Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   39   40   41   42   43   44   45   46   ...   97

94 
 
iki ardıcılı monarxiya əleyhinə hərəkətə başladı. Hərbi qiyamlar baş verdi. İnqilabçı 
generallar Yuandan öz planını ləğv etməyi tələb  etdilər. O, bunu etməyəndə Yunnan 
ordusu  Szeçuana  və  Kunasiyə  müdaxilə  etdi.  Yapon  hökuməti  Sunu  və  Yunnan 
liderlərini fondlarla, silah və sursatla təmin etdi. Mart ayından üsyan ciddi ölçülər aldı 
və ictimai rəy güclü qaydada Yuana qarşı çevrildi.  
Yuanın birbaşa tabeliyində olan iki general, onlardan biri Tuan idi, əleyhdarlara 
qoşuldu. Onlara kömək üçün müraciət etdikdə, hər ikisi özünü xəstəliyə vurdu. Martın 
22-də geniş dönüş başlandıqda, Yuan yeni imperiyanın ləğv edilməsini elan etdi. Ona 
müxalif olanlar isə tələb etdilər ki, prezidentlikdən də əl çəksin. Üsyan genişlənməkdə 
davam edirdi, daha çox sayda hərbi lider öz əyalətlərini müstəqil elan edirdilər. Nəticə 
Yuanın istirahətə yollanması kimi bir uğura çevrilməli idi. Lakin prezident ciddi xəstə 
idi və 6 iyunda 56 yaşında öldü.  
Yuanın dörd ili Çin üçün ciddi nəticələrə səbəb oldu. Ölkənin xarici borcu xeyli 
artmışdı, borcların siyasi məqsədlər üçün alınması qaydası qoyulmuşdu. Ölkə rəqabət 
aparan parçalanmış hərbi satrapiyalapa çevrilmişdi, bu müharibə ağalığının başlanğıcı 
idi. Çin adda respublika olsa da, onun yalnız hərbi gücə əsaslanmaqla idarə edilməsi 
bir siyasi reallıq idi. 1912-ci ildə parlament Tuanı baş nazir təyin etdi.  
1917-ci  ilin  fevralında  amerikan  hökuməti  Almaniya  ilə  münasibətləri 
sərtləşdirdi  və  Çin  də  daxil  olmaqla  neytral  dövlətləri  eyni  qaydada  hərəkət  etməyə 
dəvət  etdi.  Bu,  Çin  hökuməti  ilə  münasibətdə  böhrana  səbəb  oldu.  Sun  Yatsen 
Şanxayda sübut edirdi ki, müharibəyə daxil olmaq Çinə heç bir fayda verməyəcəkdir, 
üstəlik,  Yaponiyadan  təhlükə  meydana  gələcəkdir.  Ağır  təzyiq  altında  parlament 
Almaniya  ilə  sərt  diplomatik  münasibətlərin  qəbul  edilməsinə  səs  verdi.  Birləşmiş 
Ştatlar  apreldə  I  Dünya  müharibəsinə  girəndə,  Tuan  istəyirdi  ki,  Çin  də  bunu  etsin, 
lakin prezident yenə də buna əks çıxdı. 
Parlament fraksiyaları və ictimai rəy daha pis qaydada parçalandı, general Çan 
Hsünün tələbi ilə parlament buraxıldı. Sonrakı günü Çan öz ordusu ilə (Sulla və Qay 
Yuli Sezar Romaya girən kimi) Pekinə girdi ki, Tsin sülaləsini bərpa etməyə yaxın bir 
iş qursun. O andaca hərbi qubernatorlardan və generallardan Çanı və onun çevrilişini 
məhkum edən teleqram axını daxil olmağa başladı. Vitse-prezident general Li Yuan-
hui prezidentliyi öz üzərinə götürmüşdü və bərpa dekretini imzalamaqdan imtina etdi, 
Tuana  tapşırdı  ki,  respublikanı  bərpa  etmək  üçün  ordunu  paytaxta  gətirsin.  Li  xahiş 
etdi  ki,  vitse-prezident  Fen  böhran  müddətində  prezident  səlahiyyətlərini  öz  üzərinə 
götürsün və özü isə yapon elçiliyində sığınacaq tapdı. Tuan iyunun 14-də Pekini işğal 
etdi.  Çan  sığınacaq  tapmaq  üçün  Elçilər  məhəlləsində  qaldı.  Beləliklə,  imperial 
sistemi bərpa etməyin ikinci cəhdi də uğursuz qaydada başa çatdı.  


95 
 
Fen fəaliyyətdə olan prezident kimi Pekinə gəldi, öz fərdi mühafizəçiləri kimi 
buraya  divizion  gətirdi.  Paytaxtda  ordunun  dəstəklədiyi  iki  qüdrətli  rəqibin  hər  biri 
Fenin  və  Tuanın  başçılığı  altında  iki  güclü  fraksiya  yaratdılar.  Tuan  Çin  bəyanatı 
vasitəsilə  Almaniyaya  müharibə  elan  etdi,  bu  hadisə  1917-ci  ilin  avqustunda  baş 
verdi.  
Bu  vaxt,  iyunda  Sun  Yatsen  Çin  hərbi-dəniz  qüvvələrinin  bir  hissəsinin  və 
parlamentin yüz üzvünün dəstəyi ilə Kantonda rəqib bir hökumət yaratmağa cəhd etdi. 
31  avqustda  Kantondakı  parlament  qanadı  hərbi  hökumət  qurdu  və  Sunu  baş 
komandan seçdi. Ancaq real qüvvə hərbçilərin əlində idi, onlar yalnız nominal olaraq 
Sunu  dəstəkləyirdilər.  Cənub  hökuməti  Almaniyaya  müharibə  elan  etdi  və 
Müttəfiqlərin  onu  legitim  hökumət  kimi  tanımalarına  uğursuz  qaydada  çalışdı. 
Konstitusiyanı himayə edən ordu Pekin hökumətinə qarşı cəza kampaniyasına başladı. 
Tuan cənub müxalifətini qüvvə ilə susdurmağa cəhd etdi, bu vaxt Fen isə məsələnin 
dinc qaydada həllinin tərəfdarı idi. Tuan vəzifədən getdi, öz qüvvəsini və Feni hərbi 
fəaliyyətə cəlb olunmağa məcbur etdi. Sun Kantonu tərk edib Şanxaya qayıtdı. Onun 
cənubda  hökumət  qurmaq  cəhdi  uğursuz  olsa  da,  bu,  Cənubla  Şimal  arasındakı 
parçalanmanı xeyli ləngitdi.  
Məhdud  qaydadakı  iştirakına  baxmayaraq,  Çin  müharibəyə  girməkdən  bir 
qədər  fayda  götürdü,  alman  və  Avstriya  konsessiyalarını  ələ  keçirdi  və  Boksçu 
kompensiyasının  ödənilməmiş  hissəsini  düşmənininki  olduğuna  görə  ləğv  etdi.  Bu, 
ona  həmçinin  Sülh  Konqressində  iştirak  etmək  üçün  yer  verdi.  Yaponiya  isə  ancaq 
Çində  ələ  keçirdiklərini  genişləndirdi.  Tuan  Fenin  istefasından  sonra  Yaponiyaya 
Şandunda,  Mancuriyada  və  Monqolustanda  dəmir  yolu  xətti  çəkməyə  konsessasiya 
vermişdi.  Bu,  Yaponiyaya  90  milyon  dollarlıq  borcun  əvəzi  idi.  1917-ci  ilin 
noyabrında Birləşmiş Ştatlar Yaponiya ilə münasibətdə çətinliklərin üstünə Lansinq-
İşin  sazişi  ilə  girməyi  də  əlavə  etdi,  bu,  «Yaponiyanın  Çindəki  xüsusi  maraqlarının 
əraziyə  bənzər»  olduğunu  əsas  götürürdü.  Belə  saziş  Yaponiyanı  müharibədən  əldə 
etdiyi faydaları yoxa çıxarmaq təsiri bağışlayırdı.  
Çin respublikasının ilk illəri ərzində mühüm iqtisadi və sosial dəyişikliklər baş 
verdi.  1918-ci  ildən  sənayedəki  işçi  qüvvəsinin  sayı  1.750  min  nəfər  kimi 
qiymətləndirilirdi.  Müasir  tipli  Çin  banklarının  sayı  artdı  və  onlar  öz  kapitallarını 
çoxaltdılar. 
Yeni  ziyalılar  ordusu  meydana  gəldi.  Tsinin  son  illərində  təhsil  islahatları  və 
sona çatan hökumət imtahanları ərzində minlərlə gənc adama elmləri – mühəndisliyi, 
tibbi, qanunu, iqtisadiyyyat elmini, müəllimliyi öyrənməyə imkan vermişdi. Digərləri 
Avropaya  və  Birləşmiş  Ştatlara  yollanırdılar.  Onlar  vətənə  qayıtdıqda  mühüm 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə