Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə55/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   51   52   53   54   55   56   57   58   ...   97

119 
 
yüksək qiymətə və qısa müddətdə satılırdı. Lakin bu ümidlərin doğrulacağına yaranan 
şübhələr  həmin  səhmlərin  qiymətlərinin  xeyli  aşağı  düşməsinə  səbəb  olur  və  bu, 
uçqun  simptomu  əmələ  gətirir.  Xalq  da  tez  varlanmaq  naminə  şirkətlərin  vədlərinə 
aldanıb, real qiyməti aşağı olan, lakin çox baha satılan səhmləri almağa başlayırdılar. 
Çində  savadsız  və  ya  azsavadlı  adamlar  səhm  sahiblərinə  çevrildilər.  Bəzi 
məlumatlara görə, uçqun nəticəsində 200 min səhm sahibi ziyan çəkdi. Tarixi təcrübə 
də  göstərir  ki,  şirkətlər  səhmlərin  qiymətini  qovuq  kimi  şişirtdikdə,  bu  «sabun 
qovuğu»  hökmən  partlayır  və  səhmlərin  qiyməti  kəskin  surətdə  aşağı  düşməyə 
başlayır.  
Belə faktlar tarixdə əvvəllər də mövcud olmuşdur, lakin onlar Çindəkindən bir 
qədər  fərqli  idi.  Bunun  ilk  nümunələrinə  XVIII  əsr  Avropasında  rast  gəlinmişdir. 
İspan  irsi  uğrunda  müharibəyə  son  qoyan  1713-cü  ildəki  Utrext  sülhündən  sonra 
Fransa və İngiltərə maliyyə böhranı ilə üzləşdi. Hər iki ölkədə şişmiş borcu ödəmək 
üçün  yol  tapmaq  lazım  idi.  Britaniya  hökuməti  bank  və  kreditlər  vasitəsilə  öz 
resurslarını artırmışdı. Bütün Qərbi Avropanın özəl şəxsləri öz topladıqları vəsaitdən 
sahibkarlıq üçün pul - ssuda verməyə qayğı göstərirdilər, öz kapitallarının işləməsini 
istəyirdilər.  Bütün  bu  situasiyadan  kənarda  İngiltərədə  «Cənub  dənizi  qovuğu», 
Fransada isə «Missisipi qovuğu» baş qaldırdı. Hər iki «qovuq» 1720-ci ildə başladı və 
uzun  müddət  ərzində  təsir  gücünə  malik  oldu.  Səhm  sahibləri  öz  paylarını  satın 
alırdılar, böyük miqdarda nağd pulu borc kimi girov hesabına bankdan götürürdülər. 
Bank  öz  əməliyyatları  üzərində  açıq  inhisardan  istifadə  edirdi.  “Cənub  dənizi 
kompaniyası” müxtəlif kommersiya imtiyazlarından istifadə edirdi.  
Toplanmış pul ticarət və kənd təsərrüfatı torpaqlarından çıxarılırdı, böyük gəlir 
əldə etmək ümidi ilə səhm kimi bu şirkətlərə qoyulurdu.  
Fransada  1717-ci  ildə  “Missisipi  kompaniyası”  yarandı,  bir  il  sonra  Şimali 
Amerikadakı Luiziana ilə ticarətdə ( Fransaya mənsub olan bu ərazini təqribən bir əsr 
sonra Napoleon Tomas Ceffersonun prezidentliyi dövründə ABŞ-a satmışdı) inhisarı 
ələ keçirdi və tezliklə Asiyadakı və Afrikadakı iri kompaniyaları həmin şirkət özünə 
absorbsiya etdi. Bütün müstəmləkə ticarətində açıq inhisara malik oldu, özəl şəxslərə 
birja  səhmləri  satırdı.  Hamı  da  bu  səhmləri  həvəslə  alıırdı.  Onların  qiyməti  çox 
yüksək idi. Kompaniya isə hələ realizə olunmamış layihələrə əsaslanırdı.  
Səhm  sahibləri  öz  pulları  üçün  qorxmağa  və  bu  vaxt  özlərindəki  səhmləri 
satmağa başladılar. Bazar kəskin surətdə dağıldı. Çoxları öz həyat əmanətlərinin əldən 
çıxdığını  başa  düşdü.  Digərləri  girov  qoyduqları  mülkləri  itirdilər.  İnflyasiyaya 
uğramış  qiymətlərin  partlayışı  ilə  yalnız  o  adamlar  uduzmamışdı  ki,  onlar  səhmləri 
spekulyasiya isitməsindən əvvəl, xeyli ucuz qiymətə almışdılar.  


120 
 
İngiltərədə  də  “Cənub  dənizi  kompaniyası”nın  səhmləri  yüksək  qiymətə 
satılmışdı.  Öz  səhmlərin  qiyməti  qısa  müddətdə  10  dəfədən  çox  qalxdı.  Saxta 
layihələrə  görə  kompaniyalar  təşkil  edilir  və  onların  səhmləri  ən  yüksək  qiymətə 
satılırdı.  Sonra  qorxuya  düşən  səhm  sahibləri  onu  satmağa  başladılar.  Beləliklə, 
adamların  çoxu  başa  düşdü  ki,  yığdıqları  pul  və  onlara  çatan  irsi  mülkiyyət  girov 
qoyulduğuna görə yoxa çıxmışdır.  
Hər  iki  ölkədə  böyük  qəzəb  meydana  gəldi.  Hər  iki  hökumət  bu  biabırçılıqda 
iştirak  etmişdi.  Çində  isə  hökumət  «səhm  qovuğunda»  İngiltərə  və  Fransadan  fərqli 
olaraq bilavasitə iştirak etməmişdi. Britaniya bu böhrandan daha yaxşı qaydada sağala 
bildi.  Fransada  bu  fırıldağın  müəllifi  olan  Lonun  yaratdığı  bank  ləğv  edildi. 
İngiltərədə gələcəkdə bu hadisənin təkrar edilməməsi üçün parlament «Qovuq Aktı»nı 
qəbul etdi, həm də İngiltərədə borc danılmadı və hökumət öz obliqasiyalarını ödədi. 
Fransada isə hökumət etibardan düşdü.  
Digər  böyük  bir  iqtisadi  böhran  olan  Böyük  Depressiya  1929-cu  ildə 
başlanmışdı.  1920-ci  illər,  ümumiyyətlə,  bütün  dünyada  kənd  təsərrüfatının  xroniki 
depressiya  dövrü  idi,  fermerlər  öz  borclarını  qaytara  bilmirdilər.  Avropada  buğda 
zəmiləri I Dünya müharibəsi dövründə baş  dəfə azalmışdı. Buğdanın dünya qiyməti 
qalxırdı.  Lakin  fermerlər  qoyduqları  girovu  geri  ala  bilmirdilər.  Müharibədən  sonra 
Avropada  traktorların  istifadəsi  ilə  kənd  təsərrüfatının  mexanikləşdirilməsi  və  digər 
proqressiv  vasitələr  hesabına  məhsuldarlıq  beş  dəfə  artdı.  Buğda  istehsalının  izafi 
bolluğu  yüksəldi.  Lakin  tələbat  ona  müvafiq  olaraq  artmırdı.  Xalq  heç  də  artıq 
miqdarda  çörək  almaq  istəmirdi.  Buğdanın  qiyməti  xeyli  aşağı  düşdü,  bu  vaxt  bu 
ərzaq  məhsulu  400  il  əvvəldə  olduğundan  aşağı  qiymətə  satılırdı.  Digər  kənd 
təsərrüfatı bitkiləri istehsalı da tənəzzülə uğradı. Şəkərin qiyməti də çox aşağı düşdü.  
Bu,  1929-cu  il  Böyük  Depressiyasına  səbəb  oldu.  Sənaye  depressiyaya 
uğrayanda  şəhər  əhalisi  ərzağa  sərf  etdiyi  xərcləri  azaltmağa  başladı  və  bu  vəziyyət 
fermerləri daha  da yoxsullaşdırdı.  
Böyük  Depressiya  1929-cu  ilin  oktyabrında  Nyu-York  Fond  Birjasının 
dağılması  ilə  başlandı.  Burada  qiymətlər  izafi  spekulyasiya  hesabına  fantastik 
yüksəkliklərə  qalxmışdı.  Sadə  adamlar  da  çox  pul  qazanmağa  cəhd  edirdilər,  borc 
götürülmüş  pula  səhmlər  alırdılar.  Onlar  öz  imkanlarından  5-10  dəfə  çox  səhmlər 
alırdılar,  xəyalən  bu  borcu  ödəyəcəklərini  düşünürdülər.  Onlar  banklardan  borc  pul 
götürürdülər.  Bu  birja  qiymətlərini  qaldırırdı  və  adamlar  bəxtlərini  kağıza 
bağlayırdılar.  Belə  satış  fond  birjasında  qabarma  dalğası  yaratdı.  Lakin  səhmlərin 
qiymətlərini məhvedici şəklindəki aşağı düşməsi başlandı. Bir ayda səhm qiymətləri 
40% düşdü. 1929-cu ildən 1932-ci ilədək səhmləri Nyu-York Fond birjasında satılan 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə