Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə37/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   33   34   35   36   37   38   39   40   ...   97

82 
 
etdi. Lakin həmin tədbir uğursuz olurdu. Çünki qadağanın özü bununla məşğul olan 
məmurların və əsgərlərin korrupsiyasına şərait yaradırdı. Ona görə də yerli tədbirlər 
vasitəsilə tiryək məsələsini həll etmək mümkün deyildi.  
XIX əsr başlandıqda tiryək qaçaqmalçılarının başlıca vasitəsi  – kompaniyanın 
lisenziyası  ilə  Asiya  daxilində  ticarət  aparmağa  icazə  verilənlər  yalnız  ölkənin  öz 
tacirləri  idi.  Kompaniyanın  himayəsi  olmadan  onlar  Çində  özlərinin  tiryək  bazarını 
yaradırdılar.  Onlar  Çindəki  tiryək  qadağasına  məhəl  qoymurdular  və  tədricən  Çin 
qanunlarını  və  ümumi  qaydaları  pozmağa  başladılar,  çünki  pul  qazanmaqdan  başqa 
heç nə barədə düşünmürdülər.  
İngiltərə parlamenti 1834-cü ildə Şərqi İndiya Kompaniyasının inhisarını ləğv 
etdikdən sonra, Uilyam Con Napier Çində Britaniya ticarətinə nəzarətin başçısı təyin 
edildi və o, Kantona gəldi. O, Çin hakimiyyəti ilə danışıqlar aparmağa cəhd etdi, lakin 
onun missiyası uğursuzluğa uğradı.  
1836-cı  ildə  imperator  antitiryək  kampaniyasını  aparmaq  üçün  imperial 
komissioner vəzifəsinə radikal vətənpərvər olan Lin Tse-hsunu təyin etdi. 1839-cu ilin 
martında Kantona gəldikdən sonra o, 20 min qutu tiryəki müsadirə edib, məhv etdi. 
Çinlilərlə britaniyalılar arasında sentyabrdan sonra toqquşma başlandı.  
1840-cı ilin fevralında Britaniya hökuməti Çinə ekspedisiya göndərməyi qərara 
aldı. İyunda 16 Britaniya hərb gəmisi Honkonqa gəlib, şimala tərəf üzməyə başladı. 
1841-ci ilin mayında britaniyalılar divarlarla əhatə olunan Kantona hücum etdilər və 6 
milyon  dollar  məbləğində  bu  həmlədən  azad  olunmağa  görə  pul  aldılar.  Lakin  belə 
hadisə  Kanton  sakinlərinin  bir  hissəsinin  əks-hücumunun  meydana  gəlməsinə  səbəb 
oldu.  Bu,  britaniyalılarla  Kanton  sakinləri  arasında  davam  edən  münaqişənin 
başlanğıcı oldu.  
Tsin  Britaniyanın  güclü  donanmasına  qarşı  heç  bir  səmərəli  taktikaya  malik 
deyildi. Onlar  düşmən donanması  üzərinə  gedən  yanan  körpücüklər düzəldirdilər  və 
adamları  düşmənin  dənizçilərini  ələ  keçirməyə  həvəsləndirirdilər,  bunun  üçün 
mükafat da təklif edirdilər. Yaşıl ştandart qoşunları düşmənlə vuruşmaqdan daha çox 
mülki adamları təşkil etməyə yarayırdı. Britaniyalılar elan etdilər ki, onların məqsədi 
xalqı  təhqir  edən  dövlət  qulluqçuları  ilə  və  əsgərlərlə  vuruşmaqdır,  heç  də  Çin 
əhalisinə  qarşı  müharibə  aparmaq  deyildir.  Həqiqətən  də  hökumətlə  xalq  arasında 
dərin  uçurum  var  idi  və  britaniyalılar  bundan  asanlıqla  fayda  götürə  bilərdilər.  Tsin 
cəmiyyətinin zəifliyi isə müharibə böhranında aydın görünməyə başladı. 1842-ci ilin 
mayında  britaniyalılar  Şanxayı  və  digər  iki  şəhəri  tutdular.  Nankin  isə  üç  ay  sonra 
təslim oldu və Nankin müqaviləsi ilə sülh bərpa olundu.  


83 
 
Nankin müqaviləsinin başlıca faydası Honkonqun Britaniyaya verilməsi və beş 
limanın onun ticarəti üçün açılması  oldu. Həm də  Çin  21 milyon dollar məbləğində 
təzminat  verməli  idi.  Bu,  Çinlə  ilk  toqquşmanın  nəticəsi  oldu  və  britaniyalılar  üçün 
ticarət və kommersiya «sivilizasiyanın həqiqi heraldikasına» çevrildi.  
Bundan  sonra  Çin  Birləşmiş  Ştatlarla  və  Fransa  ilə  müqavilə  bağladı.  Bu 
müqavilələr  həmin  ölkələrə  ən  xoş  münasibət  bəslənilən  millət  ləyaqətinə  xas  olan 
qaydada  imtiyazlar  verdi.  Bütövlükdə  isə  bunlar  Çinin  tarixi  muxtariyyətinin 
itirilməsinə,  həmin  ölkələrin  eks-ərazi  hüququndan-  kapitulyasiyadan  istifadə 
etmələrinə  və  missionerlərin  sərbəst  hərəkəti  üçün  sonrakı  şər  işlərə  də  yollar  açdı. 
Lakin  Kantonda  britaniyalıların  şəhərə  daxil  olmasına  qarşı  narazılıqlar  baş  verdi. 
Britaniyalılar  nəticədə  güzəştə  getdilər  və  əcnəbilər  əleyhinə  olan  mübarizə  qalib 
gəldi.  Baxmayaraq  ki,  faktiki  olaraq  Pekin  sarayı  «müvəqqəti  daxil  olmağa»  icazə 
vermişdi.  
Tsin  nümayəndələri  britaniyalıların  və  fransızların  tələblərini  icra  etməkdən 
başqa bir çıxış yoluna malik deyildilər. Rusiya və amerikan diplomatları da həmçinin 
imtiyazlar  əldə  etdilər.  1860-cı  ildə  müttəfiq  qüvvələr  Pekinə  müdaxilə  etdilər, 
imperator Hsien-feni (1851-1862-ci illərdə hökmranlıq etmişdi) paytaxtdan qovdular. 
İmperatorun kiçik qardaşı prints Kun danışıqlar aparmaq üçün imperial komissioneri 
təyin edildi. Britaniyalılar oktyabrda məşhur Yay sarayını məhv etdilər.  
1841-ci  ildə  kantonluların  müqavimətindən  sonra  Kvantunda  kiçik  torpaq 
sahibləri daha mütəşəkkil anti-əcnəbi hərəkata başladılar. Kanton şəhəri də həmçinin 
ksenofabiyanın  yayılmasının  mərkəzi  oldu,  ona  görə  də  şəhərin  böyük 
akademiyalarının  alimləri  Konfutsi  nəzəriyyəsinə  əsaslanaraq  elan  etdilər  ki, 
mədəniyyətsiz  barbarlar  şəhərdən  qovulmalıdırlar.  Kantonlular  öz  vətənlərini 
qorumaq  üçün  barbarlarla  mübarizəyə  qalxdılar.  Britaniya  konsulu  vuruşmaq  üçün 
Kantona donanma göndərdi. Fransız qüvvələri bu riskli işdə onlara qoşuldular. Ruslar 
və amerikanlar bundan imtina etsələr də, diplomatik manevrlər üçün nümayəndələrini 
göndərdilər. 1857-ci ilin sonunda ingilis-fransız qüvvələri Kantonu işğal etdilər. 
Şərqi  Sibir  qubernatoru  olan  Nikolay  Muravyov  1858-ci  ildə  Tsin  generalına 
təzyiq etdi ki, Ayqun müqaviləsini imzalasın. Bu sənədlə Amurun şimal sərhədindəki 
ərazi  Rusiyaya  verilirdi.  Lakin  Pekin  müqaviləni  ratifikasiya  etməkdən  imtina  etdi. 
İngilis-fransız  müttəfiq  qüvvələri  1860-cı  ildə  Şimali  Çinə  hücum  edəndə,  Rusiya 
diplomatı  İqnatyev  Çinin  dostu  kimi  hərəkət  etdiyindən,  müttəfiqlər  tezliklə  Pekini 
tərk edəndə, Çinlə Rusiya arasında yeni Pekin müqaviləsi Ayqun müqaviləsini təsdiq 
etdi və Ussuri çayı ilə dəniz arasındakı ərazi də Rusiyaya çatdı.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə