Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə40/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   36   37   38   39   40   41   42   43   ...   97

88 
 
və ksenofaobiya qiyamın başlanmasına səbəb oldu. 1882-ci ildə qiyam başçısı kraliça 
Mini  və  onun  əyanlarını  sürgün  etdi  və  yapon  diplomatik  missiyasının  binasını 
yandırdı. Tsin Koreyaya ordu göndərib, qiyam başçısını həbs etdi və kralın Yaponiya 
ilə  müqavilə  bağlamasını  təkid  etdi.  Beləliklə,  suverenlik  üstündə  Tsinin  iddiası  bir 
daha özünü göstərdi.  
1895-ci  ilin  fevralında  Yaponiyaya  gələn  çinli  elçi  aprelin  17-də  Şimonoseki 
sülh müqaviləsini imzaladı, sənədin başlıca mövzusu Koreyanın müstəqilliyinin etiraf 
edilməsi idi.  
Rusiyanın, Almaniya və Fransanın Yaponiyaya birgə müdaxiləsindən bilavasitə 
sonra,  1896-cı  ildə  Rusiya  Yaponiyaya  qarşı  Çinlə  məxfi  müttəfiqlik  müqaviləsi 
imzaladı.  Bu  sazişə  əsasən  Rusiya  Şimali  Mancuriyadan  keçən  Çin  Şərqi  Dəmir 
yolunu tikmək hüququnu əldə etdi. 1897-ci ildə almanlar Çiao-çou körfəzini tutdu ki, 
əyalətdə  iki  dəmir  yolunu  tikmək  hüququnun  onlara  verməyə  Çini  məcbur  etsin. 
1898-ci  ilin  martında  Rusiya  Port  Arturu  işğal  etdi  və  əlavə  iki  limanı  icarəyə 
götürməyi əldə etdi, həm də onları Çin Şərqi Dəmir yolu ilə birləşdirən dəmir yolunun 
tikintisini də öz üzərinə götürmək hüququna yiyələndi. Çin məcbur edildi ki, Yantszı 
vadisinin  Britaniyanın  təsiri  altında  olmasını  tanısın.  İmkandan  vaxt  itirmədən 
yararlanan  Yaponiya  Fukien  əyalətini  öz  təsiri  altına  keçirdi.  Fransa  isə  Kuan-çou 
körfəzini  icarəyə  götürdü  və  üç  cənubi-qərbi  əyaləti  öz  təsir  zonasına  çevirdi. 
Beləliklə, Çin parçalanmaq həddində idi.  
Özünü  möhkəmləndirmək  hərəkatının  tərəfdarları  hər  bir  institutsional  və  ya 
ideoloji  dəyişikliyi  faydasız  olan  kimi  qiymətləndirirdilər.  Lakin  1885-ci  ildən  sonra 
bəzi aşağı dərəcəli məmurlar və komprador intellektuallar institutsional islahatları və 
parlamentin  yaradılmasını  vurğulamağa  başladılar.  Həm  də  onlar  Pekin  sarayına  və 
yüksək  məmurlara  islahatın  ümumilikdə  vaicibliyinin  Çin  klassiklərinə  əsaslandığını 
sübut etməli idilər.  
Görkəmli  islahat  lideri  və  ideoloqu  Kan  Yu-vey  (1858-1925-ci  illər) 
islahatçılığı  klassiklər  üzərində  qurmuşdu.  Tarixdə  dəyişikliyin  vacib  olduğunu 
göstərmək  üçün  Konfutsi  və  Buddizm  kanonlarından  istifadə  edilmişdi,  bunlara 
müvafiq  olaraq  islahat  zəruri  idi.  Digər  mühüm  islahatlar  isə  insan  haqlarını  və 
müstəqilliyi vurğulayırdı, onlar sonralar Qərb fəlsəfəsinin təsiri altında insan haqları 
məsələsinə və millətçiliyə tərəf dönmüşdülər. 
1895-ci ilin aprelində davam edən müharibədə yaponların qələbəsinin qaçılmaz 
olduğu  meydana  çıxdıqda  Kan  institutsional  islahatı  müdafiə  etməyə  başladı.  O  və 
digər  islahatçılar  milli  özünü  möhkəmləndirməni  öyrənmək  cəmiyyətləri  yaratdılar. 
1898-ci  ilin  aprelində  Pekində  himayə  edən  dövlət,  millət  və  milli  din  şüarı  altında 


89 
 
Milli  Himayə  Cəmiyyəti  quruldu.  Kan  imperator  Kuan-hsüyə  (1875-1908-ci  illərdə 
hökmranlıq  etmişdi)  əsaslı  islahatlar  keçirmək  məqsədilə  qalib  gəldi  və  axırıncı 
tələsik  radikal  islahatlara  başladı.  Bu,  100  gün  davam  etdi.  İslahat  hərəkatı  heç  bir 
praktiki  nəticə  əmələ  gətirmədi.  Nəticədə  mühafizəkarlar  reaksiya  vermək  üçün 
provokasiya  edildilər.  21  sentyabrda  imperator  həbs  nəzarəti  altına  salındı  və  dul 
imperatriçə  inzibatçılığı  ələ  keçirdi.  O,  islahat  hərəkatına  son  qoydu.  İslahatçılar  isə 
tam  mühafizəkar  olan  dul  imperatriçəni  hakimiyyətdən  uzaqlaşdırmaq  üçün  qəsd 
hazırlamışdılar  və  onun  üstü  açıldıqda,  mühafizəkarlar  bundan  istifadə  edib,  əslində 
sarayda çevriliş etdilər.  
1896-1898-ci  illərin  böhranı  Şandunda  əcnəbilər  əleyhinə  olan  iğtişaşa  səbəb 
oldu.  Mömin  və  Harmonik Yumruqlar  adlanan  qrup səhnəyə  çıxdı,  onlar  sirrli  boks 
sənətinin heç də kövrək bir iş olmadığına inanırdılar. Qrupa başçılıq işi ümumən Ağ 
Lotos  cəmiyyətinin  əlində  idi,  bu  isə  Taypin  müharibəsi  illərində  yaradılmışdı. 
Boksçular  (onlar  Qərbdə  belə  adlanırdılar)  almanların  Şandunda  irəliləməsindən 
qalxan  güclü  anti-əcnəbi  hissi  dalğasında  öz  üzvlərinin  sayını  artırmışdılar.  Bura 
üzvlər  əsasən  kəndlilər  sırasından  gəlirdi.  Üstəlik,  Boksçuların  genişlənməsi  Şimali 
Çindəki təbii fəlakətlə də sıx bağlı idi. 1895-ci ildən sonra Huan Honun demək olar 
ki, hər il daşması, 1899-1900-cu illərdə Şimali Çinə quraqlığın hücumu nəhəng sayda 
aclıq çəkən adamlar ordusu yaratmışdı.  
1899-cu  ildə  meydana  çıxan  Boksçuların  bir  hissəsi  «Tsini  və  əcnəbiləri 
dayandırmağa  dəstək»  şüarı  altında  saraya  girmək  imkanı  qazanmaq  üçün  hərəkət 
etdilər.  Nəticədə,  1900-cu  ilin  mayında  Tsin  hökuməti  öz  siyasətini  dəyişdi  və 
Boksçulara gizlincə dəstək verdi.  
Boksçular  tərəfindən  xarici  ölkə  missiyalarının  mühasirəsi  20  iyunda 
başlanmışdı, bir gün sonra imperatriçə əyalət qubernatorlarının düşmənçilikdə iştirak 
etməsi bəhanəsi ilə müharibə elan etdi.  
İki  min  adamdan  ibarət  beynəlxalq  kömək  Tientsindən  Pekinə  yollandı,  lakin 
yolda  müqavimət  göstərilən  Boksçular  geri  qayıtmağa  məcbur  oldular.  Əcnəbi 
hakimiyyətlər  bu  dəfə  19  min  nəfərlik  qoşun  göndərdilər.  Qoşun  Pekinə  girib,  15 
avqustda şəhəri tutdu. İmperatriçə və imperator Siana qaçdılar.  
Antixristian mübarizənin sıralarından inkişaf edən Boksçu irəliləyişi sadəlövh, 
ancaq  qəddar  olmaqla  əcnəbilərə  məxsus  olan  hər  şeyi  məhv  edirdi.  Adamlar 
inanmışdı  ki,  onların  bədbəxtliklərinin  əsas  mənbəyi  məhz  əcnəbilərdir.  İğtişaş 
vətənpərvərlik və milli çinli hərəkatının bir sıra cəhətlərinə malik idi. Digər bucaqdan 
baxdıqda  isə  Boksçular  fanatizmə  yuvarlanmışdılar  və  çox  sayda  kiçik  liderlərə 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə