Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə64/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   60   61   62   63   64   65   66   67   ...   214

 

 

173



 

 

 

 

 

 

Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 1.  stehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı  

 2. Əsas fondların qiymətləndirilməsi 

 3. Əsas fondların köhnəlməsi və amortizasiyası 

 4. Əsas fondlardan  istifadə göstəriciləri 

 5. Firmanın istehsal gücü və onun hesablanması metodikası 

 6.  stehsal əsas fondlarından istifadənin yaxşılaşdırılması yolları 

1.  stehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı 

Cəmiyyətin  sosial-iqtisadi  inkişafının  maddi  əsasını  təşkil  edən 

ictimai istehsal iş qüvvəsinin, əmək predmetlərinin və əmək vasitələ-

rinin  müxtəlif  kəmiyyət  nisbətlərində  və  kombinasiyalarda  birləşdi-

rilərək  insanların  tələbatlarını  ödəmək  üçün  maddi  nemətlərin  yara-

dılması prosesidir. Əmək vasitələri və əmək predmetləri, məlum ol-

duğu  kimi,  ictimai  istehsalın  maddi  ünsürləridirlər.  Əmək  prosesin-

dəki və məhsulun yaradılmasındakı roluna görə əmək vasitələri isteh-

salın mühüm amilidir. Məhz əmək vasitələri istehsalın texniki və icti-

mai əmək məhsuldarlığının səviyyəsini müəyyən edir. Əmək vasitə-

ləri  dedikdə,  binalar,  qurğular,  nəqliyyat  vasitələri,  iş  maşınları  və 

avadanlıqları, güc maşınları, ötürücü mexanizmlər, ölçü və tənzimlə-

mə cihazları və s. nəzərdə tutulur. Bunların içərisində ən aktivi isteh-

sal avadanlıqlarıdır ki, bunlara xammal və materialları bilavasitə emal 

edən və onlarda müəyyən fiziki, kimyəvi dəyişiklik apara bilən, onu 

yeni  istehlak  dəyərinə  çevirə  bilən  bütün  dəzgahlar,  maşınlar,  aqre-

qatlar və mexanizmlər daxildirlər. 

Əmək  vasitələri  dəyər  ifadəsində  istehsal  əsas  fondları  adlanır. 

Başqa sözlə, əsas fondlar istehsal prosesində uzun müddət və bütöv-

lükdə – bütün ünsürləri birlikdə – iştirak  edən, öz natural formasını 

ömrü boyu  saxlayan  və  dəyərini istehsal edilən məhsulun üzərinə – 



Telman Huseynov 

 

174



köhnəlmə dərəcəsindən asılı olaraq – hissə-hissə keçirən əmək vasi-

tələrinin  maddi-texniki deyil, dəyərlə  ifadə  olunmuş formasıdır. 

Azərbaycan  Respublikası  qanunvericiliyinə  görə,  dəyəri  100 

manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki 

təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 100 manat-

dan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına 

aid edilir. Belə bir qaydanın qəbul edilməsi bilavasitə uçot sistemi-

nin sadələşdirilməsi ilə əlaqədardır. Çünki dəyəri 100 manatdan az 

olan  və  ömür  müddəti  1  ildən  çox  olan  istehsal  vasitələrinin  əsas 

fondlar  kimi  uçotunun  aparılması  əmək  tutumludur  və  uçot  işini 

xeyli dərəcədə mürəkkəbləşdirir. 

stehsal  əsas  fondlarının  tərkibinə  yalnız  istehsal  prosesinə  cəlb 

edilmiş və müəyyən funksiyaları yerinə yetirən əmək vasitələri daxil 

edilir.  Mövcud  uçot  qaydasına  müvafiq  olaraq  əsas  fondların  də-

yərinə  istehsal  firmalarının,  təchizat  və  satış  təşkilatlarının  anbarla-

rında olan maşın və avdanlıqlar, quraşdırmaq üçün alınmiş, quraşdı-

rılması nəzərdə tutulmuş, yolda olan və əsaslı tikinti balansında olan 

avadanlıqların dəyəri daxil edilmir. 

Firmanın əsas fondları istehsal əsas fondları və qeyri-istehsal əsas 

fondlarına bölünür.  stehsal əsas fondlarına bilavasitə istehsal prose-

sində iştirak edən, yaxud onun həyata keçirilməsinə yardım göstərən 

əmək vasitələri daxil edilir. Qeyri-istehsal əsas fondlarına isə müəssi-

sənin  ixtiyarında  olan  mənzil  fondları,  mədəni-məişət  xidmətinin 

(klublar, uşaq bağçaları, səhiyyə məntəqələri, istirahət düşərgələri və 

s.) binaları, qurğuları və s. aid edilir.  stehsal əsas fondlarından fərqli 

olaraq,  bunlar  istehsal  prosesində  iştirak  etmədiklərindən,  öz  dəyər-

lərini  yaradılan  məhsulun  üzərinə  keçirmirlər,  daha  doğrusu,  keçirə 

bilməzlər.  Onlar  öz  dəyərlərini  istismar  edildikcə  itirirlər.  Bunlar 

üçün  ödəniş  fondu  yaradılmır.  Qeyri-istehsal  əsas  fondlarının  təkrar 

istehsalı yalnız yeni investisiya qoyuluşu vasitəsilə həyata keçirilir. 

stehsal  əsas  fondlarının  tərkib  hissələrindən  biri  də  qeyri-maddi 

aktivlərdir. Bunlar da insan əməyinin "məhsulu" olduqlarından dəyə-

rin  daşıyıcılarıdır,  əsas  fondlardır,  lakin  onların  (qeyri-maddi  əsas 

fondların)  fiziki  əsasları  (ölçüləri)  yoxdur.  Qeyri-maddi  aktivlər  də, 

fiziki  əsası  olan  əsas  fondlar  kimi,  uzun  müddət istifadə  olunduqla-

rından öz dəyərlərini tədricən itirirlər.  




Fəsil 8.  stehsal firmasının əsas fondları və istehsal gücü 

 

175



Qeyri-maddi  aktivlərə  patentlər,  əmtəə  (mal)  nişanları,  ticarət 

markaları,  lisenziyalar,  bir  çox  hüquqi  aktlardan  (torpaq  və  təbii 

resurslar, ixtiraçılıq və müəlliflik və s.) istifadə, "nou-hau", rəsmiləş-

dirilmiş məsləhət və s. aid edilir.  

stehsal firmasının sərəncamındakı əsas fondlar – iqtisadi məz-

mununa  görə  həmcins  olsalar  da  –  əşya  formasında  müxtəlif  ün-

sürlərdən ibarət olurlar. Buna görə də əsas fondların uçota alınma-

sını həyata keçirmək, onların təkrar istehsalının həcmcə artırılma-

sını  əsaslandırmaq  və  habelə  onlardan  istifadə  olunması  işinə  nə-

zarəti gücləndirmək məqsədilə həmin ünsürləri müxtəlif qruplarda 

birləşdirir,  yəni  təsnifləşdirirlər.  Əsas  fondların  təsnifatı  onların 

istehsaldakı işinin xarakterinə (təyinatına) görə əsas fondların dif-

ferensasiyasını  nəzərdə  tutur,  onların  müasir  texniki  səviyyəsini 

əks etdirir.  

stehsal əsas fondları onların istehsaldakı funksiyalarının xarak-

teri, texniki səviyyələri və ayrı-ayrı ünsürlərin istehsaldakı təyinatı 

və xidmət müddətləri kimi əlamətlərə görə təsnifləşdirilir. 

Qüvvədə olan təsnifata görə firma və ya müəssisənin əsas fond-

ları öz təyinatları, istehsaldakı funksiyaları və maddi məzmunlarına 

görə aşağıdakı kimi qruplaşdırılır. 



«Binalar». Bu qrupa istehsal prosesinin həyata  keçirilməsi üçün 

zəruri şərait yaradan, müxtəlif maşın və mexanizmləri xarici mühitin 

təsirlərindən qoruyan, işçilər üçün istehsal meydançası verən və ha-

belə  yaşayış  və  sosial-mədəni  xidmət  təyinatlı  memarlıq-tikinti  ob-

yektləri  aiddir.  stehsal  binalarına  isə  istehsal  və  habelə  köməkçi  və 

xidmətedici  sexlərin  binaları  daxildir.  Həmin  qrupa  sadalananlardan 

başqa,  laboratoriyalar,  qazanxanalar,  kompressor  stansiyaları  yerləş-

dirilən  binalar  və  həmçinin  müəssisə  idarəsinin,  anbarların  binaları 

və habelə yanğından mühafizə binaları da aid edilir. 

«Qurğular».  Bu  qrupa  əmək  predmetlərinin  (xammal,  material, 

yarımfabrikatlar və s.) emalı ilə bilavasitə əlaqəsi olmayan, lakin is-

tehsal prosesində müəyyən funksiyaları icra etmək üçün şərait yara-

dan mühəndis-tikinti obyektləri aiddirlər. Əsas fondların bu qrupuna 

suqaldırma və su nasosu stansiyaları, su anbarları, dambalar, bəndlər, 

təsərrüfatdaxili  dəmir  yolları,  müxtəlif  yükləmə-boşaltma  qurğuları, 

estakadalar, su quyuları, asma yollar, körpülər və s. daxildir. 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə