimyəvi üsullar vasitəsilə  əmək predmetinin emalını hə-

yata  keçirən  istehsallarda  texnoloji  prosesin  xarakteri  kombinatların 

yaradılması zəruriliyinə daha çox meylli olurlar. Belə ki, kimya kom-

binatlarında  texnoloji  mərhələnin  hansısa  bir  yerində  fasilə  yaratmaq 

qeyri-mümkündür. Buna səbəb emalın texnoloji ardıcıllığındakı üz-

vi bağlılıqdır və fasilələyə yol verilərsə, emalın sonrakı mərhələlə-

rinə daxil olacaq bitməmiş istehsal öz fiziki-kimyəvi xüsusiyyətlə-

rini itirə bilər. Buraya onu da əlavə etmək lazımdır ki, reqlamentlərə 

riayət  olunmazsa,  kimya  texnologiyasına  əsaslanan  istehsallar,  daha 

dəqiq  desək,  kimya  məhsullarının  istehsalı  ətraf  mühitin  çirklənməsi 

üçün təhlükə yarada bilər. Əgər kimya kombinatlarının müəyyən mər-

hələlərindən birini ayırıb başqa ərazidə yeni müəssisə yaratmaqla kim-

yəvi  yarımfabrikatlar  yenidən  emal  edilərsə,  ətraf  mühitin  qorunması 

işi  daha  da  mürəkkəbləşə  bilər.  Başqa  sözlə,  kimya  məhsullarının 

nəinki istehsalı, həm də onların istehlakı da ətraf mühit üçün po-

tensial cəhətdən eyni dərəcədə təhlükəlidir. Bu mənada kimya məh-

sulları  istehsalının  pərakəndə  qaydada  deyil,  kombinələşmiş  şəkildə 

eyni bir məkanda təşkili iqtisadi məqsədəuyğunluğu və texniki cəhət-

dən zəruriliyi kimi, ekoloji baxımından da əlverişlidir. 

Mexaniki emala əsaslanan istehsallarda – kombinatlarda – mərhə-

lələrin  biri-birindən  ayrılaraq  müstəqil  fəaliyyət  göstərmələri  texniki-

təşkilati baxımdan çətin deyil, ekoloji cəhətdən təhlükəsizdir, lakin iq-

tisadi  cəhətdən  çox  hallarda  məqsədəuyğun  olmur.  Məsələn,  komvol 

kombinatlarında,  mexaniki  üsullarla  xammalı  emal  edən,  adətən,  üç 

fabrikin fəaliyyəti birləşdirilir: əyirici, toxucu, boyama-ütüləmə. Bun-

ların hər birini ayrı-ayrılıqda – müxtəlif məkanda – yerləşdirməklə də 

son məhsulu zəruri keyfiyyətdə istehsal etmək mümkündür. Lakin iq-



tisadi  baxımdan  yun  parça  istehsalının  belə  təşkili  məqbul  sayıla 

bilməz,  çünki  fabriklər  arasında  yaranacaq  təsərrüfat  əlaqələri 

nəqliyyat xərclərini artıracaq, nəticədə yun parçanın maya dəyəri 

xeyli yüksələcəkdir. Bir sözlə, kombinələşmə texnologiyasının özünə-

məxsusluğundan asılı olaraq, kombinatların yaradılması ya iqtisadi və 

təşkilati,  ya  da  texnoloji  istehsal  üsulunun  orijinallığı  və  ekoloji  əl-

verişlilik amillərinə söykənə bilər. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə