Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə29/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   25   26   27   28   29   30   31   32   ...   97

63 
 
Cuçen  öz  işğalını  Yantszının  arxasına  qədər  genişləşdirə  bilmədi.  Huay  Ho 
vadisi  öz  qol  axınları  və  bataqlıqları  ilə  süvari  əməliyyatlarını  çətinləşdirirdi.  Onlar 
üçün  iqlim  də  çox  isti  və  rütubətli  idi.  Həm  də  onlar  uzağa  getdikcə  daha  güclü 
müqavimətlə rastlaşırdılar. Bu zonalar məhsuldarlığı və sıx əhalisi ilə ölkənin aparıcı 
qüvvəsi olduğundan, burada müdafiə qabiliyyəti də yüksək idi. 
Şimali  Sunun  süqutunun  əksinə  konfutsiçi  loyallıq  qalırdı.  Zaman  keçdikdən 
sonra  həm  mülki,  həm  də  hərbi  adamlar  taxt-taca  iddia  edən  Kao  Tsuna  tərəf 
döndülər. O. keçmiş imperator Hui Tsunun yeganə oğlu idi. Kayfendə olmadığından 
əsirliyə düşməkdən özünü qorumuşdu. 
Cənubi Sunun banisi kimi Kao Tsun özünü uzun müddətli (1127-1162-ci illər) 
hökmranlığa həsr etdi, o, parçalanmış hissələri bir yerə yığmaq kimi ağır bir işi yerinə 
yetirməli  idi.  O,  gəlir  resurslarını  qoruyub  saxladı  və  mərkəzləşdirilmiş  nəzarəti 
gücləndirdi.  Keçmişi  tərifləməklə,  öz  əcdadlarına  təxəyyül  yolları  çəkməklə,  islahat 
sisteminin əleyhinə qalmaqda davam edən mühafizəkarların xoşuna gəldi. Miras kimi 
qəbul etdiyi sistemi əslində bir qədər təkmilləşdirdi. O, marionet imperatorlara xidmət 
göstərməkdən imtina edən alim məmurları şərəfləndirdi, onun birləşdirmə siyasəti ilə 
razılaşmalarına  görə  isə  bir  çox  başqalarını  da  xidmətə  götürdü.  Şəhər  vergiləri 
artırıldı, onları toplamaq isə kənd vergilərini yığmağa nisbətən asan idi.  
Ardıcıl inkişaf hesabına Cənubi Sun qəti olaraq Şimali Sundan varlı oldu. Onun 
paytaxtı  dənizə  yaxın  idi.  Çin  imperiyaları  arasında  bu  hadisə  yeganə  hal  idi, 
beynəlxalq  ticarət  böyüsə  də,  ölkə  heç  də  dənizə  istiqamətlənmiş  deyildi.  Kao  Tsun 
fasilələrlə  davam  edən  Cuçenin  şimaldan  həmlələrinə  qarşı  müdafiə  postları 
yaratmışdı  və  bu  vaxt  uzaq  qərbə  və  digər  strateji  ərazilərə  yaxın  olan  daxili 
torpaqlarda imperial hakimiyyəti bərpa etməyə çalışırdı. 
Hərbi  qüvvələrə  olan  adekvat  ehtiyac  da  az  əhəmiyyət  daşımırdı.  Hərbi 
cəhətdən zəif, lakin maliyyə cəhətdən güclü olduğundan o, fəaliyyətdə olan müxtəlif 
bandalara  sülh  təklif  etdi.  Hökumət  onlara  müntəzəm  qoşun  növü  kimi  böyük 
ehtiyatları  ilə  qanuni  qüvvə  statusu  verdi  və  yerli  işlərdə  onların  kiçik  sui-
istifadələrinə  də  barmaqarası  baxırdı.  Beləliklə,  imperial  qüvvələr  şişdi  və  daxili 
təhlükəsizlik  problemi  əsasən  həll  edildi.  Saray  bu  vaxt  həmin  ordulara  nəzarəti 
artırdı, bu da Cuçen ilə müharibə və ya sülhün nəticəsindən ötrü kənar bir məsələ ola 
bilməzdi.  Kao  Tsun  müharibəni  təxirə  salmaq  istəmirdi,  lakin  o,  daha  çox  öz 
səltənətinin təhlükəsizliyinin qayğısına qalırdı. O, başa düşürdü ki, müharibə ağır xərc 
və  həm  də  müəyyən  şəraitdə  məğlubiyyət  riski  tələb  edir.  Hiyləgər  imperator  iddia 
üçün qəbul edilmiş şərti də tapdı, o, anasının əsirlikdən qaytarılmasına çalışırdı. Bunu 
heç  bir  konfutsiçi  inkar  edə  bilməzdi.  1141-ci  ildə  dramatik  böhran  baş  verdi.  Sülh 


64 
 
bağlamaq danışıqları ərəfəsində o, öz komandanlığının üç aparıcı generalını vəzifədən 
azad etmək qərarına gəldi. Generallar xidmətlərinə görə mükafat bəhanəsi ilə paytaxta 
çağırıldı, onlar hərbi komissionerlərə yüksəldilər. Bu vaxt onların qoşunları yenidən 
birbaşa  imperial  nəzarətdə  olan  ayrıca  qüvvə  kimi  təşkil  edildilər.  İki  general  bu 
nominal şərəflə və pensiya almağa razılaşdı. Lakin üçüncü general sülh danışıqlarını 
açıqca  tənqid  etdi.  O,  yüksək  xəyanət  ittihamı  ilə  ölüm  cəzasına  məhkum  edildi. 
Sonralar  həmin  adam böyük  əfsanə  mövzusuna çevrildi.  Həmin  vaxt  isə  ancaq  onun 
məhv edilməsi saray üçün bütöv daxili və xarici təhlükəsizlik əlaməti idi.  
Hətta sakitlik baş verəndə də, idealist konfutsiçilərin çoxu saray siyasəti üçün 
potensial  olaraq  həlledici  əhəmiyyət  daşıyırdı.  Kao  Tsun  qəti  olaraq  istefa  verməyi 
qərara  aldı  və  işləri  özünün  götürmə  oğlu  olan  vəliəhdə  verdi.  Lakin  taxt-tacın 
arxasından  işləri  öz  nəzarəti  altında  saxlayırdı.  Yeni  imperator  Hsiao  Tsun  (1163–
1189-cu  illərdə  hökmranlıq  etmişdi)  idealistlərə  rəğbət  bəsləyirdi,  onların  bəzilərini 
saray  mövqelərinə və komandan vəzifələrinə  təyin etmişdi.  Çünki saraydakı  çevriliş 
və Cuçen imperiyasında, xüsusən də bir qədər əvvəl işğal edilmiş hissələrdə baş verən 
iğtişaş müharibəyə başlamaq qərarını verməyə gətirib çıxardı. İlkin Sun hücumu ağır 
itkilərlə dəf edildi, lakin qəflətən baş verən vuruşlar iki ilə qədər davam etdi və 1165-
ci  ildə  mühüm  dəyişikliklər  yeni  sülh  formulası  ilə  nəticələndi.  Vassal  dövlət 
vəziyyəti ləğv edildi və Sun Cuçenlə bərabərə yaxın olan bir əsas əldə etdi.  
1187-ci  ildə  Kao  Tsunun  ölümündən  sonra  Hsiao  Tsun  da  istefa  ənənəsini 
davam  etdirdi. Onun oğlunun qısa, dörd illik  hakimiyyəti  dövründə beynəlxalq  çülh 
qorunub  saxlandı,  lakin  1205-ci  ildə,  onun  nəvəsinin  hakimiyyəti  dövründə  yenidən 
pozuldu. Cənubi Çin yenidən şimala tərəf kampaniyaya başladı.  
Cuçen  çinli  üslubda  olan  öz  Çin  imperiyasını  yaratmaqla  ölkənin  geniş 
əkinçilik coğrafi regionunu işğal etmişdi. Burada çinli əhali çoxluq təşkil edirdi. Öz 
imperiyalarında  onlar  kiçik  azlığa  malik  olduqlarından  tayfa  başçıları  daim 
müharibəyə hazır olan nizami ordu saxlayırdılar. Hərbi xidmətdə Cuçen dili saxlanırdı 
və  heç  bir  çinli  dəbindəki  adlara,  paltara  və  ya  adətlərə  icazə  verilmirdi.  Çinlilərin 
hökumətdə də iştirak etməsinə yol verilmirdi. Cuçenin cəhdlərinə baxmayaraq zaman 
çoxluq mədəniyyətinin tərəfində idi və tədricən ağalıq edən azlığı absorbsiya edirdi. 
Tayfa başçıları xüsusən uzun sülh dövrlərində çinli həyat tərzinə aludə olurdular.  
İqtisadi cəhətdən Cuçen çinlilərlə müqayisə oluna bilməzdi. Bəzi hallarda xeyli 
cuçen çinli torpaq sahiblərinin icarəçisinə çevrilirdi, bəziləri hətta pauper vəziyyətinə 
düşürdü. Onların iqtisadi tənəzzülü sosial münasibətləri də dəyişdirirdi. Şəraitdən asılı 
olaraq  onlara  çinlilərlə,  özü  də  adətən  özlərindən  varlı  olanlarla  nikah  bağlamağa 
icazə verilirdi. Onların hərbi gücü də zəifləməyə başladı. «Yüzlərin» kapitanı bəzən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə