Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə56/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   52   53   54   55   56   57   58   59   ...   214

Telman Huseynov 

 

150



Mühəndis-texniki işçilərə və qulluqçulara tələbat ştat cədvəli 

üzrə  hesablanır.  Ştat  cədvəli  isə  müəssisələrin  quruluşu  və  ölçüsü, 

xüsusi bölmə və şöbələrin sayı, onların istehsalda düzgün yerləşdiril-

məsi əsasında müəyyən edilir. 

Kiçik  xidmətedici  heyətin  sayı  bir  nəfər  işçinin  xidmət  norma-

sına  görə  hesablanır.  Məsələn,  1  nəfər  xadimənin  1  növbədə  xidmət 

edəcəyi  meydança  müəyyən  edildikdən  sonra,  bütövlükdə  xadimələrin 

sayına tələbat, meydançanın ümumi sahəsi nəzərə alınmaqla hesablanır.  

Müəssisədə işçilərin həqiqi və siyahı sayı fərqləndirilir. Həqiqi say 

dedikdə, gün ərzində faktiki olaraq işləyənlər başa düşülür.  şçilərin 

siyahı sayına isə bütün daimi və müvəqqəti işçilər daxildir və müəs-

sisədə onların sayının dəyişməsini (işə götürülmə, işdənçıxarılma və 

s.) əks etdirir.  

stehsal  heyətinin  hər  kateqoriyası  üzrə  tələbatın  müəyyən  edil-

məsi işçilərin müəssisəyə işə qəbulu üçün ilkin şərt və ya meyar ro-

lunu oynayır. Heyətin qəbulu, toplanması isə onun idarə edilməsinin 

mühüm mərhələsi hesab olunur.  

stehsal heyətinin hər bir kateqoriyası üzrə kadrların seçilməsi və 

işə  qəbul  edilməsi  öz-özlüyündə  çox  mürəkkəb,  müəssisə  üçün  isə 

məsuliyyətli məsələdir. Çünki istehsalın bütün problemlərini – iqtisa-

di,  sosial,  texnoloji,  idarəetmə  və  s.  yalnız  kadrlar  həll  edirlər.  Bu 

məsələdə  yol  verilmiş  səhv  sahibkarı,  müəssisəni  və  onun  istehsal 

heyətini sonradan pis vəziyyətdə qoya bilər.  



stehsal  heyətinin  idarə  edilməsinin  mühüm  məsələlərində

biri də onun peşə hazırlığının təşkilidir.  

Müəssisənin normal işini təmin etmək üçün mövcud fəhlə kadrla-

rın ixtisaslarını mütəmadi olaraq artırmaqla  yanaşı, müəssisəyə  yeni 

ixtisaslı kadrlar hazırlamaq lazım gəlir.  

Fəhlə kadrların ixtisaslarının yüksəldilməsi və  yeni fəhlə kadrlar 

hazırlanması iki yolla – texniki-peşə məktəblərində (litseylərində) və 

bir də müəssisələrin özlərində həyata keçirilir.  

Heyətin peşə hazırlığının səmərəliliyinə nail olmaq üçün bir sıra 

ilkin  işlər  aparılır.  Təbiidir  ki,  peşə  hazırlığının  təşkili  konkret  ixti-

saslar  üzrə  müəssisənin  kadrlara  olan  tələbatının  hesablanmasından 

başlanmalıdır. Çünki təhsilin miqyasını müəyyən edən meyar hər ka-

teqoriyadan kadrlara tələbatın həcmi ola bilər. 




Fəsil 7. Firmada əmək resursları, əmək məhsuldarlığı və əmək haqqı 

 

151



Peşə  təhsilini  mütəşəkkil  başlamaq  və  başa  vurmaq  üçün  tədris 

planı,  bunun  əsasında  isə  tədris  proqramları  tərtib  olunur.  Sonrakı 

mərhələdə  isə  həmin  proqramlar  bilavasitə  tədris  prosesi  vasitəsilə 

realizə olunur. Bütün bunlardan sonra təhsilə qiymət verilir.  

Heyətin  peşə  hazırlığının  lazımi  səviyyədə  aparılması  3  amildən 

asılıdır: 

a) tədris prosesinin maddi-texniki bazası, b) təhsilin tədris-metodiki 

təminatı,  c)  təhsil  verənlərin  peşəkarlığı.  Əgər  göstərilən  amillərdən, 

hətta,  yalnız biri tələblərə cavab verə bilməzsə, təhsilin müsbət qiy-

mət alması ehtimalı yox dərəcəsində olur.  

Bazar iqtisadiyyatı şəraitində peşə təhsilinin aktuallaşacaq məsə-

lələrindən  biri  də  kadr  hazırlığına  çəkiləcək  xərclə  onun  gətirəcəyi 

səmərənin fərqi olacaqdır. Peşə təhsili sahibkar üçün gözlədiyi səmə-

rəni  vermədiyi  hallarda  o,  təhsilin  daha  mükəmməl  olan  formasına 

meyl edəcəkdir.  

Nəhayət, istehsal heyətinin idarə edilməsi məsələlərindən biri 

də müxtəlif kateqoriyalara aid işçilərin ixtisas səviyyələrinin yük-

səldilməsi, onların yenidən hazırlanmasıdır.  

stehsal  heyətinin  ixtisas  səviyyəsinin  yüksəldilməsi  vaxtaşırlığı 

elmi-texniki tərəqqinin həmin sferanın iş yerləri üçün inkişaf tempin-

dən  bilavasitə  asılı  olur. Çünki  elmi-texniki tərəqqi,  məsələn,  fəhlə-

nin  istismar  etdiyi  avadanlığın  texniki  xüsusiyyətlərinə  yeni  keyfiy-

yətlər gətirdiyindən, onun əvvəlki bilik və vərdişləri müəyyən qədər 

ya itir, lazım olmur və ya da köhnəlir. Fəhlə yeni avadanlığın lazımi 

səviyyədə istismarı, başqa sözlə, onun texniki imkanlarını gerçəkləş-

dirmək  üçün  yeni  biliklərə  yiyələnməli,  mahiyyətcə  yeni  vərdişlərə 

nail olmalıdır. Məhz belə bir vəziyyət fəhlənin ixtisasının artırılması 

və  yenidən  hazırlanması  üçün  obyektiv  və  icbari  zəmin  yaradır.  Bu 

işi müvəffəqiyyətlə, xüsusilə, həm vaxtında və həm də qısa müddətə 

həll edə bilən firma və müəssisə, onların mövcudluğuna və gələcəyi-

nə təminat verən, işin mürəkkəbliyi ilə işçinin səriştəliliyi səviyyələ-

rinin uyğunluğuna əməl etmiş olurlar.  

3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları 

qtisadiyyatın sahələrində insanın məqsədyönlü fəaliyyətinin nə-

ticəsi,  səmərəsi  onun  müəyyən  vaxt  ərzində  yaratdığı  maddi  ne-



Telman Huseynov 

 

152



mətlərin kəmiyyəti ilə xarakterizə olunur. Başqa sözlə, əməyin sə-

mərəlilik səviyyəsi onun məhsuldarlığı ilə müəyyən olunur.  

Ə

məyin  məhsuldarlığı  konkret  əmək növünün vaxt  vahidi ər-

zində az və ya çox məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələ-

nir. Onun səviyyəsinin yüksəldilməsi vaxt vahidi ərzində istehsal edi-

lən məhsulun kəmiyyətcə çoxaldılması və yaxud məhsul vahidinin is-

tehsalına sərf olunmuş vaxtın miqdarının azaldılması ilə mümkündür. 

Əmək məhsuldarlığının artmasının əhəmiyyəti, hər şeydən əvvəl, 

onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, ictimai sərvəti ar-

tırmağın başlıca şərti kimi çıxış edir. Məlumdur ki, istehsalın həcmi 

ya  işləyənlərin  sayını  çoxaltmaq  yolu  ilə,  ya  da  mövcud  işçilərin 

əmək məhsuldarlığını yüksəltmək yolu ilə artırıla bilər. Əmək məh-

suldarlığının yüksəldilməsi milli gəlir kütləsinin artırılması və əhali-

nin maddi rifah halının yaxşılaşdırılmasının başlıca və həlledici amil-

lərindən biri hesab edilir. 

Müəssisə və ya firma iqtisadiyyatı üçün əhəmiyyəti və rolu baxı-

mından  əmək  məhsuldarlığının  yüksəldilməsi,  istehsal  həcminin  ge-

nişləndirilməsilə  yanaşı,  onun  məhsulunun  dəyərini  ucuzlaşdırır  və 

keyfiyyət göstəricilərini yüksəldir.  

Əmək məhsuldarlığının yüksəldilməsi əmək şəraitinin yaxşılaşdı-

rılması üzrə işləri ön plana çəkir, iş gününün qısaldılmasına əsas ya-

radır.  ş şəraitinin yaxşılaşdırılmasının həm sosial və həm də iqtisadi 

əhəmiyyəti  var,  çünki  bu,  bir  tərəfdən  işçilərin  təkrar  istehsalına  və 

sağlamlığının qorunmasına təminat verirsə, digər tərəfdən isə onların 

əmək məhsuldarlığını daha da yüksəltmək üçün səylərini artırmaları-

na ciddi surətdə təsir göstərir. 

Ə

mək  məhsuldarlığının  artım  tempi  orta  əmək  haqqının  ar-

tım  tempinə  nisbətən  daha  yüksək  olmalıdır.  Bu, geniş təkrar is-

tehsal prosesinin zəruri şərtidir. Əmək məhsuldarlığının yüksəldilmə-

si nəticəsində əmək haqqı məsrəflərinə qənaət olunması, istehsal həc-

minin  artırılması  və  istehsal  gücündən  istifadənin  yaxşılaşdırılması 

hesabına  məhsul  vahidinə  düşən  şərti  sabit  xərclərin  azaldılması  ilə 

məhsulun maya dəyərini aşağı salmağa imkan verir. Mütərəqqi texni-

kanın tətbiqi nəticəsində əmək məsrəflərinin azalması, adətən, maddi 

ehtiyatlara qənaətlə müşayiət olunur ki, bu da bütün xərc maddələri 

üzrə məhsulun maya dəyərinin aşağı düşməsi ilə nəticələnir.  



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə