Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə57/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   53   54   55   56   57   58   59   60   ...   214

Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

153



Fəhlənin iş vaxtından səmərəli istifadə, nəticə etibarilə, isteh-

salın səmərəliliyini, xüsusilə əmək məhsuldarlığının yüksəldilmə-

sini təmin edən güclü amil kimi çıxış edir.  stehsalın həcmi geniş-

ləndikcə iş vaxtına qənaətin əhəmiyyəti daha da artır, çünki eyni vaxt 

vahidi ərzində daha çox məhsul istehsal etmək mümkün olur. 

stehsal firmasında  əmək məhsuldarlığının səviyyəsini xarakterizə 

edən göstəricilərə aşağıdakılar daxildir:  

Ə

t



 = 

;  Ə



m

 = 




Burada, Ə

– məhsulun əmək tutumu; 



            Ə

– əmək məhsuldarlığı; 



             N – istehsal edilmiş məhsulun həcmi; 

              T – məhsul istehsalı üçün iş vaxtı məsrəfidir. 

Əməktutumu – məhsul vahidinin hazırlanması üçün zəruri olan iş 

vaxtının miqdarıdır. 

Ə

mək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xa-

rakterizə  edən  natural,  şərti-natural,  əmək  və  dəyər  göstəricilə-

rindən istifadə edilir. 

Natural ifadədə məhsul buraxılışı həcmi (məsələn, litr, metr, ton 

və s.) istehsal fəaliyyətinin nəticəsini daha dəqiq səciyyələndirir, lakin 

bu göstərici ilə əmək məhsuldarlığı müəyyən edildikdə bəzi qeyri-də-

qiqliyə yol verilir. Natural göstəricilər həmcins məhsul buraxan (məsə-

lən, kömür hasilatı, poladəritmə,  kərpic istehsalı  və s.) müəssisələrdə 

tətbiq oluna bilər. Lakin bir çox hallarda müəssisələr, xüsusilə firmalar 

müxtəlif növ məhsullar istehsal edirlər. Buna görə də istehsal fəaliyyə-

tinin  ümumi  həcmini  və  əmək  məhsuldarlığını  müəyyən  etmək  üçün 

natural göstəricilərin tətbiqolunma dairəsi nisbətən məhdudlaşır. 

stehsal edilən məhsulun həcmi həmçinin şərti-natural göstə-

ricilər ilə də öçülür. Şərti-natural göstərici kimi, adətən eyni iqtisadi 

təyinat alan məhsul növlərindən biri, bir qayda olaraq, digərlərini təm-

sil  edən  məhsul  kimi  seçilir.  Bu  metodda  müəyyən  məhsul  növü  – 

fiziki ölçüsündən asılı olmayaraq – vahid kimi qəbul edilir və başqa 

məmulatlar  onların  istehlak  xassələrinə  və  ya  əmək  tutumuna  görə 

həmin  şərti  ölçü  vahidinə  adekvat  kimi  qəbul  edilir  (şərti  yanacaq, 

şərti banka və s.). 



Telman Huseynov 

 

154



stehsal fəaliyyətinin nəticəsinin natural, şərti-natural və əmək tutu-

muna görə ölçülməsi – mötəbər məlumata malik olmaq nöqteyi-nəzə-

rindən çox faydalıdır. Bununla belə, qeyd edilən göstəricilərdən istifa-

də imkanları məhduddur. Bu göstəricilər sahə üzrə istehsal fəaliyyəti-

nin nəticələrini ümumiləşdirmək işini çətinləşdirir və həm də müxtəlif 

müəssisələrin istehsal nəticələrini müqayisə etməyə imkan vermir. 



Qeyd  edilən  qüsurları  dəyər  göstəricisindən  istifadə  etməklə 

aradan qaldırmaq mümkündür. Əməyin nəticəsinin dəyər ölçüsün-

də  öyrənilməsində  ümumi,  əmtəəlik,  emalın  normativ  dəyəri,  şərti  – 

xalis məhsulun həcmi və habelə əlavə edilmiş dəyər göstəricilərindən 

istifadə  edilir.  Dəyər  göstəricisindən  istifadə  müəssisələrin  fəaliyyət 

göstəricilərini sahə üzrə ümumiləşdirməyə imkan verir. Məhsul bura-

xılışının  dəyər  ifadəsində  müəyyən  olunmasının  əsas  üstünlüyü  həm 

onun asanlığında, həm müxtəlif növ məhsul buraxan müəssisələrin və 

həm də ümumən müəssisələr qrupu üzrə istehsal həcminin dinamikası-

nı müəyyən  etmək imkanı verməsindədir.  Bu zaman planlaşdırma və 

təhlil imkanı genişlənir, müxtəlif dövrlərdə hər bir tədqiq olunan qrup 

müəssisələr üzrə göstəricilərin müqayisəsinə imkan yaranır. 

Artıq qeyd olunduğu kimi, əmək məhsuldarlığının yüksəldilməsi 

vaxt vahidi ərzində istehsal olunan məhsulun həcminin artırılması və 

yaxud məhsul vahidi istehsalına sərf olunan vaxtın, başqa sözlə, məh-

sulun əməktutumunun azaldılması yolu ilə mümkün olur.  

Müəssisələrdə  əmək  məhsuldarlığının  planlaşdırılması  və  uçotu 

mütəmadi  olaraq  həyata  keçirilir.  Əmək  məhsuldarlığının  səviyyəsi 

istehsal  olunmüş  məhsulun  miqdarını  onun  istehsalına  sərf  edilən 

vaxta bölmək yolu ilə hesablanır. 

Məhsul istehsalına sərf edilən vaxt istehsal işçilərinin orta siyahı sa-

yı ilə hesaba alınır. Onun tərkibinə əsas və köməkçi fəhlələr, mühəndis-

texnik işçilər, qulluqçular, kiçik xidmətedici heyət, şagirdlər, mühafi-

zə işçiləri daxil edilir. Buna görə də, bu metodla hesablanmış əmək 

məhsuldarlığını"ümumi əmək məhsuldarlığı", "istehsal heyətinin əmək 

məhsuldarlığı" adlandırmaq olar. Belə bir "ümumilik" həmin göstəri-

ciyə  konkretlik  deyil,  mücərrədlik  mahiyyəti  verir.  Bundan  əlavə, 

əmək məhsuldarlığının səviyyəsi fəhlənin məhsul istehsalına sərf et-

diyi  adam-günlərin  və  habelə  adam-saatların  miqdarına  görə  də  he-




Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

155



sablanır;  bu,  fəhlənin  əmək  məhsuldarlığı  göstəricisi  hesab  edilir. 

Bunu istehsalın "baş agenti"nin əmək məhsuldarlığı da adlandırırlar. 

Əmək  məhsuldarlığının  göstəriciləri  və  ölçülmə  metodları  ayrı-

ayrı istehsal sahələrinin xüsusiyyətini nəzərə almalıdır.  

Məlumdur  ki,  məhsulun  dəyər  uçotu  həm  maddiləşmiş,  həm  də 

canlı əmək məsrəflərinin məcmusunu səciyyələndirir. Lakin bu ümu-

mi  məsrəflər  əmək  məhsuldarlığının  səviyyəsini  müəyyən  edən  za-

man yalnız istifadə olunmuş canlı əmək məsrəfləri ilə müqayisə olu-

nur.  Müxtəlif  müəssisələrdə  əmək  məsrəflərinin  xüsusi  çəkisi  müx-

təlifdir. Buna görə də əmtəəlik (ümumi) məhsul üzrə dəyər ifadəsi 



ilə hesablanmış əmək məhsuldarlığı göstəriciləri sənayenin müx-

təlif  sahələrinin  müəssisələrində  müqayisəyə  gəlmir.  Bu  onunla 

əlaqədardır  ki,  əmtəəlik  (ümumi)  məhsul  göstəricisi  müəssisələrin 

strukturunun dəyişilməsindən və ya müxtəlifliyindən, istehlak olunan 

xammalın dəyərindən, buraxılan məhsulun çeşidindən, ümumi isteh-

sal  həcmində  kooperativləşmə  yolu  ilə  alınmış  dəstləşdirici  məmu-

latların xüsusi çəkisindən asılı olaraq dəyişkən olur. 

Əmək məhsuldarlığını hesablamaq üçün məhsulun həcmi kimi xa-

lis məhsul göstəricisindən də istifadə edilə bilər. Xalis məhsul (maddi 



məsrəflərdən  təmizlənmiş  ümumi  məhsul)  və  eləcədə  əlavə  edil-

miş dəyər göstəricisinin tətbiqi əmək məhsuldarlığının səviyyəsi-

ni  təhrif  etmir,  çünki  bu  halda  təkrar  uçot,  eyni  bir  məmulatın 

hazırlanması  zamanı  işlədilən  materialların  dəyərinin,  koopera-

tivləşmə  yolu  ilə  alınmış  məhsulların  müxtəlif  xüsusi  çəkilərinin 

təsiri aradan qalxmış olur. Bununla yanaşı, bu göstərici də müxtəlif 

sahələrə  məxsus  müəssisələrdə  əmək  məhsuldarlığının  səviyyələrini 

müqayisə oluna bilən ölçüyə gətirə bilmir. Qeyd edilən göstəricilər-

dən istifadə təhlilin konkret məqsədindən asılı olur. 

Müəssisədə əmək məhsuldarlığı hesablanarkən iş vaxtı vahidi olaraq 

saat, gün, ay, il götürülə bilər və buna uyğun olaraq əmək məhsuldarlı-

ğının səviyyəsi orta hesabla bir adam-saat, adam-gün və adam-il ərzində 

istehsal olunmuş məhsulun miqdarı ilə ifadə edilir. Əmək məhsuldarlı-

ğının bütün bu göstəriciləri müəssisələrdə bir nəfər orta siyahı işçi sayı 

üçün hesablanır.  stehsal heyətinin bir işçisinə görə yalnız orta aylıq, or-

ta rüblük və orta illik əmək məhsuldarlığı müəyyən edilir. Həmin gös-

təricilər aşağıdakı düsturlarla hesablanır: 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə