Telman hüseynov azərbaycan Respublikasının əməkdar iqtisadçısı, iqtisad elml



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə48/214
tarix16.11.2017
ölçüsü4,72 Mb.
#10605
1   ...   44   45   46   47   48   49   50   51   ...   214

Telman Huseynov 

 

130



birləşdirilməsi, başqa sözlə, təmərküzləşdirilməsi yolu ilə səmərəli şə-

kildə  xammalın  ardıcıl  emalına  nail  olmaq  və  onun  (xammalın)  sub-

stansiyasına daxil olan bütün faydalı komponentləri ayırmaqla – müx-

təlif iqtisadi təyinatlı – məhsullar istehsalını təmin etmək mümkündür. 

Kombinələşmənin  özünəməxsus  xarakterik  cəhətlərindən  biri  də 

ona daxil olan müəssisələrin texniki-iqtisadi vəhdətidir. Bu o demək-

dir ki, kombinata daxil olan müxtəlif müəssisələrin istehsal gücləri öz 

ölçülərinə görə uzlaşdırılmış olur, məhsulun nomenklaturası və keyfiy-

yətinə görə isə bir-birilə analoq təşkil edirlər; buraxılan məhsullar eyni 

mənşəli  xammaldan  istehsal  olunduqlarından  onların  fiziki-kimyəvi 

xassələri də biri-birindən ciddi surətdə fərqlənmir. 

Kombinələşmə  müxtəlif  istehsal  profilli  müəssisələrin  eyni  əra-

zidə  birləşdirilməsinə  əsaslandığından  onların  enerji,  su,  buxar  və 

qaz təchizatı vahid sistemə daxil olur, nəqliyyat xidməti mərkəzləşdi-

rilmiş qaydada təşkil edilir, onlara eyni köməkçi təsərrüfatlar xidmət 

göstərə bilirlər və s. 

Qeyd etmək lazımdır ki, kombinələşmənin əsas şərti, artıq qeyd 

edildiyi kimi, müxtəlif profilli istehsalların eyni bir məkanda tə-

mərküzləşdirilməsi olsa da, həmin «müxtəlif istehsalların» özləri-

nin ixtisaslaşş istehsallar olmaları şəraitində kombinələşmənin 

səmərəli  təşkilinə  və  yüksək  təsərrüfat  nəticələrinə  daha  çox  tə-

minat verə bilərlər. 

Elmi-texniki  tərəqqi,  xüsusilə  onun  kimyalaşdırma,  elektrikləşdir-

mə, mexanikləşdirmə və avtomatlaşdırma istiqamətləri kombinələşdir-

mə üçün daha böyük imkanlar açır, onun texniki-iqtisadi göstəricilə-

rini daha mütəhərrik edirlər. 

Elmi-texniki tərəqqinin kimyalaşdırma istiqaməti texnologiya-

sında  kimyəvi  və  fiziki-kimyəvi  emal  əməliyyatlarının  üstünlük 

təşkil etdiyi sənaye sahələrində, kombinələşmə üçün daha əlverişli 

imkanlar  yaradır.  Belə  sahələrdən  kimya,  metallurgiya,  neft  emalı, 

neft-kimya, qaz, meşə, yüngül və yeyinti sənaye sahələrini göstərmək 

olar. Digər tərəfdən elmi-texniki tərəqqinin mexanikləşdirmə və avto-

matlaşdırma  istiqaməti  kombinələşmə  üçün  səciyyəvi  olan  texnoloji 

müxtəliflikləri konstruksiyalarına görə mürəkkəb istehsal avadanlıqla-

rında  təmərküzləşdirə  bilir.  Əgər  belə  demək  mümkündürsə,  əmək 

predmetinin emalında çoxsaylı, lakin mahiyyətinə görə həmcins əmə-



Fəsil 6. Firmada kombinələşdirmə  

 

131



liyyatları icra edən avadanlıqlar «kombayn»larla əvəz olunurlar. Bütün 

bunlar isə, şübhəsizki elektrikləşdirməsiz qeyri-mümkündür. 

Xammalın kompleks emalına əsaslanan kombinələşdirilmiş isteh-

sallar yalnız o vaxt mümkündür ki, texnoloji mərhələnin hər biri üçün 

mükəmməl texniki işləmələr mövcud olsun və onların tətbiqi texniki 

cəhətdən heç bir çətinlik törətməsin. Yaxud, əgər yaranmış tullantıla-

rın utilləşdirilməsi (faydalı edilməsi) üçün müvafiq texnologiya möv-

cuddursa, onda həmin kombinatda emal edilən xammal – əgər həmin 

istehsalda təşkilati itkilərə yol verilmirsə – son faydalı komponentinə 

qədər emal oluna bilir. Belə halda, istehsala daxil olan xammal öz 



çəkisinə görə istehsaldan çıxan hazır məhsulun çəkisinə bərabə

ola  bilər. Deməli, müəssisənin kombinələşdirilmiş müəssisə olması, 

istifadə  edilən  xammalın  tam  dərinliyinə  qədər  emal  olunması  üçün 

əsas şərt elmi-texniki nailiyyətlərin həmin istehsalın bütün mərhələ-

lərini əhatə edə bilməsidir. 



3. Müxtəlif sənaye sahələrində kombinələşdirmənin xüsusiyyətləri 

 Kombinələşmə və bunun əsasında kombinatların yaradılması sə-

nayenin bir sıra sahələrində geniş vüsət almışdır. Belə sənaye sahələ-

rindən,  artıq  qeyd  olunduğu  kimi,  metallurgiya,  kimya,  yeyinti  və 

ağac emalı sənaye sahələrini göstərmək olar.  

Kombinələşdirmə  sənayenin  ən  böyük  sahələrindən  olan  hasil-

edici sənayedə, daha dəqiq desək, hasiledici sənayeyə daxil olan sa-

hələr  arasında  mümkün  deyildir.  Çünki  kombinələşmənin  həlledici 

şərti olan müxtəlif sənaye sahələrinin birgə səyi ilə «xammalın ardı-

cıl emalı» şərti pozulur – «hasiledici» anlayışı ilə «xammalın ardıcıl 

emalı»  anlayışları  bir-birini  inkar  edir,  «emaledici»  və  «hasiledici» 

sənayelər arasındakı prinsipial texniki-texnoloji fərqlər silinir; hasil-

edici sənaye firması eyni zamanda emaledici firma ola bilməz . 

Doğrudur,  hasiledici  sənaye  sahələrindən  olan  dağ-mədən  səna-

yesində,  məsələn,  filiz  zənginləşdirmə  kombinatları  fəaliyyət  göstə-

rir.  Lakin  burada,  ümumiyyətlə,  xammalın  emalından  söhbət  gedə 

bilməz, o, filizi emal etmir, emal üçün hazırlayır; mexaniki qarışıq-

lardan azad etməklə zənginləşdirir.  

Hasiledici və emaledici sənaye sahələri arasında kombinələşməyə 

gəlincə, göstərmək lazımdır ki, bu sahələrə aid müəssisələr arasında 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   214




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə