Telman Orucov Çin qədim sivilizasiya və müasir möcüzələr ölkəsi


«Dördlər bandası» və islahatçılar



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə54/97
tarix28.11.2017
ölçüsü4,8 Kb.
#13088
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

116 
 
 
«Dördlər bandası» və islahatçılar 
 
Maonun  ölümündən  sonra  hakimiyyəti  qəsb  etməyə  çalışan  və  «dördlər 
bandası» adlanan qrup partiya rəhbərliyindən uzaqlaşdırıldı v onlara qarşı cinayət işi 
başlandı.  İş  1981-ci  ilin  yanvarında  başa  çatdı.  Maonun  dul  qadını  Tszyan  Tsin  və 
keçmiş  baş  nazir  Çjan  Çjunçjao  ölüm  cəzasına  məhkum  edildi,  iki  nəfərə  isə 
azadlıqdan  məhrum  edilmə  cəzalsı  verildi.  Təşəbbüsü  «böyük  proletar  mədəni 
inqilabı»nın əleyhdarları ələ keçirdilər. 
 1981-ci ildə keçirilən ÇKP MK plenumu öz qərarında Mao Tszedunun və onun 
ideyalarının  tarixi  roluna,  həm  də  xalq  respublikasının  nailiyyətlərinə  qiymət  verdi. 
Qərarda  Mao  Tszedunun  ləyaqətləri  və  nöqsanları  qiymətləndirildi,  göstərildi  ki, 
“mədəni  inqilab”  vaxtı  onun  böyük  səhvlərinə  baxmayaraq,  Çin  inqilabına  onun 
töhfəsi daha böyükdür. Səhvlər isə inqilabın görkəmli rəhbərinə məxsus idi. Qərarda 
deyilirdi  ki,  Mao  Tszedun  “böyük  marksist,  böyük  proletar  inqilabçısı,  strateqi  və 
nəzəriyyəçisi” idi. 
 Partiyanın praqmatik qanadı sənayeləşməyə üstünlük verdi. «Dördlər bandası» 
üzərində proses başa çatdıqdan sonra hakimiyyət uğrunda mübarizənin yeni mərhələsi 
başlandı.  Xua  Qofen  partiyanın  sədri  vəzifəsindən  azad  edildi.  Hakimiyyətə  Den 
Syaopin tərəfdarları gəldi, onun təşəbbüsü ilə dərin sosial və iqtisadi islahatlar prosesi 
başlandı. Onun məqsədi ölkənin modernləşdirilməsi və Qərblə daha dərin əlaqələrin 
qurulması idi. 
  1984-cü  ildə  Çinlə  Böyük  Britaniya  arasında  imzalanan  birgə  bəyənata  görə 
1997-ci  ildə  İngiltərə  Syanqanı  (Honkonq)  Çinə  qaytardı.  Çində  sosializm  sistemi 
mövcud  olduğu  halda  Syanqan  yarım  əsr  ərzində  kapitalist  sistemində  yaşamağı 
davam  etdirəcəkdir.  “Bir  dövlət,  iki  quruluş”  ideyası  Çinin  birləşməsi  üçün  nəhəng 
əhəmiyyətə  malik  olduğunu  və  həyati  əhəmiyyət  daşıdığını  nümayiş  etdirdi.  Den 
Syaopinin  1986-cı  ildə  dediyi  “Materikdə  sosializm  olacaq,  bu  vaxt  Tayvanda  da 
kapitalizm  qalacaqdır”  sözlər  həmin  ada  barədə  də  oxşar  mülayim  siyasət 
aparılacağını vəd edirdi.  
 1992-ci  ildə  ÇXP-nin  XIV  qurultayında  Den  Syaopin  kursuna  sədaqət  təsdiq 
edildi. Den Syaopin Çini fövqəl dövlət kimi bərpa etməyə cəhd edirdi, daim ABŞ-ın 
birqütblü  hegemonluğunun  əleyhinə  çıxış  edirdi.  Bu  88  yaşlı  siyasətçinin  özü 
qurultayın işində iştirak etmirdi, lakin Siyasi Büroda əsas vəzifələrə ona sədaqətli olan 
adamlar seçildilər. Partiyanın sədri vəzifəsini yenidən Tszyan Tszemin tutdu o, 1989-
cu  ildən  həmin  vəzifədə  idi.  ÇXR  Dövlət  Şurasının  sədri  vəzifəsinə  Li  Pen  seçildi. 


117 
 
Qurultayın  qətnaməsində  sosializmin  Çin  modelinin  inkişafında  Den  Syaopinin 
töhfəsi  qeyd  edildi,  qurultay  iqtisadi  islahatlar  kursunu  təsdiq  etdi.  Ancaq  siyasi 
həyatın demokratikləşdirilməsi problemi qurultayda müzakirə edilmədi. 
Təkcə  onu  göstərmək  kifayətdir  ki,  1980-ci  ildə  Den  Syaopin  iqtisadiyyata 
mərkəzi  nəzarəti  zəiflətməyə  başladıqda  Çində  adambaşına  düşən  ÜDM  paritet 
alıcılıq  qabiliyyətinə  görə  hesablandıqda  193  dollar  idi.  Bu  gün  həmin  göstərici 
təqribən  7  min  ABŞ  dollarına  bərabərdir  və  ya  36  dəfə  çoxdur.  Bu  mənzərə  həmin 
böyük islahatçının başladığı düzgün siyasətin nəhəng həyatiliyini sübut edir.  
Xu  Zintaodan  sonra  partiya  rəhbərliyinə  gələn  Si  Tsinpin  ölkə  üçün  böyük 
təhlükəyə  çevrilən  korrupsiyaya  qarşı  kəskin  mübarizə  aparılması  vəzifəsini  irəli 
sürdü.  Onun  «pələnglərə  və  milçəklərə  zərbə  vur»  şüarı  bu  mübarizədə  yüksək 
vəzifəlilərə  heç  bir  güzəşt  edilməyəcəyindən  xəbər  verir.  Reallıq  bu  vəzifənin 
ardıcıllıqla həyata keçirildiyini təsdiq etdi. Ölkənin Dövlət Təhlükəsizliyi Komitəsinin 
sədri, o, həm də Siyasi Büronun tərkibinə daxil idi, həbs edildi və ona qarşı cinayət işi 
qaldırıldı. Onun protejesi və qanunsuz işlərdə daim himayə etdiyi bir milyarder ölüm 
cəzasına  məhkum  edildi.  Ondan  əvvəl  bir  böyük  partiya  xadiminin  aparvadi  da 
həmçinin  ölüm  cəzasına,  özü  isə  azadlıqdan  məhrum  edilmə  cəzasına  məhkum 
edilmişdi.  
 
Çində fond birjasının uçqunu 
 
Nailiyyətlərdən söhbət gedirsə, bu heç də o demək deyildir ki, Çin iqtisadiyyatı 
bütünlüklə  problemlərdən  xalidir  və  ancaq  hamar  yolla  irəliləyir.  Bu,  əslində  belə 
deyildir. Çin dünyanı bürüyən 2008-ci il böhranından kənarda qalsa da, 2015-ci ilin 
yayında  gözləmədiyi  ağır  çətinliklərlə,  maliyyə  sisteminə  dağıdıcı  təsir  göstərən  bir 
vəziyyətlə üzləşməli oldu. İyulun 7-də fond birjalarının uçqunu baş verdi. Çində bazar 
artıq  iyun  ayında  titrəməyə  başlamışdı,  burulğanlığı  əvvəllər  də    müəyyən  dərəcədə 
yaşamışdı.  Lakin  həmin  gün  Şanxay  və  Şençjen  birjalarında  173  şirkət  qiymətli 
kağızlarının ticarətini dayandırdı. ÇXR fond birjalarının kəskin uçqununa görə həmin 
şirkətlər öz səhmlərinə qiymət qoyulmasını kəsdilər. Səhmlərin qiymətlərinin son 20 
ildə ən iri miqyasda düşməsi baş verdi.  
Kəskin uçqun marjinal (ən yüksək həddə) ticarətin aparılmasının və ya qiymətli 
kağızların  satın  alınması  üçün  borc  almaqdan  istifadə  edilməsinin  nəticəsi  idi.  Bu 
«iqtisadi  qovuq»  təhlükəsi  yaratdı.  Beləliklə,  şirkətlərin  ÇXR  fond  birjalarında 
qiymətləndirilən qiymətli kağızları öz dəyərlərinin çox hissəsini itirdi. Ziyanın ümumi 
məbləği  3  trilyon  ABŞ  dollarına  bərabər  oldu.  7  iyundan  başlayaraq  Şanxay  və 


118 
 
Şençjen birjalarının dövriyyələri üçdə bir həcmində aşağı düşdü və bu, ÇXR-də 1992-
ci  ildən  sonra  ən  böyük  azalma  idi.  Bu  birjalarda  isə  940  müəssisə  öz  qiymətli 
kağızlarını yerləşdirmişdi.  
Çin  fond  bazarının  uçqunu  bütün  dünyada  birjadakı  qiymətlərin  6-8  %  aşağı 
düşməsinə səbəb oldu. ABŞ-da Dou-Cons indeksi 589 punkt və ya 3,6 % aşağı düşdü. 
Asiya birjaları görünməmiş həyəcanlı vəziyyət yaşamağa başladı. Çində 8 iyul 2015-
ci  ildə  milli  indeks  8  %  endi.  «8»  rəqəmi  Çində  uğuru  rəmzləndirir,  belə  ki,  bəzi 
dialektlərdə  bu,  «çiçəklənmə»  sözü  mənasını  verir.  Təsadüfi  deyil  ki,  Çində 
Beynəlxalq  Olimpiya  oyunları  üç  «8»  rəqəmi  ilə  -  08.08.2008-ci  ildə  başlanmışdı. 
Lakin neqativ «8-lik» (2015-ci il iyulun 8-i) əslində tam əks mənanı bildirirdi. Həmin 
ayda  investorlar  öz  səhmlərinin  üçdə  birini,  ölkə  iqtisadiyyatı  isə  3  trilyon  ABŞ 
dolları itirdi. Bu fond birjalarının ən güclü şəkildə aşağı düşməsi idi. Çinin uçub aşağı 
enən indeksi özünün arxasınca bütün qonşu Asiya ölkələrini də çəkib apardı.  
İyul  ayında  baş  verən  Çin  birjası  qovuğunun  dağılması  təkrarən  ay  yarımdan 
sonra,  24  avqustda  baş  verdi.  Ona  görə  də  KİV-lər  bunu  «qara  bazar  ertəsi» 
adlandırdılar.  Birja  8,5  %  aşağı  düşməklə  bağlandı,  bunu  isə  həqiqətən  uçqun 
adlandırmaq  olar.  Amerikada  Dou-Cons  indeksi  6,8  %-ə  qədər  aşağı  düşdü.  Hələlik 
öz  səhmlərini  aşağı  qiymətə  satmaqdan  imtina  edib,  saxlayan  birja  oyunçuları  daha 
ağır vəziyyətə düşdülər.  
Lakin fond birjalarının bu uçqunu panika üçün səbəb rolunu oynamır. Hökumət 
ciddi  tədbirlər  görməyə  başladı.  Bu  vəziyyəti  yüngülləşdirmək,  fond  bazarında 
stabillik yaratmaq üçün 140 milyard ABŞ dolları məbləğində pul xərclədi. Lakin bu, 
Çinin gələcəyi barədə həyəcanı bütünlüklə aradan qaldıra bilməz. Ölkədə artım tempi 
yavaşıyacaq, investisiyalar daha sürətlə azalacaqdır. 
Ancaq  hökumətin  istehsalın  artım  sürətini  stimullaşdırmaq  üçün  kifayət  qədər 
vasitələri  vardır.  Dövlət  şirkətləri  öz  səhmlərini  geri  satın  aldı.  Çin  Mərkəzi  Bankı 
əsas  faiz  tarifini  25  bazis  punktu  məbləğində  aşağı  saldı.  Pekinin  «People`s  Daily» 
qəzetinin yazdığı kimi, «bizdə fond birjalarında stabilliyi saxlamaq üçün şərt, imkan 
və əminlik vardır». Sentyabrın 1-də Çində 200 nəfər birjada panika yayanların həbs 
edilməsi bu ümidləri doğrulur.  
Onlar  öz  təqsirlərini  etiraf  etmişlər.  Bu,  digər  fırıldaqçılar  üçün  də  yaxşı  siqnaldır. 
Çox  istərdik  ki,  bu  nikbinlik  Çinin  iqtisadiyyatının  gur  inkişafını  yenə  də  müşayiət 
etsin, problemlərin uğurlu həllinə köməklik göstərsin.  
Çində  fond  birjalarının  uçqunu  klassik  biabırçı  təcrübədən  kənara  çıxmır. 
Səhmlərin  qiymətlərinin  şişirdilməsi,  əsasən  onun  gələcəkdə  böyük  fayda  gətirməsi 
ümidləri  ilə bağlı olduğuna görə baş  verir.  Şirkətlər  boş  vəd  verdiklərindən  səhmlər 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə