Telman Huseynov
176
«Ötürücü qurğ ular». Bu qrupa elektrik, istilik və mexaniki
enerjinin, habelə maye və qaz halında olan maddələrin ötürülməsinə
kömək edən qurğular aiddir. Ötürücü qurğulara elektrik, qaz və istilik
şəbəkələri, rabitə xətləri, buxar, neft, hava, turşu, qırıntı, sexlərarası
su kəmərləri və kanallar aiddir.
«Maşın və avadanlıqlar» qrupu aşağıdakı yarımqruplara bö-
lünür:
1. «Güc maşınları və avadanlıqları» yarımqrupuna istilik və
elektrik enerjisi yaradan maşın-generatorlar, buxar maşınları və turbin-
ləri, daxili yanma mühərrikləri, istilik və elektrik enerjisini mexaniki
enerjiyə çevirən maşın-mühərriklər, elektrik mühərrikləri, transforma-
torlar, paylayıcı qurğular və s. aiddir. Belə əsas fondlar enerjinin alınma-
sı, çevrilməsi və bölüşdürülməsi üçün nəzərdə tutulmuşdur. Bu qəbildən
olan güc maşınları və avadanlıqlarının texniki mükəmməlliyi müəssisə-
lərin enerji ilə təchizatının səviyyəsini müəyyən edir.
2. « ş maş ınları və avadanlıqları» yarımqrupuna bilavasitə əmək
predmetlərini (xammal, material və yarımfabrikatları) mexaniki, ter-
mik və kimyəvi emal edən maşınlar, avadanlıqlar və aparatlar aiddir.
Bunlar əmək predmetinə təsir etməklə və onları hazır məhsula çevir-
məklə texnoloji proseslərdə bilavasitə iştirak edirlər. Maşın və ava-
danlıqların bu yarımqrupu əsas sexlərin və həm də bütövlükdə müəs-
sisənin istehsal gücünü müəyyən edir.
3. «Nəzarət-ölçü və nizamlama cihazları və laboratoriya ava-
danlıqları» yarımqrupuna avtomatik idarəetmə mexanizmləri, vaxtı,
təzyiqi, temperaturu, sürəti və s. ölçən və nizamlayan cihazlar, avto-
matik idarəetmə pultları, dispetçer nəzarət vasitələri, müəssisə və elmi-
tədqiqat laboratoriyalarının cihaz və aparatları və s. aiddir. Bunlar is-
tehsal proseslərini əl ilə və avtomatik olaraq, texnoloji proseslərin re-
jim parametrlərinin ölçülməsi və onlara nəzarət etmək, laboratoriya-sı-
naq və tədqiqatları aparmaq üçündür.
4. «Hesablama texnikası» yarımqrupuna elektron hesablama ma-
şınları, idarəçi və analoji maşınlar (kompüterlər, printerlər, skanerlər, te-
lefon aparatları və s.), rəqəmli hesablayıcı maşınlar və qurğular, infor-
masiyanın yığılması və ötürülməsi üçün texniki vasitələr və s. aiddir.
5. «Avtomat maş ın və avadanlıqlar» yarımqrupuna proqramla
idarə olunan dəzgahlar, avtomatik xətlər, kimyəvi-termiki emal üçün
Fəsil 8. stehsal firmasının əsas fondları və istehsal gücü
177
qızdırıcı soba və s. kimi maşın, aparat və avadanlıqlar aiddir. Bunlar
istehsal prosesinin bütün əməliyyatlarının müəyyən texnoloji ardıcıl-
lıqla, verilmiş ritmlə, insanın bilavasitə iştirakı olmadan yerinə yeti-
rildiyi avadanlıqlardır. Fəhlə yalnız avadanlığı sazlayır, texnoloji pro-
sesin gedişinə nəzarət edir, ilk yükləmə və son boşaltma əməliyyatla-
rını yerinə yetirir.
6. «Sair maş ın və avadanlıqlar» yarımqrupuna avtomat tele-
fon stansiyalarının avadanlığı, yanğınsöndürən maşınlar, soyuducu-
lar, televizorlar və s. aiddir. Bu yarımqrupa yuxarıda göstərilmiş ya-
rımqruplara daxil olmayan və müəyyən texniki funksiyaları yerinə
yetirən maşın və mexanizmlər daxildir.
«Nəqliyyat vasitələri». Bu qrupa elektrik, istilik və buxarla iş-
ləyən dartıcılar, vaqonlar, avtomobillər, elektrik arabaları, magistral
neft-qaz kəmərləri və s. aiddir.
«Alətlər». Alətlər qrupuna əmək predmetlərini emal edən müxtə-
lif növ elektrik drelləri, konduktorlar (yönəldicilər), kəsici-tutucular
və s. aiddir. Ümumiyyətlə, bu qrupa xidmət müddəti azı bir il olan
alətlər daxil edilir.
« stehsal ləvazimatları». Bu qrupa istehsal əməliyyatlarının ic-
rasını asanlaşdıran istehsal təyinatlı əşyalar – iş masaları, stendlər,
piştaxtalar və habelə fəhlələrin əmək təhlükəsizliyini təmin edən baş-
qa vasitələr, məsələn, dəzgahların aralarına çəkilən çəpərlər aiddir.
Bundan əlavə, həmin qrupa duru və dənəvər maddə və materialların
qorunması üçün istifadə olunan çəllək və baklar, şkaflar və habelə
inventarlar daxil edilir.
«Təsərrüfat inventarları». Bu qrupa dəftərxana mebeli (stollar,
şkaflar, divanlar), yazı makinaları, odadavamlı şkaflar, xalçalar, yan-
ğından mühafizə əşyaları və s. aiddir.
«Çoxillik bitkilə r və onların fə rdi çə pə rlə ri (hasarları)» qrupu-
na müəssisə və təşkilatların ərazisində və həyətlərində əkilmiş çox-
illik bitkilər aid edilir.
«Sair əsas fondlar». Bu qrupa kitabların dəyərindən asılı olma-
yaraq kitabxana fondu, icarəyə götürülmüş əsas fondlar üçün icarə
haqqı (icra balansında qeydə alınan) aiddir.
Ə
mək predmetlərinə, müəssisənin istehsal güclərinə bilavasitə
tə siri də rə cə sində n və ə hə miyyə tliliyində n asılı olaraq istehsal ə sas
Telman Huseynov
178
fondları aktiv və passiv hissə lə rə bölünür. stehsal əsas fondlarının
aktiv hissəsinə əmək predmetlərinin formasına və xassələrinə birbaşa
təsir edən, əmək məhsuldarlığının səviyyəsini, istehsalın həcmini artı-
ran ünsürlər (iş maşınları və avadanlığı, cihazlar, alətlər), passiv hissə-
sinə isə aktiv əsas fondların normal işləməsi üçün şərait yaradan ün-
sürlər (binalar, tikililər, ötürücü qurğular) daxildir.
stehsal ə sas fondlarının ayrı-ayrı ünsürlə rinin ümumi də yə -
rində ki nisbə tlə ri ə sas fondların istehsal strukturunu müə yyə n-
ləş dirir. Əsas fondların istehsal strukturu və onun dinamikası isteh-
salın texniki səviyyəsini səciyyələndirən göstəricilərdəndir və əsas
fondlara investisiya qoyuluşlarının səmərəliliyinə təsir göstərirlər.
Əsas fondların tərkibində maşınların, avadanlıqların və cihazların pa-
yı nə qədər çox olarsa, onların hər manatına – başqa şərtlər dəyişməz
qalarsa – bir o qədər çox məhsul istehsal edilə bilər.
Müxtəlif sahələrə mənsub olan müəssisələrdə istehsal əsas fond-
larının strukturu bir-birindən fərqlənir. Müəssisənin əsas fondlarının
strukturunun mütərəqqiliyi, onda (strukturda) maşınların və avadan-
lıqların payının artmasında təzahür edir. Müxtəlif sahələrin və müəs-
sisələrin istehsal əsas fondlarının quruluşu bir sıra amillərdən: bura-
xılan məhsulun mürəkkəbliyi və konstruktiv-texnoloji özünəməxsus-
luğundan, texnoloji proseslərin xüsusiyyətlərindən və tətbiq edilən
maşın və avadanlığın texniki cəhətdən mükəmməlliyindən və s. asılı-
dır. stehsal əsas fondlarının strukturunun dəyişməsinə, hər şey-
dən əvvəl elmi-texniki tərəqqi səbəb olur. Bu dəyişiklik, ilk növbə-
də, istehsal əsas fondlarının strukturunda aktiv hissənin payının art-
ması istiqamətində baş verir.
stehsalın təmərküzləşmə, ixtisaslaşma və kooperativləşmə sə-
viyyəsi də istehsal əsas fondlarının strukturuna əhəmiyyətli dərəcədə
təsir göstərir: istehsalın təmərküzləşmə və ixtisaslaşma səviyyəsi nə
qədər yüksək olarsa, onun mexanikləşmə dərəcəsi bir o qədər yüksək
və əsas fondların quruluşunda iş maşınları və avadanlıqların da xüsu-
si çəkisi böyük olar.
stehsalın coğrafi yerləşməsindəki dəyişikliklər və iqlim şəraiti də
əsas fondların strukturuna təsir göstərir.
stehsal əsas fondlarının stukturuna istehsal olunan məhsulun
mürəkkəbliyi və konstruktiv-texnoloji xüsusiyyətləri ciddi təsir
Dostları ilə paylaş: |