Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə51/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   47   48   49   50   51   52   53   54   ...   97

110 
 
qarşı  vuruşdular.  1953-cü  ilin  iyulunda  müharibə  başa  çatanda  Çin  döyüş 
diviziyalarının  təqribən  üçdə  ikisi  Koreyada  xidmət  edirdi.  Digər  problemlərə 
gəldikdə,  tibetliləri  güc  vasitəsi  ilə  tabe  etmək  üçün  1959-cu  ildə  orada  üsyan 
provakasiyası yaradıldı.  
1949-1952-ci  illərdəki  dövr  Çində  sovet  təsirinin  dəyişilməsi  ilə  əlamətdar 
oldu.  1949-cu  ilin  dekabrında  Mao  Moskvaya  səfər  etdi  və  1950-ci  ilin  fevralında 
Dostluq, Müttəfiqlik və Qarşılıqlı kömək barədə müqavilə imzalandı. Bir neçə il sonra 
isə  çinlilər  Moskvanı  adekvat  kömək  göstərməməkdə  ittiham  etdilər  və  BMT 
qüvvələri  ilə  Koreyadakı  müharibədə  Sovetlər  onları  tək  qoydular.  Çinə  kömək 
sahəsində Sovetlərin buna hazır olması məsələsinə də artıq şübhə toxumu səpilmişdi. 
 
Çin iqtisadiyyatının qabarması və çəkilməsi 
 
1953-1957-ci  illərdəki  birinci  beşillik  planla  Çinin  sürətli  sənayeləşməsi 
başlandı.  Torpaq  islahatı  da  artıq  həyata  keçirilirdi.  1953-cü  ildən  kooperativlər 
adlanan  kiçik  kollektivlər  yaranmağa  başladı.  Torpaq  kəndlilər  arasında  bölünürdü. 
İrəli çıxmış formalardan biri Sovet kolxozu modelində idi. Sosializm sürətli qaydada 
kənd 
təsərrüfatının 
kollektivləşməsinə, 
sənayenin 
və 
kommersiyanın 
milliləşdirilməsinə nail olurdu.  
Ziyalılığa  qarşı  siyasət  də  birinci  növbədə  dəyişildi.  1949-cu  ildən  sonra, 
xüsusən  Koreya  müharibəsinin  ilk  illəri  ərzində  Mərkəzi  Komitə  müəllimlərə  və 
alimlərə  yenidən  təhsil  vermək  kimi  böyük  kampaniyaya  başladı.  Partiya  liderləri 
intellektualların yolunu açıq şəkildə müzakirə edirdi və bu xətti qəbul etdi ki, «Qoy 
yüz gül çiçək açsın, yüz fikir məktəbi mübarizə aparsın».  
Mao ziyalılara partiyanı və hökuməti tənqid etməyə həvəsləndirməklə, onların 
arasındakı  təhlükəli  elementlərə  tələ  qururdu.  Liderlərin  qiymətləndirmədiyi  tənqidə 
öz  reaksiyasını  səmərələşdirmək  üçün  alternativ  baxışı  tələ  metaforası  kimi  istifadə 
edirdi.  
Çinin xarici siyasəti, 1953-cü illə 1957-ci il arasındakı uğurlar və daxili siyasət 
proqramı  böyük  etibar  qazanırdı.  Koreya  müharibəsinin  sonundan  Çin  iqtisadiyyatı 
özünün  uzun  müddətli  transformasiyasına  başladı  və  hərbi  qüvvələr  daha  yararlı 
olmaq üçün yenidən təşkil edildi. Bu dəyişikliklər xarici, xüsusən Sovet sənayeləşmə 
modeli  əsasında  gedirdi.  Xarici  siyasətin  əsl  açarı  daxili  inkişaf  olduğundan  və 
Koreya müharibəsi ərzində bir sıra mühüm dərslər mənimsənildiyindən Pekinin xarici 
işlərə yönələn hərbi və izolyanist siyasəti zəifləməyə başladı. 1954-cü ildəki Hind-Çin 
konfransında  Çin  barışdırıcı  rol  tutdu  və  öz  xarici  əlaqələrini  normallaşdırmağa 


111 
 
çalışdı. Baş nazir Çjou Enlay 1955-ci ilin aprelində İndoneziyanın Bandunq şəhərində 
keçirilən Asiya-Afrika ölkələri konfransında Çinin daha aktiv olan diplomatik rolunu 
rəmzləndirirdi.  Onun  «hamı  ilə  birlik»  şüarı  dinc  yanaşı  yaşamaq  xəttinə  uyğun  idi. 
Bu  «Bandunq  xətti»  onunla  xarakterizə  olunurdu  ki,  Çjou  dedikdə  ki,  Bandunq 
nümayəndələrinin  hökumətləri,  Birləşmiş  Ştatlar  da  daxil  olmaqla  bütün  ölkələrlə 
normal  əlaqələrə  nail  olmağa  tam  hazırdırlar,  bu  sözlər  bütün  dünyanın  geniş 
diqqətinə  səbəb  oldu.  Bu  təşəbbüsün  nəticəsi  kimi  Çinlə  Amerika  Birləşmiş  Ştatları 
arasında səfirliklər açmaq barədə Cenevrədə danışıqlar başlandı.  
1956-cı  ildə  Sovet  İttifaqı  Kommunist  Partiyasının  XX  qurultayında  partiya 
Mərkəzi Komitəsinin birinci katibi Nikita Xruşşov destalinləşmə siyasətini elan etdi, 
Stalinin şəxsiyyətinə pərəstişini və 30-cü illərdə aparılan geniş repressiyaları şiddətli 
tənqidə  məruz  qoydu.  Çinlilər  bir  daha  Sovet  İttifaqına  tərəf  meyl  etmək  barədəki 
niyyətlərini  elan  etdilər.  Pekin  1957-ci  ildə  nüvə  silahlarını  istehsal  etmək  üçün 
Moskvanın onu informasiya və materiallarla təmin edəcəyi barədə vədini ala bildi.  
Yeni siyasət 1957-ci ilin noyabrında Maonun Moskva səfəri vaxtı «Şərq küləyi 
Qərb küləyinə üstün gəlir» bəyanatının arxasınca gedə bilərdi. Bu, hərbi mübarizəyə 
qayıtmaq mənasını verirdi.  
1958-ci  ildə  Çində  «üç  qırmızı  bayraq»  siyasəti  elan  edildi  –  bunların  xətti 
sosializmin  qurulması,  Böyük  Sıçrayış  və  kənd  adamlarının  kommunasının 
yaradılması idi. Sovet inkişaf strategiyasına artan dözümsüzlük meydana çıxdı, çünki 
güman edilirdi ki, Sovetlərin iqtisadi və hərbi köməyi nəticədə Çinin müstəqilliyinin 
eroziyasına gətirib çıxara bilər. Məsələ belə qoyulurdu: ya modernləşmə Qərb yolu ilə 
Çini sosializmə aparacaqdır, ya da ölkə nəsə unikal bir çinli olana çevriləcəkdir.  
Kampaniyalarda  kütlənin  iştirakı  proqramların  öyrənilməsi,  «sinfi  düşməni» 
məlum  etmək  üçün  «acı  danışma»  iclasları  artıq  Çin  mənzərəsinin  bir  xüsusiyyəti 
olmaqla,  Böyük  Sıçrayış  etmək  illəri  ərzində  aparıcı  həyat  yoluna  çevrilmişdi.  Ölkə 
liderliyi  yenidən  öz  inamını  kəndlilərə  arxalanmağa  keçirdi  və  kənd  təsərrüfatının 
inkişafına prioritetlilik verildi. Mao şəhərdə inqilabi dəyərlərin eroziyasına daim fəal 
müqavimət  göstərməyə  başladı.  Kənd  adamlarının  kommunası  nəzərdə  tutulan 
səmərəli  sosial  dəyişikliklər  üçün  alətə  çevrildi.  1959-1960-cı  illərdə  1000  şəhər 
kommunası  yaradıldı,  kommuna  hərəkatı  mahiyyətcə  kənd  qaydalarına  əsaslanırdı. 
Kommunalar  ilk  öncə  yaradıldıqda  köhnə  dəbli  kommersiyanı  və  sosial  nümunələri 
ləğv edəcəkdi.  
1961-1965-ci  illər  artıq  əvvəlki  üç  ilə  bənzəmirdi.  Reallıq  göstərirdi  ki,  Çinin 
hərbçilərin və təhlükəsizlik orqanı işçilərinin rolu artmışdır. Partiyaya qəbul qaydaları 
sərtləşmişdi.  Bu  vaxt  ordu  yeni  müdafiə  naziri  Lin  Byaonun  başçılığı  altında  öz 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə