Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə58/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   54   55   56   57   58   59   60   61   ...   214

Telman Huseynov 

 

156



ƏM

a

 = 



;  ƏM


g

 = 


ƏM



s

 = 


T



g

 

T



s

 

Burada, ƏM



a

, ƏM


g

, ƏM


s

 – aylıq (rüblük, illik) əmək məhsuldarlığı;  

                      N – məhsulun həcmi;  

                       S – işçilərin orta siyahı sayı; 

                      T

g

 – fəhlələrin sərf etdikləri adam-günlərin miqdarı; 



                      T

s

 – fəhlələrin sərf etdikləri adam-saatların miqdarı. 



Bir  adam-saat  üçün  hesablanmış  əmək  məhsuldarlığı  faktiki  iş 

vaxtı  ərzində  əmək  məhsuldarlığının  səviyyəsini  xarakterizə  edir.  ş 

vaxtı  vahidi  iriləşdirilərkən  hesablamaya  faktiki  iş  vaxtı  ilə  yanaşı, 

boşdayanmalar da daxil edilir. 



4. Əmək məhsuldarlığının artırılması ehtiyatları və amilləri 

Müəssisədə və ya istehsal firmasında əmək məhsuldarlığının düz-

gün  planlaşdırılmasında  və  əməyə  qənaətin  ehtiyat  mənbələrinin  tam 

aşkar edilib reallaşdırılmasında əmək məhsuldarlığına təsir edən amil-

lərin elmi əsaslarla təsnifləşdirilməsinin böyük əhəmiyyəti vardır. 

Əmək  məhsuldarlığının  yüksəldilməsi  bütün  istehsal  ehtiyatla-

rının  səfərbərliyə  alındığı  təqdirdə  müvəffəqiyyətlə  həll  edilə  bilər. 

Bunun  üçün  elmi-texniki  tərəqqinin  tətbiqi  ilə  yanaşı,  maddi,  əmək 

və maliyyə ehtiyatlarından daha qənaətlə və səmərəli istifadə etmək, 

artıq xərclərə yol verməmək və itkiləri ləğv etmək lazımdır. 

stehsaldaxili ehtiyatlardan səmərəli və bacarıqla istifadə uğrun-

da mübarizə "mövsümi" xarakter daşımamalı, mütəmadi olaraq əmək 

kollektivinin,  xüsusilə  mühəndis-texniki  işçilərin  diqqət  mərkəzində 

olmalıdır. 



əssisədə  və  ya  istehsal  firmasında  əmək  məhsuldarlığının 

artırılması ehtiyatları dedikdə, orta istehsal normasını artırmaq 

və  ya  məhsulun  əmək  tutumunu  azaltmaq  üçün  mövcud  və 

gerçəkləşməsi mümkün olan imkanlar nəzərdə tutulur.  

Firma  və  müəssisədə  əmək  məhsuldarlığının  artırılması  ehtiyatları 

elmi-texniki  tərəqqi,  müəssisənin  düzgün  yerləşdirilməsi,  müəssisədə 

yeni texnika və texnologiyanın tətbiqi, mövcud avadanlıqların modern-

ləşdirilməsi, istehsalın ictimai təşkili formalarının düzgün seçilməsi, rə-

qabətqabiliyyətli müvafiq sahələrin inkişaf etməsi və s. ilə əlaqədardır. 




Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

157



Əmək məhsuldarlığının yüksəldilməsi üçün istehsaldaxili ehtiyatla-

rının aşkar edilməsi resurslardan səmərəli istifadə olunmasından birbaşa 

asılı olur. Bu ehtiyatlara: məhsulun əmək tutumunun aşağı salınması, iş 

vaxtından  istifadənin  yaxşılaşdırılması,  istehsal  heyətinin  strukturunun 

təkmilləşdirilməsi, xammal və materiallara qənaət, istehsal əsas fondla-

rından  istifadənin  yaxşılaşdırılması  və  fondtutumunun  aşağı  salınması 

aiddirlər.  Müəssisədə  əmək  məhsuldarlığının  yüksəldilməsi  ehtiyatları-

nı:  intensiv  ehtiyatlar  –  əmək  tutumunun  aşağı  salınması  və  ekstensiv 

ehtiyatlar – iş vaxtının artırılması üzrə ehtiyatlara bölmək olar. 

Ə

mək  məhsuldarlığının  ehtiyatları  onun  konkret  amillərinin 



təsiri ilə əlaqədardır. Bu amillərə aşağıdakılar daxildir.  

1.  Əmək  məhsuldarlığını  yüksəltməyin  maddi-texniki  amillə-

rinəelmi-texniki tərəqqinin əsasında istehsalın mexanikləşdirilməsi, 

avtomatlaşdırılması,  robotlaşdırılması,  yeni  texnikanın  tətbiqi  və 

mövcud avadanlıqların modernləşdirilməsi, hissənin, konstruksiyanın 

və  digər  parametrlərin  dəyişdirilməsi,  yeni  texnoloji  proseslərin  iş-

lənməsi və tətbiqi, məhsulun keyfiyyətinin yüksəldilməsi aiddir.  

2.  Təşkilati  amillərə  isə  istehsalın  təmərküzləşmə  və  ixtisaslaş-

ma səviyyəsi, onun fasiləsizlik, ahəngdarlıq və proporsionallıq dərə-

cəsi, istehsalın idarə edilməsinin təkmilləşdirilməsi, iş  yerlərinin sə-

mərəli təşkili, istehsal sahəsində məşğul olan ayrı-ayrı kateqoriya iş-

çilərin  say  nisbəti,  sağlam,  təhlükəsiz  və  estetik  cəhətdən  əlverişli 

əmək şəraitinin yaradılması daxildir. 



3.  qtisadi  amillərə  kollektivin  və  ayrı-ayrılıqda  hər  bir  işçinin 

əmək məhsuldarlığını yüksəltmək üçün ən əlverişli maliyyə və digər 

iqtisadi stimulların yaradılması aiddir. 

4.  Sosial  amillərə  gəlincə,  bunlara  kadrların  mədəni-texniki  və 

mənəvi  səviyyəsi,  ixtisası,  əmək  məhsuldarlığının  artımının  mənəvi 

cəhətdən stimullaşdırılması dərəcəsi və formaları aid edilir.  

Əmək məhsuldarlığının yüksəldilməsinin ehtiyatları tükənməzdir, 

bu və ya digər formada və kəmiyyətdə təkrar olunur. Bu, elmi-texniki 

tərəqqinin fasiləsizliyi ilə bağlıdır. Elə buna görə də elmi-texniki tə-

rəqqi  istehsalın  inkişafı  və  əmək  məhsuldarlığının  yüksəldilməsinin 

həlledici amili hesab olunur.  Yeni  maşın  və  mexanizmlərin  tətbiqi, 



mütərəqqi material növlərinin istifadəyə verilməsi, istehsalın kom-

pleks  mexanikləşdirilməsi  və  avtomatlaşdırılması,  yeni  texnoloji 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə