Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə52/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   48   49   50   51   52   53   54   55   ...   97

112 
 
sıralarında  dissidentlərə  qarşı  «təmizləmə»  hərəkatına  başladı.  Mao  «ikinci  xətti» 
hərəkətə  gətirdi,  bu,  «partiyanın  və  dövlətin  istiqamətlənməsi,  siyasət  məsələlərinə 
diqqəti  artırmaq”  idi.  «Birinci  xətt»  inzibatçılığı  1959-cu  ildə  Çin  Xalq 
Respublikasının sədrliyini ələ keçirmiş Lü Şaotsiyə qarşı idi.  
Mədəni inqilab ərzində edilən açıqlamalar həmçinin nəzərdə tuturdu ki, Maoya 
və onun proqramlarına müxalifət böyümüşdür. Hərəkat tezliklə kənd yerlərində ağalıq 
edirdi və partiya sıralarını təmizləmək cəhdlərində böyük effektə malik oldu. Maonun 
ideyalarını öyrənməyə ehtiyac olduğu barədə və inqilabi mübarizənin şərəfinə çağırış 
vurğulanırdı.  Pekinin  başlıca  hədəfi  Moskva  idi.  1962-ci  ildəki  Kubadakı  Sovet-
amerikan  böhranı  Çin-Hindistan  mübarizəsi  ilə  üst-üstə  düşdü  və  bu,  çinliləri 
inandırdı  ki,  Sovetlər  «təslimçilərdir».  Pekinlə  Moskva  arasında  polemika  gücləndi. 
Çinlilər  «özünə  güvənməyə»  keçdilər.  Çin  ordusu  çinlilərin  siyasi  həyatında  hətta 
daha böyük bir yer tutdu.  
Mədəni islahatlar adı altında mədəni inqilab 1966-cı ildə başlandı. Mayın 7-də 
Mao mədəni və təhsil işlərində ordunun məsuliyyət daşıdığını məlum qaydada bildirdi 
və millət üçün ordunun «böyük məktəb» olduğu barədəki ideyanı irəli sürdü.  
Avqustun  5-də  Mao  özünün  «Qərargahı  bombalamaq»  şüarını  elan  etdi. 
Mərkəzi  Komitənin  daxilində  Mao  və  Lin  Byao  dəstək  qazanmağa  başladılar.  Lü 
Şaotsi  və  başqaları  tənqidə  tabe  oldular  və  Maoya  loyallıq  bəyanatı  verməklə  tövbə 
etdilər.  
1968-ci  ilin  oktyabrından  sonra  Mao  inqilabiliklə  üzləşməyin  sonu  kimi  yeni 
fazanın  başlanması  siqnalını  verdi.  Çin  xarici  işlər  naziri  Birləşmiş  Ştatlarla  dinc 
yanaşı yaşamağa əsaslanan müqavilə bağlamağı təklif etdi. Sovet İttifaqı ilə isə 1969-
cu ildə sərhəd münaqişəsi kimi kiçik Ussuri insidenti baş verdi.  
Yeni partiya nizamnaməsində Mao lider kimi adlandı, Lin Byao isə ikinci şəxs 
olmaqla  varis  kimi  seçildi.  Maonun  şəxsiyyətinə  pərəstiş  «kiçik  qırmızı  kitablar» 
atmosferində qızışdırıldı,  onun şərəfinə kütləvi miqyasda cürbəcür təbliğat  vasitələri 
buraxıldı.  Lakin  Maonun  siyasi  nailiyyəti  birinci  növbədə  onun  şəxsiyyətinə  və 
xarizmatik  hakimiyyətinə  əsaslanırdı.  Linin  yerini  tutmaq  üçün  isə  baş  nazir  Çjou 
Enlay sonrakı nömrə mövqeyinə keçdi.  
1971-ci  ilin  iyulunda  Birləşmiş  Ştatlarla  pinq-ponq  (stolüstü  tennis) 
diplomatiyasında ən dramatik hadisə baş verdi. Prezident Riçard Nikson 1972-ci ilin 
fevralında  Pekinə  səkkiz  günlük  səfər  etdi.  Nikson  və  baş  nazir  Çjou  Enlay  mədəni 
əlaqələr və ticarət sahəsində dəyişikliklər baş  verməsinə aparan sazişin imzalacağını 
və  qarşılıqlı  əlaqələrin  müəyyən  şəraitlərdə  normallaşdırılacağını  elan  etdilər.  Mao 
Niksonu qəbul etdi.  


113 
 
 
Tayvanda millətçi hökumət və Böyük Sıçrayış 
 
İkinci  Dünya  müharibəsi  başa  çatdıqdan  sonra  bir-birinin  yanında  iki  Çin 
dövləti  mövcud  idi.  Çan  Kayşinin  Millətçi  hökuməti  cənubi  və  mərkəzi  Çində 
olmaqla,  amerikanlar  tərəfindən  dəstəklənirdi.  Mao  Tszedunun  başçılıq  etdiyi 
Kommunistlər  isə  Şimali  Çində  möhkəm  baza  yaratmışdılar.  Onların  Xalq  Azadlıq 
ordusunun bir milyona yaxın əsgəri var idi.  
1946-cı  ildə  koalisiya  hökuməti  yaratmaq  cəhdləri  uğursuz  olduqda, 
millətçilərlə kommunistlər arasında tam miqyaslı müharibə başlandı. Kənd yerlərində 
milyonlarla  kəndlini  kommunistlərin  torpaq  vermək  barədəki  vədləri  cəlb  edirdi  və 
çoxları Mao hökumətinə qoşulurdu. 1948-ci ildən Xalq Azadlıq Ordusu (XAO) Pekini 
mühasirəyə  aldı.  Sonrakı  ilin  yazında  kommunistlər  Yantszı  çayını  keçib,  Şanxayı 
işğal  etdilər.  Sonrakı  iki  ay  ərzində  Çin  hökuməti  özünün  2  milyon  nəfərlik 
tərəfdarları ilə Çinin materik ərazisinin sahilindən kənardakı Tayvan adasına qaçdılar. 
1  oktyabr  1949-cu  ildə  Mao  Səma  sülhü  qapısının  (Tyananmen  meydanının) 
tribunasına  qalxıb,  meydanda  onun  qarşısında  toplaşmış  minlərdə  adama  qələbə 
bəyanatını  çatdırdı.  O  dedi  ki,  Çin  xalqı  ayağa  qalxmışdır  və  heç  kəs  bir  daha  onu 
alçaltmağa qadir olmayacaqdır.  
Yeni  qələbələr  çalmış  Kommunist  Partiyası,  onun  sədri  Maonun  liderliyi 
altında sosialist cəmiyyəti qurmaq barədə uzun müddətli bir məqsədə malik idi. 1955-
ci ildə Çin hökuməti bütün özəl fermer torpaqlarını kollektivləşdirdi və sənayenin və 
kommersiyanın  əksəriyyətini  milliləşdirdi.  Kollektiv  təsərrüfatlar  ərzaq  istehsalını 
artırmaqda  uğursuzluğa  uğradıqda,  Mao  1958-ci  ildə  Böyük  Sıçrayış  kimi  tanınan 
daha  radikal  proqrama  başladı.  Ənənəvi  kənd  təsərrüfatları  geniş  «Xalq 
Kommunalarında» birləşdilər. Onların hər biri 30 min adamdan ibarət idi. Mao ümid 
edirdi ki, bu proqram xalqı XX əsrin sonundan əvvəl iqtisadi yüksəlişi sürətləndirmək 
naminə  kütləvi  cəhdə  və  kommunizmin-  sinifsiz  cəmiyyətin  final  səhnəsinə  çatmaq 
üçün səfərbər edəcəkdir. Lakin Böyük Sıçrayış etmək əslində bədbəxtliyə çevrildi. Pis 
iqlim  və  yeni  sistemə  kəndlilərin  nifrəti  birləşib,  ərzaq  istehsalını  aşağı  saldı.  Bu 
uğursuzluqlara  baxmayaraq,  Mao  tam  sinifsiz  cəmiyyət  barədəki  öz  arzusunu  tərk 
etməyə hələ də hazır deyildi və 1966-cı ildə Çinin kommunizmə yeni güclü yürüşünə 
start verdi.        
Prezident  Lindon  Conson  1965-ci  ildə  Cənubi  Vyetnama  Birləşmiş  Ştatların 
qoşunlarını  göndərdi  ki,  cənubi-şərqi  Asiyada  kommunizmin  ekspensiyasının 
qarşısını  almağa  cəhd  etsin.  Birləşmiş  Ştatların  başlıca  marağı  artıq  Sovet  İttifaqı 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə