Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə66/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   62   63   64   65   66   67   68   69   ...   214

Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

179



göstərir. Məsələn, sadə formalı, nisbətən kiçik çəkili məmulatların 

istehsalında,  yaxud  fərdi  və xırda  seriyalı  istehsal zamanı  fondla-

rın  eyniadlı  qruplarının  xüsusi  çəkisi  ilə  müqayisədə  mürəkkəb 

formalı, çox ağır və iri qabaritli məmulatların hazırlanması zamanı 

əsas  fondların  quruluşunda  binaların  xüsusi  çəkisi,  kütləvi  və  iri 

seriyalı  istehsal  zamanı  isə  maşın  və  avadanlıqların  xüsusi  çəkisi 

yüksək olur. 

Artıq qeyd olunduğu kimi, müxtəlif sahələrin müəssisələrində is-

tehsal əsas fondlarının strukturu eyni deyildir. Bu, hər şeydən əvvəl, 

sahənin texniki-iqtisadi xüsusiyyətləri ilə izah edilir. Məsələn, maşın-

qayırma və metal emalı, qara metallurgiya, kimya və neft-kimya, yün-

gül sənayedə, o cümlədən toxuculuq sənayesində iş maşınları və ava-

danlıqları istehsal əsas fondlarının tərkibində daha çox paya malikdir 

və bu pay 30 faizdən 50 faizə qədər intervalda tərəddüd edir. 

Yanacaq  sənayesinin  (neftçıxarma  sənayesinin)  istehsal  əsas 

fondlarının tərkibində qurğular və ötürücü mexanizmlərin xüsusi çə-

kisi (təqribən 60 faiz), yüngül, yeyinti, maşınqayırma və metal emalı, 

kimya  və  neft-kimya  sənaye  sahələrinin  əsas  fondlarının  tərkibində 

binaların xüsusi çəkisi (müvafiq olaraq təqribən  40 faiz, 37 faiz, 27 

faiz) daha böyük, hasilat sənaye sahələrində isə nisbətən az olur. 

Güc maşınları və avadanlıqları aşağıdakı sənaye sahələrinin əsas 

fondlarında daha böyük paya malik olur: elektroenergetikada (təqri-

bən  33  faiz),  şəkər  sənayesində  (təqribən  10  faiz)  və  sellüloz-kağız 

sənayesində  (təqribən  6  faiz).  Nəqliyyat  vasitələri  meşə  təsərrüfatı 

sənayesində  (təqribən  13  faiz),  balıq  sənayesində  (təqribən  8  faiz) 

daha çox yer tutur. 



2. Əsas fondların qiymətləndirilməsi 

stehsal əsas fondları həm natural, həm də dəyər ölçüsündə uçota 

alınır və planlaşdırılır.  stehsal əsas fondlarının natural göstəricilərlə 

qiymətləndirilməsi  istehsal  prosesinin  texnoloji  xüsusiyyətlərindən 

asılıdır  və  istehsal  müəssisələrində  əsas  fondların  texniki  tərkibini, 

istehsal gücünü müəyyənləşdirmək, istehsal gücündən istifadəni yük-

səltməyə dair tapşırıqlar və yollar müəyyən etmək, avadanlıq balansı 

tərtib  etmək,  habelə  investisiyanın  və  yeni  maşın  və  avadanlıqların 

tətbiqi hesabına istehsalı inkişaf etdirmək üçün istifadə  olunur. 



Telman Huseynov 

 

180



Əsas  fondların  dəyər  ifadəsində  uçota  alınması  və  planlaşdırıl-

ması müəssisənin istehsal əsas fondlarının köhnəlməsini müəyyən et-

mək və amortizasiyanı hesablamaq, dinamikasını uçota almaq və on-

ların  geniş  təkrar  istehsalını  planlaşdırmaq,  habelə  məhsulun  maya 

dəyərini  və  müəssisələrin  rentabelliyini  müəyyən  etmək  məqsədilə 

aparılır. Müəssisənin böyük miqdarda və müxtəlif əmək vasitələrindən 

ibarət olan əsas fondlarının təkrar istehsalının planlaşdırılması ancaq 

dəyər ifadəsində aparıla bilər. 

Ə

sas fondların uzun müddət işləməsi, tədricən köhnəlməsi və 

bu  müddətdə  təkrar  istehsal  şəraitinin  dəyişməsi  ilə  əlaqədar 

olaraq  əsas  fondlar  –  onların  hərəkətinə  nəzarət  məqsədilə  –  üç 

növ dəyərdə (ilkin, bərpa və qalıq dəyəri) qiymətləndirilir.  

Ə

sas fondların ilkin dəyəri dedikdə, onların istehsalı (yaxud inşa-

sı), əldə edilməsi (alınması və gətirilməsi), habelə quraşdırılması ilə əla-

qədar olan xərclərin məcmusu nəzərdə tutulur. Müəssisənin əsas fond-

larının uçotu onların ilkin dəyəri ilə aparılır. Qiymətləndirmənin bu nö-

vündən amortizasiya ayırmalarının hesablanması, istehsal əsas fondları-

na əmlak  vergisinin  təyin  edilməsi  üçün  istifadə  olunur. Buna həm 

də  əsas fondların balans dəyəri deyilir.  Müxtəlif dövrlər üçün avadan-

lığın qiyməti və tikintinin dəyəri dəyişdiyinə görə, bu qiymətləndirmə 

metodu əsas fondların dəyişmə dinamikası barədə dəqiq müqayisə edi-

lə biləcək məlumat almağa imkan vermir. Bu çatışmazlığı aradan qal-

dırmaq üçün bərpa dəyəri adlanan dəyərdən istifadə olunur.  



Bərpa  dəyəri  üzrə  qiymətləndirmə  yeni istehsal şəraitində  (cari 

ildə) əsas fondların təkrar istehsal dəyərini (yəni müasir dəyərini) ifadə 

edir.  stehsal  əsas  fondlarının  bərpa  dəyəri  ilkin  dəyər  ilə  mənəvi 

aşınmanın dəyər formasında ifadə olunmuş kəmiyyəti arasındakı fərq 

kimi  müəyyən  edilir.  Yeni istehsal əsas fondlarının  istifadəyə  veril-

məsi  anında  onların ilkin dəyəri bərpa dəyəri ilə üst-üstə düşür. Lakin 

sonralar  –  mənəvi  köhnəlmə  və  inflyasiya  ilə  əlaqədar  olaraq  –  il-

kin  dəyər  dəyişir,  çünki  istehsal  şəraitinin  özü  dəyişir.  Qiymətlən-

dirmənin bu metodu ilkin dəyər üzrə qiymətləndirmədə – şəraitin də-

yişməsi ilə əlaqədar – qeyd edilən çatışmazlığı aradan qaldırır. Lakin 

əsas fondların bərpa dəyəri üzrə qiymətləndirilməsi xeyli əmək tutum-

ludur, vəsait və vaxt tələb edir. Ona görə də, əsas fondların bərpa də-

yərinə görə yenidən qiymətləndirilməsi vaxtaşırı aparılır. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə