Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə50/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   46   47   48   49   50   51   52   53   ...   214

Fəsil 6. Firmada kombinələşdirmə  

 

135



Azərbaycan Respublikasının təbii sərvətlərindən neft və təbii qa-

zın emalına əsaslanan kombinələşdirmə perspektiv inkişaf imkanları 

baxımından  ən  əhəmiyyətlisidir.  Belə  ki,  neftayırma  və  neft-kimya 

sənayesində  neftdən  alınan  məhsulların  və  təbii  qazın  emalı  kombi-

nələşmənin formalarından olan xammalın kompleks işlənməsi üsulu 

üçün gələcəkdə – neft kontraktları reallaşdıqca, neft hasilatı artdıqca – 

güclü  amilə  çevriləcəkdir.  Həmin  xammal  və  materiallar  əsasında 

müvafiq kombinələşdirmə işinin həyata keçirilməsində təcrübə topla-

mağa  ehtiyac  da  yoxdur,  çünki  bunların  sələfi  olan  kombinatların 

respublikamızda yaradılma tarixi kifayət qədərdir. 

Neft-kimya kombinatları neftin dərininə emalının köməyilə müx-

təlif yanacaq (benzin, kerosin, liqroin, mazut və s.) növlərindən əlavə 

geniş  çeşiddə  kimya  məhsulları  –  sintetik  qətran  və  kauçuk,  plastik 

kütlə, süni və sintetik liflər və s.  almaq mümkündür. Bütün bunlara 

nail olmaq üçün neftin dərininə emalını təmin edən, mükəmməl tex-

nologiyanın və habelə adları sadalanan və digər kimyəvi məhsulların 

alınması  üçün  elm  və  texnikanın  son  nailiyyətlərinə  əsaslanan  yeni 

texnoloji istehsal üsullarının tətbiqi tələb olunur. 

Öz-özlüyündə  aydındır ki, neft və təbii qaz əsasında  yaradılacaq 

kombinatların  vercəyi  kimyəvi  məhsullar  əlaqədar  istehsalların  da 

(şin, parça və s.) inkişafına təkan verəcəkdir. 

Azərbaycan  Respublikasında  bir  sıra  başqa  sənaye  sahələrinə 

məxsus  kombinatların  (yüngül,  yeyinti  və  s.)  yaradılması  və  inkişaf 

etdirilməsi üçün perspektivdə daha böyük imkanlar yaranacaqdır. Tə-

bii  və  texniki  amillərdən  əlavə  həmin  imkanlar  bazar  münasibətləri 

və xüsusilə, onun aparıcı qanunları olan tələb və təklif qanunlarının 

tələblərindən irəli gələcəkdir. 

4. Kombinələşdirmənin iqtisadi səmərəliliyi 

Kombinələşmə, istehsalın ictimai təşkilinin digər formaları kimi, 

sənaye istehsalının iqtisadi səmərəliliyinin yüksəldilməsində müstəs-

na rola malikdir. 

Kombinələşdirilmiş istehsallarda, xüsusilə kimya, neftayırma, me-

tallurgiya və  yeyinti sənayesi sahələrində prosesin fasiləsizliyi texno-

loji əməliyyatları icra edən maşın, avadanlıq, aparat və s.-nin aramsız 

işləmələri  ilə  şərtləndiyindən  istismarda  olan  əmək  vasitələrindən  sə-




Telman Huseynov 

 

136



mərəli istifadəni təmin edir. Onların eyni vaxtda – paralel olaraq – bir 

neçə növ məhsul istehsal etmələri, əlbəttə, həmin məhsulların ayrı-ayrı 

müəssisələrdə istehsalından səmərəlidir, çünki sonuncu variantda tex-

noloji prosesə əlavə avadanlıqlar cəlb etməyə ehtiyac qalmır. 

Kombinələşmə  canlı  əməyə  qənaət,  məhsulun  əməktutumunun 

azaldılmasında, başqa sözlə, əmək məhsuldarlığının yüksəldilməsin-

də geniş texniki-təşkilati imkanlara malikdir.  lk əvvəl bu onunla əla-

qədardır  ki,  kombinat  fəhlələri  –  onun  istehsal  avadanlıqları  kimi  – 

bir  deyil,  eyni  vaxtda  bir  neçə  məhsulun  istehsalı  işini  icra  edirlər. 

Kombinatın  sahə  məxsusluğundan  asılı  olaraq  onların  bir  qis-

mində istehsalın avtomatlaşdırılması və kompleks mexanikləşdi-

rilməsi, fərdi texniki gücü böyük olan avadanlıqların tətbiqi yük-

səəmək məhsuldarlığına da təminat verir. 

Kombinələşdirmənin  hər  üç  formasında  eyni  məkanda  müxtəlif 

sənaye  sahələrinə  məxsus  bir  neçə  məhsulun  istehsalının  təmərküz-

ləşdirilməsi onların ayrı-ayrı müəssisələrdə istehsalının təşkilinə nis-

bətən köməkçi və xidmətedici sahələr, xüsusilə istehsal infrastruktu-

runa əsaslı vəsait qoyuluşunun xüsusi çəkisini azaldır. 

Kombinələşmənin ictimai istehsalın iqtisadi səmərəliliyinin  yüksəl-

dilməsindəki rolu şərh edilərkən bir məsələ də unudulmamalıdır. Kom-

binatlarda  müxtəlif  istehsallar  (müəssisələr)  birləşdirildiyindən  onların 

ayrılıqda fəaliyyət şəraiti ilə müqayisədə onlardan hər birində yaradılan 

zəruri həcmdə istehsal ehtiyatları ciddi şəkildə ixtisar edilir, daha doğ-

rusu, bu, yalnız birinci müəssisədə yaradılır. Məsələn, əgər Bakı komvol 

kombinatına daxil olan fabriklər (əyirici, toxucu, boyama-ütüləmə) ayrı-

lıqda  fəaliyyət  göstərsəydilər,  onlardan  hər  birində  istehsal  ehtiyatları 

yaratmaq lazım gələrdi. Kombinat şəraitində həmin istehsal ehtiyatları-

nın üçündən ikisinə ehtiyac qalmır – o yalnız əyirici fabrikində yaradılır. 



Beləliklə, kombinələşmənin iqtisadi üstünlüklərindən biri də xamma-

lın  məcmu halda  təsərrüfat dövriyyəsinə  optimal həddə cəlb olun-

masına təminat verməsi, onların səfərbəredilmə səviyyəsini yüksəl-

də bilməsidir. Nəticədə, istehsal ehtiyatlarının – xammal və materialın – 

texnoloji  prosesə  «giriş»  və  məhsulun  istehsaldan  «çıxış»  məqamları 

arasındakı vaxt intervalı azalır – dövriyyə vəsaitlərinin dövr sürəti artır. 

Ümumiyyətlə,  kombinələşdirilmiş  istehsal  şəraitində  əmək  məh-

suldarlığının  və  fondveriminin  daha  yüksək,  məhsulun  material  və 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə